MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 13 ____________________________
İnformasiya texnologiyası informasiya proseslərini təmin
edərkən işin məzmunu arxa plana keçir. Bu, informasiyanın
saxlanmasından, qəbulundan və ötürülməsindən ibarət sırf
texnoloji zəncirdir. Yəni, informasiya texnologiyası dedikdə, bir
ucu istifadəçiyə açılan informasiya
emaledici kanal nəzərdə
tutulur.
İnformasiya texnologiyasından fərqli olaraq funksional
altsistemlər dəqiq ixtisaslaşmaya malikdir. Məsələn, kadr
altsistemi, satış uçotunu apara bilməz. Buna baxmayaraq,
bütün funksional altsistemlərin
ümumi və daimi vəzifəsi də
vardır ki, bu da qərar qəbulu üçün informsiya şəffaflığı
yaratmaqdan, yəni, şöbələrdə vəziyyət barədə maksimum
dəqiq və cəld informasiya təqdimatını təmin etməkdən
ibarətdir.
İnformasiya texnologiyası və
funksional altsistemlər bir-
biri üçün mövcudluq şərtidir. Belə ki, informasiya texnologiyası
yoxdursa, funksional altsistem mövcud ola bilməz, funksional
altsistem yoxdursa, informasiya texnologiyası mənasızdır. Hal-
hazırda çalışırlar ki, funksional altsistemlər informasiya
texnologiyasının konkret platformasından asılı olmasın. Lakin
praktiki olaraq asılılığı tam aradan qaldırmaq mümkün deyildir.
Dostları ilə paylaş: