“İnformasiya təhlükəsizliyi” anlayışının vahid tərifi yoxdur. Bəzən informasiya təhlükəsizliyi anlayışına ”informasiyanın konfidensiallığının, tamlığının və əlyetənliyinin təmin olunduğu vəziyyət” kimi tərif verilir (Bu tərif “informasiyanın təhlükəsizliyi” məsələsini əks etdirir).
“İnformasiya təhlükəsizliyi” anlayışı həmişə müəyyən şəraitdə (mühitdə) olan (fəaliyyət göstərən) konkret subyekt ilə bağlı olur (məsələn, hər hansı sistemin və ya təşkilatın infomasiya təhlükəsizliyi). Ümumiyyətlə, təhlükəsizlik subyektin müəyyən vəziyyətidir və onu müvafiq keyfiyyət xarakteristikalarını göstərməklə müəyyən etmək olar. Təhlükəsizlik haqqında danışarkən subyektin mövcudluğunun müəyyən məqsəd funksiyası (maraqları) nəzərdə tutulur və təhlükəsizlik subyektin bu funksiyanı reallaşdırmaq qabiliyyəti kimi başa düşülür.
Buradan çıxış edərək, bu mühazirədə “informasiya təhlükəsizliyi” anlayışına belə tərif verilir: “İnformasiya təhlükəsizliyi informasiya qarşılıqlı münasibətlərində iştirak edən tərəflərin informasiya maraqlarının təmin edildiyi vəziyyətdir.”
Hər bir sosial subyekt “informasiya təhlükəsizliyi” anlayışına özünün maraqlarına cavab verən məna verir.
Dövlətininformasiya təhlükəsizliyisosiumun elə vəziyyətidir ki, bu zaman şəxslər, cəmiyyət və dövlət təbii və süni meydana çıxan, ictimai və fərdi şüurun qəsdən deformasiya olunmasına, şəxsiyyətin, cəmiyyətin və dövlətin mövcudluğu üçün vacib əhəmiyyəti olan informasiya infrastrukturunun məhv edilməsinə yönəlmiş təhdidlərdən etibarlı şəkildə qorunur.
Cəmiyyətin informasiya təhlükəsizliyidedikdə, cəmiyyətin informasiya mühitinin vətəndaşların, təşkilatların və dövlətin maraqları naminə formalaşmasını və inkişafını təmin edən vəziyyəti başa düşülür.
Şəxsin informasiya təhlükəsizliyi anlayışının məzmununa onun informasiya almaq hüququnun təmin edilməsi, fərdi məlumatlarının etibarlı qorunması və müxtəlif mənbələrdən aldığı informasiyanın onun şəxsiyyətinin azad formalaşmasına və inkişafına mane olmaması məsələləri daxildir.