Səhifə 144. “Qorunan ərazilər” yarımbaşlığında “Azərbaycanda 9 milli park,
11 qoruq və 24 yasaqlıq var” cümləsində “11 qoruq” əvəzinə “13 qoruq”
yazılmalıdır. Bu düzəlişin səhifə 146-da da edilməsi tövsiyə edilir.
Səhifə 154. “Motivasiya”da “Güman edilir ki, ilk əhliləşdirilmiş
heyvanlardan biri it olmuşdur” cümləsinin “Sübut olunmuşdur ki, ilk
əhliləşdirilmiş heyvanlardan biri it olmuşdur” kimi yazılması məqsədəuyğundur.
Çünki arxeoloji tədqiqatlar bu fikri sübut etmişdir.
Səhifə 157. 2-ci abzasda “Malyariya, tripanosom və dizenteriya amöbü kimi
birhüceyrəli heyvanlar da daxili parazitlərdir” cümləsində “Malyariya” sözü
“Malyariya paraziti” kimi yazılmalıdır. Çünki malyariya xəstəlik adıdır. Burada isə
malyariya paraziti haqqında məlumat verilir.
|