Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş


Quranın  tərcüməsi  var.  Adətən  tərcümə  Quranın



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə67/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   111
Quranın  tərcüməsi  var.  Adətən  tərcümə  Quranın  mətni  ilə 
yan-yana  verilir.  Əgər  tərcümə  dili  inkişaf  etmiş  dil  deyilsə  və 
sözün  müvafiq  qarşılığı  yoxsa,  onda  Qurandan  ərəb  sözləri 
olduğu kimi götürülür və tərcümədə saxlanılır. Hətta fars, yaxud 
türk  kimi  inkişaf  etmiş  dillərdə  tərcüməyə  ərəbcədən  gətirilmiş 
dini  terminlər  bütün  islam  aləmi  üçün  müştərək  olan  bir  dini 
leksikon yaratmışdır ki, bu da Qibləyə üz tutub səcdə edən bütün 
müsəlman qardaşlarının birliyini möhkəmlətmişdir. Məfhum özü 
inkişaf  etmiş  dilin  daşıyıcılanna  yeni  olduqda  onlar  həmin 
məfhumu ifadə edən ərəb sözünü və onunla bağlı bütün 
140 


assosiasiyalan  məmnunluqla  qəbul  edirlər.  Belə  sözlərdən  biri 
Qiblədir.  Tərcümə  dili  inkişaf  etməmiş  olduqda  tərcümə  ərəb 
mətninin  kələ-kötür  izahatından,  şərhindən  başqa  bir  şey  deyil. 
Bu cür tərcümələrdə nə mükəmməl bir qrammatika, nə də forma 
olur. Quranın urdu dilinə ilk tərcümələri məhz belələrin- dəndir. 
Bunlar doğrudan da kələ-kötür şərhlərdən başqa bir şey deyildir. 
Hər  bir  savadlı  müsəlmanın  arzusu  Quranı  ərəb  dilində 
oxumaqdır.  Hər  bir  müsəlmanın  arzusu  ərəb  mətnindəki  səsi 
eşitməkdir.  Arzum  budur  ki,  hər  bir  müsəlman  Quranı  ərəb 
dilində, öz ana dilində, yaxud bildiyi ayrı dildə başa düşsün. Buna 
görə də yaxşı və mükəmməl tərcüməyə həmişə ehtiyac var. 
Bildiyimə görə, Quran avropa dilləri olmayan fars, urdu, ta- 
mil  (moplaslann  dili),  puştu  (əfqanlar  danışır),  benqal,  malay, 
şərq  arxipelaqının  bəzi  dilləri  və  bəzi  Afrika  dillərinə  tərcümə 
olunmuşdur. Məncə, onun çin dilinə də tərcüməsi var. 
Quranın  urdu  dilinə  ən  erkən  tərcüməsi  (1826)  Şah  Abdal 
Qadir  Dəhləviyə  məxsusdur.  Sonralar  bu  dilə  çoxlu  tərcümələr 
olmuşdur,  bəziləri  yarımçıq  qalmışdır.  Tam  tərcümələrdən  Şah 
Rəfi  al  Din  Dəhləvi,  Şah  Əşraf  Əli  Tənəvi,  Maülvi  Nadir 
Əhmədin (1912) tərcümələrinin adını çəkmək olar. 
Müasir avropa dillərinin inkişaf etmədiyi bir dövrdə orda ən 
mükəmməl dil latın dili sayılırdı. Quran ilk dəfə 1143-cü ildə bir 
monastr üçün latın dilinə tərcümə olunmuş (bu fikir Abdulla Əli 
Yusifə  məxsusdur),  1543-cü  ildə  isə  çap  olunmuşdur.  Sonralar 
Qur£in  əksər  avropa  və  qeyri-avropa  dillərinə  tərcümə 
olunmuşdur.  Lakin  heç  bir  tərcümə  orijinalın  gözəl  üslubunu, 
onun  simfoniyasını,  məna  dəqiqliyini  təmin  edə  bilməmişdir, 
çünki  Quranda  elə  bir  məzmun  və  forma  bağlılığı  var  ki,  onu 
ikinci dəfə yaratmaq mümkün deyil (55).” 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin