Dilin funksiyaları, mətn kateqoriyaları və növləri
Nəzəriyyəçilərin əksəriyyəti belə bir fikirdədirlər ki, bütün
tərcümələr dil nəzəriyyəsinə, dil nəzəriyyəsi də tərcümə
nəzəriyyəsinə əsaslanır. Tərcümə tətbiqi dilçilik sahəsidir. Dilin
üç əsas funksiyası var; ekspressiv, informativ və vokativ.
Ekspressiv funksiyanın əsasını danışanın, yazanın və nitq
müəllifinin təxəyyülü (mind) təşkil edir. Alacağı cavabdan asılı
olmadan o, dildən öz hisslərinin ifadəsi üçün istifadə edir.
Ekspressiv mətn növləri aşağıdakılardır:
1. Ciddi bədii ədəbiyyat (serious imaginative literature). Bura
lirik şer, hekayə, roman və dram əsərləri daxildir. Bunlardan lirik
şerlər insan hisslərinin ən bariz ifadəçisidir. Dram əsərləri daha
böyük auditoriyaya ünvanlanıb, onlardakı millilik tərcümədə
çətinliklər yaradır.
2. Nüfuzlu bəyanatlar (authoritative statements). Bu cür
mətnlərin nüfuzu və etibarlılığı onlann müəlliflərinin statusu ilə
bağlıdır. Bu mətnlər öz müəlliflərinin möhürünü daşıyır, onlar
konnotativ yox, denotativ səciyyəlidir. Bu mətnlərə partiya
rəhbərləri, nazirlər və şairələrin siyasi nitqləri, sənədləri,
nizamnamələr, hüquqi sənədlər, tanınmış müəlliflərin elmi,
fəlsəfi əsərləri, akademik yazılar daxildir.
3. Tərcümeyi-hal, esse, şəxsi məktublar {autobiography,
essays, personal correspondence) ekspressiv səciyyə kəsb edir,
bunlar şəxsi hisslərin təzahürüdür. Oxucularla bu mətn sahibləri
müxtəlif zəminə {background) malikdirlər.
Tərcüməçi gərək bu mətnlərdəki fərdi komponentləri: qeyri-
adi ifadələri, orijinal metafora, tərcüməolunmaz sözləri, xüsusilə
keyfiyyət bildirən sifətləri, qeyri-adi sintaksis, neolo- gizm,
qəribə sözləri (arxaizm, dialekt, qəribə texniki termin) ayırd edə
bilsin. Şəxsi komponentlər idiolekt, şəxsi dialekt də adlanır, onlar
adi dilə qarşı qoyula bilər. Bu şəxsi komponentlər mətnin
ekspressiv elementlərini təşkil edir. Onlan tərcümədə tamamilə
neytrallaşdırmaq məsləhət görülür.
161
informativ (informative) funksiyam zahiri (external) situasiya,
müəyyən bir mövzunun faktlan, dildənkənar gerçəklik, o
cümlədən başqalan tərəfindən söylənilən ideya, yaxud
nəzəriyyələr təşkil edir. İnformativ mətnin standart forması var;
dərslik, texniki hesabat, dövri mətbuatda məqalə, elmi əsər, tezis,
iclas protokolu və s.
Bu cür mətnlər müasir, qeyri-regional, qeyri-sinfi, qeyri-
idiolektal
üslubda
olur.
Onlann
xarakter
əlamətləri
aşağıdakılardır: 1. formal, qeyri-emotiv, elmi əsərlərə məxsus
texniki üslub, xüsusi terminologiya, jarqon, məxsusi leksika,
şəxssiz cümlələr, məchul növ, təşbehsiz dil; 2. neytral üslub,
xüsusi terminlər, birinci şəxsin cəmi, indiki zaman, konseptual
metaforalar; 3. publistik və incəsənətə dair əsərlərə məxsus qeyri-
formal, ilıq üslub, sadə qrammatik struktur, populyar və sadə
leksika; 4. populyar jurnalistikaya xas olan tanış, aydın, qeyri-
texniki üslub, təəccüb doğuran metaforalar, qısa cümlələr.
Vokativ funksiyanın əsasını oxucu, mətnin ünvanlandığı
auditoriya təşkil edir. Vokativ oxucunu hərəkət etmək,
düşünmək, hiss etmək, müəllifin istədiyi istiqamətdə reaksiya
verməyə sövq edir. Dilin bu funksiyasına konativ
(conative-iradi), instrumental, operativ, praqmatik funksiya da
deyilir. Hazırda vokativ mətnlər bir oxucuya deyil, oxucu
auditoriyasına ünvanlanır. Vokativ mətnlərə müxtəlif təlimatlar,
reklam, təşviqat materiallan, oxucunu inandırmağa yönəlmiş
yazılar (publisistika), populyar bədii ədəbiyyat daxildir.
Sonuncunun
məqsədi
əyləndirmək,
kitab
satışını
stimullaşdırmaqdır.
Bütün vokativ mətnlərdə birinci amil yazıçı və oxucu
auditoriyası arasındakı əlaqədir. Bu da müxtəlif vasitələrlə -
müraciət formalan, bərabərlik ifadə edən sözlər, əmr, xahiş,
inandırma və s. ilə həyata keçirilir.
İkinci amilə görə vokativ mətnlər oxucu üçün anlaşıqlı bir
dildə yazılmalıdır. Tərcümə etməmişdən qabaq məxəz mətnin
linqvistik və kultral səviyyəsi nəzərdən keçirilməli və həmin
səviyyə hədəf mətndəki səviyyəyə uyğunlaşdınimalıdır.
162
Tam ekspressiv, informativ, yaxud vokativ mətn yoxdur. Hər
bir mətndə bu üç funksiyanın hər üçü var, lakin biri digərindən
daha güclüdür. Bununla belə, vokativ və informativ mətnlərdə
ekspressivlik çox azdır. Ancaq ekspressiv mətndə də
informativlik mövcuddur.
Dostları ilə paylaş: |