halında toplanması çiçək qrupları adlandırılır” cümləsinin “Gövdə üzərində qrup
halında yerləşən çiçəklər çiçək qrupları adlanır” kimi yazılması məqsədəuyğundur.
Burada tək-tək yerləşən çiçəklər haqqında da məlumat verilməsi tövsiyə edilir.
Səhifə 79. Sonuncu abzasda “Rüşeym gövdəciyinin üzərində rüşeymin
hissələri olur” cümləsi “Rüşeym gövdəciyinin üzərində rüşeymin digər hissələri
olur” kimi yazılmalıdır. Çünki gövdəcik özü rüşeymin bir hissəsidir.
Səhifə 88. Mövzunun adının “Canlı orqanizmlərdə hərəkət, dayaq,
qidalanma və tənəffüs” deyil, “Heyvanlarda hərəkət və dayaq sistemi” kimi
yazılması tövsiyə edilir. Çünki mövzuda yalnız heyvanların hərəkət və dayaq sistemi
haqqında məlumat verilmişdir.
Səhifə 95. “Gübrələr” yarımbaşlığında verilmiş cədvəldə “Fosfor”
gübrələrinin xüsusiyyətlərinə “Soyuğadavamlığı artırır” cümləsinin əlavə edilməsi
tövsiyə edilir.
Dostları ilə paylaş: |