Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə24/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   111
paddle steamer, ferry, hovercraft, hydrofoil, life boat, speed boat, 
cruiser, canal boat, sail boat, rowing boat, punt. 
38 


gandola,  yacht,  cargo  ship,  tanker,  fishing  boat,  trawler,  raft, 
barge  kimi  növlərin  adi  verilir,  ancaq  bunlann  hamısı  shipy 
vessel,  yaxud  boat  adi  altında  birləşir.  Belə  ki,  burda  ship 
ümumiləşdirmə, ayn-ayn növlər isə konkretləşdirmədir. 
Səbəbin  nəticə  və  nəticənin  səbəb  ilə  əvəzlənməsi.  Tərcümə 
prosesində  çox  zaman  səbəb  nəticə  ilə,  nəticə  isə  səbəblə 
əvəzlənir.  Məsələn,  I  do  not  blame  them  -  Mən  onları  başa 
düşürəm  (ona  görə  də  günahlandırmıram)  -günahlandırmıram 
(çünki onları başa düşürəm), 
Antonimik 
tərcümə 
(antonymic 
translation). 
Bu 
transformasiya növündə məxəz dildəki inkar hədəf dildə təsdiqlə 
əvəzlənir.  Məsələn:  I  am  not  kidding  -  Ciddi  deyirəm.  Do  not 
count  your  chickens  before  they  are  hatched  -  Cücəni  payızda 
sayarlar. Evershining sun of the Turkish world - Türk dünyasının 
sönməz günəşi. 
Kompensasiya  (Compensation).  Məxəz  və  hədəf  dillərdə 
izomorfizmin olmaması, mədəni və etik dəyərlər arasında fərqlər 
məxəz  məlndəki  müəyyən  elementlərin  hədəf  mətndə  öz  əksini 
tapmasına  mane  olur.  Kompensasiyadan  danışan  nəzəriyyəçilər 
onu  əsasən  sözoyunu  (cinas,  kalambur,  pun)  ilə  bağlayırlar. 
Məsələ burasındadır ki, pun kimi işlənən sözlər eyni səs tərkibinə, 
müxtəlif  orfoqrafıyaya  malik  olur:  Seven  days  without  water 
makes  one  weak,  (Yeddi  gün  susuz  qalmaq  insanı  zəiflədir). 
Tələffüzləri eyni olduğu üçün burdakı one weak həm də one week 
kimi (yeddi gün susuzluq bir həftə edir) də başa düşülür. Bu cür 
söz oyunlarını eyni effektlə tərcümə etmək çətin, bəlkə də qeyri 
mümkün olduğundan mütərcim onları özünün quraşdırdığı oxşar 
vasitə  ilə  tərcümə  edir,  əslində  isə  həmin  vasitə  məxəz  mətndə 
tamam başqa şəkildədir. 
Sözün  omonimliyinə  əsaslanan  cinas  Azərbaycan  şerində 
geniş yayılmışdır. 
Məsələn:  Köynəyi sarı. 
Gəl mənə sarı. 
Kədəri yox eylə, 
39 


Yaramı sarı. 
Birinci  sarı  (yellow)-rəng,  ikinci  san  {i6)-tərəf,  üçüncü  san 
(bandage)-  sarımaq  mənasındadır.  Məlumdur  ki,  bunlar  üçün 
oxşar ekvivalent tapıb ingilis dilinə tərcümə etmək çətindir, bəlkə 
də qeyri-mümkündür. P.Nyumark yazır ki, sözoyunu, alliterasiya, 
qafiyə,  sleng,  metafora,  sətiraltı  mənalı  (pregnant,  hidden) 
sözlərin hamısı tərcümədə kompensasiya oluna bilər, bu şərtlə ki, 
görülən  iş  zəhmətinə  dəysin  (if  the  game  is  worth  the  candle) 
(19). 
Nəzəri  ədəbiyyatda  kompensassiyanın  dörd  növü  göstərilir: 
compensation  in  kind  (məxəz  mətnin  effektini  yaratmaq  üçün 
tərcümə  dilində  oxşar  vasitələrdən  istifadə  edilməsi), 
compensation in place (məxəz mətnin effektinin tərcümə mətninin 
ayrı hir yerində yaradılması), compensation by merging (məxəz 
mətndəki  xüsusiyyətlərin  tərcümə  mətnində  sıxlaşdı-  rılaraq 
verilməsi),  compensation  by  splitting  (məxəz  mətndəki  sözün 
mənasının daha yayğın şəkildə verilməsi). 
Kompensasiyadan 
əsasən 
məxəz 
mətnin 
dilini 
səciyyələndirən  intralinqvistik  mənaları  (dialekt  çalarlarmı, 
personajın  fərdi  nitq  xüsusiyyətlərini,  cinas,  sözoyunu  və  s.) 
hədəf  mətndə  vermək  üçün  istifadə  olunur.  Kompensasiya  belə 
mühüm bir müddəanı  təsdiqləyir ki, məxəz və hədəf mətnlərdə 
ekvivalentlik  ayrıca  götürülmüş  dil  vahidlərinin  uyğunluğu 
əsasında  deyil,  mətlərin  uyğunluğu  əsasında  əldə  edilir.  Buna 
görə  də  tərcüməolunmaz  dil  vahidləri  olduğu  halda, 
tərcüməolunmaz mətnlər yoxdur. 
C/Əlava  (artırma-  addition).  Tərcümə  prosesində  müxtəlif 
səbəblərdən məxəz mətndə olmayan söz, ifadə və s. hədəf mətnə 
əlavə olunur. Bunun ən geniş yayılmış səbəblərindən biri məxəz 
dildəki  söz  birləşmələrində  formal  semantik  komponentin 
olmamasıdır.  Generativ  qrammatika  nöqteyi-  nəzərindən  bu, 
əlavə  cümlənin  dərin  strukturunda  olan  müəyyən  semantik 
elementlərin  buraxılması,  yaxud  elipsis  kimi  səeiyyələndirilir. 
Məsələn,  ABŞ-da  He  is  an  abolitionist  dedikdə  hökmən  onun 
işləndiyi tarixi kontekst nəzərə almma- 
40 V 


İldir,  bu,  eynilə  onun  tərcüməsinə  də  aiddir.  Bu  söz  həm 
quldarlığın, həm ölüm hökmünün, həm seçkilərdə ayrı-seçkiliyin, 
həm  də  alkoqolun  satılmasına  qoyulmuş  qadağanın  ləğvinə  aid 
ola  bilər.  Bu  cür  çatışmayan  semantik  elementlər  tərcümədə 
münasib  sözhrb  (appropriate  words)  bərpa  olunur.  Məsələn,  
began the book cümləsini Azərbaycan dilinə kitabı başladım kimi 
tərcümə  edə  bilərik,  ancaq  dəqiqləşdirilməlidir  ki,  kitab 
oxunmağa,  yoxsa  yazılmağa  başlanıb.  Bunu  da  kontekst 
müəyyən edir. 
Eyni cümlənin alt strukturu (deep structure) müxtəlif dillərdə 
müxtəlif  üst  strukturlara  (surface  structure)  malik  ola 
bildiyindən məxəz dildə buraxılmış münasib söz tərcümədə bərpa 
olunur.  Məsələn:  Secretary-General  of  the  United  Nations 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin