Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə41/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   111
Ричард  Лвиииое  Cepdife  -  Şirürək  Riçard.  Ancaq  ingilis  kralı 
Lewis-\n fransızca adı Löw-ləşdi- rilmiş, Fmııcois ingilis dilində 
Fmncis-^  çevrilmişdir.  İncildə  adları  çəkilən  şəxslərin  adları 
ingilis,  fransız,  rus  dillərində  həmin  dillərin  imlasına 
uyğunlaşdırılmış, Azərbaycan dilində isə onların ərəb variantları 
əsas  götürülmüşdür.  Bir  sıra  klassik  yazıçı  və  filosofların  adı 
dəyişdirilmiş  və  müəyyən  qədər  neytrallaşdırılmışdır.  Məsələn: 
Plato-Platon-Əflatun, Aristotle-Aristotel-Ərəstu, Cicero-Ciceron 
və s. 
Bədii ədəbiyyatda personaj adları mənalı olduqda tərcümədə 
çətinlik yaranır. Bir tərəfdən deyilir: ad tərcümə olunmur. Ancaq 
bədii  ədəbiyyatda  bir  sıra  mənalı  adlara  rast  gəlinir  ki,  bunları 
olduğu  kimi  saxlamaq  oxucuya  müəyyən  mətləbləri  anlamağa 
imkan vermir. Məsələn, Şeridanın Sc- hool for Scandles əsərinin 
personajları  Miss  Teasling,  Mı\  Surface,  Henri  Fildinqin  Tom 
Jones  the  Foundling  əsərində  Mr,  Alhvorthy,  Mr.  Allmighty, 
Dikensin David Copperfield əsərində Mrs. Murdstone və s. buna 
misaldır.  İngilis  dilində  onlar  telling  nameSj  rus  dilində 
кричашие имегШу üslubiy- yatda isə antonomasiya adlanır. 
Ad nədir? adlı bir məqalədə R.Deyvis yazır ki, öz personajları 
üçün ad seçməkdə yazıçılar valideynlərə nisbətən da- 
71 


ha  böyük  üstünlüyə  malik  olurlar,  çünki  onlann  hər  personajın 
xarakterinə  uyğun  ad  seçmək  imkanlan  var(9).  (Nizaminin 
“Yeddi gözəl” poemasında Çin şahzadəsinin nağılında deyildiyi 
kimi): 
Çin qızı söylədi iki növcavan 
Başqa bir şəhərə oldular rəvan 
Onların birisi Xeyir^ birisi Şərdiy 
Hərəsi adı tək işlər görərdi. 
Bayron “Don Juan” əsərində bu cür mənalı adlar işlədir və hər 
birisinin izahını da verir: 
Sir John Pottledeepf the mighty drinker There 
was the sage Miss Reading And the two fair 
co-heiresses Giltbedding There was Dick 
Dubious, the metaphysician, 
Who loved philosophy and a good dinner. 
Angle, the soi-distant mathematician
Sir Henry Silvercup, the great race-winner. 
Bu cür nümunələr rus ədəbiyyatında (Вралман, Молча- линг 
Коробочка, 
Собакевич), 
Azərbaycan 
ədəbiyyatında 
(Yatdıqaldıyev, Kefli İsgəndər, Küpəgirən qarı. Danabaş kəndi) 
istənilən qədərdir. Belə adların işləndiyi əsərləri tərcümə edərkən 
həmin  adların  mənası  və  yaxud  konnotasiyası  şərh  olunmalı, 
adlar isə olduğu kimi qalmalıdır. Ad milli koloritin daşıyıcısıdır. 
İnsanın adından əksər hallarda onun hansı millətin nümayəndəsi 
olduğu  bilinir.  Bədii  əsərdə  adları  dəyişmək  onlann  sahiblərini 
millilikdən  məhrum  etmək  deməkdir.  Buna  ən  yaxşı 
nümunələrdən  biri  N.A.Nekrasovun  “Кому  на  Руси  жить 
хорошо? poemasının proloqudur: 
В каком году-рассчитывай, 
В какой земле-угадывай
На столбовой дороженьке 
Сошлись семь му01сиков: 
Семь временнообязанных. 
Потянутой губернии, 
72 


Уезда Терпигорева, 
Пустопорожней волости, 
Из смелсных деревень: 
ЗаплатовОу Дырявима, 
Разутова, Знобитина, 
Горелова, Неелова- Неуражайка тож, 
Сошлися -и заспоросили: 
Кому эюивется весело, 
Волыготно на Руси? 
Poemanı vaxtı ilə şair R.Rza tərcümə etmişdir: 
Hansı ildə - hesab elə! 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin