Dərslik komplekti Müəlliflər: Yaşar Seyidli


Səhifə 158. “Düzgün qidalanma”



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə12/35
tarix02.01.2022
ölçüsü0,64 Mb.
#2167
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   35
Səhifə 158. “Düzgün qidalanma” mövzusunda motivasiya üçün şagirdlərə belə 

bir mətn təqdim olunur: “Məşhur səyahətçi Alonso de Oheda Cənubi Amerikaya 

etdiyi  ekspedisiyaların  birində  bir  neçə  dənizçini  xəstə  olduqlarına  görə  bir 

adada  qoyub  getmək  məcburiyyətində  qalır.  Bir  neçə  aydan  sonra  adaya 

qayıdan  səyahətçi  dənizçilərin  sağ  və  salamat  olduqlarını  görüb  heyrətə  gəlir. 

Həmin  adanı  Kurasao  adlandırırlar  (portuqal  dilində  “kure”  –  şəfaverən)”

Sonra isə şagirdlərə aşağıdakı sual verilir: “Dənizçilərin sağalmasının səbəbi nə ola 



bilərdi?” 

Göründüyü  kimi,  şagirdlərin  verə  biləcəyi  istənilən  cavab  bu  mövzu  ilə  bağlı 

olmayacaq  və  orada  aşılanmaq  istənilən  fikirləri  dəstəkləməyəcək.  Çünki  xəstə 

dənizçilərin kimsəsiz adada özlərinə lazımi qidaları tapıb düzgün qidalanmalarından 

söhbət  belə  gedə  bilməz.  Onlar  əllərinə  keçəni,  hətta  tanımadıqları  şeyləri  yeməyə 

məhkumdurlar. Əslində isə söhbət C vitamininin çatışmazlığı ilə bağlı olan  skorbut 

xəstəliyindən gedir. Dənizçilər adada bitən və C vitamini ilə zəngin olan meyvələrlə 

qidalanma nəticəsində salamat qalırlar.  




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin