Mənə tərcümənin əlifbasını öyrətmiş
müəllimim İsmixan Rəhimovun əziz xatirəsinə
Giriş
Babil qülləsi haqqında əfsanədə deyilir ki, bir zamanlar
insanların hamısı bir dildə danışırmış. Bir dəfə onlar qərara
gəlirlər ki, uca bir qüllə tikib Allahın dərgahına yetişsinlər.
Aralarında dil birliyi, anlaşma olduğu üçün iş sürətlə irəliləyir.
Tikintinin tezliklə başa çatacağını görüb Allah onların dilini
dəyişir, hərə bir dildə danışır, heç kəs bir-birini başa düşmür,
qüllə yarımçıq qalır. Nəticə belədir ki, dil insanları bir araya
gətirir, dildən gözəl anlaşma vasitəsi yoxdur. Müxtəlif dillərdə
danışan insanlar arasında isə bu rolu tərcümə oynayır.
Azərbaycan şərq və qərb ticarət yollarının üstündə,
sivilizasiyaların qovşağında yerləşir. O dəfələrlə istilalara məruz
qalmışdır. Teymurləng, makedoniyalı İskəndər, ərəb sərkərdələri
bu torpaqlardan keçmişlər. Bunların hamısı mədəniyyətimizdə,
dilimizdə öz izini qoymuşdur. Vaxtı ilə bu dil bütün Yaxın
Şərqdə ünsiyyət vasitəsi olmuşdur. Sovet imperiyası dövründə
çoxmillətli və çoxdilli Dağıstanda uzun müddət ümum təhsil
məktəblərində tədris dili Azərbaycan dili olmuşdur.
Azərbaycanda tərcümə işi orta əsrlərdə dini ədəbiyyatın
tərcüməsindən başlamışdır. Lakin bütün bəşər tarixində olduğu
kimi o da adi kütlə üçün nəzərdə tutulmamışdı, hakim təbəqə heç
vaxt malik olduğu biliyi aşağı təbəqə ilə bölüşmək istəməmişdir,
çünki bilik özü böyük bir sərvətdir.
Rus istilasına məruz qalandan və Sovet İttifaqının tərkibinə
qatıldıqdan sonra Azərbaycanda tərcümə işi sürətlə inkişaf etmiş,
böyük tərcüməçilər pleyadası yaranmışdır. Ən yaxşı yazıçı və
mütəfəkkirlərimiz, şairlərimiz, müxtəlif sahələr üzrə alimlərimiz
tərcümə ilə məşğul olmuşlar. Onlar həm bədii, həm də elmi
ədəbiyyatı tərcümə etmiş
və ondan bəh-