Щ ю р м я т ( е щ т и р а м )
т я л я б а т ы
Сялащиййят, мüвяффягиййят ялдя етмяк,
бяйянилмяк, танынмаг, нüфуз
М я н с у б л у ь а в я м я щ я б б я т я
о л а н
т я л я б а т
Ъямиййятя мянсуб олмаг, инсанларла йанашы олмаг, онлар
тяряфиндян гябул олунмаг, танынмаг
Т я щ л ü к я с и з л и й я
т я л я б а т
Юзüнü мüдафия олунмуш щисс етмяк, горхудан вяуьурсузлугдан,
тяъавüзкарлыгдан йаха гуртармаг
Ф и з и о л о ж и ( ü з в ü )
т я л я б а т л а р
Аълыг, сусузлуг, истидян, сойугдан горунмаг вя с.
178
Ekzistensional
psixologiya
konkret
insanın
şəxsi
təcrübəsinin ümumi sxemə uyğun gəlməməsinin unikallığını
qeyd edir. Ekzistensional psixologiyanın əsas məqsədlərindən
biri şəxsiyyətin autentiklik – onun həyatdakı varlığının onun
daxili təbiətinə uyğunluğu probleminin həllindən ibarət
olmuşdur. Müasir ekzistensional psixologiyanın təcrübəsində
psixoanalizin bir çox nailiyyətlərindən istifadə olunmuşdur.
III. 5. 5. Şəxsiyyətin fəallığı və istiqaməti
Şəxsiyyətin fəallığı və onu təmin edən amillər. Əvvəl
qeyd edildiyi kimi, şəxsiyyət gerçəkliyi dərk edib dəyişdirməyi
bacaran, fəaliyyət göstərən konkret canlı insandır. Deməli,
şəxsiyyət ictimai münasibətləri dərk edən, həmin münasibətlər
qovuşuğunda formalaşan subyekt, daha doğrusu fəal varlıqdır.
Məhz onun fəallığı onun üçün fərqləndirici əlamət rolunu
oynayır. Şəxsiyyət fəaliyyətin köməyi ilə gerçək aləmlə fəal
qarşılıqlı təsir prosesində təşəkkül tapır.
Bəs insan şəxsiyyətinin fəallığı nə ilə bağlıdır, onu təmin
edən amillər nədən ibarətdir? Bu sual uzun illər ərzində kəskin
mübahisələrin meydana gəlməsinə səbəb olmuşdur. Yuxarıda
şəxsiyyət haqqında nəzəriyyələrdən danışarkən qeyd olunduğu
kimi, şəxsiyyətin davranışını, onun fəallığını təmin edən
amillər müxtəlif istiqamətdə öz əksini tapmışdır. Bunu aydın
görmək üçün görkəmli psixoloq K.Levinin təklif etmiş olduğu
formulaya nəzər salaq
1
.
K.Levin şəxsiyyətin davranışını təmin edən amilləri təhlil
etmək üçün B=F (P, E) formulunu təklif etmişdir. Burada B-
davranış; F-funksional asılılıq işarəsi; P- şəxsiyətin daxili sub-
yektiv xassələri; E- sosial mühiti bildirir.
K.Levinə görə şəxsiyyətin davrvnışını, fəallığını psixodi-
1
Бах,Немов Р.С. Психология. В 3-х кн., кн. 1 – М., 1998, с. 342-343.
179
namik istiqamətdən izah edən istiqamətin baxışlarını həmin
formulaya tətbiq etdikdə B= F(P) alınır. Bu isə o deməkdir ki,
psixodinamik istiqamətdə şəxsiyyətin davranışı faktiki olaraq
yalnız fərdin daxili subyektiv psixoloji xassələri ilə
əlaqələndirilir və onunla izah olunur. Burada sosial mühitin ro-
lu nəzərə alınmır.
Şəxsiyyət haqqında sosiodinamik istiqamətə gəldikdə,
həmin nəzəriyyə tərəfdarları şəxsiyyətin davranışını xarici
mühitin təsiri ilə bağlayır, şəxsiyyətin daxili xassələrinə
əhəmiyyət vermirlər. Başqa sözlə B = F (E) formulu əsas
götürülür.
İnteraksionistik istiqamətin tərəfdarları isə B=F (P,E)
formulunu əsas götürürlər. Bununla da onlar şəxsiyyətin
davranışını, fəallığını daxili və xarici amillərin qarşılıqlı təsiri
ilə bağlayırlar. Bu ideyadan çıxış edən psixoloqlar şəxsiyyətin
fəallığının mənbəyinin onun tələbatlarından ibarət olduğunu
irəli sürürlər.
Şəxsiyyətin istiqamətinin xarakteristikası. Yuxarıda
şəxsiyyətin strukturundan danışarkən onun ən mühüm
bloklarından biri kimi istiqamətini qeyd etdik və buraya onun
tələbatlarının, davranış motivlərinin, maraq və meyllərinin,
dünyagörüşünün, əqidə və ideallarının və s. daxil olduğunu
qeyd etdik.
Tələbat orqanizmin və ya şəxsiyyətin nəyə isə obyektiv
ehtiyacını əks etdirən psixi hadisədir. Tələbatlar həm insan,
həm də heyvana mənsub olmaqla bioloji, yalnız insana mənsub
olmaqla sosial və ya mənəvi xarakter daşıya bilər. Bununla
belə
insanların
və
heyvanların
bioloji
tələbatlarını
eyniləşdirmək mümkün deyildir. Dərk olunma və ödənmə
xüsusiyyətlərinə görə insan tələbatları bir- birlərindən əsaslı
şəkildə fərqlənir. İnsan tələbatları onun dərk olunmuş
ehtiyacları ilə bağlı olur. Hər hansı bir dərk olunmuş ehtiyac
adamı o ehtiyacın ödənilməsi ilə əlaqədar şəraitdən asılı edir.
Bu asılılığın psixi təəssüratdan keçirilməsi nəticəsində adam
180
fəallaşır.
Tələbatların ödənilməsi, görülən iş, istifadə edilən alətlər
yeni tələbatlar doğurur. İnsanın tələbatları olduqca müxtəlifdir.
Adətən mənşəyinə görə tələbatları iki yerə bölürlər: təbii və
mədəni tələbatlar.
Təbii tələbatlar – fərdin yaşayışını və nəslini davam
etdirmək üçün şərait və ehtiyacların inikası əsasında yaranır.
Təbii tələbatlara qida, təmizlik, isti və soyuqdan mühafizə,
istirahət, nəsli davam etdirmək və s. ehtiyaclar misal ola bilər.
Mədəni tələbatlar – fərdin daxil olduğu sosial qruplarda
mövcud mədəniyyətin psixi inikası nəticəsində yaranır.
Mədəniyyət, sosial qrupda, tarixi inkişaf prosesində insanların
əli və dühası ilə yaradılmış cisim, hadisə və münasibətlər
mövcuddur. Hər konkret tarixi cəmiyyətin özünəməxsus
geyim, ünsiyyət, məişət və s. dəbləri və onların inikası əsasında
yaranan tələbatlar sistemi vardır. Fərd cəmiyyət daxilində ən
kiçik yaşlarından real gerçəkliyi dərk etmə prosesində adət və
ənənələrə, yaşayış və davranış tərzinə yiyələnir, sosiallaşma
prosesi keçirir. Sosiallaşma prosesində fərd sosial
qrupun
tələbatlar sistemini, onların ödənilməsi yol və vasitələrini də
mənimsəyir. Mədəni tələbatlar öz məzmunu etibarı ilə sosial
tələbatlardır. Ona görə də şəxsiyyət ən təbii ehtiyaclarını belə
daxil olduğu sosial qrupun mədəniyyəti çərçivəsində ödəyir.
Beləliklə, cəmiyyətin tarixi inkişaf səviyyəsindən asılı olaraq,
orada yaşayan adamların tələbatlar sistemi istər məzmun,
istərsə də forma nöqteyi- nəzərindən bir-birindən fərqlənirlər.
Tələbatları, onların məzmunlarının səciyyəsinə görə
təsnif edərkən maddi və mənəvi tələbatları müəyyənləşdirirlər.
Maddi
tələbatlar-maddi
ehtiyaclardan
doğur. Mənəvi
tələbatlara insanların siyasətə, əxlaqi davranışa, dinə, elmə,
incəsənətə və s. olan tələbatları daxildir.
Maddi və mənəvi tələbatlar bir-birilə ayrılmaz surətdə
bağlıdır. Mənəvi tələbatların təmin olunması üçün daima maddi
şeylərin olması tələb edilir ki, bunlar da öz növbəsində maddi
181
tələbatların predmetini təşkil edir.
Buradan isə aydın olur ki, mənşəyinə görə təbii olan
tələbat, eyni zamanda predmetinə görə maddi tələbat ola bilər.
Mənşəyinə görə mədəni olan tələbat predmetinə görə ya maddi,
ya da mənəvi ola bilər. Deməli, həmin təsnifat tələbatların ol-
duqca müxtəlif növlərini əhatə edir və onların insan şüurunun
inkişaf tarixinə və yönəldikləri obyektlərə münasibətini ifadə
edir.
Şəxsiyyətin davranış motivləri. Qeyd etdiyimiz kimi,
tələbatlar şəxsiyyətin davranışının, fəallığının mənbəyini təşkil
edir. Məhz buna görə də onlar insanı fəaliyyətə təhrik edən
səbəblər, başqa sözlə motivlər rolunu oynayır. Motiv (latınca
movero-hərəkətə gətirən) insanı hər hansı bir məqsədəyönəlmiş
işə, fəaliyyətə təhrik edən səbəbdir.
Təcrübə göstərir ki, motivlər bir-birindən onlarda təzahür
edən tələbatların növünə, onların kəsb etdiyi formalara,
genişliyinə və ya məhdudluğuna, onların reallaşdığı fəaliyyətin
konkret məzmununa görə fərqlənir. Fəaliyyətin mürəkkəb
növləri, bir qayda olaraq bir motivə deyil, eyni vaxtda bir necə
təsir göstərən və qarşılıqlı təsirdə olan motivə cavab verir ki,
bunlar da insanın hərəkət və əməllərinin şaxələnmiş
motivləşmə sistemini təşkil edir. Motivləşmə elə motivlər bir-
liyidir ki, şəxsiyyətin istiqamətini, yönəlişliyini müəyyən
etməklə onun fəaliyyətinin səmərəliliyini də şərtləndirir.
Əvvəlki fəsildə qeyd etdiyimiz kimi, motivləri dərk
edilən və dərk edilməyən olmaqla iki yerə bölürlər. Psixoloji
ədəbiyyatda dərk edilən motivlərə tələbatlarla yanaşı
maraqları, dünyagörüşünü, əqidə və idealları; dərk edilməyən
motivlərə isə ustanovkanı, həvəsi və s. aid edirlər.
Maraqlar. Maraqlar insanın idrak tələbatlarının emo-
sional təzahürləridir. Başqa sözlə, maraq şəxsiyyətin, gerçək
həyatın müəyyən bir sahəsinə, müəyyən bir fəaliyyətə, bu və ya
digər biliyi əldə etməyə az və ya çox yönəlməsində ifadə olu-
nan fərdi psixi xüsusiyyətdir. Şəxsiyyətin istiqaməti onun
182
maraqlarında ifadə olunur.
Maraqların insanın həyat və fəaliyyətində rolu olduqca
böyükdür. Şagird nə iləsə dərindən maraqlandıqda, yerinə ye-
tirdiyi iş, dinlədiyi dərs onun üçün maraqlı olduqda həmin
sahələrdə yüksək müvəffəqiyyət qazanır. Əksinə onlara qarşı
maraq olmadıqda həmin işlər cansıxıcı olur, şagirdi cəlb etmir.
Maraq bizdə müəyyən hisslər doğuran cisim və hadisəyə
daha artıq və gərgin diqqət yetirilməsini təmin edir. Maraq hər
hansı bir obyekti daha dərindən və dəqiq dərketmə meylindən
doğur. Maraqların fizioloji əsasını bələdləşmə- tədqiqat
refleksləri təşkil edir. Gerçək aləmdə baş verən hər bir yeni,
gözlənilməz dəyişiklik zamanı bələdləşmə refleksi baş verir və
qıcıqlandırıcının daha tam və aydın inikasını təmin edir. Ətraf
mühitdə ən kiçik bir dəyişiklik, yenilik baş verdiyi zaman in-
sanda müvafiq reseptor aparatı bu dəyişikliyi törədən qıcığa
doğru yönəlir.
Bələdləşmə refleksini bəzən «tədqiqat refleksi», bəzən də
«bu nədir?» refleksi adlandırırlar.
Maraqlar idrakın daimi təhrikedici mexanizmi kimi mey-
dana çıxır.
Maraqları məzmununa, məqsədinə, genişliyinə və
davamlılığına görə təsnif etmək olar.
