Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə20/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 34 ____________________________ 
keçirilən informasiyanın yığılması, emalı, saxlanması və qərar 
qəbulu üçün ötürülməsi kimi prosedurlar zəncirindən ibarət 
texnoloji prosesin fiziki təməli üzərində reallaşdırılır. Texnoloji 
səviyyədə kompüterlər, rabitə xətləri, verilənlər bazaları və 
çoxsaylı sistem və tətbiqi proqramlar sayəsində informasiya 
proseslərinin paralel baş verməsi təmin edilsə də, heç bir 
iqtisadi məsələ və ya biznes məsələsi həll edilmir. Burada 
təqdim edilən yanaşmaya görə, informasiya texnologiyaları 
informasiyanın həm mənbəyi, həm də ünvanı olan funksional 
altsistemlər üçün təməl təşkil edir. Lakin unutmaq olmaz ki, 
informasiya texnologiyaları həm də hər yerdə və şirkətin 
bütün iyerarxiya səviyyələrində qərar hazırlanması və qəbulu 
mühitidir. Bununla belə, bu mühitin konkret vəzifəsi yalnız 
informasiya proseslərini, yəni informasiyanın yığılması, 
saxlanması, ötürülməsi, emalı və təqdim edilməsi proseslərini 
təmin etməkdən ibarətdir və informasiya texnologiyaları 
bilavasitə qərar qəbulu prosesində iştirak etmir. Lakin bu heç 
də o demək deyildir ki, informasiya texnologiyaları qərar 
qəbuluna təsir etmir. Bunu yəqin etmək üçün müxtəlif 
səviyyəli informasiya texnologiyalarına əsaslanan qərarların 
keyfiyyətinə nəzər salmaq kifayətdir. Belə ki, müasir 
informasiya sistemləri daha çox həll variantlarını daha sürətlə 
təqdim etdiyindən, seçim üçün daha geniş imkan yaradır. 
Texnoloji səviyyə müəyyən texnoloji parametrlərlə təyin 
edilir ki, bunlara da sistemin cəldliyi, yaddaş resursu, rabitə 
kanalının növü və verilənlərin ötürülməsi sürəti və s. aiddir. 
Operativ (əməli) səviyyə şirkətdə sadə və bezdirici, lakin 
olduqca vacib əməliyyatlar icra edilən bölmələrdə formalaşır. 
Bu bölmələr müştərilərlə birbaşa kontakt (təmas) yaradan, 
sifariş qəbul edən, hesab çıxarışı verən, anbardakı material 
resursları sərfini qeydiyyata alan, nağd vəsaitlər verən iş 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin