transformasiya özbaşına, sərbəst, ixtiyari
aparılmır. Başa düşürük ki, hər hansı bir sözün, cümlənin, mətnin
tərcümə olduğunu demək üçün hədəf mətn hökmən məxəz mətnin
nəyinisə özündə əks etdirməlidir. Başqa sözlə, məxəz dildəki
mətnin hədəf dildəki mətnə tarnsformasiyası zamanı müəyyən bir
invariant hədəf mətndə öz əksini tapmalıdır. Bu invariantm hədəf
mətndə əksi dərəcəsi məxəz mətnin hədəf mətnə ekvivalenlliyinin
dərəcəsini müəyyən edir. Tərcümə prosesində nəyin invariant
olduğunu bilmək üçün mütərcim semiotikanı - işarələr haqqında
elmi yada salmalıdır. Məlumdur ki, hər bir işarənin iki cəhəti -
ifadə tərzi (forması) və məzmunu