Məzmununa görə maraqları təsnif edərkən insanın idrak
tələbatlarının obyektləri əsas götürülür. İdrak tələbatları
obyektlərindən hansının insanı cəlb etməsi bu sahədə onun
marağının
məzmununu
müəyyənləşdirir. Bu
baxımdan
maraqların əhəmiyyətlilik dərəcəsi onun məzmununun nə
dərəcədə düzgün seçilməsindən asılı olur.
Məqsədinə görə maraqlar vasitəsiz və vasitəli ola bilir.
İnsan üçün əhəmiyyətli olan obyektin emosional cazibədarlığı
vasitəsiz marağın meydana gəlməsinə səbəb olur. Bu zaman
həmin obyektin özü bilavasitə bizi özünə cəlb edir. Onunla
maraqlanmağa başlayırıq. Vasitəli maraqlara gəldikdə bunlar
qarşıya qoyulmuş məqsədə çatmaq üçün zəruri olan vasitələrlə
183
əlaqədar meydana gəlir. Vasitəli maraqların insanın əmək və
tədris fəaliyyətinin təşkilində əhəmiyyəti olduqca böyükdür.
Maraqları özlərinin genişliyinə görə də təsnif edirlər.
Həyat təcrübələri göstərir ki, bəzi adamlarda maraqlar yalnız
bir sahə üzrə mərkəzləşdiyi halda, bəziləri isə bir çox ob-
yektlərlə maraqlanırlar, başqa sözlə onlarda maraqların əhatə
dairəsi geniş olur. Əgər bu maraqların genişliyi onların
dərinliyi ilə uzlaşarsa daha səmərəli xarakter daşımış olar.
Maraqların dərinlik səviyyəsi şəxsiyyətin mühüm keyfiyyəti
kimi qiymətləndirilir. Bu cür maraqlara malik olan insanlar bu
və
ya
digər
fəaliyyət
sahəsində
həmişə
yüksək
müvəffəqiyyətləri ilə fərqlənirlər.
Özlərinin davamlılığına görə maraqlar davamlı və
davamsız ola bilir. Bəzi adamlarda maraqlar davamlı olduğu
halda, başqalarında davamsız, keçici xarakter daşıyır. Davamlı
maraqları insanın formalaşmağa başlayan qabiliyyətlərinin
göstəricilərindən biri kimi qeyd edirlər.
Maraqları passiv və fəal olmaqla da təsnif edirlər. Heç
bir iş görmədən, nəiləsə sadəcə olaraq maraqlanmaq insanın
həmin obyektə passiv maraq bəslədiyini göstərir. Passiv maraq-
lar mənfi hal olmaqla şəxsiyyətin ümumi inkişafına heç bir
dəyərli təsir göstərmir. Fəal maraqlara gəldikdə, əksinə, bu cür
maraqlar bizi fəaliyyətə təhrik edir, bu zaman bizə qüvvə verir,
işi ruh yüksəkliyilə, axıra qədər davam etdirməyimizə, əldə et-
diyimiz nəticələrin yüksək keyfiyyətdə olmasına müsbət təsir
göstərir.
Dünyagörüşü, əqidə və ideallar. Şəxsiyyətin dərk olu-
nan davranış motivləri içərisində dünyagörüşü, əqidə və
idealların da özünəməxsus yeri və rolları vardır.
Dünya və onun qanunauyğunluqları, təbiət və cəmiyyət
hadisələri haqqında müəyyən baxışlar sistemi insanın
dünyagörüşünü təşkil edir. Dünyagörüşünün formalaşması
insanın ona müvafiq davranış tərzini həyata keçirməsinə təkan
verir. Dünyagörüşü tarixi xarakter daşıyır. Cəmiyyətin inkişafı
184
ilə əlaqədar olaraq insanların dünyagörüşü də dəyişilir. İnsanlar
elmi, dini, mütərəqqi, mürtəce, materialist, idealist və s.
dünyagörüşünə malik ola bilirlər.
İnsanın dünyagörüşü onun əqidəsinə çevrilə bilir və bu
zaman şəxsiyyətin tamlığını təmin edir. Əqidə – şəxsiyyətin
onu öz baxışlarına, prinsiplərinə, dünyagörüşünə müvafiq ola-
raq hərəkət etməyə yönəldən dərk olunmuş tələbatlar sistemi-
dir. Əqidə insana öz həyat yolunu tam aydınlığı ilə müəyyən və
təsəvvür etmək imkanı verir, onu şərtləndirir.
İdeallar da şəxsiyyətin dərk olunan davranış motivləri
hesab olunur. İdeal insanın nail olmağa can atdığı ən yaxın
məqsəddir. Başqa sözlə, ideallar insanın həyat və fəaliyyətində
nail olmağa can atdığı ən yüksək məqsəd hesab olunur. İdeallar
müsbət hissi boyalarla zəngin olur və şəxsiyyətin istiqamət və
fəaliyyətinə aydınlıq, müəyyənlik verir. İdeallar fəal və passiv
ola bilir. Əgər ideallar fəal və həyatidirsə, insanı mübarizədə
qorxmaz edir, onun iradəsinə möhkəmlik, xarakterinə qüvvət
bəxş edir.
Sadəcə olaraq bu və ya digər ideala malik olmaq, bu və
ya digər bir şəxsiyyəti özünə ideal qəbul etmək və bununla
kifayətlənmək çox azdır. Bu, adamın ümumi inkişafına heç bir
müsbət təsir göstərə bilməz. Əsl və həlledici cəhət seçilən
idealın fəal olması, mütərəqqi və müsbət ideal uğrunda, ona
çatmaq uğrunda yorulmadan mübarizə etmək əzminə malik
olmaqdır.
185
III. 5. 6. Şəxsiyyətin mənlik şüuru
İnsanın bir şəxsiyyət kimi formalaşmasında onda mənlik
şüurunun inkişafı xüsusi rol oynayır. Mənlik şüurunun
formalaşması insana özü haqqında təsəvvürlərini, özünün zahi-
ri
görkəmini,
əqli,
mənəvi,
iradi
keyfiyyətlərini
qiymətləndirmək imkanı verir. Bu baxımdan mənlik şüuru
insanın özünü şəxsiyyət kimi tanıması və dərk etməsi
prosesindən ibarətdir. Psixoloji ədəbiyyətda «mənlik şüuru»
dedikdə insanın özünün tələbat və qabiliyyətlərinə, fikir və
hisslərinə, davranış və fəaliyyət motivlərinə şüurlu münasibəti
nəzərdə tutulur. İnsan başqa adamlarla qarşılıqlı əlaqə və
ünsiyyət prosesində özünü ətraf mühitdən ayırır, özünü fiziki
və psixi cəhətdən dərk etməyə başlayır, bir növ öz «mənini»
başa düşür, anlayır. Öz məni haqqında subyektiv təəssürat ilk
növbədə onda ifadə olunur ki, insan özünün hazırda, keçmişdə
və gələcəkdəki eyniliyini anlayır.
İnsanın öz «mənini» kəşf etməsi şəxsiyyətin uzun-
müddətli inkişaf prosesinin nəticəsidir. Bunun əsası bir növ
hələ körpəlik dövründən qoyulur. Hələ üç yaşlı uşaqda özü
haqqında təsəvvür yaranmağa başlayır. Bu dövrdə uşaq «mən»
kəlməsini işlətməklə özünün müstəqilliyə olan meylini büruzə
verir. Onda mənlik şüurunun ibtidai forması müşahidə olunur.
Uşağın öz «mən»ini kəşf etməsi sonrakı dövrdə –
yeniyetməlik və ilk gənclik yaş dövründə özünü daha aydın
göstərir. Yeniyetmədə özünə, öz şəxsi həyatına, şəxsiyyətinin
xüsusiyyətlərinə
marağın
yaranması
onda
özünüqiymətləndirmə tələbatı, özünü başqaları ilə müqayisə
etmək meyli yaradır. Nəticədə yeniyetmə özü üçün öz
«mən»ini bir növ kəşf edir. İlk gənclik dövründə məktəblilərdə
böyüklük hissi yüksəlir. Onlar özlərinin artan imkanlarını dərk
etməyə başlayırlar. Bu dövrdə məktəblilərdə mənlik şüuru,
özləri haqqında təsəvvürləri dəyişir. Oğlan və qızlarda mənlik
şüurunun məzmunu dəyişir, özləri haqqında təsəvvürləri artır.
186
Onlar özlərinin xarici görkəmini, simalarını tamamilə yeni
şəkildə
qavramağa
başlayırlar. Bütün
bunlar
böyük
məktəblilərdə «mən» obrazının formalaşmasına gətirib çıxarır.
«Mən» obrazının əsasını insanın özü haqqında bilikləri təşkil
edir. «Mən» obrazında insanın öz-özünə münasibəti də xüsusi
yer tutur. İnsan öz özünə başqalarına bəslədiyi kimi münasibət
göstərə bilər, hörmət və ya nifrət edər, sevər və ya zəhləsi
gedər, hətta özünü anlaya və anlamaya bilər.
Həyati faktlar göstərir ki, insanda «mən – obraz» eyni
vaxtda müxtəlif xarakterli ola bilir. Bunlara «real mən», «ideal
mən» və «sosial mən» obrazlarını aid etmək olar.
«Real mən» dedikdə insanın indiki anda özünü necə
təsəvvür etməsi, özünün bacarıq və qabiliyyətlərini, rollarını,
statusunu necə qavraması, əslində necə adam olmasını təsəvvür
etməsi nəzərdə tutulur. Bu zaman insan özünə öz gözü ilə
baxır, özünü obyektiv, necə varsa elə də qiymətləndirir.
Təcrübə göstərir ki, bəzən insan özünün bu obrazını
başqalarından gizlədə bilir.
«İdeal mən»ə gəldikdə burada insanın özündə görmək
istədiyi keyfiyyətlərə malik obrazı nəzərdə tutulur. Burada
insanın özü haqqında idealları xüsusi yer tutur. «İdeal mən»
obrazında insanın yüksək qiymətləndirdiyi keyfiyyətlər öz
əksini tapır. İnsan daima öz «ideal mən»inə nail olmağa can
atır.
« Sosial mən» digər mən – obrazlardan fərqlənir. Burada
insan həmişə özünə başqalarının gözü ilə baxır. «Sosial mən»
obrazı aşağıdakı suallara uyğun yaradılır: başqa adamlar onu
necə görürlər? O, özünü başqalarına necə göstərmək istəyir?
Özünü necə göstərsə başqalarının rəğbətini qazana bilər? Məhz
buna görə də insan başqa adamlarla ünsiyyətə girərkən özünün
«sosial mən»indən çıxış edir.
Özünüqiymətləndirmə və şəxsiyyətin iddia səviyyəsi.
Özünüqiymətləndirmə şəxsiyyətin özünü, öz imkanlarını, key-
fiyyətlərini, qabiliyyətlərini, özünün
başqa
adamlarla
187
münasibət sistemindəki yerini qiymətləndirməsindən ibarətdir.
Özünüqiymətləndirmə insanın özünüdərketməsi ilə sıx
bağlıdır.
Bu
baxımdan
insanın
mənlik
şüurunun
formalaşmasında özünüqiymətləndirmə xüsusi yer tutur.
Özünüqiymətləndirmə zamanı adətən qiymətin əxlaqi,
estetik, intellektual, emosional və s. növlərindən istifadə olu-
nur. Lakin təcrübə göstərir ki, bütün hallarda onların içərisində
emosional
qiymətlər
əsas
yer
tutur. Bütün
hallarda
özünüqiymətləndirmədə emosional çalar üstünlük təşkil edir.
Özünüqiymətləndirmə
səviyyəsində
qiymətverən
və
qiymətləndirilən eyni adam olduğuna, mən-mənə qiymət
verdiyinə görə burada özünüsevmə, özünəhörmət, ləyaqət hissi
özünə geniş yer edir. Ona görə də burada subyektiv amillərin
təsiri qaçılmaz olur.
Psixoloji
tədqiqatlar
özünüqiymətləndirmənin
üç
səviyyəsini müəyyənləşdirməyə imkan vermişdir: 1) Adekvat
özünüqiymətləndirmə. Bu cür özünüqiymətləndirmə zamanı
insan özünün bütün keyfiyyətlərini olduğu kimi, imkanlarına
uyğun qeyd etməklə özünü düzgün qiymətləndirir. 2) Qeyri –
real
yüksək
özünüqiymətləndirmə.
Bu
cür
özünüqiymətləndirmə zamanı insan özünü onda olan
keyfiyyətlərdən, imkanlardan yüksək qiymətləndirir. Adətən bu
cür özünüqiymətləndirmə şişirdilmiş xarakter daşıyır, insanın
özündən bədgümanlığı ilə nəticələnir. Ona görə də bu cür
adamlar başqaları tərəfindən rəğbətlə qarşılanmırlar. 3) Qeyri-
real aşağı özünüqiymətləndirmə. Bu cür özünüqiymətləndirmə
zamanı insan özünün keyfiyyətlərini, imkanlarını layiq olduğ-
undan aşağı qiymətləndirir.
Qeyri-real
yüksək
və
qeyri
–
real
aşağı
özünüqiymətləndirmə eyni dərəcədə ziyanlıdır. Məsələn, öz
imkanlarını qeyri-real yüksək qiymətləndirən şagird və ya
tələbələrdə çox vaxt özünəarxayınçılıq hissi yaranır. Nəticədə
nəzərdə tutduqları məqsədlərinə nail ola bilmirlər. Öz
imkanlarını qeyri-real aşağı qiymətləndirən şagird və ya
188
tələbələrdə isə mümkün olacaq nailiyyətə çatmaq hissi və cəhdi
olmur, nəticədə onlar mövcud imkanlarını təzahür etdirə
bilmirlər. Ona görə də ən cüzi nailiyyətlə kifayətlənməli olur-
lar.
Özünüqiymətləndirmədə şəxsiyyətin iddia səviyyəsi ilə
də sıx bağlıdır. İddia səviyyəsi dedikdə bu və ya digər fəaliyyət
zamanı şəxsiyyətin seçdiyi və qarşısına qoyduğu məqsəd və
vəzifələrin
çətinlik
dərəcəsi
ilə
müəyyən
olunan
xarakteristikası nəzərdə tutulur. Başqa sözlə iddia səviyyəsi
fərdin qarşısına qoyduğu məqsədin çətinlik dərəcəsi ilə
müəyyən olunan şəxsiyyətin arzuolunan özünüqiymətləndirmə
(mən obrazı) səviyyəsindən ibarətdir.
İnsan sonra yerinə yetirəcəyi işin çətinlik dərəcəsini
sərbəst
şəkildə
seçərkən
özünüqiymətləndirməyə
cəhd
göstərməsi iki cür konfliktin yaranmasına səbəb olur: bir
tərəfdən maksimum müvəffəqiyyət əldə etmək üçün iddianı
artırmaq cəhdi, digər tərəfdən uğursuzluqdan yaxa qurtarmaq
üçün iddia səviyyəsini aşağı salmaq. Müvəffəqiyyət əldə
edildikdə adətən iddia səviyyəsi artır, insan daha çətin məsələni
həll etməyə hazır olduğunu təzahür etdirir, uğursuzluq zamanı
isə iddia səviyyəsini müvafiq şəkildə aşağı salır.
Şəxsiyyətin iddia səviyyəsi konkret fəaliyyət növündə
özünü aydın göstərir. Bununla əlaqədar bir fakta nəzər salaq.
İmtahana zəif hazırlaşmış tələbə 5 qiymət almağa cəhd
göstərir və verilmiş 10 misaldan yalnız 4-nü yerinə yetirdiyinə
görə həmin qiyməti ala bilmədikdə ruhdan düşməyəcəkdir. O
eyni zamanda 3 qiymətə layiq görüldükdə də o qədər
sevinməyəcəkdir. Çünki bu məqsədə nail olmaq o qədər də
çətin deyildir. Lakin tədricən misalların sayını 4-dən yuxarı
artırmaqla yaxşı qiymət almaq üçün ona neçə misal verilməsini
istədiyini təklif etməklə onun iddia səviyyəsini müəy-
yənləşdirmək mümkündür.
Bu sadə model göstərir ki, şəxsiyyət öz iddialarının
səviyyəsini müəyyən edərkən özü üçün müəyyən perspekti
189
saxlamağa çalışır. Buna görə də o, elə tapşırıq və məqsədlər
seçir ki, onlar nə həddindən artıq çətin, nə də həddindən artıq
asan olsun.
Aparılmış tədqiqatlar göstərmişdir ki, iddia səviyyəsinin
formalaşması nəinki müvəffəqiyyət və uğursuzluğu qabaqca-
dan görməklə, həm də hər şeydən əvvəl, keçmiş müvəffəqiyyət
və uğursuzluqların ağıllı surətdə, bəzən isə dumanlı dərk olu-
nan şəkildə nəzərə alınması və qiymətləndirilməsi ilə müəyyən
edilir. Məktəblinin tədris işində, dərnəkdə məruzə üçün mövzu,
ictimai
tapşırıq
və
s. seçərkən
iddia
səviyyəsinin
formalaşmasını izləmək olar.
Dostları ilə paylaş: |