Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə6/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 12 ____________________________ 
yəni, mütəxəssislə dialoq rejimində işləyir. Buna görə də 
funksional altsistemlərin 
səmərəliliyi 
mütəxəssislərin 
fəaliyyətindən əhəmiyyətli dərəcədə asılı olur. 
Denis Makalisteyr Ritçi (ingiliscə Dennis Macalistair 
Ritchie) 1941-ci ildə anadan olmuşdur. Kompüter 
mütəxəssisi, BCPL, B, C proqramlaşdırma dillərinin 
yaradıcılarından biri, FORTTRAN proqramlaşdırma dili üçün 
ALTRAN genişlənməsinin yaradıçısı, Multics və UNIX 
əməliyyat sistemlərinin yaradılmasında iştirakçı.
Bəzən informasiya texnologiyası dedikdə, müəssisənin 
“kompüter infrastrukturu” göz önünə gətirilir. Lakin iqtisadi 
informatika baxımından, önəmli olan verilən bazasıdır. 
Verilən bazası – müəyyən qaydalara uyğun təşkil edilmiş 
və kompüter yaddaşında saxlanaraq istifadəçi tələbini ödəmək 
üçün istifadə edilən verilənlər məcmusudur. Verilən bazası – 
veriləni informasiyaya çevirən xüsusi mühitdir. 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 13 ____________________________ 
İnformasiya texnologiyası informasiya proseslərini təmin 
edərkən işin məzmunu arxa plana keçir. Bu, informasiyanın 
saxlanmasından, qəbulundan və ötürülməsindən ibarət sırf 
texnoloji zəncirdir. Yəni, informasiya texnologiyası dedikdə, bir 
ucu istifadəçiyə açılan informasiya emaledici kanal nəzərdə 
tutulur. 
İnformasiya texnologiyasından fərqli olaraq funksional 
altsistemlər dəqiq ixtisaslaşmaya malikdir. Məsələn, kadr 
altsistemi, satış uçotunu apara bilməz. Buna baxmayaraq, 
bütün funksional altsistemlərin ümumi və daimi vəzifəsi də 
vardır ki, bu da qərar qəbulu üçün informsiya şəffaflığı 
yaratmaqdan, yəni, şöbələrdə vəziyyət barədə maksimum 
dəqiq və cəld informasiya təqdimatını təmin etməkdən 
ibarətdir. 
İnformasiya texnologiyası və funksional altsistemlər bir-
biri üçün mövcudluq şərtidir. Belə ki, informasiya texnologiyası 
yoxdursa, funksional altsistem mövcud ola bilməz, funksional 
altsistem yoxdursa, informasiya texnologiyası mənasızdır. Hal-
hazırda çalışırlar ki, funksional altsistemlər informasiya 
texnologiyasının konkret platformasından asılı olmasın. Lakin 
praktiki olaraq asılılığı tam aradan qaldırmaq mümkün deyildir. 

Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin