bakteriyalar. Viruslar” mövzusunda reallaşdırılması nəzərdə tutulmuşdur. Bu
mövzuların tədrisi çərçivəsində “Maddələr mübadiləsinin pozulması” anlayışı ilə
bağlı nəinki heç bir fikrə, eyni zamanda sual, tapşırıq və fəaliyyətə də rast gəlinmir.
Deməli, şagird maddələr mübadiləsinin (insanlarda, heyvanlarda, bitkilərdə)
pozulması dedikdə, nələrin nəzərdə tutulduğunu, bu pozulmanın hansı hallarda baş
verdiyi və onun təzahürləri barədə sistemli bilgi ala bilmədiyinə görə, alt standartda
təsbit edilmiş bilik və bacarığa da yiyələnə bilməyəcək. Şagirdin bu mövzuda
qazanacağı bilik və bacarıqlar əslində onun biologiya fənni çərçivəsində
mənimsəyəcəyi və ömrü boyu istifadə edəcəyi ən vacib bilik və bacarıqlardandır.
Çünki düzgün maddələr mübadiləsi sağlam həyat, onun pozulması isə həyata təhdid
deməkdir.
Dostları ilə paylaş: |