mütərcimin
bunu natiq deyir deməsinə lüzum yoxdur, ancaq çox
istəyirsə, sonda əlavə edə bilər ki,
natiq xarici dildə danışdığı
üçün ola bilsin fikirlərini o qədər də düzgün ifadə edə bilmədi.
Ümumiyyətlə, natiqin səhv etməsi, söylədiyi fikrin şübhə
doğurması kimi məsələlərdə çox ehtiyatlı olmaq və bundan
minimum istifadə edilməsi məsləhətdir. Əgər mütərcim bu cür
əlavələri ilə ümumi fikrə tez-tez müdaxilə edərsə, bu dinləyiciləri
qıcıqlandırar, mənfi reaksiyaya səbəb olar. Əgər natiq deyirsə ki,
mən indi bu məsələ ilə bağlı dörd fikrə toxunacağam, lakin
danışanda dörd yox, üç fikri açıqlayır. Belə halda mütərcim nə
etməlidir? Təcrübəli mütərcim bu cür hallarla tez-tez
rastlaşdığından
dörd əvəzinə
bir neçə ifadəsini işlədir, onda
natiqin nəyi demədiyi dinlə)dciləri maraqlandırmır.
Natiq Öz çıxışının ortasında bir lətifə
ijoke) danışır.
Məlumdur ki, lətifələr yarandıqlan dildə daha effektli olur.
Bunlann əksəriyyəti sözoyununa əsaslandığından (məsələn,
she
looks down, and looks up, and does not know where to look, but
looks all the prettier; mən deyirəm kəmdən həmə, sən deyirsən
dəmdən dəmə) tərcümə zamanı təsirini itirir, çox vaxt bu cür
lətifələr, ümumiyyətlə, tərcümə olunmur. Bəzən bir dilin oxucusu
üçün gülməli olan lətifə аул birisi üçün gülməli olmur. Belə halda
mütərcim lətifə haqqında heç nə demir. Ancaq lətifə gülməli isə,
hamı gülürsə, onda mütərcimin şərhinə ehtiyac yoxdur. Yaxud
mütərcim lətifəni tərcümə edərkən belə qənaətə gəlir ki, o,
kiminsə xətrinə dəyə bilər, onda tərcümədə müəyyən izah verir və
deyir:
o qədər də ciddi qəbul etməyin, yaxud
zarafat edirəm.
Lətifə tərcüməedilənsə, mütərcim bunu edir, dinləyicilərin
reaksiyasına nail olmağa, natiq ilə artıq məsafəyə yol verməməyə
çalışır, çünki dinləyicinin reaksiyası dərhal bilinməlidir.
Lətifə tərcüməolunmazsa (məsələn, sözoyunundakı kimi),
onda mütərcim özündən ona oxşar bir şey uydurur ki, yumora nail
olsun. Əgər
bu da mümkün deyilsə,
onda mütərcim natiqin
152
bir tərcüməolunmaz lətifə söyləyicilərin nəzərinə çatdınr və vaxt
varsa həmin lətifənin məzmununu izah edir.
Bədii ədəbiyyata
eyhamlara {allusions), (məsələn,
Şekspir
Dostları ilə paylaş: