Yenə həmin səhifədə verilmiş digər tapşırıqlarda da qüsurlar vardır:
13-cü tapşırığın dərsliyin sonunda verilmiş cavabı “a) 1 və –1; b) 1 və –1” kimi
qeyd edilmişdir. Halbuki doğru cavab “a) 1; b) 1” olmalıdır.
17-ci tapşırıqda a) bəndinin dərsliyin sonunda verilmiş cavabına “2 üçbucaq, 6
kvadrat” əlavə olunmalıdır. Çünki məsələnin 2 doğru cavabı olur. Həmçinin bu
tapşırıq dərsliyin sonundakı cavaba uyğun olaraq “a)” və “b)” bəndlərinə
ayrılmalıdır.
18-ci tapşırığın dərsliyin sonundakı cavab variantlarından biri “6 manata – 6
kitab, 8 manata – 3 kitab” deyil, “biri 6 manatdan 3 kitab, 8 manatdan 4 kitab”
kimi verilməlidir. Çünki əks halda kitabların ümumi dəyəri 60 manat olur ki, bu da
məsələnin şərtinə ziddir.
20-ci tapşırığın sualı metodiki baxımdan düzgün deyil. “Bu ərzaqlardan ən
Dostları ilə paylaş: |