Səhifə 47-də 20-ci tapşırığın dərsliyin sonunda verilmiş cavabı “1,5 m;
1 m” əvəzinə “1 m; 1,5 m” ardıcıllığı ilə qeyd olunması məqsədəuyğundur.
Səhifə 51-də dərsliyin rus dilində olan variantında 19-cu tapşırığın mətnində
verilmiş nisbət “9:13:7” kimi deyil, “9:13:17” olmalıdır. Həmçinin, “kiçik tərəfinin
uzunluğu” ifadəsi “kiçik tilinin uzunluğu” kimi verilməlidir. Çünki düzbucaqlı
paralelepipedin tərəfi anlayışı yoxdur.
Səhifə 53-də 16-cı tapşırığın şərti səhv verilmişdir.
Səhifə 56-da 2-ci tapşırığın dərsliyin sonunda verilmiş cavabı “180 və 200”
deyil, “200 və 180” olmalıdır.
Yenə həmin səhifədə 5-ci tapşırıq a) və b) bəndlərinə ayrıldığına görə dərsliyin
sonunda verilmiş “60 və 90” cavabı “a) 60 və 90” kimi verilməlidir.
Dostları ilə paylaş: |