edək:
ölmək-vəfat etmək-gəbərmək-cəhənnəmə vasil olmaq,
(to die~to pass away-to kick the buckeMo go to the hell)^
baş-kəllə (head-skull)f at-köhlən (horse-steed). Bu sözlərin
referenti birdir, ancaq onlar müxtəlif subyektiv münasibət ifadə
edir. Bu subyektiv (emosional, expressiv, üslubi) münasibət
praqmatik münasibət, onun ifadə etdiyi məna isə
praqmatik
məna adlanır.
Unutmaq lazım deyil ki, heç bir işarə ayrılıqda, yəni
sistemdən kənar mənalı deyil, hər bir işarə müəyyən bir işarə
sistemi daxilində, həmin sistemin bir komponenti kimi fəaliyyət
göstərir. Məsələn, küçə hərəkətini nizamlayan üç işıq
(qırmızı,
sarı, yaşıl) ancaq müəyyən bir ardıcıllıqla, müəyyən bir sistem
çərçivəsində tənzimləmə funksiyasını yerinə yetirir. Digər bir
misal: Azərbaycan və ingilis dillərindəki
stul və
chair sözlərini
götürək.
Stul sözü
mebel, avadanlıq, stol, kreslo və s. sözlərlə
bir münasibətdə,
ağac, dəmir, yumşaq, bəzəkli və s. sözlərlə
ayrı münasibətdə,
bol, stol, lampa, tar, ulaq və digər sözlərlə isə
tam ayrı bir münasibətdədir. İşarənin eyni işarə sistemində ayrı
işarələrlə münasibəti, əlaqəsi
dildaxili (intralinguistic) əlaqə,
onların kəsb etdiyi məna
dildaxili məna (intralinguistic
meaning), yaxud
qrammatik məna adlanır.
İşarənin semantik quruluşu (strukturu) üç kompo-
nentdən-referensial, praqmatik və dildaxili (intralinqvistik)
mənalardan ibarətdir, bunların hər üçü bir-biri ilə əlaqəli və həm
də bir-birindən asılıdır. Tərcümə prosesində məxəz mətndəki bu
mənalardan hansı tərcümə mətnində öz əksini tapır? Birincisi,
Dostları ilə paylaş: