Lənət! Bakı 2011



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə3/5
tarix31.01.2017
ölçüsü1,56 Mb.
#6967
1   2   3   4   5

 

 

 

 

 

24 

 

Qeyrət 



 

- Hər şey hazırdı ? 

- Bəli bəy, artıq hər şey hazırdı. Xonçalardan ikisini də Sədaqət gətirəcək. 

-  Nə  vaxt?  Saatdan  xəbəriniz  var?  Mağarda  camaat  bizi  gözləyir  e!  Bu 

Sədaqət  köpəyin  qızı  and  içib  elə  bil,  məni  əsəbləşdirməyə  !  Qalxın,  qalxın 

tərpənək. Hanı Ayşə ? Famil, özü hanı ? Əstağfrullah, indi ölü diri qoymayacağam 

e bunlarda! 

-  Hirslənmə  bəy,  qadanı  alım,  hirslənmə.  Şəkərin  qalxar  yenə  Allah 

eləməmiş.  Sən  düş  həyətdə  bir  siqaret  yandır.  Bax  söz  ki,  siqaretin  bitməmiş 

hamımız həyətdə olacağıq. 

Ərinin kəm hövsəliliyinə öyrəncəli idi Zivər. Odur ki, şirin dilini işə salmışdı 

həmişəki  kimi.  Davud  siqarətini  bitirdi.  Əlində  xonçalar  tutan  arvadları  gözaltı 

qaşqabaqla  süzüb,  əllərini  kürəyinə  qoyub,  yola  düzəldi.  Arvadlar  və  Famil  də 

səssizcə onun arxasınca addımlayırdılar. 

- Famil? 

- Bəli, ata? 

- Gəl, yanımda get! 

Famil iti addımlarla atasına çatdı. 

-  Eşşey  boyda  oldun,  bəy  də  oldun  bu  arvadların  balağından  əl  çəkmədin! 

Kişisən e sən! 

Famil  başını  aşağı  saldı.  O  da  öyrəncəli  idi  bu  sözlərə.  Atasının  haqlı 

olduğunu  da  gözəl  bilirdi.  Çevrilib  arxaya  baxdı.  Bu  baxış  arvadların  atasının 

sözlərini eşidib-eşitmədiklərini yoxlamaq idi. Deyəsən eşitməmişdilər... 

- Mənə bax, sən bu qızı sevirsən ya yox? 

Atasının bu qəfil sualından öskürək tutdu. Qıp-qırmızı qızardı. 

- Səninləyəm e, a bala, eyy? 

- Hə - pıçıldadı... 

- Eşitmədim! Nə dedin? 

- Hə... 

- Görək də... 

Anlamadı atasının bu sözünü. Anlaya da bilməzdi bəlkə də... 

- Burda niyə sakitçilikdi? Başa düşmədim. Bunlar hansı adətlə qız köçürdür? 

Mina? 

- Bəli, bəy? 



- Get xəbər et ki, gəlmişik. 

- Baş üstə, bəy! 

- Davud bəy, Salam. Bir dəqiqəliyinə səni olar ? 

- Əleykə Salam Ariz kişi. Olar, əlbətki olar. 

- Davud, heç bilmirəm necə deyim... 

- A kişi qısa kəs görüm, kəm hövsələ adamam. De görüm nə olub? 

- Bizim qız Paşanın oğluna qaçıb dünən... 

Davud düz qudasının gözünün içinə baxdı. Üzünü arxaya çevirdi... 

-Famil ? 


25 

 

- Bəli, ata ? 



- Qaç bura, it oğlu it ! 

- Gəldim ata, bəli ? 

- Qız hanı indi ? 

- İndi evdədi, amma... 

Famil  çaş-baş  halda  söhbətin  nədən  getdiyini  anlamadan  gah  atasına,  gah 

qaynatasına baxır, həyacanlanırdı. 

-  Eşitdin oğlum?  Nişanlın qaçıb dünən.  Bu gün qaytarıblar,  amma  iş-işdən 

keçib.  Elə  bilirlər  biz  oğraşıq!  Al  bunu,  qız  evdədi.  Get  etməli  olduğun  işi  gör 

qayıt- deyib ov bıçağını oğluna uzatdı. 

Famil  əsə-əsə  gah  bıçağa,  gah  atasına,  gah  qaynatasına,  gah  da  iyirmi 

metrliyində duran anasıgilə baxırdı. Ağlamsınmış pərişan görkəmi var idi. Ağlaya 

bilmir, əsir, zarıyırdı... Bıçağı aldı. 

Evə girdi. Qonaq otağında bir neçə qız-qadın var idi. Onu görüb cəld ayağa 

qalxdılar.  Qızın  otağına  keçdi...  Nişanlısı  Səma  yatağında  oturmuşdu.  Gəlinlikdə 

idi. Famili görüb ayağa qalxıb, üzünü gizlətdi. Bayaqdan içində qaynayan vulkan 

nəhayət ki, püskürdü... Hönkürürdü... Səssiz dialoqda sınmış ürəyi fəryad edirdi. 

Bıçağın  sapını  əlində  bərk-bərk  sıxdı.  Nişanlısına  yaxınlaşmaq  istədi.  İki 

addım  atıb,  durdu.  Baxdı,  baxdı...  Bıçağı  yerə  tulladı.  Otaqdan  çıxmaq  istəyəndə 

atası ilə toqquşdu... 

-  Niyə  vurmadın?  Qeyrətin  var  sənin?  Var?  Ona  bax  bir!  Gör  heç  onun 

vecinədi? Gör heç bir damcı yaş gəlir gözündən? Gör heç vicdanı sızlayır? Get, get 

götür o bıçağı yerdən, təmizlə ləkəni! Kişi ol! Qorxm ! Arvad böyütməmişəm mən! 

Davudun oğlu biqeyrət ola bilməz! Get, tez ol! Yoxsa sənin yerinə mən edəcəyəm 

bunu! Onda mən bu qoca yaşımda zindanlarda çürüyərəm, sən də dalında vedrə ilə 

ananın tumanının altında gəzərsən! 

Əyilib  bıçağı  götürdü...  Qalxdı...  Bıçağı  atasına  uzatdı.  Vur!  Əvvəlcə  onu, 

sonra məni! Mən edə bilmərəm! 

- Niyə ? 

- Sevirəm çünki, sevirəm ! Lap fahişə də olsa sevirəm, ata, anlayırsan ? 

Atası gülümsədi... Oğlunu qucaqlayıb, qulağına pıçıldadı: 

-  Get  əl  üzünü  yu,  üst-başını  düzəlt.  Qız  tər-təmiz  qızdı,  qaçmaq  filan 

olmayıb. Özüm bu səhnəni qurdum ki, görüm sevirsən, ya yox? 

Famil yazıq-yazıq atasına baxıb, dedi: 

- Vurmalıydım əslində hə? 

- Düzgün olanı etdin. 

- Birdən vurardım, onda nə olardı? 

-  Mən  oğlumu  tanımıram  bəyəm?  Sən  toyuq  başı  da  kəsməzsən.  Ona  görə 

yox ki, qorxaqsan, yox. Böyük ürəyin var. Di, get hazırlaş, camaat bizi gözləyir... 

Famil  hamam  otağına  keçdi.  Davud  bıçağı  belinə,  kəmərinin  arasına 

keçirdib,  gəlininə  yanaşdı.  Alnından  öpdü.  Ariz  də  dinməzcə  otağa  keçib, 

durmuşdu. 

-  Ariz,  toy  bitən  kimi  uşaqları  mindirirsən  maşına,  yolluyursan  Bakıya! 

