yən bir məsələ ilə bağlı ümumi müzakirə üçün hökumətin təqdim
etdiyi təkliflərdir. Bu dörd institusional terminin hamısının
tərcüməsi zamanı diqqəti onların formasına, tərkibinə yox,
funksiyalarına yönəltmək lazımdır.
8. Bəzi institusional terminləri olduğu kimi saxlamaq və
müəyyən izahatla təmin etmək lazımdır. Məsələn,
Bun- destrat
Almaniya parlamentində
yuxarı palata, Bundestaq Almaniya
parlamentində
aşağı palata.
9. İki rəsmi dili olmuş ölkələrdə əksər institusional
terminlərin, eləcə də şəhər və küçə adlarının hər iki dildə
ekvivalenti olur. Məsələn,
Bakı -
Баку, ул. Первомайская -
Bir
May küçəsi, Şəmkir - Шемкир və s.
10. Milli çalarlı institusional terminlər tərcümə olunmur;
məsələn,
Furer, Duché, Ayətulla, apartheid, soviet.
11. Tərcüməçi seçdiyi ekvivalentin münasibliyinə, düzlüyünə
tam əmin deyilsə, institusional termini transliterasiya
(transkripsiya) etmək daha yaxşıdır. Lokal xarakterli institusional
terminləri isə beynəlmiləlləşdirmək yaxşı olar; məsələn,
the War
Office -
Müdafiə Nazirliyi, the Treasury - Maliyyə Nazirliyi və s.
12.
Əcnəbi institusional terminlərin tərcüməsi zamanı üç növ
xətadan yayınmaq lazımdır: 1) terminin mövcud rəsmi tərcüməsi
olduqda yeni tərcümə variantı təqdim etməmək, çünki
the United
States of America-mn Azərbaycan dilində
Amerika Birləşmiş
Ştatları kimi rəsmi tərcüməsi var, onu türklərdəki kimi
Amerika
Bitişik Dövlətləri kimi təqdim etməyə lüzum yoxdur; 2) deyilən
terminlər üçün ifrat milli (yerli) koloritli ekvivalent işlətməməli;
the House of Lords terminini
Ali Məclis, Böyük Millət Məclisi və
sair kimi tərcümə etmək olmaz; 3) “mənasız” sözbəsöz
tərcümədən yayınmalı, məsələn;
MIRV (Multiple Individual
Targetable Re-entry Vehicle), MIRB (многоэлемеитная боевая
Dostları ilə paylaş: