Səhifə 158. “Düzgün qidalanma” mövzusunda motivasiya üçün şagirdlərə belə
bir mətn təqdim olunur: “Məşhur səyahətçi Alonso de Oheda Cənubi Amerikaya
etdiyi ekspedisiyaların birində bir neçə dənizçini xəstə olduqlarına görə bir
adada qoyub getmək məcburiyyətində qalır. Bir neçə aydan sonra adaya
qayıdan səyahətçi dənizçilərin sağ və salamat olduqlarını görüb heyrətə gəlir.
Həmin adanı Kurasao adlandırırlar (portuqal dilində “kure” – şəfaverən)”.
Sonra isə şagirdlərə aşağıdakı sual verilir: “Dənizçilərin sağalmasının səbəbi nə ola
bilərdi?”
Göründüyü kimi, şagirdlərin verə biləcəyi istənilən cavab bu mövzu ilə bağlı
olmayacaq və orada aşılanmaq istənilən fikirləri dəstəkləməyəcək. Çünki xəstə
dənizçilərin kimsəsiz adada özlərinə lazımi qidaları tapıb düzgün qidalanmalarından
söhbət belə gedə bilməz. Onlar əllərinə keçəni, hətta tanımadıqları şeyləri yeməyə
məhkumdurlar. Əslində isə söhbət C vitamininin çatışmazlığı ilə bağlı olan skorbut
xəstəliyindən gedir. Dənizçilər adada bitən və C vitamini ilə zəngin olan meyvələrlə
qidalanma nəticəsində salamat qalırlar.
Dostları ilə paylaş: |