Səhifə
86-da
“Tam ədədlərin vurulması” mövzusunda verilmiş
(–4)·(–3) hasilinin 12-yə bərabər olmasının izahı elmi-metodiki baxımdan doğru
deyil. Digər bir yanlışlığa isə “Qeyd 2”-də yol verilmişdir. Buradakı “Mənfi
vuruqların sayı cüt olduqda hasilin işarəsi müsbət, mənfi vuruqların sayı tək
olduqda hasilin işarəsi mənfi olur” cümləsi, “Cüt sayda mənfi vuruqların hasili
müsbət, tək sayda mənfi vuruqların hasili isə mənfi olur” kimi olmalıdır.
Səhifə 89-da “Tam ədədlərin bölünməsi” mövzusunda bir neçə ədədin
bölünməsinə aid izah və ya nümunə verilməməsinə baxmayaraq, MMV-də “III
bölmə üzrə kiçik summativ qiymətləndirmə”nin 15-ci tapşırığında (səh.124) buna
aid misal verilmişdir.
Səhifə 93-də “Çoxluqların fərqi” mövzusunda verilmiş “A–B” yazılışına
ehtiyac yoxdur. Həmçinin burada verilmiş “Eyler-Venn dairələri” termini
“Eyler-Venn diaqramları” kimi verilməlidir. Çünki həmin diaqramlar tək dairə ilə
deyil, digər fiqurlarla da, məsələn, üçbucaq, düzbucaqlı və s. ilə də təsvir oluna bilir.
Dostları ilə paylaş: |