MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 26 ____________________________
stansiyasında bir-neçə funksional altsistemdən ibarət olan “AB
(ailə büdcəsi)” paketi yaradır.
Bu altsistemlərdən ikisi üzərində ətraflı dayanaq:
1).“Balans” altsistemi. Ailə üzvlərinin gəlirləri və xərcləri,
həmçinin ailənin verəcəkləri (kreditlər) və alacaqları (debetlər)
bu altsistemdə əks etdirilir. Bu altsistemin vəzifəsi həm
daxilolmalar və ödəmələr üzrə hesab əməllərini icra
etməkdən, həm də alacaqların
və verəcəklərin çatan
müddətləri barədə xəbər verməkdən ibarətdir. Bundan əlavə,
bu altsistem istifadəçilərin sifarişi üzrə balansın vəziyyəti
barədə verilmiş formada hesabat da təqdim edir.
2).“Bank” altsistemi. Bu altsistem ailə üzvlərinə imkan
verir ki, müxtəlif banklarda yerləşdirdikləri özlərinin bank
hesablarındakı məbləğləri müvafiq bankların
informasiya
sistemlərinə qoşulmaq yolu ilə idarə edə bilsinlər. Bu
altsistemdə avtomatlaşdırılan proseslərdən ən vacibi
“
kommunal xərclərin ödənilməsi” prosesidir ki, bunun
nəticəsində qaz, su, elektrik enerjisi, telefon, zibil daşımaları,
mənzil haqları üzrə ödəmələr ailənin bir və ya bir-neçə bank
hesabından həyata keçirilir.
Aydındır ki, təqdim edilən funksional altsistemlər vahid
informasiya sistemlərinin tərkib hissələri olaraq inteqrasiyanın
bütün tələblərinə cavab verirlər.
Bu AB sisteminə ailənin
bütün üzvlərindən verilənlər daxil olmalıdır və burada
cürbəcür variantlar ola bilər.
Birinci inteqrasiya səviyyəsi – İnformasiya
texnologiyaları-birgəlik (
IT-compatability). Bu, ilk növbədə,
əməliyyat sistemlərinin və verilənlərin birgəliyini nəzərdə
tutur. Əgər hamı eyni sistemdə, məsələn,
Windows 2000 MS
Office-də işləyirsə, onda verilənlərin
mübadiləsi və mətnlərlə
əlaqədar hər şey qaydasındadır. Əgər ailə üzvləri, bizim