Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası



Yüklə 126.56 Kb.
PDF просмотр
tarix07.01.2017
ölçüsü126.56 Kb.

161 

 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 



№3    

 

Sosial-siyasi elmlər seriyası   

 

2013 

 

 



 

 

İLAHİYYAT 

 

 

UOT 28 - İSLAM  



 

İSLAMDA “AİLƏ” ANLAMI VƏ ONUN HÜQUQİ MAHİYYƏTİ 

 

S.H.MİRZƏYEVA 

Bakı Dövlət Universiteti 

mirzoyeva.76@mail.ru 

 

İnsan övladının doğulduğu, içində böyüyüb boya-başa çatdığı və həyata qoşulduğu ən 

kiçik  sosial  birlik  forması  olan  ailə  eyni  zamanda,  kamil  bir  əxlaqi  dəyərlər  və  hüquqi 

normalar  sistemini  əhatə  edir.  Cəmiyyətin  rəhbər  tutduğu  bütün  hüquqi,  əxlaqi  və  mənəvi 

dəyərlər  hər  şeydən  əvvəl  öz  başlanğıcını  ailə  təsisatından  götürür.  Hüquq  sisteminin  ən 

başlıca  vəzifəsinin  cəmiyyətin  daxili  həyatının  təmin  edilməsi  olduğunu  nəzərə  alsaq, 

cəmiyyətin  özəyi  olan  ailənin  bu  prosesdə  oynadığı  rol  özünü  bütün  aydınlığı  ilə  nümayiş 

etdirər. İslam ailə hüququ mövzusu özünün əsil qaynaqlarında "nikah və talaq", daha sonralar 

",  son  əsrlərdə  isə  "əhval  şəxsiyyə"  və  "əhkam  əl-üsra"  adları  ilə  geniş  ictimaiyyətə  təqdim 

edilmiş və sistemləşdirilmişdir. 

İslam ailə təsisatına təkcə cəmiyyətin ən kiçik birlik şəkli kimi deyil, həm də bu birliyi 

tənzimləyən  hüquqi  hökmlər  üzərində  qərar  tutan  və  ərlə  arvadın  və  uşaqların  hər  birinin 

öhdəsinə  məsuliyyətlər  qoyan  bir  ictimai  qurum  kimi  yanaşır.  Müsəlman  ailəsinin  üzvləri  öz 

aralarında  mürəkkəb  və  çoxsaylı  hüquq  və  öhdəliklər  məcmusu  ilə  bağlıdır.  Bu  hüquq  və 

öhdəliklər  sosial  və  maddi  xarakter  daşıyır.  Lakin  onlar  ümumilikdə  ailə  üzvlərinin  və 

cəmiyyətin  rifahına  və  çiçəklənməsinə,  cəmiyyətdə  yüksək  əxlaqi-mənəvi  dəyərlərin  hökm 

sürməsinə və son nəhayətdə, insanların səadətinə yönəlmişdir. 

 

Açar sözlər: ailə, islam, hüquq  

 

İnsan övladının doğulduğu, içində böyüyüb boya-başa çatdığı və həyata 



qoşulduğu  ən  kiçik  sosial  birlik  forması  olan  ailə  eyni  zamanda,  kamil  bir 

əxlaqi dəyərlər və hüquqi normalar sistemini əhatə edir. Cəmiyyətin rəhbər tut-

duğu bütün hüquqi, əxlaqi və mənəvi dəyərlər hər şeydən əvvəl öz başlanğıcını 

ailə  təsisatından  götürür.  Hüquq  sisteminin  ən  başlıca  vəzifəsinin  cəmiyyətin 

daxili  həyatının  təmin  edilməsi  olduğunu  nəzərə  alsaq,  cəmiyyətin  özəyi  olan 

ailənin  bu  prosesdə  oynadığı  rol  özünü  bütün  aydınlığı  ilə  nümayiş  etdirər. 

İslam ailə hüququ mövzusu özünün əsil qaynaqlarında "nikah va talaq", daha 

sonralar  "münakəhat  və  müfarəqat",  son  əsrlərdə  isə  "əhval  şəxsiyyə"  və 



162 

 

"əhkam  əl-üsra"  adları  ilə  geniş  ictimaiyyətə  təqdim  edilmiş  və 



sistemləşdirilmişdir. 

Qısaca, ata, ana və uşaqlardan ibarət olan bir kiçicik insan toplusu kimi 

görünən ailə əslində, cəmiyyətin həyatında əvəzedilməz rol oynayır. İnsan öv-

ladı yer üzünə ayaq basdığı andan etibarən birgə həyata can atmışdır. Qurani-

Kərim  yer  üzündə  yaşayan  insanların  ulu  babası  olan  Adəmin  öz  zövcəsi  və 

uşaqları ilə bərabər bir ailə yuvası qurduğunu xəbər verir (8; Bəqərə, 35; Əraf, 

19;  Taha  17-119).  Fərdin  xoşbəxtliyini  təmin  edən,  İnsan  fərdi  cəmiyyətlə 

bağlayan,  onun  fəaliyyətini  cəmiyyətə  xidmət  etməyə  yönəldən  ailənin  bu 

unikal rolunu Qurani-Kərim aydın şəkildə nəzərə çarpdırır: "Sizin üçün onlarla 

ünsiyyət  edəsiniz  deyə öz  cinsinizdən  zövcələr  xəlq  etməsi,  aranızda  dostluq, 

sevgi,  məhəbbət  yaratması  da  Onun  qüdrət  əlamətlərindəndir"  (8;  Rum  21). 

Deməli, ailə insanın can rahatlığı, xatircəmlik və arxayınlıq tapdığı bir yuvadır. 

"Ailə  tərbiyəsi",  "ailə  qorxusu",  "ailə  şərəfi"  kimi  tez-tez  işlənən  sözlər  ailə 

amilinin  necə  mühüm  əhəmiyyət  daşıdığını  bir  daha  göstərir.  Həm  Quran 

ayələrindən,  həm  də  əməli  həyatdan  anlaşılan  digər  mühüm  həqiqət  ailənin 

sadəcə nəsli davam etdirmək vasitəsi olmadığıdır. Ailə bu mühüm amillərlə bə-

rabər daha dərin mahiyyət daşıyır. O yer üzünü gözəlləşdirərək abadlaşdırmaq 

vasitəsidir  (iimar  al-arz).  İslam  hüquq  sistemi  cəmiyyətin  ictimai  əsaslarını 

zəiflədə  biləcək  problemləri  hələ  onlar  təhlükəli  xarakter  almamış,  ailə 

səviyyəsində  ikən  islam  ailə  hüququ  vasitəsilə  aradan  qaldırmağa  çalışmış, 

beləliklə, "islam ailə hüququ" anlayışı meydana gəlmişdir. Son iki əsrdə islam 

ailə  hüququ  müsəlman  cəmiyyətində  özünün  itirmiş  olduğu  aparıcı  rolunu 

bərpa  etməyə  başlamışdır.  İslam  hüquqçuları  ailənin  həm  özünün  aparıcı 

ünsürlərini, həm də onun cəmiyyətlə əlaqələrini hərtərəfli şakildə tədqiq etmiş 

və islam ailə hüququnun hökmlərini təsbit etdirmişlər. 

Müsəlmanların  nəzərində  ailənin  əsaslandığı  bu  özünəməxsus  incəlik 

nikaha  qismən  "ibadət"  anlamı  verməkdir.  Yəni  ailə  təsisatının  qurulmasının 

ilk  hüquqi  addımı  və  qanunvericilik  vasitəsi  kimi  nikah,  Allaha  yaxınlaşmaq 

mənası  daşıyan  ibadət  mahiyyəti  kəsb  etməkdədir.  Hənəfi  hüquqçuları  Əd-

Dəbbusi  (v.  430-1039)  və  İbn  Hümam  (v.  861-1457)  "Nikah  ibadətlərə  daha 

yaxındır.  Belə  ki,  evlənmək  özünü  ibadətə  həsr  etmək  məqsədilə  subay 

qalmaqdan daha üstündür" deyərkən bu əlaqəni nəzərdə tutmuşlar (19,3/184).

 

Allahın  Rəsulu  isə  özünün  vida  xütbəsində  kişilərə  müraciət  edərək 



demişdir: "Qadınlarınıza münasibətdə Allahdan qorxun. Siz onları Allahın bir 

əmanəti kimi almışsınız və onlarla bərabərlik Allahın kəlməsi (nikah) ilə sizə 

halal olub" (3, 56).  

Ensiklopedik  lüğətlər  adətən  ailəni  "Ata-ana  və  uşaqlardan  ibarət  bir 

birlik  forması,"  "Evlilik  və  qan  birliyinə  əsaslanan,  ər-arvad  və  övladlar 

arasında təbii əlaqələrin gerçəkləşdiyi ən kiçik birlik" kimi səciyyələndirməklə 

kifayətlənir. Lakin ailəni dəyərləndirən üstün cəhətlər arasında ən faydalısı və 

"ailəni həqiqətən ailə edəni" onun insanların təbii ehtiyaclarına cavab verməsi, 

onun  insana  "isti  yuva"  bəxş  etməsidir.  Əsl  müsəlman  ailəsinin  özülü  can 


163 

 

rahatlığı, xatircəmlik, qarşılıqlı sevgi və rəhmət üzərində qurulmuşdur. Müsəl-



man ailəsinin hər bir üzvü digərlərinə əziyyət verməməyə, onların işini yüngül-

ləşdirməyə,  onun  ehtiyaclarını  şəriət  qanunları  daxilində  aradan  qaldırmağa, 

onların  qəlbini  qırmamağa  çalışır.  Müsəlman  ailəsində  hər  kəsin  öz  yeri,  öz 

məqamı  vardır. Quran  ailə  daxilində  ata  və anaların, nənə  və babaların məqa-

mını yüksək tutmağı əmr edir: "Rəbbin yalnız Ona ibadət etməyi və valideyn-

lərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər 

onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına 

yetərsə, onlara "uf" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş 

danış! (8, İsra 23). İslam ailəsinin digər bir özəlliyi bu yuvaya mənsub olan hər 

kəsin  üzərinə  düşən  vəzifələri  ibadətin  bir  növü  kimi  qəbul  edərək  yerinə 

yetirməsidir. Ərlə arvad arasında baş qaldıra biləcək bəzi anlaşılmazlıqlar buna 

mane olmamalıdır: "Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal 

deyildir!  (Qadınlar)  açıq-aşkar  pis  bir  iş  görməyincə,  özlərinə  verdiyiniz 

şeylərin  (mehrin)  bir  hissəsini  geri  qaytarmaq  məqsədilə  onlara  əziyyət 

verməyin" (8, Nisa,19).  

Müsəlman  ailəsinin  ailə  çərçivəsindən  kənarda  təəssübünü  çəkdiyi 

insanlar  onun  qohum-əqrəbasıdır.  İstər  ata,  istərsə  də  ana  tərəfindən  olan 

qohum-əqrəba bir-birinə qahmar çıxmalı, bir-birinin sevincinə və qəminə şərik 

olmalıdırlar:  "Həqiqətən  Allah  (Quranda  insanlara)  ədalətli  olmağı,  yaxşılıq 

etməyi,  qohumlara  (haqqını)  verməyi  (kasıb  qohum-əqrəbaya  şəriətin  vacib 

bildiyi tərzdə əl tutmağı buyurur" (8, Nəhl, 90). Qurani-Kərim "Sılət ər-rəhm" 

adlandırdığımız əqrəbalıq tellərini qorumağı əsil müsəlmanlığın əlamətlərindən 

biri  kimi  vəsf  edirsə,  bu  əlaqənin  mühümlüyünə  laqeydlik  göstərən  və  onu 

qulaq ardına vuranları "xüsrana uğrayanlar", yer üzündə pozğunluq törədənlər", 

"cəhənnəmə  gedənlər"  adlandıraraq  pisləyir:  "O  kəslər  ki,  Allahın  birləşdiril-

məsini  əmr  etdiyi  şeyləri  birləşdirir  (qohumluq  əlaqələrini  qoruyub-saxlayır, 

möminlərə  hörmət  edir)  Rəbbindən  və  (qiyamət  günü  çəkiləcək)  pis  haqq-

hesabdan qoruyarlar" (8, Rəəd, 21).  

Evlənmə  müqaviləsi  və  onun  hüquqi  nəticələri  -  Bir  fiqh  istilahı  olaraq 

"nikah"  sözü ilə ifadə edilən evlənmə  müqaviləsi bir-birləri ilə evlənmələrinə 

hüquqi baxımdan bir maneə olmayan bir kişi ilə bir qadının uzun müddətli bir 

həyat ortaqlığı qurmaq üzrə aralarını birləşdirən və bununla əlaqədar qarşılıqlı 

hüquq və öhdəliklər nəzərdə tutan bir əlaqə vasitəsidir. Bu halda bir evlənmə 

müqaviləsinin meydana gələ bilməsi üçün aşağıdakı ünsürlərin mövcud olması 

zəruridir: 

- Müxtəlif cinsiyyətlərdən olan iki tərəf, yəni evlənmək, nikah imkanları 

daşıyan və evlənmələrinə heç bir maneə olmayan bir kişi ilə bir qadın arasında 

gerçəkləşə bilər: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zöv-

cələr xəlq etməsi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir" (8, 

Rum, 21). 

-  Birgə  yaşamağa  hər  iki  tərəfin  razılığı.  Tərəflər  belə  bir  müqaviləyə 

səmimi  qəlbdən  razı  olmalı,  onları  yalnız  ötərgi  cinsi  yaxınlıq  həvəsi  yox, 



164 

 

həyatın  ağrısını-acısını  öz  aralarında  bölüşdürmək  əzmi  birləşdirməlidir  (8, 



Bəqərə, 187);  

- Davamlılıq; Ailə uzun müddətli birgə həyat üçün nəzərdə tutulmalıdır. 

-  Hüquqilik.  Bu  müqavilə  hüquq  orqanları  tərəfindən  etibarlı  sayılmalı-

dır.  Yuxarıdakı  şərtləri  özündə  daşıyan  bu  ideal  evlilik  müqaviləsinin  hüquqi 

mahiyyəti  nədir?  Digər  sözlə  demiş  olsaq,  evlilik  iki  iradənin  bir  nöqtədə 

birləşməsində  ifadə  edilən  bir  mədəni  hüquq  müqaviləsidir,  yoxsa  onun 

mahiyyəti daha qəliz və mürəkkəbdir? İslamın nikaha baxışı və fəqihlərin əsər-

lərinin  təhlili  nikahın  sadəcə  bir  müqavilədən  daha  mühüm  bir  şey  olduğunu 

sübut  edir.  Quran  nikah  müqaviləsini  "misaq  qəliz"  (mürəkkəb  məramnamə) 

kimi  dəyərləndirmiş,  yüzə  yaxın  ayəsini  ailə  hüququ  məsələlərinə  həsr  etmiş, 

Peyğəmbər  onu  özünün  sünnəti  olaraq  təqdim  etmişdir:  "Bu  nikah  xəbərini 

ətrafa  yayan,  onu  məscidlərdə  gerçəkləşdirin  və  nikah  münasibətilə  dəfləri 

çalın" hədisi nikah mərasiminin sadə bir hadisə olmadığını göstərir. Buna görə 

də  bəzi  fəqih  alimlər  ailə  hüququ  məsələlərinin  incələndiyi  "kitabən-nikah" 

bölümünü  ibadət  məsələləri  ilə  hüquq  məsələləri  arasında  yerləşdirirlər. 

Evliliyin hökmünə gəlincə onun insan nəslini davam etdirmək vəzifəsini nəzərə 

alaraq onu "hər kəs üçün vacib olan vəzifə" (fərz kifayə) elan etmişlər. 

Evlənmək; müqəddəm əlaqələr görüşmə-Həyat boyu bərabərlik məqsədi-

lə  bir  araya  gələn  insanların  bir-birini  görmədən,  bir-birini  tanımadan 

evlənmələri yol verilməzdir. Tərəflərin bir-birini tanımadan gerçəkləşən evlilik 

ailə  qurumunun  öhdəsinə  düşən  ülvi  qayələri  həyata  keçirə  bilməz.  Bunu 

nəzərə  alan  islam  hüququ  əvvəldən  kişi  ilə  qadının  bir-birlərini  görməyini  və 

hətta onların görüşməsini caiz buyurmuşdur. Peyğəmbər bir qadınla evlənmək 

istəyən Müğirə bin Şüübədən onu görüb-görmədiyini soruşur. Onu görmədiyini 

bildikdə deyir: "Get, onu gör. Çünki bu irəlidə bir-birinizə isinişməyiniz üçün 

ən  yaxşı  vasitədir  (22,9/ən-nikah).

 

Başqa  bir  hədisində  Peyğəmbər  demişdir: 



Bir  qadınla  evlənmək  istədiyiniz  zaman  onun  qadınlıq  keyfiyyətlərinə  baxın 

(12,16/ər-rada).  Hədislərin  kişilərə  müraciət  etməsi  baxmağa  ancaq  kişinin 

haqqı olduğu haqda səhv fikrin formalaşmasına gətirib çıxarmamalıdır. Evlilik 

qarşılıqlı razılığa əsaslanan bir müqavilə olduğuna görə qadın da nəyə razılıq 

verdiyini  bilməlidir;  bu  qadının  təbii  haqqıdır.  Evlənməyi  nəzərdə  tutulan 

qadının bədəninin hansı yerlərinə baxmağın mümkünlüyü haqda fəqih alimlər 

müxtəlif  fikirlər  söyləyirlər.  Bəzi  fəqihlərin  fikrincə,  onun  əllərinə  və  üzünə 

baxmaq  kifayətdir.  Evlilikdən  əvvəl  görüşmək  məsələsinə  gəlincə,  bu  görüş 

üçüncü şəxsin nəzarəti altında baş tutmalı, görüşənlər başlı-başına buraxılma-

malı, bu görüş kimsəsiz yerlərdə baş verməməlidir. Peyğəmbər belə görüşlərin 

acı  nəticələrindən  xəbərdar  edərək  demişdir  Sizdən  kim  Allaha  və  axirət 

gününə  inanırsa  yanında  məhrəm  adamı  olmayan  qadınla  baş-başa  qalmasın. 

Çünki bunu edərsə üçüncüsü şeytan olur (18, 26). 

Nişanlanma-Nikah  müqaviləsinin  bağlanmasından  əvvəl  baş  verən  bu 

mərasim  bir-birlərini  görüb  bəyənmiş  iki  tərəfin  bir-birinə  evlənməyi  vəd 

etməsidir.  Bir  kişi  ilə  bir  qadın  gələcəkdə  bir-birilə  evlənəcəklərini  dilə 



165 

 

gətirməklə  nişanlanmış  olurlar.  Nigahdan  qabaq  belə  bir  aralıq  vəziyyətin 



şəriətə  uyğun  hesab  edilməsində  məqsəd  irəlidə  ailə  quracaq  iki  tərəfin  bir-

birini tanıması və doğru qərar qəbul edə bilməsi üçün fikirləşmək fürsəti ver-

məkdir. 

Nişanlanma, daha sonrakı bir zamanda gerçəkləşəcək evlilik haqqında bir 

vəd  olduğu  üçün  onu  nikah  ilə  qarışdırmaq  lazım  deyildir.  Nişanlı  qadınla 

nişanlı  kişi  nikah  bağlanıncaya  qədər  bir-birinə  yabançıdırlar.  Onlar  bir-biri 

üçün halal sayılmırlar. Nişanlanma mərasimi tərəflərə evlənmək məcburiyyəti 

yükləmədiyindən  hər  an  pozulma  ehtimalına  açıqdır  Bu  baxımdan,  nişan  və 

nikah  bir-birindən  asılı  olmayan,  müstəqil  mərasimlərdir.  Söz  kəsmə,  şərbət 

içmə, mehr və onun miqdarı ətrafında danışıqlar kimi adət-ənənələrə əsaslanan 

mərasimlərin gedişində yalnız kişinin kimlərlə nişanlana biləcəyi və bu nişanın 

pozulmasından  doğa  biləcək  nəticələr  məlum  olur.  Digər  tərəfdən,  ülvi  bir 

qayəyə xidmət etdiyindən nişanın buna zərurət olmadığı hallarda pozulması da 

təqdir  olunmur.

 

Bununla  belə,  hər  iki  tərəf  nişanı  pozmaq  səlahiyyətinə 



malikdir. Nişan pozulduğu anda tərəflər bir-birindən müstəqil hala gəlirlər və 

nişanlılıq zamanında bir-birinə verilən şeyləri geri qaytarırlar.  

Toy mərasimi-Yeni bir ailənin qurulmasını adətən bir bayram kimi qəbul 

edən  Peyğəmbər  bu  münasibəti  xüsusi  olaraq  qeyd  etməyi  məsləhət  görərdi. 

Yetim  qalmış  bir  qızı  böyütmüş  və  ərə  vermiş  hz.  Aişəyə  Peyğəmbər  belə 

deyibmiş:  "Ey  Aişə  Sizin  bir  əyləncəniz  yoxdurmu?  Axı  ənsarlar  əyləncəni 

xoşlayırlar.  Gəlinlə  birlikdə  dəf  çalıb  şarkı  söyləyəcək  bir  cariyə  göndər-

mədinizmi?" (8, nikah/21). 

Mabəd  əl-Qeysi  toyunda  Peyğəmbər  bəyin  yanına  gələrək  "Bir  əyləncə 

varmı?"  deyə  soruşmuşdu.

 

Görkəmli  səhabələrdən  olan  Müaz  bin  Cəbəl  isə 



bunu rəvayət  etmişdir: "Peyğəmbər  ənsarlardan birinin  toyunda imiş.  Qısa  bir 

çıxış  etdikdən  sonra  nikahı  bağladı  və  ülfət,  xeyir,  bərəkət  və  uğur  üzrə 

qardaşımızın  başı  üzərində  dəf  çalın.  Gənc  qızlar  içərisində  Badam  və  şəkər 

olan  məcməyiləri  onların  qarşısına  düzdülər.  Oradakılar  geri  durub  əllərini 

məcməyilərə uzatmadıqda Peyğəmbər "götürün" deyə buyurdu" (11, 230). 

Evlənmə  müqaviləsinin  məzmunu  və  şərtləri-  Evlənmə  müqaviləsinin 

bağlanması  və  qüvvəyə  minə  bilməsi  üçün  bir  sıra  şərtlər  mövcud  olmalıdır. 

Hüquqi  dildə  bu  şərtlər  "iniqad  şərtləri"  adlanırlar.  Bu  ünsür  və  şərtlər 

aşağıdakılardan ibarətdir: 

1. Tərəflər, evlənmə əhliyyəti, Qəyyumun razılığı və evlilikdə vəkalət. 

Yeni evlənənlər və onların qəyyumları və ya vəkilləri evlənmə müqavilə-

sinin ən mühüm ünsürləridir. Evlənmə əhliyyətinə malik olan və evlənməyinə 

heç  bir  maneə  olmayan  şəxs  evlənmə  iniqadının  tərəfdaşı  ola  bilər.  Evlənmə 

əhliyyəti  başqalarının  icazəsinə  ehtiyac  olmadan  evlənə  bilmək  deməkdir. 

Bunun  üçün  ruhi  və  ağıl  baxımından  sağlam  olmaqla  bərabər  həm  də  yaşca 

yetkin olmaq lazımdır. Kiçik yaşlı uşaqlar bu xüsusiyyətdən məhrum olduqları 

üçün  özbaşına  evlənə  bilməzlər.  Bunu  ancaq  qəyyumunun  köməyi  ilə  edə 

bilərlər.  Əqli  xəstələr  də  ancaq  hakimin  qərarı  və  rəsmi  qəyyumun  icazəsi  ilə 



166 

 

evlənə  bilərlər.  Hənəfi  məzhəbinə  görə  buluğ  yaşına  çatmış  bir  qız  onun 



razılığı olmasa heç kim onu ərə verə bilməz. Qızın razılığı olmadan bağlamış 

nikah  müqaviləsi  hökm  gücünə  malik  deyildir.  Digər  sözlə  demiş  olsaq 

"Razılığı olmadan subay qız evləndirilə bilməz" (22, 157). 

Evlənməyə  mane  olan  amillərin  olmaması-Tərəflərin  mövcudluğu  özü-

özlüyündə  evlənmənin  gerçəkləşməsi  üçün  kifayət  deyildir.  Bunun  üçün  həm 

də  evlənməyə  mane  olan  amillərin  olmaması  lazımdır.  Məhz  hansı  amillərin 

evlənməyə əngəl törədə biləcəyini Quran və Sünnə aydın bildirmişdir: "Ataları-

nızın  evlənmiş  olduğu  qadınlarla  evlənməyin!  Yalnız  keçmişdə  (cahiliyyət 

dövründə) olan bu cür işlər müstəsnadır. Əlbəttə, bu çox pis işdir və (Allahın 

qəzəbinə səbəb olan) bir yoldur! Sizə analarınız, qızlarınız, bacılarınız, bibilə-

riniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, 

arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınların himayənizdə olan qızları 

(ögey  qızlarınız)  ilə  evlənmək  haram  edildi.  (Cihad  vaxtı  əsir  alaraq)  sahib 

olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı ilə 

sizə  haram  edildi.  Bundan  başqaları  isə  namusla  (iffətlə),  zinakarlığa  yol 

vermədən,  mallarınızı  sərf  edərək  evlənmək  üçün  sizə  halal  edildi"  (8,  Nisa, 

22-24). Quran və Sünnəyə görə evlənmə əngəlləri aşağıdakı kimi təsnif olunur: 

- Uzunmüddətli evlənmə əngəlləri: 

Heç bir vəziyyətdə aradan qalxmayan bu növ əngəllər Quranın açıqladığı 

kimi üç qrupdur: 

Anadangəlmə  yaranan  qan  qohumluğu.  Bu  qrupa  daxil  olan  əngəllər 

özünü aşağıdakı dörd dərəcədə göstərir: 

- Üsul: Ana, nənə, ata-baba. 

- Füru: oğul, qız və onların uşaqları (nəvələr) 

- Ata-ananın füruu və onların uşaqları, qardaşlar və qardaşı uşaqları; 

- Nənə-babanın furuu: Əmi, xala, dayı, bibi. 

Bunların  uşaqlarına  gəlincə,  onlar  ikinci  dərəcədə  olduqları  üçün 

evlənmə əngəllərinə daxil olmurlar; 

-  Evlənmə  səbəbilə  meydana  gələn  qohumluq.  Aralarında  evlənməkdən 

doğan bir qohumluq olan (qürabət müşahərə) dörd grup ölüm və ya boşanma 

ilə sona çatmadığı üçün bir-birləri ilə əbədi olaraq evlənə bilməz:  

- Üsulun əri və arvadı, övlad və nəvələrin arvadları, yəni gəlinləri

Xanımın üsulu, yəni qayınana və nənələr; 

Xanımın füruu, yəni ögey qızlar. 

İlk üç grupda evliliyin yasaq halına gəlməsi üçün sadəcə nikah müqavilə-

sinin  bağlanmış  olması  yetərli  ikən  son  qrupda  nikahla  bərabər  həm  də  cinsi 

yaxınlığın  da  olması  da  tələb  olunur.  Digər  sözlə  demiş  olsaq,  boşanma 

məsələsi  nikahdan  sonra  cinsi  yaxınlıq  olmamışkən  qalxmışsa,  o  xanımın  bir 

başa kişidən olan qızı ilə evlənmək mümkündür. Ancaq cinsi yaxınlıq olmuşsa 

artıq  ögey  qızlarla  heç  bir  halda  evlənmək  olmaz  (8,  Nisa,  23).  "Qan 

qohumluğundan bir-birinə haram olanlar süd qohumluğundan da haram olurlar. 

Yuxarıda  xatırlanan  hədisdəki  şərtin  hikmətini  aydınlaşdırmağa  çalışsaq  süd 



167 

 

ümumiliyinə görə haram olan qohumlar haqqında belə deyə bilərik: süd əmən 



uşağı  süd  əmizdirən  xanım  öz  uşağı  kimi  qəbul  etdiyindən  uşaq  o  ailədən 

kimlərlə evlənə bilməzsə süd əmən uşaq da eyni adamlarla evlənə bilməz. 

Süd  anası,  süd  bacısı,  süd  xalası,  süd  bibisi  belə  adamlardır  (2,  96). 

Mövcud fikirlərin əksəriyyətinə görə burada əmilən südün miqdarı rol oynamır.  

Keçici  evlənmə  əngəlləri-Bu  növdən  olan  əngəllər  bəzi  hallarda  aradan 

qalxa  bilir  və  beləliklə,  əvvəllər  bir-biri  üçün  haram  sayılan  şəxslər  evlənə 

bilirlər. Belə əngəllər altı cürdür: 

-  Din  fərqi.  Müsəlman  kişi  və  ya  müsəlman  qadın  müşriklərlə  evlənə 

bilməzlər (8, Bəqərə, 221). Müşrik, Allahdan başqa saxta ilahlara tapınan, Ona 

şəriklər  qoşanlardır.  Müsəlman  bir  qadın  kitab  əhlindən  olan  bir  qeyri-

müsəlmanla  da  evlənə  bilməz.  Ancaq  müsəlman  kişi  kitab  əhlindən  olan  bir 

qadınla evlənə bilər.  Çünki  ailənin başçısı ata olduğu  üçün islamın  üstünlüyü 

və  doğulacaq  uşağın  gələcəyinə  təminat  verilmiş  olur.  Din  fərqi  keçici  bir 

əngəldir. 

- Üç kərə boşama. Xanımı ilə üç dəfə boşanan bir kişi artıq onunla evlənə 

bilməz. Ancaq o qadın başqa bir kişi ilə evlənib, təkrar boşanaraq, ya da ikinci 

əri ölərsə o zaman ilk əri ilə təkrar evlənə bilər (8, Bəqərə, 228-229). 

-  İddəyə  (gözləmə  müddətinə)  görə  evlənmə  əngəli,  Evlənmənin 

boşanma,  ölüm  və  ya  fəsh  səbəblərindən  biri  ilə  sona  çatması  halında  qadın 

bəlli  bir  "iddə"  müddətini  gözləməlidir  (8,  Talaq,  4).  Bu  gözləmə  müddəti 

ərzində qadın evlənə bilməz. 

- Qadının başqası ilə evli olması. Bir qadının eyni zamanda birdən artıq 

kişi  ilə  evlənməsi  haram  buyurulduğundan  evli  bir  qadınla  nikah  bağlamaq 

olmaz  (8,  Nisa,  3).  Qadın  mövcud  əri  tərəfindən  boşanmadıqca,  ya  da  əri 

ölmədikcə bir başqası ilə evlənə bilməz. 

-  Çoxarvadlılıqla  əlaqədar  evlənmə  əngəli.  İslam  eyni  zamanda  ən  çoxu 

dörd qadınla evli olmağı caiz buyurduğundan beşinci xanımla evlənmək olmaz 

(8, Bəqərə, 228). 

-  Arvadın  qohumu  olmaq:  birdən  artıq  evliliklə  əlaqədar  olan  bu  əngəl 

eyni  zamanda  iki  qohumun  bir  nikah  altında  birləşə  bilməyəcəyini  nəzərdə 

tutur. Eyni zamanda iki bacı ilə evlənmək kimi. 

Evlənmə  barəsində  istəyin  bəyan  edilməsi  və  onun  şərtləri  -  Evlilik 

müqaviləsinin üçüncü ünsürü tərəflərin evlənmək istəyinin bəyan edilməsidir. 

Evlənmənin  baş  tutması  üçün  tərəflər  anlaşıqlı  tərzdə  öz  iradələrini  bəyan 

etməlidirlər. İslam hüquqçularını "iycab" (ilk təklif) və "qəbul" (ilk təklifə görə 

müsbət cavab və ya rədd adlandırdıqları iradə bəyanı vəkillərin vasitəçiliyi ilə 

də gerçəkləşə bilər. Bəyanın qüvvəyə minməsi üçün aşağıdakı şərtlər zəruridir: 

İycab və qəbulu tərəflər eşidiləcək və anlaşılacaq tərzdə, arada fasilə vermədən

ardıcıllıqla ifadə etməlidirlər. 

-  İradə  bəyanında  işlədilən  ifadələr  edilən  işin  bir  evlənmə  müqaviləsi 

oluğunu açıq şəkildə göstərməlidir; 


168 

 

-  İycab  və  qəbul  bəyanları  gecikdirici  bir  şərtlə  bağlı  olmamalı,  dərhal 



yetirilməyə hazır olmalıdır.  

Evlənmə  müqaviləsinin  doğruluğu  şərtləri-Evlənmə  müqaviləsinin 

hüquqi  tələblərə  tam  cavab  verə  bilməsi  üçün  bir  sıra  şərtlərin  mövcudluğu 

zəruridir. Bunlar aşağıdakılardır: 



-  Şahidlərin  mövcudluğu.  Evliliyi  zinadan  fərqləndirən  amillərdən  biri 

açıq-aşkarlıqdır.  Evlilik  açıq-aşkar,  zina  isə  gizli  və  qapalı  olur.  Evliliyin 

açıqlığı da şahidlər tərəfindən həyata keçirilir.

 

Buna görə nikah müqaviləsi əqli 



və ruhi sağlamlığa malik olan, həddi-buluğa çatmış və müsəlman olan iki kişi 

cinsindən olan şahidin və yaxud bir kişi və iki qadın şahidin hüzurunda həyata 

keçirilməlidir (11, 9/48). 

Evlilikdə  razılıq  və  seçim  imkanının  olması-Hənəfi  məzhəbi  istisna 

olmaqla  hüquqçuların  əksəriyyəti  məcburiyyət  və  zor  altında  bağlanan  nikah 

müqaviləsinin  möhkəm  olmayacağını  bildirirlər.  Hz.  Aişənin  ötürdüyü  bir 

xəbər  bu  fikrin  mühümlüyünü  bir  daha  vurğulayır:  "Ənsarlardan  olan  Hişam 

bint  Hənsa  Hz.Aişəyə  gəlib  "Atam  ailə  şərəfini  artırmaq  üçün  məni  qardaşı 

oğlu  ilə  evləndirdi.  Mən  belə  bir  evliliyi  istəmirəm"  dedi.  Hz.  Aişə  ona  Pey-

ğəmbərin  gəlişini  gözləməyi  buyurdu.  Peyğəmbər  gəlincə  Aişə  durumu  ona 

anlatdı. O da qızın atasını çağırdı və ona seçim haqqı verdi. Bu zaman qadın 

"Ya  Rəsulallah,  mən  atamın  təklif  etdiyi  nikah  müqaviləsini  qəbul  etdim. 

Ancaq  belə  davranmaqla  qadınlara  atalarının  evlilikdə  belə  bir  hərəkətin 

olmadığını göstərmək istədim" dedi (17, 21).  

Evlənmə müqaviləsinin tətbiqi (nəfaz) şərtləri-Quruluş (iniqad) və keçər-

lilik (sihhət) şərtlərinin təsdiqi üçün hüquqən varlıq qazanan bir evlilik müqa-

viləsi bəzən bir sıra nöqsanlarına görə tətbiq gücünə malik olmur. Müqavilənin 

tətbiq  qüvvəsi  qazanması  üçün  lazım  olan  şərtlərə  nüfuz  şərtləri  deyilir. 

Tərəflərin  və  ya  qəyyumların  rəyləri  alınmazsa  müqavilə  tətbiq  qüvvəsinə 

malik olmaz. 

Evlənmə  müqaviləsinin bağlayıcılıq (lüzum)  şərti  və  ərlə-arvad arasında 

"kifayət"  məsələsi-Mövcud  olmadığı  təqdirdə  müqavilənin  fəshini  tələb  edən 

şərtlərə  bağlayıcı  (lüzum)  şərtlər  deyilir.  Evlənmə  müqaviləsi  öz  təbiəti 

etibarilə  əsasən  bağlayıcı  bir  müqavilədir.  Yəni  tək  tərəfli  qaydada  pozula 

bilməz.  Bununla  belə,  islam  hüququ  bəzi  qurumlarda  müqavilənin  lazım 

olmadığı  və  tərəflərin  bəlli  şərtlər  daxilində  bunu  poza  biləcəyini  hökmə 

bağlamışdır.  Bu  durumlardan  ən  önəmliləri  belə  sıralanmışdır.  Əqli  salamat 

olan  və  həddi  buluğa  çatmış  bir  xanım  qəyyumunun  icazəsini  almadan  və 

qeyri-münasib bir kişi ilə evlənmişsə xanımın qəyyumu onların tay olmadığını 

əsas  tutaraq  müqaviləni  fəsh  edə  bilər.  Yuxarıdakı  məsələdə  kişi  qadına  tay 

hesab  olunur.  Lakin  onun  verdiyi  mehr  əmsaldan  az  olarsa  qəyyum  mehrin 

əmsaldan  olduğunu  əsas  götürərək  nikah  müqaviləsini  fəsh  edə  bilər.  Bu  iki 

maddədə kifayət kimi görünən münasiblik dini, sosial və iqtisadi sahələri əhatə 

etməlidir.  Hədislərin  birində  deyilir:  Üç  şeyi  əldən  qaçırma:  vaxtı  çatmış 

namazı, hazır olduğu halda cənazəni və sənə tay olan qızı" (21, 123). Doğrudan 


169 

 

da bır-birinə tay olan qohumlar və evlənən gənclər bir-birlərini daha yaxşı başa 



düşür,  onların  arasında  isə  anlaşılmazlıqlar  daha  az  özünü  büruzə  verir. 

Fəqihlər  evlənən  gənclərin  hansı  cəhətlərdən  bir-birləri  ilə  tay  olmalarını 

müəyyən etməyə çalışaraq aşağıdakı sahələri qeyd edirlər: 

- Dindarlıq; 

- Gözəl əxlaq sahibi olmaq

- İqtisadi və sosial-mədəni inkişaf səviyyəsi; 

Evlənməkdə  münasiblik  qadından  daha  çox  kişidə  yaranır.  Belə  ki  kişi 

özünə tay olmayan bir qadınla evlənə bilir, amma qadın özünə tayı olmayan bir 

kişi  ilə  əsla  evlənməz.  Əgər  evlənərsə  qəyyumun  bu  müqaviləni  fəsh  etmək 

hüququ  vardır.  Əgər  bu  müddət  ərzində  qadın  hamilə  qalarsa  qəyyumun  bu 

haqqı aradan qalxmış olar.  

Keçərlilik baxımından evlənmə müqaviləsinin növləri – Evlənmə müqa-

viləsi  quruluş,  keçərlik, yürürlük  və bağlayıcılıq şərtlərini tam və ya  əksik  ol-

duğuna görə  müxtəlif növlərə ayrılır. Mötəbərlik baxımından isə nikah müqa-

viləsi səhih, fasid, batil, məyquf və qeyri-lazım şəklində təsnif edilir. Aşağıda 

bu növlərin hər biri haqqında məlumat verməyə çalışacağıq.  

Səhih  evlənmə  müqaviləsi.  Bu,  ünsür  və  şərtləri  tam  həcmdə  mövcud 

olan  bir  müqavilədir.  Heç  bir  əyər-əskiyi  olmayan  bu  evlilik  müqaviləsi 

evliliyin  bütün  hüquqi  nəticələrini  doğurur.  Buna  əsasən  cinsi  əlaqələri  qura 

bilir, qadın alimentə və mehrə haqq qazanır, ərlə arvad arasında evlənməkdən 

doğan  qohumluq  meydana  gəlir,  uşaqların  nəsəbi  sabit  olur  və  qarşılıqlı 

mirasçılıq cərəyan edir.  

Fasid evlənmə müqaviləsi -  Quruluş şərtləri tam olmaqla  bərabər keçər-

lilik şərtlərinə bir əngəli olan evlilik müqaviləsi fasiddir. Məsələn, şahidsiz və 

ya  zorla  bağlanmış  müqavilə  fasid  sayılır.  Fasid  evlənmə  halında  tərəflərin 

evlilik həyatı sürmələri caiz deyildir. Əksinə, onlar dərhal ayrılmalıdırlar. Əgər 

onlar  özləri  ayrılmasalar  ədliyyə  qurumları  onları  güclə  ayırar  və  bu  evliliyə 

xitam  verərlər.  Ərlə  arvad  arasında  cinsi  yaxınlıq  olmadıqda  isə  fasid  evlilik 

heç  bir  hüquqi  nəticə  verməz.  Yox,  cinsi  yaxınlıq  olmuşsa  bu  aşağıdakı 

nəticələr doğurar: 

- mehrin orta əmsalı ilə tərəflər arasında qəbul olunmuş mehrdən hansı az 

isə qadın ona haqq sahibi olur

- evlənməkdən doğan qohumluq gerçəkləşir; 

- əgər ayrılma baş vermişsə gözləmə müddəti ərzində aliment müəyyən-

ləşdirilir. 

Batil evlənmə müqaviləsi və muta nikahı-Quruluş şərtlərində bir nöqsanı 

olan müqavilə batil evlənmə müqaviləsi adlanır. Bir-birləri ilə evlənməyinə bir 

maneənin olduğu iki nəfərin evlənməsi, uşaqların ya da əqli xəstənin evlənməsi 

kimi. Nöqsan evlənməyin başlıca ünsürlərində olduğundan belə müqavilə heç 

bir mahiyyət və ya hüquqi qüvvə daşımır. Ərlə arvad arasında cinsi yaxınlığın 

olub olmaması da burada heç bir nəticə vermir. Tərəflərin dərhal bir-birindən 

ayrılması lazımdır. Onlar öz xoşları ilə ayrılmasalar, onları hakim ayırar . Digər 



170 

 

tərəfdən,  məsələ  mehr,  aliment,  nəsəb,  gözləmə  müddəti  (iddət)  və  miras 



məsələlərində  də  deyildir.  Yalnız  Əbu  Hənifə  əgər  aralarında  evlənmə  yasağı 

olanlar  evlənmişsə  doğulacaq  uşağın  atasız  qalmaması  üçün  bu  evliliyi  batil 

yox, fasid hesab etmişdir (16, 2/16). 

Batil  evlənmə  müqavilələrindən  biri  də  "muta  nikahı"  adı  ilə  tanınan 

müqavilədir.  Evlənmələri  hüquqən  caiz  olan  kişilərin  müəyyən  məbləğ 

müqabilində bir müddət özlərinin  cinsi  imkanlarından yararlanmaq  məqsədilə 

həyata keçirdikləri evlənmə müqaviləsi muta nikahı adlanır. 

Səhabələrin əksəriyyətinin və dörd fiqh məzhəbinin fikrincə bu müqavilə 

batildir (13, 216). 

Peyğəmbərin muta nikahına münasibətini aşağıdakı hədislərdən görürük. 

Hz.  Əlinin  bildirdiyinə  görə,  peyğəmbər  Xeybər  savaşının  sonlarında 

əhliləşmiş uzunqulaq ətini yeməyi haram buyurmuşdur. Ey insanlar! Mən sizə 

qadınlarla  muta  nikahı  bağlamağa  izn  vermişdim.  Şübhəsiz,  Allah  bunu 

qiyamətə qədər haram qılmışdır. Kimin yanında muta nikahı ilə bir qadın varsa 

buraxsın (16, 346). 

Məuquf və qeyri-lazım evlənmə müqaviləsi-Quruluş (iniqad) və keçərli-

lik  (sihhət)  şərtləri  tamam  olmaqla  bərabər  əməli  tətbiqi  şərtlərində  əksiklik 

olan  nikah  müqaviləsi  məuqufdur.  Məsələn,  ağlı  başında  amma  hələ  baliğ 

olmamış  adamın  bağladıq  evlənmə  müqaviləsi  qəyyumların  izn  verməsinə 

qədər məuqufdur. 

"Məuquf'  istilahı  ilə  keçərlilik  haqqı  qazanmaq  üçün  başqasının  izni  və 

ya rəyi tələb olunan müqavilə nəzərdə tutulur. Məsələn, ağlı başında olan lakin 

hələ  həddi-büluğa  çatmamış  yeniyetmələrin  bağladıqları  evlilik  müqaviləsi 

qəyyumların icazəsi və ya rəyi alınana ədər məuqufdur. Yəni dayandırılmışdır. 

Belə müqavilələr ona icazə və ya rəy verilənə qədər "fasid" nikah hökmlərinə 

tabedir (16, 46). 

Digər  şərtləri  tamam  olduğu  halda  bağlayıcılıq  şərtlərində  əksiklik  olan 

evlənmə müqaviləsinə də "Qeyri-lazım" yəni bağlayıcı olmayan evlənmə deyi-

lir. Məsələn, ağlı başında olan və həddi buluğa çatmış bir qadının qəyyumun-

dan  icazəsiz  olaraq  "öz  tayı  olmayan"  birisi  ilə  bağladığı  evlilik  qeyri-lazım 

nikah  sayılır.  Çünki  evlənənlərin  arasında  münasibliyin  olmaması  qəyyuma 

müqaviləni fəsh etmək haqqı verir. 