Çingizə demişəm, maşın evin yanında olacaq. Al bu kağızı, burda ünvan və telefon 


26 

 

nömrələri  yazılıb.  Zəng  elə,  görüş  bu  adamlarla.  Zəmilərimdən  ikisini  sat. 



Satandan  sonra,  zəng  etdiyin  adamlara  de  ki,  uşaqlar  üçün  Bakıda  ev  almaqda 

kömək etsinlər sənə. Famili də işsiz qoymazlar. 

- Davud, bilmirəm nə deyim... 

- Heç nə demə Ariz. Etməliydim, etdim! Bir var qız qaçsın hə sən deyəndi. 

Bir  də  var  ki,  tulanın  biri  aldadıb  qaçırtsın.  Gör  özdə  nə  deyib  e...  "Davud  əmi 

göndərib məni". Əclafın elədiyi qələtə bax sən. Nəisə... Ölməli idi, öldü. 

- Davud, bəs Famil xəbər tutanda necə olacaq ? 

- Eşitmədin nə dedi? Fahişə olsa da qəbuludu. Tövbə əstağfrullah. Gül kimi 

qızdı.  Qələt  eliyər  altı  beş  danışar.  Sevir  qızını.  Əsas  odu.  Mən  də  ki,  bir-iki  il 

yatıb,  çıxaram  yəqin  ki...  Çox  olmaz.  Nəisə  də,  söhbəti  dəyişək  qanını  indidən 

qaraltmayaq  uşağın.  Dediklərimi  elə,  sonrası  Allah  Kərimdi.  Qızım,  sən  də 

gülümsə  görüm.  Bir  pəhləvan  nəvə  verməlisən  mənə.  Ona  görə  özünə  yaxşı 

baxmalısan. Zivər, Ayşə də, ana bacı olacaqlar sənə... 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

27 

 

Dialoq 

 

- Lütfən, danışın. 



- Nədən danışım ? 

-  Belə  deyək  də,  konkret  mövzu  yoxdu.  Nə  düşünürsüzsə,  nə  haqda 

danışmaq istəyirsinizsə buyurub danışa bilərsiz... 

- Yəni ağlıma nə gəldi danışa bilərəm ? 

- Bəli. 

- Hmm... Kreslonuz çox rahatdı. Katibəniz də gözəldi. 

- Aha, davam edin... 

- Bircə ayaqları əyridi... 

- Üzr istəyirəm, kimin? 

- Alnı da çox böyükdü. Katibənizin... 

- Davam edin. 

- Neçə dəfə olmusuz onunla ? 

- Anlamadım ! 

- Yəni neçə dəfə yatmısız onunla ? 

- Xahiş edirəm sözlərinizə diqqət edəsiz! O yalnız mənim katibəmdi və heç 

bir iş xarici əlaqələrdən söhbət belə gedə bilməz! 

- Güldürməyin... Yaxşı bəs o cür niyə geyinib? Mən bircə dəfə baxmaqla alt 

paltarına  kimi  gördümsə,  siz  yəqin  daha  dərinliyi  görmüş  olarsız.  Axı  hər  dəfə 

masanıza çay, ya sənəd, ya nəbilim hər nəsə gətirəndə burnunuzun ucunda əyilir və 

desəz  də  inanmaram  ki,  qəsdən  bağlamadığı  köynəyinin  üç  düyməsi  arasına 

baxmırsınız. Hələ qəsdən əlinizdən saldığınız kağızları demirəm. O əyilsin, sizə də 

hər  tərəfli  baxma  imkanı  yaransın.  O  bu  baxışları  hiss  etmir?  Yaxşı  tutaq  ki,  o 

axmaqdı. Hiss etmir. Lap tutaq ki, siz haqlısız, əlaqəniz olmayıb. Onda inciməyin, 

çünki bu zaman siz axmaq olursuz. Fahişə düşüncəli katibəsini mələk bilən axmaq. 

Nə badə möminəm deməyin. Çünki, möminin katibəsi bu görkəm də olmur. 

