Lənət! Bakı 2011



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə2/5
tarix31.01.2017
ölçüsü1,56 Mb.
#6967
1   2   3   4   5

 

 

 

 

 

 

 

 

 

 

 

 

13 

 

İki qat nokaut 



 

- Xərçəng ! 

Həkimdən  nokauta  salan  zərbə...  Həm  də  səhər-səhər.  Boks  karyerasında 

hələ heç kimdən belə ağır zərbə almamışdı. Ağlına da gəlməzdi ki, nə vaxtsa məhz 

həkim, həm də bu cür cılız görkəmli həkim ona belə ağır zərbə vura bilər. 

"İt  oğlu,  it!  Bu  cür  xəbəri  adama  elə  asanlıqla  deyir  ki,  elə  bil  muştuluq 

istəyir. “Təəsüf edirəm” də demədi. Desəydi nə olacaqdı ki?! Heç vaxt inanmaram 

ki, bu dördgöz ağ xalat xəstəliyimə təəsüflənə bilər. Nəsə sifəti də tanış gəlir e... 

Elə  bil  hardasa  görmüşəm  bu  sifəti.  Yada  sala  bilmirəm  sadəcə.  Görəsən  mən 

neçənciyəm? Məndən öncə daha neçə nəfərə belə xəbərlər deyib? Onlara da belə 

soyuqqanlıqla  davranıb?  Hm,  əlbətdə...  Əgər  onların  içində  də  mənim  kimi 

həyatından  məmnun,  optimist,  bəxtəvər  insanlar  olubsa  daha  qəddarlıqla  deyib 

xəstəliklərini gözlərinin içinə diqqətlə baxaraq. İt oğlu it! Əlbətdə təəsüflənmir və 

təəsüflənməz  də!  Çünki  o  ömrü  boyu  oxuyub  və  oxumaqdadı.  Gözünün  nurunu 

alan  başındakı  elmlər  ona  ağ  xalatı  geydirib,  bu  stol  başında  oturdub.  Aldığı 

maaşdan,  həmkarı  olan  arvadından  və  bir  də  hər  gün  min  cür  xəstəlikləri 

araşdırmaqdan  başqa  heç  nə  görməyib.  Əlbətdə  onun  üçün  mən  bəxtəvər 

obrazıyam.  Bir  kitab  da  oxumamış  qol  gücümə  hər  şey  qazanmışam.  Gəzdiyim 

qızları,  maşınları,  şəhərləri,  restoranları,  otelleri  o  yalnız  yuxusunda  görə  bilər. 

Mənim  bir  zərbəyə  qazandığım  pulları  bu  yetimin  qazanması  üçün  on  il  gecə-

gündüz  işləmək  gərəkdi.  Ərli  qadınları  belə  başdan  çıxaran  hündür  boy,  əzələli 

bədən quruluşunu o ancaq hollivud döyüş filmlərində görüb. Sallanan qarnı, sısqa 

qolları, bəstə  boyu  ilə  ancaq  arvadı  üçün  ideal ola bilər.  Bəlkə  də  hər  dəfə  məni 

televizor kanallarında görəndə, söyüb, kanalı dəyişir. Elə ona görə illərdi beyninin 

bir  köşəsində  hamıdan  gizli  saxladığı  qeyri-normal  kinini  çıxardır  qürurlu 

nidasıyla. 

- Xərçəng ! 

Ancaq  bu  axmaq  bir  şeyi  unudub.  Mən  bir-iki  ilə  ölsəm  də  qazandığım 

pullar nəticələrimə belə çatacaq. Minlərlə fanatımın divarlarında, kompyuterlərinin 

iş  stolunda  şəkillərim  qorunacaq.  Adım  şərəflə  anılacaq.  Amma  sən?  Beş  dəfə 

reinkarnasiya ilə dünyaya gəlsən də, hər gəlişinlə yüz il yaşasanda, bundan yuxarı 

qalxa  bilməyəcəksən!  Ən  adi  bir  məntiq  ilə:  “Dahi  doğulmamısansa,  dahi 

olmayacaqsan yaşayaraq!” 

Analiz, rentgen cavablarını götürüb, qəh-qəhə çəkdi. Gözündən yaş gəlincə, 

qarnı sancılanadək güldü. 

-  Sağ  olun,  həkim.  Ya  da  əlvida,  həkim!  -  deyib,  otaqdan  çıxmaq  üçün 

qapıya yanaşdı. 

- Bircə dəqiqə, xahiş edirəm.- həkim səslədi və stolun gözündən bir poster və 

qələm götürüb ona yanaşdı. 

-  Bura  imza  atın,  lütfən.  Biz  ailəlikcə  sizin  azərkeşinizik.  Televizor 

kanallarında sizi görəndə çox sevinirik. Heç bir döyüşünüzü qaçırmamağa çalışırıq. 

Fəxrimizsiz! 



14 

 

Oğlum  isə  sizin  şəkillərizdən  öz  otağının  divarında  kollaj  düzəldib.  Hətta 



kompyuterinin iş stolunda belə sizin şəkilinizdir. Üzgünəm xəstəliyinizə görə. Bu 

xəbəri  mən  dünəndən  bilirdim  və  elə  dünəndən  bütün  cəsarətimi  yığmışdım  bu 

ağrılı xəbəri bir kəlməyə demək üçün. Nə qədər çətin də olsa demək borcum idi. 

Allah bilən məsləhətdi. Amma bilin ki, siz bizim üçün unudulmayacaqsız! 

Yerində  donan  boksçu  bu  dəfə  ikinci  ən  ağır  zərbəsini  aldı.  Həm  də  eyni 

insandan. Posterdəki gülümsəyən rəsminə bir xeyli baxandan sonra, imza atdı. 



 

" Məndən güclü olan yeganə insana və onun ailəsinə böyük hörmətlə..." 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

15 

 

Bir cinayətin “P.S”i 



 

Siqareti kənara atıb, bloka girdi. 

Bir... 

İki... 


Üç... 

Dördüncü mərtəbədə lift mövcudluğu yadına düşdü. Düyməni basdı. Liftin 

səsi  yuxarıdan  gəldi.  Bir  az  sonra  qapıları  üzünə  açıldı.  Liftə  girib  beş  yazılan 

düyməyə basdı. Beş düyməsi işləmədi. Altı yazılan düyməni basdı. 

Altıncı mərtəbədən beşə düşüb qırmızı qapıya açarı salıb burmaq istəyəndə, 

qapı açıldı. 

Salamlaşıb  ayaqqabılarını  və  kurtkasını  eyni  vaxtda  çıxara-çıxara  evin 

yuxarı başına keçib, divana çökdü. Onunla üz-üzə oturan kişi, otağın sağ küncündə 

stol arxasında oturub, qarşısında şorba, əlində qaşıq olan qız, ev qapısı kəndarında 

qapını bağlamadan duran qadın məətəl-məətəl ona baxırdılar. 

- Bu nədie baxırsız?- deyib pultu götürüb, kanalı dəyişdi. 

- Sən kimsən ?- kişi soruşdu. 

- Eee, yaxşı daa... Başım ağrıyır! - cavab verdi. 

Kişi  ayağa  qalxıb  otaqdan  iti  addımlarla  çıxdı.  Az  sonra  mətbəx  bıçağı  ilə 

geri qayıdıb, bağırdı: 

- Rədd ol evimdən, yoxsa vuracağam! 

- Vur da, nə durmusan? 

Qız qaşığı stola atıb, otaqdan qaçmaq istəyəndə, stula ilişib, yıxıldı. Yan üstə 

oturub, dizlərini qucağlayıb ağlamağa başladı. Arvad qapını buraxıb otağa qaçıb, 

qıza qoşulub, hönkürdü. 

- Mən gedim yatım, yoxsa sizinlə adam dəli olar. 

- Nə yatmaq? A kişi, sən kimsən, nə istəyirsən bizdə ? 

- Eee... Bezdim eee. Az qışqırın da. 

Yataq otağına keçib yatağa uzandı. 

-  Polis...  Zəng  vurun  polisə-  kişi  əmr  edib,  onun  arxasınca  yataq  otağına 

keçdi. Bıçağı əlindən buraxmamışdı. 

-  Dur  rədd  ol  da,  ay  müsəlman.  Axı  kimsəne  sən?  Dəlisən?  Nə  istəyirsən 

bizdən? 


Balışı  bərk-bərk  qucağlayan  naməlum  qonaq  isə  cavab  vermədi.  Bu  kişini 

bir  az  da  qəzəbləndirdi.  Əsəbdən  pörtmüş  yanaqlarından,  alnından  axan  tər 

damcıları bığları arasına süzülüb itməkdə idi. 

- İşə düşmədik... Bu dəqiqə durub, cəhənnəm olmasan polis gəlməmiş sənin 

ananı özüm belləyəcəyəm, it oğlu it, eşidirsən? 

Cavab  gəlmədi.  Əvəzində  qonaq  otağında  hıçqıran  qızın  astadan  zırıltısı 

eşidildi. 

-  Səninlə  deyiləm,  ay  alçaq?!  -  deyib  qolunu  qaldırıb  var  gücü  ilə  yataqda 

uzananın başına yumruq vurdu. Qeyri-ixtiyari özü səksənib, kənara çəkildi. 

Səs çıxmadı... 



16 

 

Əsəbdən özünü itirən kişi bu dəfə yumruğu deyil, bıçağı işə saldı. Dalbadal 



beş dəfə bıçaq enib-qalxdı. 

Qapı döyüldü. Polis gəldi - deyib, arvad yataq otağında nələrin baş verdiyini 

bilmədiyindən qapını açıb, polis əməkdaşlarına yataq otağına işarə etdi.  

- Lənət şeytana... Burda nələr baş verir ?- qışqırdı polislərdən biri. 

-  Əllər  yuxarı!  -  digəri  əlavə  edib,  tapancasını  əlindəki  bıçaqdan  qan 

damlayan kişiyə tuşladı. 

-  O...  Mən...  Mən  onu...  Mən  ailəmi  qorudum.  Bu  bizə  soxulub...  -  kişi 

tövşiyərək bayıldı. 

2 saat sonra... 

Ekspertizanın ilkin rəyi: 

"Öldürülən  şəxs  evə  soxulmayıb  və  qapını  onun  üçün  açıblar.  Ailədə  heç 

kimə qarşı zorakılıq edilməyib. Saxlanılan şəxs mərhumu qəddarlıqla yatan yerdə 

qətlə yetirib. Qətlin səbəbi naməlum olduğundan iş istintaqa araşdırılmağa verilir!" 

İstintaq  P.S.-i:  Cinayətin  qurbanı  və  qətli  törədən  şəxs,  hər  ikisi  psixoloji 

cəhətdən tam sağlam olublar hadisə zamanı. 

Məhkəmə  P.S.-i:  Qətlə  yetirilən  şəxs  qətlə  yetirilən  binanın  altıncı 

mərtəbəsinə hadisədən bir gün əvvəl köçmüşdü. 

Müəllif  P.S.-i:  Qətlə  yetirilən  şəxsin  köhnə  mənzili  blokun  beşinci 

mərtəbəsində idi. 

Yazının  P.S.-i:  Qətlə  yetirilən  şəxsin  köhnə  mənzili  blokundakı liftdə  dörd 

nömrəli  düymə  işləmirdi.  O  adət  etmişdi  bir  mərtəbə  yuxarıda  liftdən  çıxıb,  bir 

mərtəbə aşağı enməyi.  

Elə belə P.S.: Adətlər insanı məhv edə biləcək ən gözəl üsuldu ! 

P.S.-in P.S.-i: Hər P.S.-ə inanmayın! 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

17 

 

Mən bir yazıyam ( Psixoterapiya ) 

 

Eyy...  Səninləyəm,  eşidirsən?  Təsdiq  etmə,  ay  axmaq  məni  necə  eşidə 



bilərsən?  Görə  bilirsən?  Məni?  Aydaa,  ay  axmaq,  mən  heç  özüm  özümü  görə 

bilmirəm.  Maraqlıdı  sən  necə  bunu  bacarırsan?  Mənə  nə  lazımdı?  Səni 

əsəbləşdirmək! Hə, ay sağ ol, məhz səni! Yan yörənə baxma, səndən danışıram. De 

görüm  işin  gücün  yoxdu?  Bir  axmaq  məni  yazır,  səni  əsəbləşdirir,  sənsə  hələ  də 

oxuyursan axmaq kimi. Oxuma, çıx rədd ol məndən! Sən gözlədiyin sevgi yazısı 

deyil. Boş yerə  ümid etmə. Bax dedim aaa, sonra  əgər  mızıldasan and içirəm bu 

sətirə, çıxıb burdan üzünə tüfürəcəyəm. Əşi, mənə nə var e kimsən? Kim olursan ol 

cəhənnəmə ki... Maraqlı deyilsən mənə. Amma deyəsən mən sənə maraqlıyam hə? 

Ləzət  eliyir  təhqirlərim?  Mazaxist  hisslərini  oyadmışam?  Yaxşı,  gəl  özüm  haqda 

danışım sənə... Deməli adım Kəmalədi. Nədi sən oğlan düşünmüşdün məni? Ayda, 

doğurdan  axmaqsan.  Adım  Kəmalə  deyil.  Və  mən  qız  deyiləm.  Heç  oğlan  da 

deyiləm.  Transeksual    (düşündünsə  axmaqlığına  əmin  ol!)  da  deyiləm.  Yazıyam 

da... Yazı... Hərif yığını. Nəbilim cümlə, roman, hekayə, şeir, fahişə, divar, maşın, 

Tibet, ət çəkən. Necə gördünsə elə oyam! Mən yazıq sən axmağın və məni yazan 

bu alçağın fantaziyalarında canlanan adi bir yazıyam. Hə, harda qalmışdıq ? Aha, 

deməli özümü təsvir edirdim. Bunları edirəm ki, o axmaq fantaziyalarında məni Al 

Paçinoya bənzətməyəsən. Deməli belə... 

Onun  yoxluğu  mənə  çox  təsir  etdi.  Evdə  onun  toxunduğu  nə  var  idisə, 

hamısını satdım. Unitaza qədər. Əvəzinə heç nə almadım. İndi boş evdə qalıram. 

Akustika  yaranıb  otaqlarda.  Və  mən  bütün  günü  mahnı  oxuyuram.  Hə  bir  də 

yaman  içən  olmuşam  deyəsən.  İçirəm,  oxuyuram,  qusuram,  taxta  döşəmədəcə 

yatıram. Yuxuda onu görüb diksinirəm. Elə siz də görsəz diksinərdiz. Böyrəyi bir 

balaca  qaydasında  olmayanlar  isə  döşəməni  murdarlayardı.  Bilmirəm  hansı 

heyvana  oxşadım  ki,  təsvir  edə  biləsiz.  Məncə  elə  eybəcər  heyvan  yoxdu. 

Sifətindən  danışmıram.  Düşək  aşağı.  Deməli  sağ  döşü  deformasiyaya 

uğradığından, solda bir döşün yerinə iki döş əmələ gəlib. Göbəyinin üstündə isə elə 

murdar  tük  bitib  ki,  ilk  dəfə  görəndə  dözməyib  elə  ora,  göbəyinin  üstünə 

qusmuşdum. İyrəncəm? Səndən xahiş eləmişdim məni oxuyasan? İyrənc sənsən ki, 

fantaziyaların  hər  cür  eybəcərliyi  ustalıqla  təsvir  edir.  Mənə  bax,  ya  bu  dəqiqə 

çıxıb rədd olursan burdan ya da marağına təslim olub oxumağa davam edirsən. 

Ay  sağ  ol.  Bax  belə...  Sən  nə  sözəbaxan  uşaqsan.  Harda  qalmışdıq?  Hə 

döşdə.  Yox  e,  tükdə...  Guya  indi  ağıllısan  da,  hə?  Əmin  oldun  ki,  mən  kişiyəm. 

Çünki, itirdiyim onun döşlərindən yazdım. Ay axmaq bəyəm kişinin döşü olmur? 

Ədalətin olsun! Hə, nəisə, davam edək... Deməli onun hər şeyi pis gündəydi. Təkcə 

dodaqlarından  başqa.  Uff,  kaş  bircə  dəfə  siz  də  o  dodaqlardan  öpə  bilərdiz. 

Anjelina Coli ata-batası ilə qələt eliyir o dodaqların yanında. Ginnesin iyirmi dörd 

saat  durmadan  öpüşən  rekordçuları  da  biz  olmuşuq.  Gedib  araşdırmayın.  Saatı 

şişirtmişəm.  Hə,  o  dodaqlarda  şair  olmaq  olardı.  Dəli  olmaq  olardı.  Nitşe  olmaq 

olardı. Ölmək olardı. Mən amma yazı oldum. O məni adam etmək istəyirdi. Adam 

kimi  sevişmək  istəyirdi  mənimlə.  Adam  kimi  görüşmək  istəyirdi.  Sizin  kimi 

hansısa  axmağın  yadına  nə  vaxtsa  düşəndə  bizi  varaqlayanda  deyil.  Qonşu 


18 

 

səhifələrdə illərlə, aylarla bir-birinin həsrəti ilə yanırdıq. Axırda isə o cındır kirpiyə 



oxşayan, bayquşgöz oğlanın əlində getdi. Son səsini unuda bilmirəm.. Cııırt elədi. 

Sonra  isə  onu  tualetdə,  istifadə  olunan  kağızlar  arasında  gördüm.  Elə  həmin  gün 

gombul xidmətçi qadın onu da digər kağızlar kimi torbaya boşaldıb apardı... 

Belə... Sən amma elə bilirsən ancaq adamlar sevə bilir? Ancaq adamlar ayrıla bilir? 

Bilirsən  nə  var?  Mən  hələ  sənin  kimi  axmaq  adam  görməmişəm.  Özümü  təsvir 

edərək son olaraq deyim ki, mən sənin şeytanın və vicdanınam. Buna da inandın? 

Sənə  daha  sözüm  yoxdu!  Eyy  axmaq,  saxla!  Yazma!  Səninləyəm  e...  Ya  da  son 

sözümü deyim, gözlə: “Oxuduğunuz üçün təşəkkür edirəm. Səmimi olduğum üçün 

üzr  istəyirəm  öz  və  yazıçımın  ad...  ad...  ad...”.  Yaxşı,  yaxşı  öz  adımdan 

danışacağam. Pozma! Səmimi olduğum üçün üzr istəyirəm öz adımdan. 



 

“Ay  axmaq  zarafat  elədim,  sən  kimsən  ki,  mən  səndən  üzr  istəyim?  Get 

fantaziyalarının üzrünü qəbul et!” 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

19 

 

Mona Liza kimi 



 

“...Bir az surrealizm var və bu bilmirəm nədir?  

Bu elə sənin əxlaqsızlığındır!” 

 

...Onlar qızların  gözlərinə daha  yaxşı görünsünlər deyə  yekə  qarnını  özünə 



sıxıb,  sinəsini  önə  verən  metroseksual  arzularda  boğulanlar,  ev  mədəniyyəti 

qəlibliyindən qələmi qəsdən yerə atıb, qonşu partada oturan qızın ayaqlarına açılan 

ürəkaçan mənzərənin ponaramasında intim hisslərini kəşf edənlər idi. 

Uladığı  divarlarda  sınanların  dəli,  vəhşi  eqosu  idi  kiməsə  ilişmək,  döymək 

istəyibdə döyülmək... Divarlara, küçələrə, yollara döyülmək... Arzulara, Arzuların 

qardaşlarına döyülmək... 

Sevməyi söyərək öyrətmişdilər. Böyüyəndə söyülmək borcu bumeranq kimi 

qayıtmışdı. 

Düşüncə  təkanlarının  saldığı  çuxurlarda  qırış  cızırdı  rəssamlar  üzlərdə 

təbəssümü xöşbəxtliklə sinonim edərək...  Mona Liza kimi... 

Ərə gedəcəklər divarlara... 

Alacaqlar divarları...  

Xəyanət səhnəsinə şahid olacaq yazıq divarlar. Boğazını sığallayan kəndirin 

ilıq toxunuşu... Kam alacaqlar bir-birindən. 

Heç  bir  qadınla  almadığı,  həsrətli  hisslərinin,  bədənin  hər  bir  hüceyrəsinin 

titrəməsiylə, vəcdə gələn duyğularının kamını... 

Bu məhəbbətlə doğulacaq. 

Necə ki, ilk dəfə doğulmuşdu. 

Sirli gələcək bu təbəssüm, bu ehtirasda tükənən gözlər... Portreti örtən əllərin 

ovuclarında taley xəttinin çarpaz kəsilişi... Fon isə ağ kətandı. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

20 

 

Dünyanın sonuncu sakini 

 

“Düşüncələrimdə doğulmuşlardan idin. 

Gözlərimdə böyüyənlərdən. 

Əllərimdə qocalanlardan. 

Dodaqlarımda ölənlərdən.” 

 

Gülməkləri üçün, qeybətləri üçün, qəhrəman etmələri üçün, ideologiyalarını 



soxmaq üçün onlara təkcə bir insan lazımdı. Hansını ki, laboratoriya siçanı kimi, 

qoruyucu  kimi  istifadə  edib,  ən  yaxın  zibil  qutusuna  atacaqlar.  Ər  üzünə  həsrət 

qadınlar  onun  gün  görməyən  yerinə  pul  verib  doyunca  baxacaqlar.  Hələ 

homoseksuallardan  danışmıram...  Nənə-babalar  ona  lənət  oxuyacaqlar.  Burnu 

fırtığlı  uşaqların  gizlənqaç  oyunlarında  həmişə  yuman  olacaq.  Həmişə  axtaran 

olacaq.  Qara  doğulmadığı  üçün  qaralar,  qaraşın olduğu üçün  sarışınlar  ona nifrət 

edəcək. Erməni olmadığı üçün də, ermənilər... Hətta tualet qapısı arxasında onun 

çıxmağını gözləyən tanımadıqları da söyəcək. Növbə yaranacaq onu söymək üçün. 

Hətta  ikiqat  pul  ödəyənlər  əlavə  olaraq  tüfürə  də  biləcəklər  bu  tanımadıqları 

insanın  gözəl  simasına.  Amma  nə  qədər  yumruq  dəysə  də,  o  sima  qoruyacaq 

gözəlliyini,  cazibəsini.  “Belə  gözəllik  qadında  olar  yalnız”  düşüncəsinə  əmin 

olanlar  üçün  o  şeytan  olacaq.  Sevdiklərindən  məhv  etmək  istəyəcəklər  onu  da... 

Nəsimi  kimi,  Parfumer  kimi...  Onların  şəhvəti  olacaq.  Fantaziyalarını  sığallayıb, 

ehtiraslarını  vəhşiləşdirən  lənətə  çevriləcək.  Qadınlar  xəyanət  edəcəklər  ərlərinə. 

Bunu bilən ərlər isə bilməmiş kimi davranacaqlar. Seçim olmayacaq çünki... Başqa 

qadın  seçimi.  Çünki,  hər  qadın  pozğuna  çevriləcək  bu  şəhərdə.  Bakirə  qalmışlar 

belə... O isə heç bir günahı olmadan yaşamağa davam edəcək.  

Qocalacaq... Ayaqqabılarının təzəliyini təbrik edəcək küçələrin palçığı. Arzu 

sevəcək.  Arzunun  atası  sevgisinə  tüfürəcək.  Əslində  şair  olacaq,  amma  heç  vaxt 

şeir  yazmayacaq.  Ölümə  inanmayacaq.  O  dünyanın  çəhrayı  damlı  şəhərində 

doğulanda, boz damlı şəhərin son sakini "O heç vaxt ölməyəcək" deyib, öləcək... O 

heç vaxt ölməyəcək ondan qabaq ölənlər üçün... Azadlıq üçün rəngarəng qəfəslər 

düzəldəcək. O, dünyanın sonuncu sakini olacaq. 

 

“Q.Q. Markesin " Dünyanın ən gözəl ölüsü " hekayəsinə...” 



 

 

 

 

 

 

 

 

 

 

21 

 

Üçüncü günün... 



 

"Bu və buna oxşar hadisələr məhz elə sən bu yazını oxuyanda da baş verir 

dünyanın hansısa bir evinin, hansısa otağında"... 

 

Hər  şey  üçüncü  gün  başladı.  Əvvəlcə  əsəbini  qabları  bir-birinə  vurmaqla 



çıxartmaq istədi. Olmayanda boğazını önə verdi və bağırdı, sonra stəkanları divara 

vurdu, sonra öz-özünü döydü, söydü və ən nəhayət ağlamağa başladı. Hönkürtüsü 

tüğyan etdikcə boşalırdı. Donmuşdu soyuq tərində. Üzünə yayılan kosmetikası da 

rişxənd edirdi, ələ salırdı. Hıçqırıqlarını çılpaq ayaqlarını örtən qollarında boğmaq 

istəyirdi. Bu an çiyinlərini qucaqlamaq kifayət edərdi bəlkə, ömür boyu ağlayardı. 

Elə  bu  an  arzusu  idi  ağlamaq.  Ürəyi  boşaldıqca,  gözlərində  yaş  tükəndikcə, 

gələcəkdə  ağlayacaq  olanlara  da  məhz  indi,  bu  an  ağlamaq  istəyirdi,  lakin  taqəti 

qalmamışdı,  gücü  tükənirdi.  Gözünü  açanda  Cəmili  gördü.  Yenə  o  ağ  milli  qara 

pəncəyində,  qıvrım  saçlarını  arxaya  daramış  halda...  Yenə  bayaqkı  səhnə  düşdü 

yadına, amma bayaqdan fərqli olaraq indi heç olmamış kimi sakit idi, boş idi. Heç 

nə hiss etmirdi, eşitmirdi. Cəmil nəsə danışır, əl-qol ilə başa salırdı. Uzun mənasız 

diapozonlu səslər arasından aydın eşidilən bi-iki söz var idi. "Ailə", "sevgi" və s. 

Bu  iki  sözə  aid  müxtəlif  cür  cümlələr,  hekayələr  qurmaq  olardı.  Amma  məhz 

Cəmilin  dilindən  çıxan  bu  sözlər  cümləsiz  olmağa  məhkum  olunmuş,  dəyərsiz 

hərif yığını idi. Cəmil susmaq bilmirdi, sanki Leylanın quru baxışları, danışmaması 

ona  şablon  cümlələr  qurmağa,  ət  tökən  bəraətlər  qazanmağa  stimul  olurdu. 

Leylanın  tək  istəyi  var  idi  indi.  Bitsin!  Bu  an,  bu  dəhşət,  bu  kadr,  bu  söhbətlər. 

Bitsin! 


- Sən öz xöşbəxtliyi tapacaqsan, Leyla! 

Yox, gərək hec olmasa bu cümləni, bu frazanı, bu ayrılıq aforizmini deməzdi 

Cəmil. Deməzdi! Axi bilə bilməzdi həmin an Leyla nə keçirir?! Leylanın cavabını 

Cəmil eşitmədi. 

-  Düzdü  Cəmil,  mən  öz  xöşbəxtliyimi  tapacağam.  Ən  azı  tapmaq  üçün 

əlimdən  gələni  edəcəyəm.  Boşanacağıq  və  mənim  itirilmiş  bakirələliyimlə  sənin 

itirilmiş  vicdanın  daha  üzbə-üz  olmayacaqlar.  Özüm  kimi  bəxtigətirməyənin 

biriylə tanış olub xöşbəxtlik üçün daş hörüb, ev qurmağa çalışan günlərin birində 

məhz sənə, sənə ay  Cəmil rastlayacağam şəhərdə, ya nəbilim  parkda, restoranda. 

Onda nə sən, nə yanımdakı, nə də heç bir insan təsvir belə edə bilməyəcək mənim 

halımı.  Məğrur  duruşum,  baxışlarım  və  hətta  salamım  da  hiss  elətdirməyəcək 

duyğularımı.  Məhz həmin  an  uduzduğunu,  itirdiyini,  mənən öldüyünü biləcəksən 

Cəmil! Mütləq biləcəksən! 

 

 



 

 

 



 

 


22 

 

Sən “O” deyilsən! 



 

Bu  bilirsiz  nəyə  bənzəyir?  Kimsələr  sizə  hansısa  mahnını  tərifləyir,  filmi, 

kitabı tərifləyir və siz də həmin mahnıya qulaq asıb, filmə baxıb, kitabı oxuyursuz. 

Amma  gözlədiyiniz  effekti,  partlayışı  vermir.  Eee,  o  qədər  elə  mahnılar,  filmlər, 

kitablar  var  ki...  Zövq  məsələsi...  Hər  kəsin  öz  mahnısı,  filmi,  kitabı  var. 

Hərəsindən  bir  dənə.  İkinci,  üçüncü  və  növbətiçilər  isə  əvəzolunanlardı.  Telefon 

yaddaşına  da  paxıllıqdan  adını  yazmağa  qıymadığın  kimi...  Məcburən  içilən 

qəhvənin  tualetdəki  növbəti  taleyi  ilə  qarşılaşmağınızı  istəmərəm.  Kim  nə  deyir 

desin  dünya  məhəbbət  yox  seks  üstündə  qurulub.  Təlqin  etməklə  düzəltməyə 

çalışsaq  da  gec-tez  "Sən  O  deyilsən  !"  nidasını  yapışdıracağıq  təriflə  sahib 

olduğumuz bədbəxtə. Ayda necə nifrət edirəm elə anlara... Qız susur, oğlan gic-gic 

bəhanələr  gətirir.  Təki  tez  bitsin.  Bəhanəsiz  bitirməkdə  olmur.  Olsa  da  deməli 

anlayış var və anlayış varsa deməli barışığa yaylıq saxlanılıb. Amma yoxe, yox... 

Bəlkə  tərəflərdən  biri  qammazdı  və  etika  anlayışını  belə  bilmir.  Gəl  indi  anla 

görüm, necə anlayırsan. Sevgi etirafını niyə belə şişirdirlər, onu anlamıram. Bir şey 

deyim,  əgər  kimsə  kiməsə  sevdiyini  deyirsə  bu  elə  sevgidi  və  yaxud  bu  həmin 

sevgi  etirafını  edənin  anladığı  kimi  sevgidi.  Lazım  deyil  tərəzidə  çəkmək  ki, 

böyükdü sevgisi ya balaca, çobanyastığı yolmaq ki, sevir, ya sevmir. Lazım deyil 

şübhə  yaratmaq  və  bu  şübhə  ilə  sevmək.  Lazım  deyil  sevirəm  deyənin  sevgisini 

alçaltmaq,  ələ  salmaq.  Lazım  deyil  düşünmək  ki,  bu  gün  sevirəm  deyirsə,  sabah 

öpüşmək  istəyəcək.  Bu  cümləni  bir  də  oxuyun!  Oxudun?  Yalan  demə,  oxu! 

Məntiqi  anladın?  Yuxarılarda  yazdığım  cümləni  qaytarıram  bura-  Dünya  seks 

üzərində  qurulub!  Kim  kimi  istəyir  öpəcək,  sevəcək  bu  heç,  amma  vay  o  kəsin 

halına ki, bir yorğan altda biri rahat yatıb, sevildiyinə inanda, digəri ürəyində qubar 

bağlayan  "Sən  O  deyilsən  !"  nidasını  dilə  gətirə  bilməyəcək.  Buna  özü  hazır 

çoxdan  hazır  olsa  da,  rəfiqələrinin  "get  ərə,  unudarsan"  əminlikləri,  valideyn 

etalonu, dini və getdikcə zəifləşən mübarizəsi, eqosu, dünyaya gətirdiyi uşaq mane 

olacaq... 

Bu gün tanıdığım yüzlərlə belə insan var və "xoşbəxtəm " deyən dodaqlarına 

gözlərim qəh-qəhə ilə gülür ! 

 

“ "Sən O deyilsən" dediklərim günü bu günə kimi söyürlər məni, amma mən 

o sözü vaxtında deməyi həmişə bacarmışam . Çərçivələrə nifrətlə...” 

 

 

 

 

 

 

 

 

 

 


23 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

        Yalan  



                           (trilogiya) 

 

 



 

 

 



 

 


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin