Səhifə 42. “Mexaniki toxuma” yarımbaşlığında “Gövdədə, yarpaq
saplağında, yarpaq damarında yerləşir” cümləsinin “Örtülütoxumlu bitkilərin
bütün
(vegetativ
və
generativ)
orqanlarında yerləşir” kimi yazılması
məqsədəuyğundur.
Səhifə 43. Sonuncu abzasda “Sitoplazmasında çoxlu miqdarda yaşıl
xloroplastlar olur” cümləsinin “Hüceyrələrinin sitoplazmasında çoxlu miqdarda
yaşıl xloroplastlar olur”, “Əsasən fotosintez prosesini həyata keçirir və üzvi
maddələr əmələ gətirir” cümləsinin isə “Əsasən, fotosintez prosesini həyata keçirir”
kimi yazılması məqsədəuyğundur.
Səhifə 59. “Yarpaq növləri” yarımbaşlığında mürəkkəb yarpaqların bölgüsü
verilsə də, buna aid heç bir bitki nümunəsi göstərilməmişdir.
Dostları ilə paylaş: |