Beləliklə, islam ailə təsisatına təkcə cəmiyyətin ən kiçik birlik şəkli kimi 

deyil,  həm  də  bu  birliyi  tənzimləyən  hüquqi  hökmlər  üzərində  qərar  tutan  və 

ərlə arvadın və uşaqların hər birinin öhdəsinə məsuliyyətlər qoyan bir ictimai 

qurum  kimi  yanaşır.  Müsəlman  ailəsinin  üzvləri  öz  aralarında  mürəkkəb  və 

çoxsaylı  hüquq  və  öhdəliklər  məcmusu  ilə  bağlıdır.  Bu  hüquq  və  öhdəliklər 

sosial  və  maddi  xarakter  daşıyır.  Lakin  onlar  ümumilikdə  ailə  üzvlərinin  və 

cəmiyyətin  rifahına  və  çiçəklənməsinə,  cəmiyyətdə  yüksək  əxlaqi-mənəvi 

dəyərlərin hökm sürməsinə və son nəhayətdə, insanların səadətinə yönəlmişdir. 

 


171 

 

ƏDƏBİYYAT 

1.

 

Abdullayev H. İslam dini haqqında. Bakı: Azərnəşr, 1958, 118 s. 



2.

 

Əliyev R.Y. Dinin əsasları. Bakı: İrşu Hənifad, 2003, 268 s. 



3.

 

Əliyev R.Y. Islam. Bakı: Irşad, 2000, 375 s. 



4.

 

Əlizadə Ə.Ə., Abbasov A.H. Ailə. Bakı: Maarif, 1989, 252 s. 



5.

 

Heydəroğlu Hacı Arif. Müхtəsər Elmihal. Bakı, 2003, 450 s. 



6.

 

Həmidullah Məhəmməd. Islama giriş. Bakı: Qismət, 2006, 336s. 



7.

 

İslam təhriflərə cavab. Bakı: Azərbaycan Dövlət kitab palatası, 1997, 133 s. 



8.

 

Qurani  Kərim.  Ərəb dilindən tərcümə  edənlər  Z.M.Bünyadov; V.M.Məmmədəliyev.  Bakı: 



Qismət, 2004, 607 s. 

9.

 



Qəmbərov X. Qurani-Kərimdə bioloji fikirlər. Bakı, 2009, 67 s. 

10.


 

Lətifi  Sirus.  Islamın  iki  əsas  mənbəyi:  Quran  və  sünnə  /  Konfrans  materialları.  Bakı:  İİR-

nin Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi, 2006, s.141. 

11.


 

Məhəmməd Əli Razi. Quranın elmi ecazkarlığı. Bakı, 2009, 237 s. 

12.

 

Məmmədəliyev V.M. Quran və elm. Bakı: Qismət, 2006, 128 s. 



13.

 

Məmmədəliyev V.M. İslam. Qısa məlumat kitabı. Bakı: Azərnəşr, 1985,162 s. 



14.

 

Ansiklopedik büyük islam ilmihali. Istanbul: Cağaloğlu, 1979, 713 s. 



15.

 

Bilmen Ömer Nasuhi. Büyük islam ilmihali. Istanbul: Şenyıldız, 1997, 536 s. 



16.

 

Büyük din və islam ansiklopedisi. İstanbul: Taan mat, 1964, 480 s. 



17.

 

Belvinarlı Ali Kamal.İslam prinsipleri. İstanbul: Nedve yay, 1973, 239 s. 



18.

 

Çökmenoğlu Huseyn Tekin. Islamda şahsiyyet hakları. Ankara: TDV yayınları, 1996, 153 s. 



19.

 

Аль-Аттас С.М.Накиб. Концепция обучения ислама. Коала Лумпур: ISTAS, 1990, 290 с. 



20.

 

Баранов Х.К. Арабско-русский словарь. М.: Русский язык, 1962, 1186 с. 



21.

 

Грюнебаум. Р.Е. Классический ислам. Очерк истории. М: Наука, 1986, 215 с. 



22.

 

Гразневич П.В. Происхождение ислама. Донецк, 1980, 156 с.  



23.

 

Ислам: Энциклопедический словарь. М., 1991, 315 с. 



24.

 

Керимов Г.М. Шариат и его социальная сущность. М.: Наука, 172 c. 



 

ПОНЯТИЕ «СЕМЬИ» И ЕЕ ПРАВОВАЯ СУЩНОСТЬ В ИСЛАМЕ 

 

С.Г.МИРЗОЕВА 

 

РЕЗЮМЕ 

 

Все правовые, нравственные и моральные ценности общества берут свое начало, 



прежде  всего,  с  создания  семьи.  Если  принять  во  внимание,  что  основной  задачей 

правовой  системы  является  обеспечение  внутренней  жизни  общества,  роль  семьи  как 

стержня общества в этом процессе проявится со всей ясностью. Тема семейного права в 

исламе была представлена широкой общественности и систематизирована в источниках 

под  названием  «брак  и  развод»,  позже  «мунакахат  и  муфарагат»,  а  в  последние  века  – 

«настроение  человека»  и  «заповеди  семьи».  В  статье  находят  свое  отражение  такие 

темы, как брачный контракт в исламе и его правовые основы, обоюдное согласие обеих 

сторон  на  совместное  проживание,  содержание,  прочность  и  условия  брачного  конт-

ракта, долговечность семьи, брак, обручение, преграды на пути к браку. Семья показана 

не  только  как  самая  малая  форма  общества,  но  и  как  общественная  организация, 

налагающая ответственность в отдельности на мужа, жену и детей. 

 

Ключевые слова: семья, права человека, ислам 



 

172 

 

THE “FAMILY”NOTION AND ITS LEGAL ESSENCE IN İSLAM 



 

S.H.MIRZAYEVA 

 

SUMMARY 

 

All legal, moral-values of society originate,first of all,from the family establishment. İf 



we  take  into  account  that  the  main  task  of  the  legal  system  is  provision  of  internal  life  of 

society,the role of the family as the core of society in this process will be obvious. The theme 

of  Islamic  family  law  was  initially  presented  to  the  masses  and  systematized  in  the  sources 

under  the  names  of  “marriage”  and  “divorce”,  later  as  “munakahat”  and  “mufaragat”,  and  in 

last  centuries  as  “the  mood  of  a  human”  and  “commandments  of  the  family”.  The  article 

reflects such themes as the marriage contract in Islam and its legal basis, mutual agreement of 

both sides to live together, strength and durability of family, marriage, engagement, the content 

and conditions of the marriage contract, obstacles on the way to marriage. The family is shown 

not  only  as  the  least  form  of  society,  but  also  as  a  social  organization,  imposing  liability 

individually on husband, wife and children. 



 

Key words: family, Human Rights, Islam 

 

 



 

 

 




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə