Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə5/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 10 ____________________________ 
İNFORMASİYA TEXNOLOGİYALARI VƏ 
FUNKSİONAL ALTSİSTEMLƏR 
İnformasiya 
texnologiyaları 
dedikdə, 
informasiya 
proseslərinin reallaşmasını təmin edən infrastruktur nəzərdə 
tutulur. İnformasiya texnologiyalarını informasiyanın ötürüldüyü 
rabitə kanalları, informasiyanın yığılması, saxlanması, emalı 
(işlənməsi, təhlili) və təqdim edlməsi prosedurlarını idarə edən 
proqramlar və həmin proqramların icrasını təmin edən 
kompüter və digər aparat vasitələri formalaşdırır. İnformasiya 
texnoloji səviyyədə verilən kimi iştirak etdiyindən, verilən 
informasiya texnologiyasının təşkiledicisi sayılır. İnformasiya 
proseslərinin reallaşmasında iştirak edən proqramlaşdırma 
dilləri, informasiyanın ötürülməsini reallaşdıran protokollar
verilənlərin saxlanması və ötürülməsi modelləri və s. kimi 
instrumentlər də informasiya texnologiyalarına aid edilir. 
Beləliklə, informasiya texnologiyalarının infrastrukturu bir 
tərəfdən, aparat-proqram mühiti və telekommunikasiyadan 
ibarətdirsə, digər tərəfdən də, informasiya proseslərinin həyata 
keçirilməsi instrumentariyasından ibarətdir. Verilənlər isə 
infrastrukturun nüvəsini təşkil edir. 
İnformasiya texnologiyası adətən standart texnoloji 
platformaya, məsələn, ORACLE verilən bazası ilə işləyən HP UX 
serverlərində reallaşdırılmış UNİX platformasına əsaslanır.


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 11 ____________________________ 
Ken Tompson (ingiliscə Kenneth Thompson) 1943-cü ildə 
anadan olmuşdur. Kompüter elminin pioneri sayılır, C 
proqramlaşdırma dilinin və UNIX əməliyyat sisteminin 
yaradıcısıdır.
Funksional altsistemlər və əlavələr dedikdə, seçilmiş 
informasiya texnologiyası əsasında konkret funksional oblastda 
qərar qəbulu və ya sənəd hazırlanması məqsədi ilə 
informasiyanın təhlili və emalını təmin edən ixtisaslaşdırılmış 
proqramlar nəzərdə tutulur. Müasir korporativ informasiya 
sistemlərində istehsalat, maliyyə, mühasibat uçotu, marketinq 
və satış, həmçinin kadr funksional altsistemləri fərqləndirilir. 
Funksional altsistemin əsas predmeti daxil olan informasiyanı 
təhlil edib sənəd hazırlamaqdan ibarətdir. Bu baxımdan, 
funksional altsistemlər korporativ informasiya sistemlərinin 
intellektual təməlini təşkil edir və interaktiv xarakter daşıyır, 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin