Səhifə 151-də “Dairə. Sektor. Seqment” mövzusunda dairəyə verilmiş tərifdə
“oblast” anlayışı şagirdlərə məlum olmadığı üçün bu tərifdə həmin anlayışdan
istifadə edilməsi məqsədəuyğun deyil. Dairə seqmentinə verilən tərif isə daha sadə
verilə bilərdi. Məsələn, “Vətərin dairədən ayırdığı hissəyə seqment deyilir”.
Səhifə 154-də “Silindrin səthinin sahəsi” mövzusunda verilmiş məsələ
həllində silindrin açılışından alınan düzbucaqlının bir tərəfinin 2πR-ə (oturacaq
çevrəsinin uzunluğuna), digər tərəfinin isə silindrin hündürlüyünə bərabər olması
faktı mövzunun izahında qeyd edilməmişdir. Həmçinin “Həll”də “sm
2
”-lər
mötərizədə verilməlidir.
Səhifə 156-da silindrin həcmi düsturunun necə alınması haqqında izah
verilməmişdir. Həmçinin izahda verilmiş silindrin xaricinə çəkilmiş prizma şəkli
mövzunun izahına uyğun deyil.
Dostları ilə paylaş: |