Tərcümə və Leksikoqrafiya 6-
Hər bir dilin lüğət tərkibi o qədər böyük, o qədər rəngarəngdir
ki, heç bir tərcüməçi, heç bir dil daşıyıcısı bu sözləri və onların
hamısının mənasını bilə bilməz. Çox vaxt mətn və sözün
kontekstual mənası tərcüməçini lüğətə müraciət etməyə sövq
edir. Lüğətlər tərcüməçiyə mətni başa düşməkdə çox böyük
xidmət göstərir. Ona görə də leksikqoqra- fıya tərcümə ilə sıx
bağlıdır. Leksiqoqrafiyanm məqsədi lüğət tərtib etməyin nəzəri
əsaslarını hazırlamaq və onun əsasında lüğət tərtib etməkdir.
Müxtəlif lüğət növləri var: ikidilli, üçdilli, çoxdilli lüğətlər.
Bunlara tərcümə lüğəti də deyilir. Birdilli izahlı lüğətlər
tərcüməçiyə sözün mənasını açmağa çox böyük yardım göstərir.
Bunların bəziləri müəyyən predmetlərin şəklini də verir, bu da
tərcüməçiyə elə bil ki, müəyyən bir reallığa daxil olmaq, onu dərk
etmək imkanı verir. Məsələn, Oxford Advanced Leancr’s
Diclionary shoe (ayaqqabı) başlığı altında lace-upy hafer, court
sltoCy stilettOy sandaly booty Wellinglon (rubber boot)y clogy
flip-
100
flopy slipperj moccasin^ trainer (sneaker^ tennis shoe), football
boot, cowboy boot kimi ayaqqabı növlərini sadalayır. Yaxud
boats and ships (qayıqlar və gəmilər) adı altında oil tanker, liner,
container ship, tug (tugboat), barge, trawler, raft, rover-craft,
hydrofoil, ferry, motorboat, cabin cruiser, rubber dinghy, sailing
dinghy, punt, yacht (sailboat), catamaran, canal boat, rowing
boat (rowboat), canoe, kayak (canoe) kimi qayiq və gəmi
növlərinin adlarını və şəkillərini vermişdir ki, bu da tərcüməçiyə
mətni tam anlamağa imkan yaradır.
Tərcüməçi nə qədər bilsə, nə qədər zəngin lüğət ehtiyatına
malik olsa, yenə elə hallara rast gəlir ki, söz heç bir lüğətdə
tapılmır. Bu cür sözlər mənası tapılmaz sözlər (un/indable
M’ords) adlanır. Həmin sözlər qrupuna aşağıdakılar daxildir:
1. Neologizmlər, o cümlədən tam yeni neologizmlər, təzə
düzəldilmiş sözlər, formalar, mürəkkəb isimlər, yeni terminlər,
yeni məna və anlam kəsb etmiş söz və frazalar, akkronimlər,
eponimlər (şəxs adından törəmə sözlər). Hər il minlərlə belələri
dövri mətbuatda peyda olur, sonra da dilin lüğət tərkibinə daxil
olmadan yoxa çıxır. Məsələn, vaxtilə H.Nəzərli Uff əvəzinə
qaldırım maşım, növbə əvəzinə dəyiş sözlərini işlətmişdi, ancaq
sonra yaranmış lüğətlər bu kimi sözləri əks etdirmir.
2. Dialekt, slenq, jarqon, tabu kimi danışıq dilində işlənən,
lakin yazılı dilə keçməmiş sözlər.
3. Üçüncü, yaxud hədəf dil vasitəsilə məxəz mətnə keçən
sözlər.
4. Yeni və köhnəlmiş coğrafi adlar (xüsusilə Ermənistan və
Gürcüstan ərazisində dəyişdirilmiş toponimlər, küçələrin köhnə
adlan və s.).
5. Kiçik kənd, şəhər, qəsəbə, çay, dərə adlan.
6. Müxtəlif şəxs adlan.
7. Ayamalar, təxəllüs, rəmzlər.
8. Yeni, yaxud çox da mühüm olmayan qurumlann adı.
9. İmla səhvi, səhv köçürülmə, qeyri-dəqiq transliterasiya.
10. Məxəz, tərcümə və üçüncü dildən gələn arxaizmlər.
101
11. Mütərcimə tanış olmayan konnotasiya, söz və şəxs
adlannın rəmzi mənası.
12. Kod sözlər.
13. Müəllif neologizmləri (eqologizmlər).
14. Nitqdə işlənilməyən, daha çox lüğətlərdə rast gəlinən
sözlər.
Deyilən sözlərin mənalanm lüğət, ensiklopediya, dövri
mətbuat, xəritə, atlas və şairədə axtarmaq olar. Bundan əlavə,
ekspertlər, müəllif özü də bu işdə köməkçi ola bilər.
Lüğətlər öz istiqamət və mövzularına görə də fərqlənir.
İngiltərədə lüğətçilik çox inkişaf edib, lüğətlər sözlərin
etimologiyasını, işlənmə yerini, işlənmə tezliyini göstərir.
Sinonimlər, antonimlər, frazeoloji vahidlər, qafiyə əmələ gətirən
sözlər, beynəlmiləl sözlər, ixtisarlar, dialekt, slenq, jarqon və s.
kimi lüğətlər də mövcuddur.
Mütərcim üçün, xüsusilə müəyyən elm, texnika və digər
sahələrlə bağlı mətnlərin mütərcimi üçün terminlər lüğətinin
böyük əhəmiyyəti var. Hər bir elm sahəsi öz terminləri ilə
digərlərindən seçilir. Bu sahədə həm ikidilli, həm do izahlı
lüğətlər mövcuddur.
Mütərcimin köməyinə gələn ən mötəbər lüğətlərdən biri də
ensiklopediyalardır. Onlar mətnləri, mənbələri dəqiqləşdirməyə
imkan verir, mətnin dərkinə kömək edir. Mütərcim bunların
hamısından istifadə edir, çünki yalnız bir lüğətlə kifayətlənmək
mümkün deyil, tam, kamil lüğət yoxdur. Leksikoqraf ancaq
rastlaşdığı mənanı, sözü qeydə alır. Sözün semantik strukturunda
çatışmayan
mənanın
əlavə
edilməsi
interpolyasiya
(interpolation) hadisəsi adlanır. Bütün növ lüğətlərdən istifadə
mütərcimə sözün lüğətdəki çatışmayan mənasını bərpa etməyə
imkan verir.
Məsələn, Həsən oxumağa başladı cümləsində başlamaq
konteksdən təcrid olunmuş halda götürülərsə, aşağıdakı tərcümə
variantlan alınar: Hasan began to sing; Hasan began to study;
Hasan began to read; Hasan began to go to school;
102
Hasan began the prayer və s. Bu o deməkdir ki, başlamaq
sözündə çatışmayan məna var, yəni onun semantik strukturu tam
deyil, ona nəsə əlavə olunmalıdır ki, məna tamamlansın.
Dostları ilə paylaş: |