MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 35 ____________________________
yerləridir. Operativ səviyyədə idarəetmə qərarı qəbul edən,
məsələn, nağd pul götürmək üçün Əmanət bankının şöbəsinə
müraciət edir. Operator təqdim edilən sənədlər əsasında
əmanətin vəziyyətini yoxlayır və tələb edilən pul məbləğini
verib-verməmək barədə qərar qəbul edir.
Taktiki səviyyə bizim üçün daha maraqlıdır. Çünki bu
səviyyədə inzibati və analitik işlə məşğul olan orta səviyyə
menecerləri işləyir. İnzibati iş xeyli bezdiricidir və formal
xarakter daşıyır. Bu səviyyədə bütün tabe bölmələrdən infor-
masiya toplayıb şirkətin normal fəaliyyəti təmin edilir və bu
vəziyyət nəzarət altında saxlanır. Orta səviyyə menecerlərinin
inzibati işi, adətən, strukturlaşdırılmış məsələlərin həllindən
ibarət olur. Taktiki səviyyədən gələn informasiya bir qayda
olaraq,
bölmələrdə
işlərin
vəziyyəti
barədə
dövri
informasiyadan ibarət olur. Buna misal, sexlərin, təmir
bölmələrinin həftəlik, ongünlük, aylıq və s. hesabatları
göstərilə bilər.
Taktiki səviyyədə icra edilən analitik iş daha çox
strukturlaşdırılmamış məsələlərin həllindən ibarət olur. Belə
məsələlərin həlli üçün adətən dəqiq alqoritm və və ya dəqiq
informasiya çatışmır.
İdarəetmə
qərarı
aydın
olmadıqda
məsələni
modelləşdirmək və müxtəlif variantları yoxlamaq lazım gəlir.
Belə məsələlərə aşağıdakılar aiddir:
•
Məhsulun satış qiyməti 15% artırlarsa, satış həcmi necə
dəyişər?
•
Sifarişlər portfelini necə tərtib etməli ki, mənfəət
maksimum olsun?
Qeyd edək ki, inzibati işin icrası üçün şirkətdaxili
informasiya kifayət edir. Analitik iş isə həm xarici
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 36 ____________________________
məlumatlara, həm də operativ səviyyədə yaranan
informasiyaya ehtiyac duyur.
Biliklərin emalı da taktiki səviyyədə həyata keçirilir. Bu
işlə şirkətin 2 tip bölmələri: sənəd emalı (sənədin alınması,
qeydiyyatdan keçirilməsi, saxlanması, tələb üzrə təqdim
edilməsi və ləğv edilməsi) ilə məşğul olan ümumi bölmələr və
yeni məhsul modelləri hazırlayan layihə büroları məşğul olur.
Strateji səviyyədə yuxarı səviyyə menecerləri şirkətin
uzunmüddətli inkişafı problemlərini həll edir və həmçinin, ətraf
aləmdə baş verən dəyişikliklərin meyllərini izləyirlər. Bunların
əsas vəzifəsi ətraf aləmdə baş verən dəyişikliklərin şirkətin
biznes fəaliyyəti üçün təhlükəli olan məqamlarını (Şirkətin
biznes fəaliyyətində uduzmalara səbəb ola biləcək yeni
materialların, məhsulların, texnologiyaların meydana çıxması)
aşkarlamaqdan ibarətdir.
Strateji səviyyədə həll edilən məsələlərə nümunə olaraq
aşağıdakıları göstərmək olar:
•
Şirkət yaxın illərdə hansı məhsulları istehsal edəcəkdir?
•
5 ildən sonra şirkətə hansı mütəxəssislər və hansı
ixtisas səviyyələrinə malik mütəxəssislər lazım
olacaqdır?
•
Şirkətin əsas rəqibləri hansı məhsulun istehsalı
strategiyasını seçmişlər?
Aydındır ki, strateji səviyyə üçün əsasən xarici
informasiya tələb olunur ki, bunu da əldə etmək həmişə
mümkün olan iş deyildir. Məsələn, rəqiblərin strateji istehsal
planları çox gizli saxlanır.
Qeyd edək ki, hər bir idarəetmə və qərar qəbulu
səviyyəsinin özünəməxsus funksional məsələləri vardır.
|