Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə32/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 48 ____________________________ 
QƏRAR QƏBULUNU DƏSTƏKLƏYƏN SİSTEMLƏRİN 
REALLAŞDIRILMASI NÜMUNƏLƏRİ 
 
Rusiyada geniş tətbiq tapmış qərar qəbulunu dəstəkləyən 
sistemlərdən: 
ORACLE OLAP, mySAP, Hyperion Enterprise 
sistemlərini göstərmək olar.
SAP (Software Applied Products) şirkətinin əsas məhsulu 
olan 
SAP-ERP R/3 sisteminin əsas özəyi - on-line transaksiya 
emalı sistemində (
OLTP) R/3 funksional altsistemi: maliyyə 
(
FI), logistika (LO), kadrlar (HR) və sahəvi əlavələri(OLTP) 
özündə birləşdirir. 
Qərar qəbulunu dəstəkləyən sistemlərin intellektual 
əlavələrinə adətən, modellərə, verilənlərə və biliklərə 
əsaslanan altsistemlər aid edilir. 
SAP şirkəti aşağıdakı intellektual əlavələri təklif edir: 

Biznes-informasiya saxlanc yeri (Busines Information 
Warehouse BIW); 

Biliklərin saxlanc yerinin idarə edilməsi (Knowledge 
Warehouse Management – KWM); 

Korporativ maliyyənin idarə edilməsi (Corporate 
Finance Management – CFM); 

Şirkətin strateji idarə edilməsi (Strategic Enterprise 
Management – SEM). 
Bu siyahı daim artır. Çünki bu sahədə axtarışlar davam 
edir. 
MALGÖNDƏRMƏ ZƏNCİRİNİN İDARƏ EDİLMƏSİ 
SİSTEMLƏRİ (SCM-
SUPPLY CHAIN MANAGEMENT) 
 
Bu sistem malgöndərənləri, distribüterləri və alıcıları bir 
məntiqi prosesdə birləşdirir. 
Malgöndərmə zənciri - istehsal 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 49 ____________________________ 
müəssisələri, topdan ticarət və ya distribüter mərkəzləri, mal 
göndərilməsi və ya xidmət göstərilməsi üzrə sifarişlərin icrası 
üçün birləşmiş insanlar kimi çoxsaylı iqtisadi agentlərdən 
əmələ gəlir. Malgöndərmə zəncirinin məntiqi ardıcıllığı belədir: 
tələbatın 
planlaşdırılması 

tələbatın 
proqnozlaşdırılması

tələbatın spesifikasiyası (Supply Chain 
Management) 

sifarişin 
rəsmiləşdirilməsi

sifarişin 
yerləşdirilməsi

sifarişin icrası

nəqliyyat

malın (xidmətin) 
alınması.
Malgöndərmə zəncirinin idarə edilməsi dedikdə, sifarişin 
icrasını minimal maddi, vaxt, maliyyə məsrəfləri ilə həyata 
keçirməyi təmin edən şəkildə təşkil etmək başa düşülür. 
Malgöndərmə zəncirini idarə edən sistemlər məhz bu məqsəd 
üçündür. Malgöndərilməsinin dəqiq tələb olunan vaxtda 
həyata keçirilməsi külli miqdarda itkilərdən qaçmağa imkan 
verir. Bu, malgöndərmələrinin optimallaşdırılması yolu ilə əldə 
edilən əlavə səmərədir.
Bundan əlavə, malgöndərmələri ilə əlaqədar sənədlərin 
rəsmiləşdirilməsinin avtomatlaşdırılması sənəd tərtibi zamanı 
mümkün səhvləri aradan qaldıraraq əlavə itkilər yaranması 
risklərini minimumlaşdırır.
Malgöndərmə zəncirinin ilk 3 həlqəsində yeni 
Malgöndərmə zəncirini idarə edən sistemlər köhnə 
MRP ilə 
“üst-üstə düşür”. Sonrakı həlqələr 
MRP-nin imkanı 
xaricindədir. Çünki 
MRP yalnız tələbatı təyin edir. Xüsusi 
proqram əlavələrinin köməyi ilə 
MRP-ni Malgöndərmə zəncirini 
idarə edən sistemlərə çatdırmaq mümkündür.
MRP ilə Malgöndərmə zəncirini idarə edən sistemləri 
arasında prinsipial fərq ondadır ki, 
MRP yalnız daxilolan 
logistika parametrlərini təyin edirsə, Malgöndərmə zəncirini 
idarə edən sistemləri malgöndərmə prosesini bütövlükdə 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin