Səhifə 36-da (dərs 20) “Qarşılıqlı tərs ədədlər” mövzusunda “sıfırın” tərsinin
olmadığı qeyd edilməlidir.
Səhifə 43-də 7-ci çalışmanın izahında verilmiş bərabərliklərin sonunda mötərizə
daxilində cavabın nəyə aid olduğu 12-ci çalışmada olduğu kimi qeyd edilməlidir.
Lakin 12-ci çalışmada da müəyyən qüsur var. Belə ki, “q” işarəsi də mötərizə
içərisində yazılmalıdır.
Səhifə 51-də MMV-nin rus dilində olan variantında 25-ci çalışmanın “Tam
hissə modeli ilə həlli”nə uyğun şəkil verilməmişdir.
Səhifə 54-də sonuncu abzasda “a=96, b=14” deyil, “a=14, b=96” olmalıdır.
Səhifə 57-də I, II və III nümunələrdə “üçbucaqların tərəfinin uzunluqları”
deyil, “üçbucaqların tərəflərinin uzunluqları” yazılmalıdır.
Səhifə 58-də çalışma 22-nin həllində verilmiş “110:22=5 - bu, bir hissəyə
Dostları ilə paylaş: |