Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə23/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   111
blaknota, - hamısını toz basmışdı - mürəkkəb ləkələrinə, guya ki, 
rəsmi icazəsi var deyibən şkafda tam göz qabağında qoyulmamış 
tüfəng  qabına,  üstündə  "Harmon  malikanəsi"  yazılmış  dəmir 
qutuya baxdı. 
Leksik əvəzelmə {lexisal replacement). Leksik ovozetmo- do 
m:'  dilin  ayrı-ayrı  leksik  vahidləri  (söz  və  idiomlar)  hədəf  dildə 
onlara ekvivalent olmayan leksik vahidlərlə əvəz olunur, ayrılıqda 
götürdükdə  bu  leksik  vahidlər  fərqli  refe-  rensial  məna  daşıyır. 
Leksik əvəzetmənin üç növü var: konkretləşmə (concretization), 
ümumiləşdirmə  (generalization),  səbəbin  nəticə,  nəticənin 
səbəblə əvəzhnməsi (replacement of cause by effect and effect by 
cause). 
Konkretləşmədə  məxəz  dildəki  geniş  referensial  mənalı  söz 
hədəf dildə dar mənalı söz, yaxud sözbirləşməsi ilə əvəz olunur. 
Məsələn,  Azərbaycan  dilindəki  barmaq  sözünün  mənası  ingilis 
dilindəki  həm  finger,  həm  də  toe  sözlərinin  mənalarına  uyğun 
gəlir, yəni tərcümə zamanı barmaq konkretləşdirilməlidir. Tutaq 
ki,  Azərbaycan  dilində  deyirik:  O,  dırnaqlarım  tuturdu. 
Tərcümədə dırnağın ayaq, yaxud əldəki barmaqlara (finger nail, 
toe  nail)  aidiyyəti  konkretləşdirilməlidir.  Eyni  sözü  ingilis 
dilindəki  to  marry  feli  haqqında  da  demək  olar,  bu  söz 
Azərbaycan dilindəki həm evlənmək, həm də ərə getmək fellərinə 
uyğun gəlir. Kontekstdən istifadə edib onun kişiyə, yaxud qadına 
məxsusluğu dəqiqləşdirilməlidir. 
37 


Digər bir misal: İngilis dilindəki spouse sözü həm ar, həm do 
arvad mənasında işlənir. Tərcümə zamanı onun kimə aid olduğu 
müəyyənləşdirilməlidir. Rəsmi sənədlərin dilində bu sözdən çox 
istifadə  olunur.  Əgər  sənədi  dolduran  kişidirsə,  deməli  söhbət 
onun arvadından^ qadmdırsa söhbət ərindən gedir. 
Ümumiləşdirmə  konkretləşmənin  tam  əksinə  olan  bir 
prosesdir,  burda  məxəz  dildəki  dar  mənalı  leksik  vahid  hədəf 
dildə daha geniş mənalı leksik vahidlə əvəz olunur. Selin- cerin 
Çovdarlıqda  uçurumdan  qoruyan''^  əsərinin  elə  birinci 
səhifəsində belə bir cümlə var: That isn't too far from this crumby 
place,  and  he  comes  over  and  visits  me  practically  every 
weekend.  Sonuncu  sözün  Azərbaycan  dilində  tərcüməsi 
O.Musayevin  İngiliscə-Azərbaycanca  lüğətində  belədir:  uikend, 
həftə  sonu  (şənbə  və  bazar)  (57).  T.Vəliyevin  tərcüməsində 
oxuyuruq:  Hollivud  bu  murdar  sanatoriyadan  çox  da  uzaqda 
deyil,  ona  görə  də,  o  demək  olar  ki,  hər  həftə  bura  məni 
yoxlamağa gəlir. 
Göründüyü  kimi,  bir  sıra  ölkələrdə  şənbə,  bazar  günləri  iş, 
dərs  yoxdur.  Bu  iki  gün  həftənin  sonunda  gəldiyi  üçün  ona 
week-end,  yəni  həftənin  sonu  adı  verilmişdir. Burda iki konkret 
gün var: şənbə, bazar. Mütərcim ümumi kontekstdən başa düşür 
ki,  insanlar  boş  vaxtlannda  (bu  da  şənbə  və  bazar  günlərinə 
təsadüf  edir)  kiməsə  baş  çəkməyə  gedir.  Buna  görə  də,  o, 
ümumiləşdirmə  apararaq  bu  iki  sözün  əvəzinə  bir  söz  (həftə) 
işlətməklə ümumiləşdirmədən istifadə etmişdir. 
Ayrı bir misal: Jane used to drive to the university in her new 
Cadillac.-  Ceyn  universitetə  öz  təzə  maşınında  gələrdi. 
Göründüyü  kimi,  Cadillac  konkret  bir  avtomobil  markasıdır. 
Maşın isə ümumi olaraq bütün maşınlara şamil edilə bilər. 
Daha bir nümunə: Oxford Advanced Leaner's Dictionary (VII 
nəşr)  boats  adı  altında  liner,  container,  ship,  tug,  catamaran, 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin