Lənət! Bakı 2011



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə1/5
tarix31.01.2017
ölçüsü1,56 Mb.
#6967
  1   2   3   4   5

 

 



 

Şahin Xəlil



 

 

 



 

  Oxuyana 

        ...lənət! 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Bakı – 2011 

 


 

 



 

 

 



 

 

 



 

Designed by Ferat 

Redaktor: Ferat 

 

 



Şahin Xəlil. “Oxuyana lənət!” 

Bakı,  2011.  

Tel: (+ 994 51) 816 57 01 

        (+ 994 55) 563 33 41 

 

 

“Oxuyana lənət!”  Şahin Xəlilin müəllifi olduğu əsərlərdən ibarət kitabdır. 



Kitabda onun alternativ üslubda həm nəsr, həm də nəzmlə yazdığı yazılarını oxuya 

biləcəksiniz. Bu kitab onun ilk kitabı “Adsız yol” dan sonrakı - ikinci kitabdır. 

Kitab satış üçün nəzərdə tutulmayıb. E-book şəklindədir. Ətraflı məlumatı rəsmi 

səhifələrdən ala bilərsiniz. 

 

 

 

 

 

facebook.com/writerferat 

facebook.com/sahinxalil 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

© Şahin Xəlil, 2011 



 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

“Özünü  ağıllı  bilib,  məni  oxuyana  lənət!  Mən  sənə  maraqlı  heç  nə 

verməyəcəyəm.  Məni  dərslik  kimi  oxuya  lənət!  Mən  sənə  əxlaq  verməyəcəyəm. 

Məni  ədəbiyyat  kimi  oxuyana  lənət!  Mən  sənə  heç  nə  söz  vermirəm.  Məni  vaxt 

öldürmək  üçün  oxuyana  lənət!  Məndən  duyğulu  heç  nə  gözləmə.  Səni 

ağlatmayacağam. Əvəzində güldürəcəyəm. Sən heç bu vaxta kimi özünlə bu qədər 

yaxın  olmamısan.  Məni  qınamaq  üçün  oxuyana  lənət!  Bu  kitab  sənin  güzgündü. 

Göstərdiklərimi danmısan bu yaşa kimi. Amma bu gün, elə bu dəqiqə möhkəm bir 

sillə ilə ayıldacağam səni. Məni sona çatdırmadan, yarıda buraxan oxuyana lənət! 

Bu  bizim  dueldi.  Dueldə  isə  qalib  bir  nəfər  olmalıdı.  Məcbursan  atəş  açmağa! 

Yoxsa sənə açacaqlar. Qaydalar aydındı? Yox deyib oxuyana lənət!” 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Mündəricat 



 

İntihar günü ............................................................................................ 6 

Güzgü (18+) ........................................................................................... 9  

İtirilən Allah ...........................................................................................10 

Fahişəlik düşüncədə doğulur ................................................................. 11 

İki qat nokaut ......................................................................................... 13 

Bir cinayətin “P.S.”i .............................................................................. 15 

Mən bir yazıyam .................................................................................... 17 

Mona Liza kimi ...................................................................................... 19 

Dünyanın sonuncu sakini ....................................................................... 20 

Üçüncü günün ........................................................................................ 21 

Sən “O” deyilsən .................................................................................... 22 

Qeyrət ( Yalan trilogiyası ) ..................................................................... 24 

Dialoq ( Yalan trilogiyası ) ..................................................................... 27 

Yalançı ( Yalan trilogiyası ) ................................................................... 29 

Murdar sevgi-1 ( trilogiya ) .................................................................... 31 

Murdar sevgi-2 ( trilogiya ) .................................................................... 32 

Murdar sevgi-3 ( trilogiya ) .................................................................... 34 

Çox sonralar... ( Nostalji trilogiyası ) ..................................................... 37 

Araba sahipinden satılıktır ( Nostalji trilogiyası ) .................................. 40 

Zibilxana ( Nostalji trilogiyası ) ............................................................. 43 

Epiloq ..................................................................................................... 45 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

İntihar günü 

 

Bu hadisə şəhərin  mərkəzi küçələrinin birində, yayın istisində, günorta baş 



verdi. 

Qoca  bir  arvad  səndələyə-səndələyə  pillələri  qalxırdı.  Bir  əli  sürahidən 

yapışmışdı. Digər əli isə dizlərindən aşağıda, torba sürüdürdü. Belinin donqarı onu 

bu kökə salmışdı. Qalxmaqdaykən nəsə astadan söyür, deyinirdi. Nəhayət pillələr 

bitdi. Beş pilləli nərdivanı qalxmaq yarım saatını aldı. Çardağa, ordan dama çıxdı... 

- Ora baxın, ora baxın... 

  Ağ maykalı yeniyetmə barmağıyla damı göstərərək qışqırırdı. 

  Camaat  damın  kənarında  oturan  qarını  gördülər.  Əllərini  gözləri  üstündə 

tutub,  diqqətlə  qarıya  baxıb  təəcüblənir,  bir-birləri  ilə  nəsə  danışırdılar.  Nədənsə 

hər baxan yoluna davam etmək əvəzinə, elə yerindəcə durub, hadisələrin gedişatını 

bilmək,i  zləmək  istəyirdi.  Bir  xeyli  adam  toplaşmışdı  küçəyə.  Hamıda  sual  dolu 

nəzərlərinı  damdakı  qarıya  tuşlamış,  onun  dama  qalxma  səbəbini  tapmağa 

çalışırdılar. 

Eynəkdə olan bir gənc oğlan ucadan dedi: 

- Polis çağırın, özünü atmaq istəyir! 

Boz maykada olan digər gənc oğlan etiraz etdi: 

- İntihar etmək istəyirsə, bəs niyə oturub? 

Uşaq anasının əlindən dartıb soruşdu: 

- Ana, Karlsondu ? 

Yanlarında duran orta yaşlı qızıldiş kişi ucadan güldü: 

- Hə,balaca... Əvvəllər damda Karlson yaşayırdı, indi qarı. 

Başqa bir kişi qızıldişin gülüşünə qüvvət verdi: 

- Görəsən bu da uça bilir ? 

Saçları səliqə ilə daranmış qız əsəbi tonla: 

- Camaat özünü öldürmək istəyir, siz amma burda gülürsüz! 

Qızıldiş cavab verdi: 

- Cəhənnəmə öldürsün, mənə nə? 

Beləliklə mübahisə başladı. 

- Yazıq deyil, günah deyil? 

-  Ay  başına dönüm  mənə  nöş deyirsəne buları?  Mən xahiş  etmişəm  ondan 

çıxsın dama, özünü atsın ? 

- Kim dedi axı atır özünü ? 

- Bəlkə sən də elə bilirsən ki bu qarı Karlsondu, hə? Ha-ha-ha... 

- Onu demirəm.  Deməyim odur ki, hələ bilinmir ki, o qarı ora niyə qalxıb! 

- Sən gicsən? Necə yəni niyə qalxıb? Bu boyda yer azlıq edib ona ki,damda 

gəzsin ? 

- Ude polis, polis... 

  Qarının  dama  qalxması  xəbərini  verən  uşaq  bu  dəfə  polis  əməkdaşlarını 

göstərərək, sevinclə qışqırdı. 

   


  Polislər camaatı itələyə-itələyə düz damın altında dayandılar. Bir az hündür 

olanı soruşdu: 



 

- Nə olub burda? O arvad ora niyə qalxıb? 



  Eynəkli gənc cavab verdi: 

- Bilmirik. Bizə də maraqlıdı ki, o qarı dama niyə qalxıb. 

  Polislər qaşqabaq tökdülər. Hündür olanı dama baxıb qışqırdı: 

- Ay arvad, düş aşağı tez ol! 

  Sonra paqon yoldaşına: 

- Harda gic var bizi tapır da! 

  Qarıdan cavab gəlmədi. 

Hündür boy polis əməkdaşı bu dəfə daha qəzəblə bağırdı: 

- Ay arvad, bizi ora gətizdirmə, düş tez ol aşağı! 

Qarıdan  yenə  səs  gəlmədi.  Səliqəli  daranmış  qız  polis  əməkdaşlarına 

yalvarırmış kimi: 

- Siz Allah, qoymayın özünü atsın- dedi. 

Qızıldişlə həmcinsi keçəl məzəmmətlə əlavə etdilər: 

-  Hə,hə  atmasın,  axı  biz  onun  uçmasını  gözləyirik.  Yerə  düşsə  biletimiz 

batar. 

Polislərdən  nisbətən  kiçik  boylusu  nifrətlə  qızıldiş  və  keçələ  baxdı. 



Baxışların  arxasında  duran  sözləri  anlayan  keçəl  qızıldişin  qoluna  dirsəyi  ilə 

yavaşdan vurdu. O da bu ehyamı anlayıb ciddi sifət aldı. 

  Polis əməkdaşları dama qalxmağı qərar verdilər, amma öncə FHN-i hadisə 

yerinə  çağırmağı  da  unutmadılar.  On  iki  dəqiqə  sonra  FHN  yanğınsöndürən  və 

təcili yardım maşınları ilə gəldi. Polis əməkdaşları bu zaman ərzində artıq damda 

idilər. Yerdən onları görmək elə də çətin deyildi. Qızıldiş telefonunun kamerasını 

dama tuşlayıb hazır vəziyyətdə intihar səhnəsini gözləyirdi. Onu qoşulanlar da az 

deyildi. Bəziləri hətta qarının intihar edib-etməyəcəyindən mərc də gəlirdilər. 

FHN əməkdaşları camaatı damın altından kənara qovub yanğın bezi açdılar. 

Hamının gözü damda idi. 

Hündürboy  polis  damın  kənarında  arxası  onlara  heykəl  tək  otumuş  qarının 

beş addımlığında əyilib sakit səslə dedi: 

- Ay xala, lazım deyil. Bu yaşda, bu başda sənə belə ölüm yaraşmaz. Əlini 

bəri elə... 

Qarıdan  səs  çıxmadığını  görüb,nisbətən  kiçik  boylusu  daha  mehribanlıqla 

əlavə etdi: 

- Xalacan, kim dəyib xətrinə? De bizə, gedək canını alaq. Ölüm çıxış yolu 

deyil. 


Qarı isə susurdu... 

Polislərin əsəblərini lap tarıma çəkirdi susqunluğu. 

-  Bax  tərpənmə,  indi  mən  sənə  yanaşıb,  əlindən  tutacağam  və  burdan  bir 

yerdə  düşəcəyik  aşağı,  amma  normal  insanlar  kimi,  pilləkanla.  Tərpənmə, 

danışdıq? 

Damın  altında,  küçədə  isə  insanlarların  sayı  durmadan  artırdı.  Hər  kəs 

həyəcan içində gözləyirdi. Televiziya kanalları da, birbaşa yayımla hadisələri efirə 

verirdi.  Jurnalist  camaatın  fikrini  öyrənmək  üçün  mikrafonu  ona-buna  uzadıb 

sorğu-sual edirdi. Xəbər şəhərə sızdığından, yaxınlıqda olan bütün dükan sahibləri 


 

dükanlarını  bağlamış  bura,  intihara  baxmağa  gəlmişdilər.  Böyükdən  kiçiyə  hamı 



maraqla dama baxırdı. 

Hündürboy  polis  əməkdaşının  qəfildən  onun  əlindən  yapışması  qarını  bərk 

diksindirdi. Əsən əllərindən palçıq süzülürdü. Polislərin təəcüblü baxışları qarının 

əllərində idi. 

Qarı damın kənarında gül əkirdi... 

- Ay arvad, dəlisən? Səninləyəm e... 

- Tural, bu kardı... Eşitmir bizi ! 

Qarının qorxmuş vücudu titrəyir, göz qapaqları sürətlə qırpınırdı. 

Hündürboy polis əməkdaşı əl hərəkətləri ilə qarıdan burda olmasının, damda 

gül  əkməyinin  səbəbini  sual  edirdi.  Qarı  dodaqlarını  bərk-bərk  sıxıb  hıçqırırdı. 

Nəhayət əsən çənəsini palçıqlı ovucuyla örtüb, ucadan hönkürdü. 

Tural  adlanan  polis  əməkdaşı  aşağı  əyilib,  təcili  yardımı  yuxarı  qalxmağa 

səslədi. 

Tibb bacılarından kök, qırmızı yanaqlı olan qarıya sakitləşdirici iynə vurdu. 

Az sonra iynə təəsirini göstərdi. Toxtayan qarı ucadan dama qalxmaq səbəblərini 

danışdı. Məlum oldu ki, qarının oğlu 1992-ci ildə hərbi xidmətə yollananda gülləri 

göstərib  anasına  "Ana,  bu  güllər  solmamış  qayıdacağam"-  deyib.  Amma 

qayıtmayıb.  Müharibədə  həlak  olub.  Qarı  isə  çoxdan  solmuş  gülləri  torpaqdan 

ayırmayıb, hələ də oğlunun gələcəyinə inandırır özünü... 

Həkimin "bəs damda niyə əkirdiz gülləri?" sualına isə qarı gülümsəyib dedi: 

- Gəlmir...Dedim bəlkə şəhər dəyişib, evi tapa bilmir, azıb. Mən də gülləri 

damda əkdim ki, bəlkə qoxularını duyub,evi tapar.  

İntiharın  baş  verməməsi  səbəblərini  damdan  aşağıda  yığışan  heç  kəs 

bilmədi.Hətta o qızıldiş də.Qarını təəcili yardıma qoyub apardılar. 

Damda çoxdan solmuş güllər boyunlarını büküb qarıyla vidalaşırdılar. 

 

 



 

 

                                



 

 

 

 

 

 

 

 

 

 

 

Güzgü (18 +)

 

 

İtirdin... Heç fərqinə belə varmadan.Vecsiz, arsız kimi. Olmağı-olmamağının 



önəmi  olmayan  axmaq  kimi  göstərdin  mənə  məni.  Allah  verdi,  sən  çəkib  aldın. 

Ciyərlərin tutduğu qədər nəfəs çəkib tüfürdüm sənə! 

"Olmur gülüm, olmur bu şəhərdə arzulara çatmaq! 

Bu şəhərin güzgüsü çatlaq ! 

Bu ölkənin sifəti yaltaq ! " 

Səcdələrim  oldu  yazı  masası.  Nə  verdiz  mənə?  Məlikməmməd  oxuyub, 

yalandı  dediniz!  Söyüş  öyrədib,  ayıbdı  dediniz.  Siqaret  aldırıb,  ziyandı  dediniz. 

Qəhrəmanları  cındır düşüncələrdə  qəhbədən bətər, hansısa qəhbələri  şöhrət  etdiz. 

Nədi  "qəhbə"  söyüşdü?  Səni  hər  gün  mədəniyyətlə  və  böyük  məmuniyyətlə 

söyürlər.  Əziz  Nesin  kimi  intihar  etmək  üsullarından  bir-ikisini  də  mən  əlavə 

edim? Yox, əziz oxucu, yox! 

Sənin  əgər  ruhun  ölübsə,  intiharına  ən  azı  təəcüblü  bir  "Aaaa..."  belə 

eşitməyəcəksən!  Səni  yedirdib,  içirdib,  geyindirən  hər  kəsin  "zad"-ında  sabunla 

növbə gözləyirsənsə, mənliyin qürurunun öldüyünə ağlayır. 

Sevmək,  sevilmək  istəyirsən  hamı  kimi.  Özünə  oxşamışlar  kimi.  Nitşenin 

"müasir  heyvan  "ları  kimi.  Niyə?  Hər  sənə  kərkinəndən  sevgili,  hər  sənin  altına 

uzanandan  arvad  olmur!  Demaqrafik  inkşafda  olan  rolundan  və  törəmələrinə 

axmaq sevgi macəraları haqda danışmaqdan başqa nə bacaracaqsan ki? 

Sıradan olub milyardlardan bir heç olub yaşayacaq və 2-3 cüt gözlərin acısı 

ilə yox olacaqsan. Xatirələr qaralaması ilə arada düşəcəksən yada və bir gün heç o 

qaralaman belə xatırlanmayacaq. Ən pisi bilirsən nədi? Sən hələdə özünü nəsə bir 

şey hesab edirsən dünyada. Burax dünyanı, burax ölkəni, şəhəri, qohumları... Bir 

şey ola bilərsən, amma ev qapısının astanasına kimi. Dünyada nə çox... Adın nədi? 

Fuad? Aynur? Tofiq? Dünyada nə çox Fuadlar, Aynurlar, Tofiqlər... 

Bir  şeysənsə  dünya  üçün  ol!  Zorlamağı  bacar  beyinləri,  qulaqları,  gözləri. 

Qoy heç olsun həyatın, cəhənnəm olsun sevgilin, iylənsin ətrafındakı çürüntülər. 

Sən mübarizəndə ol həmişə ! 

Lazım deyil dövlət mükafatları, nobel, oskar, qremmi və bu kimi mükafatlar 

və həmin mükafatlarda "Mən bu mükafata görə filankəsə minnətdaram" deməyin. 

De  "Mən  Allahın  ən  gözəl  əsəriyəm  və  onun  seçimidi  bu  yer".  Allahın  səninçin 

seçdiyi yer isə televizor qarşısında oturduğun o kreslo, məşuqə ilə qızınıb, arvadını 

evdə  nigaran  buraxmağın,  damara  yeritdiyin  saxta  cənnətlər,  feysbukda  gic-gic 

statuslar  yazmaq,  sərxoş  vəziyyətdə  maşın  altda  qalmaq,  silah,  çərçivə,  sərhədlər 

düzəltmək deyil ! 

Sən  əgər  nəyə  qadir  olduğunu  bilsən  onda  dünya  üçün  bir  şey  ola  bilməyi 

bacaraqsan. 

Nə  qədər  ki,  bunu  bacarmırsansa,  söy  məni  və  yuxarı  pəncərəndə  görünən 

pornoqrafik saytlara baxmağına davam et. 

 

 

 



10 

 

İtirilən Allah 



 

İndi  gülürəm...  Nə  vaxtsa  nəyəsə  belə  ürəkdən  güldüyümü  xatırlamıram. 

Məni  güldürən  səbəb  bəlkə  də  sizi  ağlada  bilər.  Cizgilərim  ağrıyır.  Unudulmuş 

təbəssüm qonağı onları kökləyib araladıqca. Ətrafımdakı insanların sual yağdıran 

baxışları belə vecimə deyil. Gülüşüm deyəsən səhər tezdən özümü güclə soxduğum 

metro  vaqonunda  olan  heç  kəsin  xoşuna  gəlməyib.  Hətta  dəxilsiz  "Ulduz" 

stansiyasında  tez-tələsik  vaqonu  deyinə-deyinə,  bir-birinin  ayaqlarını  tapdalaya-

tapdalaya düşüb, elə ordaca durub növbəti vaqonu gözləməyi mənim gülüşümdən 

daha  xoş  olduğunu  özlərinə  inandıranlar  oldu.  Bu  məni  daha  da  həvəsləndirdi 

gülməyə.  Yanımda  duranların  gözlərindəki  zəhrimar,  qaşlarının  düyünü,  astadan 

söymələri indi mənə ilham idi gülüşə. O vaqonda tək düşmən var idi hamı üçün. 

Mən! Qırx yaşındakı qəhvəyi ətəkdə, optik eynəkdə olan xanımın beş il öncə onu 

atıb gedən əri. Əsmər olub saçlarını saraltmaq istərkən yandıran göy göz xanımın 

rəngi.  Maaşını  dörd  aydı  ala  bilməyən  fəhlənin  müdürü.  Gecənin  yorğunluğunu 

çeynədiyi  saqqızdan  çıxardan  fahişənin  üstündən  düşmək  istəməyən  sırtıq 

müştərisi. Dünənki qumarda uduzan yekəqarın, lopa bığ, pota boy qumarbazın heç 

cür gəlməyən üçüncü "altısı". Qonşuluqda qalan gözəlçənin onunla yataqda nələr 

edəcəyini  düşünən  ağ  ketdə  olan  yeniyetmənin  fantaziyalarını  puç  edən  atası. 

Oxuduğu  romandakı  qəhrəmanını  öldürən  qəddar  yazıçı.  Mürgülüməyə  çalışan 

tələbənin arzusuna tüfürən sürücünün əyləci. Onları aldadan şeytan. Canlarını alan 

Əzrail.  Düşmənləri  erməni,  israil...  Əcdadlarını  söyən  Darvin.  Tanrılarını  söyən 

Nitşe.  Zəifliklərini  söyən  Hitler.  Tərgidə  bilmədikləri  siqaret,  narkotik,  burun 

eşələmək,  dırnaq  çeynəmək,  qeybət  etmək...  Mənəm  bunların  hər  birisi.  Bircə 

gülüşlə bir ömürlük azuqə yığdığımı anladım gülüşə. Nəhayət vaqonun saqqalsız 

ağsaqqalı  ucadan  bağırdı.  Bu  bağırtını  qətiyyən  gözləməyən  yanındakı  qız 

yerindən  dik  atıldı.  Qocanın  gülüş  hədiyyəsini  məmnuniyyətlə  qəbul  edib 

gülüşümə  qatdım.  Qoca  isə  təslim  olmaq  niyyətində  olmadığını  aydın  olmayan 

sözləri  bağıraraq  sübut  etmək  istəyirdi.  Amma  növbəti  bağırtısı  ağzından  uçan 

protez  dişləri  müşayət  etdi.  Bayaqdan  bəri  məni  öldürməyə  hazır  olan 

vaqondakıların  qəh-qəhi  mənim  gülüşü  eşitməz  etdi.  Pərt  olmuş  qoca  növbəti 

stansiyada  vaqondan  qanad  açıb  uçdu.  Növbəti  stansiya  da  mən  də,  düşdüm. 

Arxaya  baxmadan  dəli  bir  gülüşlə  ekskalatora  addımladım.  Amma  əminəm  ki, 

vaqondakılar  arxamca  yenə  axmaq  baxışlardakı  sual  və  nifrətlə  boylanmışdılar. 

Çünki, onların heç biri mənə hələ gülüşə başlamamışdan öncə fikir verməmişdilər, 

qulaq  verməmişdilər  gülüşümə  səbəb  olan  dialoqa.  Vaqona  soxulanda  yanımda 

duran cütlüyün söhbəti: 

Qız:  

-Allahı itirdim! 



Oğlan:  

-Hansı Allahı ? 

-Boğazımdakı... 

-Eybi yox,təzəsini alarıq . 

 


11 

 

Fahişəlik düşüncədə doğulur 

 

Onu oteldə gördüm sonuncu dəfə. Otelin 12-ci nömrəsində. Anadan gəlmə 



çılpaq  şəkildə.  Yanaşdım...  İçki  qoxusu  gəlirdi  nəfəsindən.  Bir  az  da  yanaşdım. 

Qoxu  yox  oldu...  Bədənindən  gələn  itburnuya  oxşayan  ətirlə  doldu  burnum.  Baş 

tərəfində, yerdə oturdum... Sağ gözünü bir balaca aralayıb baxdı, yumdu. Sinəsini 

önə verib, gərnəşdi... Gözübağlı gülümsədi, dərhal da o gülüş azdı simasında, itdi... 

Yatırdı. Baxırdım... 

Xəstə  fantaziyalarımı  doyduran  qadın  idi  o.  O,  özü  belə  bilmədən  hər  gün 

mənimlə  müxtəlif  pozalarda  sevişirdi.  O,  mənim  sevgim  idi.  Yorğanaltı,  tualet, 

dam, gözdən iraq sevgim. Mahnımız da var idi hətta. Vallarda yaşayan mahnımız. 

O  əsrarəngiz  idi.  O  ayaqlarda  naxış  çəkib,  sütun  kimi  qorumaq  olardı.  O 

dodaqlardan  öpməklə  impotensiyadan  belə  sağalmaq  olardı.  O  gözlərə  baxmaqla 

xöşbəxtlikdən  dəlirmək  olardı.  O  qadın  idi.  Varlığımdan  xəbəri  olmayan  mənim, 

bir də lənətə gəlmiş şəhərin qadını. O şeytan idi. Hər bir qadının həsrətlə tamaşa 

etdiyi  döşə,  başa,  saça,  duruşa,  baxışa,  yerişə,  gülüşə  sahib  şeytan.  Mən  Allaha 

onunla  xəyanət  edirdim.  Mən  bütün  tərbiyəmə,  əxlaqıma,  çərçivəmə  onunla 

xəyanət  edirdim.  Mən  onu  sevirdim.  Və  bu  mənim  ən  böyük  sevgim  idi.  Hər 

şeydən,  hamıdan  üstün  sevgim.  Onu  görüm  deyə  saatlarca  evinin  önündə 

gözləyirdim. O mənim iyrəncliyim idi. Hər bir hissimdə var idi. Hər hüceyrəmin, 

hər bir molekulunun parçalandığı atomunda, son nöqtəsi olan nirvanasında belə var 

idi. Hər onu əvəzlədiyim fahişə ilə son damla spermaya kimi sevişsəmdə, o sperma 

da belə o var idi. Dırnağa, tükə qədər qədər sevirdim onu. Qova bilmirdim onu... 

Heç  bir  tərəfimdən  qova  bilmirdim.  Hər  yerimdə  və  olduğum  hər  yerdə  idi.  Və 

gözəl  bilirdim,  anlayırdım  ki,  tək  deyiləm.  Bu  şəhərin  kişiləri  bir  yana,  hətta 

arvadları belə onunla yatmaq arzusunda idilər. 

Necə  anlayırsız,  anlayın.  Sevgimdən  utanmırdım.  Sevməkdən  utanmırdım. 

Hər səhər əlində güllər küçədə görünərdi. Hara getməsini heç kim bilməsə də hərə 

öz fantaziyasına uyğun bir şeyə əmin etmişdi özünü. Kimisi deyirdi gül satıcısıdı 

mərkəzdə,  kimisi  deyirdi  katibədi  və  s.  Amma  hər  "kimsənin"  özünə  əminliklə 

təlqin  etdiyi  bir  şey  var  idi  ki,  o  gündə  ən  azı  3-4  ü  ilə  yatır.  Hətta  bir-iki  dəfə 

lapdan  ona  “Salam”  verən  sərxoşlar  belə  qıraq-bucaqda  onunla  yatdıqlarından 

goplar  uydurur,  bu  goplarla  öyünürdülər.  Mən  isə  sevgilimin  fahişə  olmadığına 

əmin idim... 

Dekabrın  19-u  idi.  Axşam  tərəfi,  hava  qaralmaq  üzrə  olan  vaxt.  Qar  da 

yağmışdı.  Blokun  ağzında  durub,  görməmişliklə  qara  tamaşa  edirdik.  Yerə 

oturmağını  gözləyirdik  ki,  başlayaq  qar  topuya,  bir  birinə  qar  yedizdirməyə. 

Natiqin  maşını  göründü  küçənin  o  başında.  Tünd  qara  31-i  idi.  İmkanlı  uşaq 

olduğundan  hər  tərəfli  hörməti  var  idi  məhəllədə.  Yeddi  ilə  yaxın  idi  ki, 

məhəllədən  toyu  olan  hər  kəsin  nişan  üzüklərini  özü  düzəldirdi.  İnsaf  naminə 

deyim ki, kasıb cibinə görə yaxşı zərgər idi.  

Maşını önümüzdə saxlayıb, başını pəncərənin açıq hissəsindən baxaraq, bic-

bic qımışdı. "Oturun uşaqlar, sözüm var" - deyərək, başı ilə maşının salonunu işarə 

etdi. Oturduq. Mamed öndə, Cavidan, Əsəd ortalarında, mən isə arxada.  


12 

 

- Heç bilirsüz nə olub ? 



Təəcüblə hər dördümüz Natiqin dodaqlarından çıxan sözü gözlədik, heç bir 

cavab vermədən. 

- Samirə ilə... Yəni olduq da... İndi ordan gəlirəm. Ala, bilirsüz nədi? Day 

dəhşət də, nə deyim. Dalbadal üç dəfə özdə. Qancıqdan doymaq olmur.  

Natiq  ustalıqla,  iştahla  bir  saat  öncə  sevgilimlə  yaşadıqlarını  təsvir  edir, 

mənsə boğulduğumu hiss edir, eşitmirdim. O danışdıqca Mamed də, Cavidan da, 

Əsəd də ağızlarının suyu tökülə-tökülə qulaq asır, xayalarını qaşıyıyırdılar.  

- Oteldə qalacaq bu gün. Mənə papa zəng elədi, gəldim. Mənə baxun, kim 

istəyir adresi verim, getsün kef eləsin. Qaqaş canı düz deyirəm. Hə, nə deyirsüz ? 

Hansınız gedirsiz ?  

Ən çox mən istəyirdim. Və əmin idim ki, məndən də çox bu yanıqlar istəyir. 

Ona görə susmuşdum... 

-  Hm,  nə  oldu?  Qorxduz?  Ay  da,  ala  süz  lap  mama  uşağısız  e  vallah. 

Danışanda  ağzıvıza  çullu  dovşan  yerləşmir.  İndi  deyirəm  ki,  momentdi,  amma 

vecinizə də deyil. Ok, nə deyirəm ki, özünüz bilin. Belə şans həyatda bir dəfə olur.  

- Mən getmək istəyirəm !- az qala qışqırıqla dedim... 

P.S.  Natiqin  "viaqra"  fırıldağının  bu  dəfəki  qurbanı  Samirə  olmuşdu.  Çay 

içmək  adıyla  qıza  min  cür  dil  töküb,  restorana  aparmış.  Orda  isə  çay  salata 

dönmüşdü.  Salatın  içində  viaqra  olması  kimin  ağlına  gələrdi  ki?  Hansı  qız  bunu 

düşünə  bilərdi  ki?  Sonra  isə  sərxoşluğa  bənzər  düşüncənin,  yanan  bədənin  kimə 

gəldi  təslim  olması  boş  şey  idi...  Mən  amma  əl  dəymədim  ona.  Səhərə  kimi 

yanında eləcə uzanıb, sevgilimin yatmağına tamaşa etdim... 

P.S.S.  Lap  sonralar  məlum  oldu  ki,  Samirə  cərrahdı.  Yeganə  uğursuz 

əməliyyatı  hər  səhər  qəbrinə  güllər  apardığı  həyat  yoldaşı  olub.  Bunu  biləndə 

Samirə  məhlədən  çoxdan  köçmüş  idi.  Natiq  isə  növbəti  belə  murdar  hərəkətinin 

qurbanına  özü  çevrildi.  Etdiyi  hərəkətin  qarşılığı  onun  "orasını"  kəsib,  özünə 

yedirdərdilər  yazmaq  istəsəm  də,  elə  olmadı.  Ondan  uşağa  qaldığına  görə  fahişə 

dediyi qızı aldı... 



Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin