MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 10 ____________________________
İNFORMASİYA TEXNOLOGİYALARI VƏ
FUNKSİONAL ALTSİSTEMLƏR
İnformasiya
texnologiyaları
dedikdə,
informasiya
proseslərinin reallaşmasını təmin
edən infrastruktur nəzərdə
tutulur. İnformasiya texnologiyalarını informasiyanın ötürüldüyü
rabitə kanalları, informasiyanın yığılması, saxlanması, emalı
(işlənməsi, təhlili) və təqdim edlməsi prosedurlarını idarə edən
proqramlar və həmin proqramların icrasını təmin edən
kompüter və digər aparat vasitələri formalaşdırır. İnformasiya
texnoloji səviyyədə verilən
kimi iştirak etdiyindən, verilən
informasiya texnologiyasının təşkiledicisi sayılır. İnformasiya
proseslərinin reallaşmasında iştirak edən proqramlaşdırma
dilləri, informasiyanın ötürülməsini reallaşdıran
protokollar,
verilənlərin saxlanması və ötürülməsi modelləri və s. kimi
instrumentlər də informasiya texnologiyalarına aid edilir.
Beləliklə, informasiya texnologiyalarının infrastrukturu bir
tərəfdən, aparat-proqram mühiti və telekommunikasiyadan
ibarətdirsə, digər tərəfdən də, informasiya proseslərinin həyata
keçirilməsi instrumentariyasından ibarətdir.
Verilənlər isə
infrastrukturun nüvəsini təşkil edir.
İnformasiya texnologiyası adətən standart texnoloji
platformaya, məsələn, ORACLE verilən bazası ilə işləyən HP UX
serverlərində reallaşdırılmış UNİX platformasına əsaslanır.
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 11 ____________________________
Ken Tompson (ingiliscə Kenneth Thompson) 1943-cü ildə
anadan olmuşdur. Kompüter elminin pioneri sayılır, C
proqramlaşdırma dilinin və
UNIX əməliyyat sisteminin
yaradıcısıdır.
Funksional altsistemlər və əlavələr dedikdə,
seçilmiş
informasiya texnologiyası əsasında konkret funksional oblastda
qərar qəbulu və ya sənəd hazırlanması məqsədi ilə
informasiyanın təhlili və emalını təmin edən ixtisaslaşdırılmış
proqramlar nəzərdə tutulur. Müasir
korporativ informasiya
sistemlərində istehsalat, maliyyə,
mühasibat uçotu, marketinq
və satış, həmçinin kadr funksional altsistemləri fərqləndirilir.
Funksional altsistemin əsas predmeti daxil olan informasiyanı
təhlil edib sənəd hazırlamaqdan ibarətdir. Bu baxımdan,
funksional altsistemlər korporativ
informasiya sistemlərinin
intellektual təməlini təşkil edir və interaktiv xarakter daşıyır,