Səhifə 138-də 6-cı tapşırıqda “AB=4 sm parçası verilib” cümləsi “Uzunluğu 4
sm olan AB parçası verilib” kimi verilməlidir.
Səhifə 139-da 9-cu tapşırığın mətnindəki “Çevrənin radiusu 33 dm, 120 sm,
4500 mm olarsa ...” ifadəsinin “Çevrənin radiusu 33 dm; 120 sm; 4500 mm olarsa
...” kimi verilməsi məqsədəuyğundur.
Səhifə 151-də “Dairə. Sektor. Seqment” mövzusu üzrə dərsliyin rus dilində
olan
variantında sektorun tərifi düzgün tərcümə edilməmişdir. “Часть
окружности” deyil, “часть круга” olmalıdır.
Səhifə 154-də “Silindrin yan səthinin sahəsi” mövzusunun adında dərsliyin
hər iki variantı üzrə uyğunsuzluq var. Həmçinin “Nümunə” sözünün tərcüməsi
düzgün deyil.
Səhifə 156-da 1-ci və səhifə 157-də 8-ci tapşırıqlarda “çevrilmələr” sözünün
“çevirmələr” kimi yazılması məqsədəuyğundur.
Yenə həmin səhifədə 3-cü tapşırığın a) bəndində “3 m
3
+8000 dm3” deyil,
“3 m
3
+8000 dm
3
” verilməlidir.
Səhifə 163-də 4-cü tapşırığın sonuncu cümləsində “Bu evin” ifadəsi əvəzinə
“Bu binanın” olmalıdır.
Səhifə 165-də 2-ci tapşırıqda verilmiş “Aşağıdakı suallara cavab verin”
cümləsindən sonra 2 nöqtənin qoyulması məsləhətdir.
Dostları ilə paylaş: |