Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə10/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 18 ____________________________ 
İNFORMASİYA SİSTEMLƏRİNİN TƏKAMÜLÜ
Burada əsas diqqət 
ERP-sistemlərinə yönəldilir. Çünki 
iqtisadiyyat, biznes və idarəetmə sahəsində qərarların 
hazırlanması və qəbulu proseslərində istifadə edilən 
informasiya sistemlərinin bütün əsas xüsusiyyətləri ilə yalnız 
ERP-sistemlərin nümunəsində tanış olmaq olar. ERP-sistemin 
nə olduğunu anlamaq üçün əvvəlcə onun meydana çıxmasının 
tarixinə qısa nəzər salmaq lazımdır. 

ERP-sistem” termini GartnerGroup şirkəti tərəfindən 20-ci 
əsrin 90-cı illərində ortaya atılmışdır. 
“ERP-sistem” anlayışı 
istehsalın təşkilinin kəmiyyət metodları təməli üzərində 
formalaşmışdır. Bu metodların bünövrəsi 20-ci əsrin əvvəllə-
rində 
Frederik Teylor və Henri Qantt tərəfindən qoyulmuşdur. 
F.Teylor istehsalın planlaşdırılması tədris fənninin və akademik 
metodların təcrübədə tətbiqinin, yəni “tərtökdürmə elmi 
sistemi”nin banisi kimi məşhurdur. H.Qantt iqtisadiyyat və 
menecment sahələrində ardıcıl işlərin planlaşdırılması ilə bağlı 
olaraq fəal istifadə edilən məşhur 
Qantt diaqramları ilə 
tanınmışdır. Bu yanaşma əsasında 1950-ci illərdə ABŞ-da 
şəbəkə planlaşdırması metodları formalaşdırıldı ki, bunlar da 
paralel icra edilən işlər zəncirləri çoxluğunda ən qısa və ya ən 
sürətli yolu - “
kritik yolu” təyin etməyə imkan verdi. F.Teylor və 
H.Qanttın əsərlərindəki ideyalar 
əməliyyatların tədqiqi, 
istehsalın təşkili və idarə edilməsi kimi elmi istiqamətlərin 
meydana çıxmasına səbəb oldu. Bir sözlə, bugün də inkişaf 
etməkdə olan “
ERP-sistem”lərin təməli olduqca məhsuldar 
olmuşdur.


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 19 ____________________________ 
Fredrfik Uinslou Teylor (ingiliscə Frederick Winslow 
Taylor) amerika mühəndiisi, menecment və əməyin elmi 
təşkilinin banisi
.
20-ci əsrin 60-cı illərinin əvvəllərində ABŞ-da 
ehtiyatların 
idarə edilməsinin avtomatlaşdırılması sahəsində işlər fəal inkişaf 
etdirilirdi. Bu işlərdə məhsul istehsalı üçün tələb olunan 
ehtiyatların səviyyəsinin optimallaşdırılması məqsədi ilə riyazi 
metodlardan istifadə edilirdi. Ehtiyatların ixtisar edilməsi anbar 
ehtiyatları və bitməmiş istehsal şəklində dondurulmuş irihəcmli 
vəsaitlərə əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verdi. İlk 

ehtiyatların avtomatlaşdırılmış idarə edilməsi sistemləri”ndə 
verilmiş müddətə (ay, rüb, il və s) hazır məhsul istehsalı planı 
əsasında material və komplektləşdirici məmulatların satın 
alınması həcmləri hesablanırdı. 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin