Səhifə 25-də (dərs 10) “Kəsrlərin eyni (ortaq) məxrəcə gətirilməsi”
mövzusunda “Problemin qoyulması (motivasiya)”, problemin həllinin nədən ibarət
olması məlum deyil, dərsin gedişi ənənəvi təlim üsulunda olduğu kimidir.
Yenə həmin səhifədə 3-cü abzasda 4 və 6 üçün ən kiçik ortaq məxrəcin 24
olduğu qeyd olunmuşdur ki, bu isə səhv fikirdir.
Səhifə 33-də (dərs 17-18) “Kəsrlərin vurulması” mövzusuna verilən izah
dərsin mahiyyətinə uyğun deyil və dərs ənənəvi təlim üsulu ilə izah olunmuşdur.
Mövzu metodiki baxımdan anlaşıqlı şəkildə verilməmişdir. Kəsrin natural ədədə
vurulması izah edilmiş, iki kəsrin hasili isə izah edilməmişdir.
|