- Kim ixtiyar verib sizə, mənimlə belə danışmağa? 

-  Siz.  Məgər  özünüz  demədiz  nə  ağlına  gəldi  danış?  Mənim  də  katibənizi 

görəndən ağlımda olan bu idi. 

- Yaxşı. Onda mövzu qoyaq. Mənə peşənizdən danışın. 

-  Ən  maraqlı  və  ən  iyrənc  bir  işdi.  Deyirlər  guya  yazıçılar  seçilir  adi 

insanlardan.  Axmaq  fikirdi.  Seçilib  eləmir.  Yazıçılıq  istedaddı,  vəssalam.  Mən 

yazıram. Kimsə janqlyorluq edir, kimsə kosmosa uçur, kimsə ilk insan skleti tapır, 

kimsə  Everesti  fəth  edir.  Fərqimiz  budur.  Mən  gözəl  əsər  yaza  bilərəm,  amma 

bəlkə  də  heç  çəkiclə  bir  mıxı  taxtaya  tanımadığınız,  sərxoş  Oleq  kimi  vura 

bilmərəm. Bu da onun istedadıdı. Dedim axı həm maraqlı, həm iyrənc işdi. Maraqlı 

orasıdı ki, bu gün qəhrəmanım bank sahibi, sabah isə böyrəyini satan bədbəxt ata 

ola  bilər.  Sən  gördüyün  fahişələri  qələmim  elə  təqdim  edər  ki  sənə,  sevərsən. 

İyrənc işdi nəyə görə? Çünki, sən ancaq yazırsan. Hər oxucu da özünə sərf edən 

şəkildə  dərk  edir.  Mavilərə,  lezbilərə  nifrət  edirsən...  Kitabın  satışa  çıxır  və  ya 

hansısa saytda yazın verilir. Görmədiyin mavi, lezbi gedib təsadüfən kitabını alır 

və ya saytlarda yazını oxuyub bəyəndiyini söyləyir. Fahişəyə çevrilirsən get-gedə... 


28 

 

Kim  istəyir  alır,  harda  oldu  oxuyur  və  hara  oldu  tullayır.  Nə  istəyir  eliyir.  Sən 



"Könül" adlı bir hekayə yazırsan və axmaq oxucularından ən axmaqları gəlib gic-

gic suallar verirlər. Könülün kim olduğunu, Könülün sevgilim olub-olmadığını və 

s... Yaxud elə Könül adlı qızlardan biri adına olan yazını görüb sevinir. Hələ bir 

sual  da  verir.  "Bu  yazı  mənə  ithafdı?"..  Elə  axmaqlar  da  var  ki,  qəhrəmanları 

fantaziyalarında  elə  böyüdürlər  ki,  artıq  onların  varlığına  inanmağa  başlayırlar. 

Onlar kimi geyinir, onlar kimi yaşamağa çalışırlar. Yazığım gəlir inanın. Mən axı 

yalançıyam. Bunlar niyə yalanları sevirlər? 

-  Maraqlı  sualdı.  Amma  gəl  belə  danışaq.  Reallıq  axı  yalan  qədər  şirin 

olmur. 

- Düzdü... Mərc gəlirəm ki, siz də həmin axmaqlardan birisiz və katibənizlə 



xəyanət  etdiyiniz  xanımınızla  sekslə  məşğul  olmamağın  dərdindən  gic-gic 

bəhanələr gətirirsiniz. Bəyəm o bilmir siz xəyanət edirsiz? Bunu hiss etmir? Edir! 

Sadəcə sizdən fərqli olaraq o reallıqla barışıb. Ayda ildə bir dəfə onu da xoşbəxt 

edecəyiniz gecənin həsrətinə öyrəşib, dözməkdədi. 

- Onda belə çıxır ki, hər ikimiz yalançıyıq... 

- Yox, sizdən fərqli mən ancaq iş vaxtı yalançı oluram. Sırağagün çox gözəl 

bir qız da yalançı olmadığım üçün mənimlə əlaqəni kəsdi. 

- Necə olur elə şey? 

- Dedi, mənim də yazılarım var. Mən də heç nə demədim. O axı gözləyirdi 

ki,  mən  deyim,  hə,  gətir,  məmuniyyətlə  oxuyaram.  Demədim.  Çünki  onun  özü 

mənə  maraqlı  idi,  yazıları  yox...  Belə  də  dedim  susmamağı  xahiş  edəndə.  İncidi 

getdi... Kobud olduğumu da dedi. 

- Bəlkə... 

- Eee bezdim e! Hə məhz bu cür də olacaq o psixopat psixoloqla söhbət. Ona 

görə lazım deyil mənə heç bir psixoloq! 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

29 

 

Yalançı 



 

Bir az çirklənək... 

Bir az iylənək... 

Reallıq qataq yuxuya... 

Qarışdıraq... 

Diksinək... 

Qışqıraq... 

Adım  Yalançıdı.  Zarafat  eləmirəm.  Yalan  danışmıram.  Həqiqətən  adım 

Yalançıdı.  Və  hər dəfə  özümü  təqdim  edəndə  sənə  inandırdığım  kimi,  hamını  da 

inandırmağa məcbur qalıram. Və onlarda sənin kimi adımın Yalançı olduğuna tam 

inanmırlar. Heç kim inanmır onsuzda. Təkcə atamdan başqa. Bu axmaq adı, daha 

doğrusu kompleksi mənə o verib. Həm də doğum günümdə! Yadıma gəlir. Qolları 

arasına  alıb,  ayaqlarımın  arasına  baxıb  güldü.  Nəyə  güldüyünü  indiyənədək 

anlamıram. Sonrada məni anama uzadıb dedi: "Yalançı gündə doğulub və qoy elə 

adı  da  Yalançı  olsun!"  Nə  qədər  etiraz  etsəm,  ağlasamda  məni  sayan  olmadı. 

Əvəzinə  gah  oyuncaq,  gah  döş,  gah  da  barmaq  uzadıb  eybəcər  səslərlə  məni 

sakitləşdirdilər.  Fevralın  iyirmi  doqquzu  doğulmuşdum.  Hər  yeni  il  gələndə 

təqvimdə ad günümü axtarırdım. Yaşıdlarıma deyəndə ki, "mənim bu il ad günüm 

" olmayacaq, mənə yalançı deyirdilər. Adımı bilmədən həm də... Təsəvvür edirsiz 

fevralın iyirmi doqquzu anadan olmaq və Yalançı adı daşımaq nə deməkdi? Deyə 

bilərsiz ki, "ay axmaq, get dəyiş də adını"... Hmm guya bunu düşünməmişəm də... 

Dəyişə bilmərəm. Çünki atamın vəsiyyətnaməsinə görə, əgər mən nə vaxtsa adımı 

dəyişsəm, onun mirası əlimdən alınıb, dövlət hesabına keçəcək. Bax belə... Sadist 

atamın  qanunlarına  tabe  olmağa,  oyunlarını  oynamağa  məcburəm.  Təkcə  adıma 

görə  heç  bir  qızla  münasibət  qura  bilməmişəm.  Universitetə  sənəd  verməmişəm. 

Dostum da yoxdu. Əslində bir məcburən dostluq etdiyim var. Adı Qatıq-dı. Onu da 

bu adla südçü atası "xoşbəxt" edib. Niyə dostluq edirəm onunla? Nəbilim... Onun 

adına  baxıb  öz  adıma  şükür  etməyə  görə.  Yox,  yox  zarafat  etdim.  Heç  vaxt  ələ 

salmamışam onu adına görə. Bizi bir-birinə ədalətsizlik dost edib. Yəni eyni tale 

qardaşıyıq.  Zövqlərimiz,  maraqlarımız,  dünyagörüşümüz  fərqli  olsa  belə  "mənə 

