"Elektron hökumət": mövcudvəziyyət, problemlər, perspektivvəgözləntilər"
XXəsrin 2-ci yarısından başlayaraq baş verən informasiya texnologiyaları sıçrayışı və əsrin sonlarına yaxın yaradılan qlobal kompüter şəbəkəsi, internetin yaradılması insan həyatının bütün sahələrinə əhəmiyyətli dərəcədə təsir göstərməyə başladı.Başlanğıcda bu texnologiyaların sürətli inkişafı istehsalçı və istehlakçı arasında istərsədə servis təklif edən bir şirkətlə fiziki şəxslər arasında virtual bir mühitin yaranmasına təsri göstərdi. İnkişaf etmiş ölkələrhökumət ilə sadə vətəndaşların bu mühitdə əlaqə saxlamaları üçün internet üzərindən proqram təminatlarının yaradılmasına başladılar. Beləki vətəndaşın hərhansı bir dövlət qurumuna müraciət etməsi üçün reallıqda xeyli rəsmi prosedurlara əməl olunmalı idi, bu isə öz növbəsində hər iki tərəf üçün həm maddi həmdə zaman baxımından problemlər və gecikmələr yaradırdı.Lakin yeni informasiya texnologiyalar sayəsində bu poblemlər sürətli şəkildə aradan qalxdı, şəffaflıq təmin olundu və nəticədə dünya ölkələri bu texnologiyalardan istifadə etməyə başladı.
Ölkəmizdə indiyə qədər ayrı-ayrı dövlət orqanlarında bu sahədə müxtəlif məlumat bazaları və hesablama mərkəzləri mövcud idi. Lakin 23-may tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı və “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı ilə yeni informasiya texnologiyalarına inteqrasiyanın əsaslı təməli qoyuldu. Beləki Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi(RİTN) bu proqram çərçivəsində yeni layihələrə imza atdı. Bunlardan ictimaiyyətdə ən böyük səs-səda doğuran Elektron Hökumət Portalının və Milli Sertifikasiya Xidmətləri Mərkəzinin, E-imzanın yaradılması oldu.
Elektron Hökumət Portalı nədir, istifadə qaydaları və əsas iş prinsipləri necədir ?
Elektron Hökumət Portalı(E-Goverment) https://www.e-gov.az internet ünvanında Azərbaycan dilində, rahat istifadəçi interfeysinə malik olan və pulsuz xidmət göstərən saytdır. Bu portalda hal-hazırda 236 aktiv elektron xidmət fəaliyyət göstərir. Bütün xidmətlər vahid pəncərə prinsipi əsasında gerçəkləşdirilir.
Sayta ilk daxil olduğumuzda “Əsas səhifə” qarşımıza çıxır.
Saytdakı e-xidmətlər 2 hissəyə bölünür: Qeydiyyat(vəyaxud digər autentifikasiya üsulları) tələb edən və Qeydiyyatsız. Qeydiyyatdan keçmək və istifadəçi girişi etmək üçün isə aşağıdakı 4 üsul təklif olunur. Burada tətbiqinə yeni başlanılmış RİTN tərəfindən verilən xüsusi elektron imza(http://www.e-imza.az) kartlarından istifadə edə bilərsiniz. Daimi mobil qurğular, smartfon və planşet istifadəçiləri də bu portalda nəzərə alınıb.
Portalda, dövlət qurumları tərəfindən təklif olunan bütün xidmətləriiləətraflı tanış ola bilərsiniz. (https://www.e-gov.az/e-services/?i=citizen)
Bildiyimiz kimi sayt təhlükəsizliyi, istifadəçi və digər önəmli məlumatlarının qorunması, vətəndaşların güvənini artıran əsas faktordur. Bu faktor nəzərə alınaraq sayta bağlantı HTTPS protokolu vasitəsilə gerçəkləşdirilir və istifadəçi məlumatları serverlərə xüsusi 128-bitlik alqoritmlə şifrələnmiş şəkildə ötürülür. Şifrələnmə, sorğuların göndərilməsi və qəbulu zamanı məlumatları arzuolunmayan “3-cü tərəfdən” qoruyur, təhlükəsiz bağlantını təmin edir.
Qarşıda duran əsas problem
Elektron hökumət layihəsi çərçivəsində əsas problemlər əhalini məlumatsız hissəsinin məlumatlandırılması və ümumilikdə portaldan istifadə qaydalarının aşılandırılmasında yaranır. Kompüter istifadəçisi olmayan əhalininköməyinə isə layihənin tərkib hissəsi olan və ayrı-ayrı dövlət qurumları tərəfindənpaytaxtın müxtəlif yerlərində quraşdırılan terminallar, smartbokslar çatır. Texniki dəstək üçün isə 157 telefon nömrəsi və info@e-gov.az e-poçt adresi fəaliyyət göstərir. Həmçinin sosial şəbəkə istifadəçiləri Facebook, Twitter, YouTube kimi sosial şəbəkələrdəki E-hökumət və RİTN ilə bağlı səhifələrdən, kanallarından istifadə edərək birbaşa onları maraqlandıran suallara cavab tapa, ətraflı məlumatlana, e-imza ilə bağlı vizual video dərslikləri izləyə bilərlər. Aşağıda lazımı keçidlər qeyd olunub:
https://www.facebook.com/egov.az
https://www.facebook.com/eimza.az
http://www.youtube.com/user/elektronimza
http://www.youtube.com/user/ritnmhm
https://twitter.com/e_govaz
Perspektiv və gözləntilər
Sözsüz ki, ümümilikdə İT sahəsində olan perspektiv öz növbəsində məhz müzakirə etdiyimiz layihəyə və buna altenativ olan layihələrə yeni gələcək vəd edir. Bütün dövlət orqanlarının və onların xidmətlərinin bu layihəyə tam inteqrasiyası ilə yanaşı gələcəkdə özəl sektorunda bu yöndə paralel inkişafı yeni perspektiv imkanlar yaradır. Özəl şirkətlərin dövlət ilə birlikdə yeni elektron xidmətləri təklif etməsi hər iki tərəfə və ən əsası vətəndaşlara kəmiyyət-keyfiyyət-rahatlıq baxımından daha yüksək xidməti təmin edə bilər. Ayrılıqda biznes sektoru üçün artıq addımlar atılıb. Bu sahədə ABŞ, İngiltərə, Almaniya kimi inkişaf etmiş ölkələrin təcrübəsində yararlanmaq olar. Daha bir gözlənti isə Azərbaycanın, Avropa İttifaqına tam inteqrasiyası zamanı özünü doğruldacaq. Məlumdur ki, Avropa İttifaqı ölkələri vahid pul, qanunvericilik kimi sahələrlə yanaşı vahid İT bazasını yaranmasın çalışır və demək olarki tez bir zamanda buna tam nail olacaq. Azərbaycanın gələcəkdə Avropa İttiqfaqına üzvlük məsələsində elektron hökumət layihəsi və vahid məlumatbazası ölkəmizə üstünlük qazandıracaq.
Sonda qeyd etmək lazımdır ki, həyata keçirilən cari elektron hökumət layihəsi və həmçini gələcəkdə planlaşdırılan digər layihələr bütünlükdə vətəndaş-hökumət münasibətlərinə yeni imic gətirəcək. Buda öz növbəsində bu bağların əsasını təşkil edən güvən və razılığı daha da artıracaq.
İstifadə olunan veb qaynaqlar:
-
https://www.e-gov.az/content/?i=7&title=elektron-hokumet-haqqinda-umumi-melumat&s=4
-
http://az.wikipedia.org/wiki/Elektron_h%C3%B6kum%C9%99t
-
http://rabita.az/az/c-layiheler/elektron-hokumet/
-
http://e-imza.az/services.php?lang=az
-
http://az.wikipedia.org/wiki/%C4%B0nformasiya_t%C9%99hl%C3%BCk%C9%99sizliyi
Məqalə Əhmədiyyə Babayev tərəfindən "Elektron hökumət" ilə bağlı yazı müsabiqəsinə təqdim olunması üçün hazırlanmışdır.
Dostları ilə paylaş: |