MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 28 ____________________________
hamısının hesabatları üzrə informasiya əsasında həyata
keçirəcəkdir.
Şirkətin müxtəlif bölmələrində və ya müxtəlif iyerarxiya
səviyyələrində işləyən müasir informasiya sistemlərinin real
inteqrasiyası problemi baxdığımız bu misala nisbətən, əlbəttə,
müqayisə edilməz dərəcədə mürəkkəbdir. Yuxarıda qeyd
etdiyimiz kimi, ayrı-ayrı funksional modulların inteqrasiya
edilməsi üçün
EAI-sistemlərindən istifadə edilir. EAI-sisteminin
fəaliyyət məqsədi aşağı səviyyədə icra edilən çoxsaylı
interfeys əməliyyatlarının avtomatlaşdırılması hesabına
müxtəlif
proqram
əlavələrinin
inteqrasiyasını
sadələşdirməkdən ibarətdir. Bu avtomatlaşdırma
EAI-
sisteminə quraşdırılmış konnektor (adapter) vasitəsilə həyata
keçirilir. Konnektor veriləni bir proqram əlavəsindən qəbul
edir, lazımdırsa “tərcümə” edib digər proqram əlavəsinə
ötürür. Bu konnektorlar (adapterlər), mahiyyətcə,
EAI-sistem-
ləri tərəfindən təqdim edilən proqram əlavələrinin
interfeysləridir.
Bundan əlavə,
EAI-sistemləri şirkətdə yeni qurulmuş
sistemlərlə artıq mövcud olan sistemləri də iyerarxiyanın
bütün səviyyələrində inteqrasiya edə bilir. Bunun nəticəsində
çoxdan işlədilən və çox faydalı sistemlər də fəal vəziyyətdə
mövcud olur. Yəni onların əvəz edilməsi xeyli təxirə
salınmaqla daha münasib vaxta keçirilə bilir. Bu halda
EAI-
sistemin tətbiqi və istismar xərclərini köhnə sistemi əvəz
edəcək yeni sistemin xərcləri ilə müqayisə etmək lazım gəlir.
Yəni hansı ucuzdursa, o seçilir.
EAI-sistemlər həm də heç bir
birgəliyi olmayan sistemlər arasında informasiya mübadiləsinə
imkan verir. Sözügedən sistemlər arasında informasiya
mübadiləsi adətən əl ilə həyata keçirilir.
EAI-sistemləri bu
əməliyyatı avtomatlaşdırmağa imkan verir.