gülməyən" yeganə insan prinsipi ilə danışmağa az da olsa nəsə tapırıq. Hətta Qatığı 

adına  görə  əsgərliyə  aparmayıb,  yararsız  "ediblər!"  Çünki,  bilirdilər  ki,  bu  gənc, 

hər  şeydən  bezib,  nifrəti  gözlərindən  töküləcək  qədər  çoxdu.  Və  əgər  müharibə 

başlasa, bu bütün hirsini, hamının heyfini, kinini düşmənə tökəcək. Beləliklə milli 

qəhrəman  adı  qazanacaq.  Onun  adına  küçə,  məktəb,  park  olacaq.  Hansı 

komissarlıq  bunları  bilə-bilə  Qatıq  adlı  birini  əsgər  göndərər?  Amma  məncə  elə 

milli adına uyğun qəhrəman məhz Qatıq olardı. Onda mən də, hamı kimi oğlumun, 

nəvələrimin adını qəhrəmanımıza görə Qatıq, özümə görə Yalançı qoya bilərdim. 

Və  onda  mən  güləcəkdim  Turallara,  Anarlara,  Tofiqlərə...  Və  yazının  əvvəlində 

mənim  və  Qatığın  adına  gülən,  ay  axmaq,  məhz  sənə  və  mənim  haqqımda  öz 

istədiyi kimi yazan bu axmaq yazara! 

 

" Bu trilogiyanı Kevinə həsr etdim...  " 



30 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Murdar sevgi

                            

( trilogiya ) 



 

 

 



 

 

 



 

 

 



 

 


31 

 

Murdar sevgi – 1 



 

Düşünürəm,  bəlkə  də,  doyunca  sevməmişəm  səni  və  heç  vaxt  da  sevə 

bilməyəcəyəm.  Nəbilim...  Bəlkə  də  heç  vaxt  görməmişliklə  görüşünə  qaçıb, 

şəkillərinə  saatlarca  baxıb,  barmaqlarımı  saçında  gəzdirib,  mahnıların  təsiri  ilə 

sənli  düşüncələrə  dalarkən  yaranan  axmaq  təbəssümü  dodaqlarıma  bəxş 

etməyəcəyəm.  Qarışmayacaq  siqaret  qoxan  nəfəsimə  şanelinin  ətri.  Divarlara 

adımızın ilk həriflərini  pilusla  ayıraraq,  sonundakı bərabərə  ürək  çəkməyəcəyəm. 

Telefonda adını yazacağam... Balamsız, canımsız, sadəcə adın. Mesajlarla səhərlər 

oyadıb,  gecələr  yatırtmayacağam.  Gözlərində  həsrət  yaranacaq.  Və  damcı  damcı 

səbrinə dolub, bir gün daşacaq. Heç nə deyə bilməyəcəksən. Bəhanə də olmayacaq 

yapışmağa. Ən pis söyüşləri söyəcək gözlərin... Ən dəli arzularla yanacaq bədənin. 

Amma  axmaq  bir  susqunluq  və  göz  yaşlarından  başqa  heç  nə...  Başqa  heç  nə 

bacarmayacaqsan. Ətəyini qısaldacaqsan, ətrini dəyişəcəksən... Saçlarını sevdiyim 

kimi  buracaqsan,  saraldacaqsan.  Təki  görüm  səni...  Bütün  duruşun,  baxışın 

"səninəm!"  pıçıldayacaq...  Çoxdan  anladığım  sevgini  də  etiraf  edecəksən.  Adi 

qarşılayacağam... Qürurundan əsər əlamət qalmayanda nifrətin yaranacaq. Hər gün 

bir  sms  azaldacaqsan.  Hər  gün  ağlayacaqsan  məni  divarlara,  mahnılara,  filmlərə, 

yolda  gördüyün  hər  cütlüyə...  Əvvəl-əvvəl  məni  lənətləsəndə,  sonradan  özünə 

keçəcəksən.  Qaynar  duşda  isti  qanını  da  dadacaq  ülgüc...  Gözəl  günlərin  birində 

güzgüyə uzun uzadı baxıb da güləcəksən. Həmin gülüşlə doğulacaq mənsiz sən... 

Dəyişməyini  makiyajdan  başlayıb,  nömrədə  bitirəcəksən.  Və  bu  mənim 

acığıma olmayacaq. Nəhayət də özünü tapmış bir qızın həyata baxışı olacaq... 

Eee... o qədər aşiqin çıxacaq ki... Sənə bunlar mənasız gələcək. Qəddarlaşan 

zərif hisslərinə kimisə buraxa bilməyəcəksən. Bütün kişiləri mən biləcəksən. Bütün 

kişiləri sadist biləcəksən. Sənin üçün həyat yoldaşı ər obrazı məşuq, uşağının atası 

olacaq. Heç vaxt sevgili olmayacaq. Yadında son gördüyün kimi qalmış olacağam 

onda.  Boz  frenç,  qəhvəyi  şarf  və  uzunboğaz  çəkmədə...Şəhərin  frenç,  şarf  dəbdə 

olmayan  qışı  bəlkə  də  unudacaqsan  məni.  Fahişə  kimi  sevmədiyin  ilə  sevişəndə 

qınadığın mən, anlamadığın mən, səbr etmədiyin mən səninlə yaşadığım hekayənin 

sonuna qürurla pıçıldayacağam... “Sevirəm səni!” 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

32 

 

Murdar sevgi -2 



 

“Neçə qaçmaq istəyini ürəkdə boğduq. 

Neçə vermədiyimiz gülləri əllərdə qurutduq. 

Qorxurduq sevməkdən. 

Sevilməyə də layiq olmadıq. 

Üzümüzə maska toxuyanda təbəssümdən. 

Elə bildilər ki, ağlamağı bacarmadıq.” 

 

  

 



- Hava soyuqdu. Qalın geyinmisən ? 

- Yemək yemisən ? Get ye, yaxşı ? 

- Niyə cavab yazmırsan ? 

- Bezdirirəm səni ? 

-  Hm  yazma!  Deməli  mən  səni  artıq  bezdirirəm.  Daha  rahat  ol, 

yazmayacağam. Get başqaları ilə danış! Sağ ol! 

- ... 

- Zəng edirəm, götür sözüm var! 



- Aç, sözümü deyim, sonra zəng etməyəcəyəm! 

- Cəhənnəmə aç! 

- Axmağam axı, inandım sənə. Günah məndədi. Sağ ol! 

- Şəkilləri və smsləri poz. Əlvida! 

Bəlkə yatmışam? Bəlkə maşın altda qalmışam? Bəlkə iclasdayam və danışa 

bilmirəm?  Bəlkə  telefonum  itib?  Bəlkə  "səssiz"  rejimdədi?  Bəlkə  doğurdan 

axmaqsan?  Bəlkəsiz bəlkələrdən birinə görə  açmadım,  cavab  yazmadım.  Əlbətdə 

qalın geyinmişəm, yemək yemişəm. Bəyəm sən olmayanda ac-susuz, lüt gəzirdim? 

Ya  nədi bu  məsuliyyət  hissi?  Cavab  filan  gözləmə  məndən.  Öz  özünlə saf-çürük 

etdin məni və mənə heç bir bəlkə qalmadı ki, anladım. Ya da bir az keçsin sənə bir 

sms yazacağam: "Əzizim, sənə hədiyyə almağa getmişdim. Axı tanışlığımızın 1 ili 

tamam  olur  sabah".  Sən  də  bu  sms-i  alanda  telefonu  öpə-öpə  sevinib,  xəcalət 

çəkəcəksən  bayaqkı  sözlərinə  görə.  Heç  ağlına  da  gəlməyəcək  ki,  dünən  sənə 

birigün Livornoya uçuram demişəm. Və bizim tanışlığımızın il dönümü bu gün idi, 

sabah yox. Və bu gün telefona cavab verməməyimin səbəbi çox sadə bir məntiqə 

söykənmişdi.  Telefonun  enerjisi  bitmişdi.  Mən  də  doldurmaq  üçün  onu 

tanımadığım aerokassada çalışan səndən də qat-qat gözəl xanıma vermişdim. Düzü 

o  an  sən  olduğun  üçün,  ona  elə  də  fikir  vermədim.  Amma  Livornodan  qayıdar-

qayıtmaz  gedəcəyəm  həmin  aerokassaya.  Məhz  onun  üçün  aldığım  İtaliya 

açıqcalarının birinin içinə Bakının ən dəbdəbəli restoranlarının birində şam yeməyi 

kuponu  qoyacağam.  Bununla  da  səni  unutmağa  görə  filmlərə,  mahnılara  qulaq 

asmağa belə vaxtım  olmayacaq. O "əlvida" yazdığın sms sənin yox,  mənim sənə 

vidam  olacaq.  Sənsə  gündə  azı  on  dəfə  əlvida  yazacaqsan  mənə.  Nömrəmi  də 

dəyişməyəcəyəm.  Unutdurmayacağam  özümü.  Sən  ağladıqca  məndə  mərhəmət 

azalacaq.  Özünü  öldürmək  hədəsindən  başqa  axmaq  ağlına  heç  nə  gəlməyəcək. 


33 

 

Nifrət etsən də, lənətləsən də, həyatında ən böyük dərsin müəllimi kimi qalacağam. 



Daha tələsməyəcəksən sadəcə öpüşdüyün biri ilə gələcəyi qurmağa, uşaq doğmağa, 

həmin uşaqlara ad qoymağa... Evin dizaynını qurmağa, rəngləməyə, bal ayı üçün 

şəhər,  toy  üçün  gəlinlik  seçməyə...  Adımın  baş  hərfini  çiyninə  döyməyə, 

rəfiqələrinə  məni  öz  əşyan  kimi  təqdim  etməyə,  sosial  şəbəkələrdə  dostluğumda 

olan  qızları  qısqanmağa,  əmr  etməyə,  küsməyə,  gic-gic  mahnıları  mahnımız 

etməyə,  axmaq  romantik  filmləri  kinomuz  etməyə,  saçlarını  sevdiyim  kimi 

yığmağa, geyimlərində çəhrayı, bəyaz tonları çoxaltmağa və ən nəhayət insanları, 

özünü  öz  gördüyün  kimi  qəbul  etməyə  tələsməyəcəksən.  Soruşa  bilərsən  ki,  bəs 

necə olur bir ildi ki, bir yerdəyik? Cavab verim... Burnunun ucunda olanda belə və 

sən  əlimdən  bərk-bərk  tutanda  mən  ulduzlara  qonmuşdum.  Sənsə  ele  hey  nəsə 

danışırdın.  Arada  gülümsəyib,  "əlbətdə"  deməyimdən  başqa  yadımda  heç  nə 

qalmayıb.  Heç  vaxt  demədiyim  və  hiss  eləmədiyim,  səninsə  özünə  inandırdığın 

sevgi  anlayışını  görə  bilməzsən,  daşıya  bilməzsən.  İnana  da  bilməzsən.  Güclü 

insanı  dəli,  zəifi  axmaq  eliyir.  Nəzərə  alsaq  ki,  sən  həm  axmaq,  həm  zəifsən... 

Demək, boş bağları açmaq daha rahatdı. 

"Nə üçün belə edirsən? Nə desən edəcəyəm! Söz verirəm. Sənə deməmiş heç 

nəfəs də almayacağam. Axı səbəb nədi?" 

 

 Göndərilməyən sms: "Ay axmaq, elə səbəb də sənin mənə qul olmağındı". 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

34 

 


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin