Səhifə 48-də ikinci abzasda “eyni kvadratların” deyil, “həmin kvadratların”
ifadəsi yazılmalıdır.
Səhifə 49-da dərsliyin rus dilində olan variantı üzrə 5-ci tapşırığın tərcüməsi
düzgün deyil.
Səhifə 51-də 18-ci tapşırığın kütlə vahidi qram (“q”) səhvən “qr” kimi
verilmişdir.
Səhifə 52-də mövzunun izahının sonunda verilmiş cavab hissəsində yalnız
nəticələr yazılmalıdır. Yəni, “Cavab: 5·85=425 q; 3·85=255 q; 2·85=170 q”
əvəzinə “Cavab: 425 q; 255 q; 170 q” verilməlidir. Həmçinin məsələnin həllində
ölçü vahidi mötərizədə qeyd olunmalıdır. Belə ki, burada “850:10=85 q” deyil,
“850:10=85 (q)” yazılmalıdır.
Həmin səhifədə dərsliyin rus dilində olan variantında mövzunun adı düzgün
tərcümə edilməmişdir.
Səhifə 53-də 10-cu tapşırığın şərti belə verilməlidir: “Elə x və y ədədləri yazın
ki, x, y və 24 ədədləri uyğun olaraq a) 3:5:6 ; b)
9
1
:
36
1
:
8
1
nisbətində olsun”.
Dostları ilə paylaş: |