IV.10.2. Hafizənin prosesləri
Yuxarıda qeyd olunduğu kimi, hafizənin yaddasaxlama,
yadasalma, tanıma və unutma kimi prosesləri vardır.
Hafizə psixikanın funksional bütövlüyünün, üç mühüm
prosesin
nəticəsində
yaranır.
Onlardan
birincisi
yaddasaxlamadır. Bu prosesdə beynə daxil olan müxtəlif
informasiyaların təhlili, identifikasiyası və kodlaşdırılması
aparılır. Hafizə prosesinin ikinci mərhələsi informasiyanın hifz
olunmasıdır. Prosesin üçüncü mərhələsi ixtiyari və ya qeyri-
ixtiyari yadasalmadır. İnformasiyanın yada salınmasını haqlı
olaraq hafizənin əsas funksiyası, insanın öz təcrübəsindən
istifadə edə bilməsinin əsası hesab edirlər.
Yaddasaxlama duyub qavradıqlarımızın beyində hifz
olunması prosesidir. Bu zaman yeni qavranılanların əvvəllər
əldə
etdiklərimizlə
əlaqələndirilməsi
yolu
ilə
möhkəmləndirilməsi baş verir.
Anlamadan asılı olaraq yaddasaxlamanın məntiqi və
284
mexaniki növləri mövcuddur. Məntiqi yaddasaxlamanın
əsasında anlama dayanır. Bu zaman insan öyrəndiklərini öz
sözləri ilə ifadə edə bilir. Mexaniki yaddasaxlama isə quru
əzbərləmə,
bəzən
mənaya
əhəmiyyət
vermədən
yaddasaxlamadır. Adətən mexaniki olaraq yadda saxlayan
şagird və ya tələbə materialın ayrı-ayrı hissələrini ayrılıqda ya-
da sala bilmir.
Ən fərdiləşdirilmiş psixi hadisələrdən hesab olunan
hafizə çoxsaylı amillərdən: beynin xüsusiyyətlərindən, mərkəzi
sinir sistemindən, mühitdən, fəaliyyətin xarakterindən və
şəxsiyyətin növündən asılıdır. Məhz bu səbəbdən yadda
saxlamanın
ən
ümumi
qanunauyğunluqlarını
müəyyənləşdirmək xeyli çətindir və daha çətini isə onun
səmərəli şəkildə idarə edilməsini öyrənməkdən ibarətdir. Bax-
mayaraq ki, hafizənin təkmilləşdirilməsi ilə bağlı çoxsaylı me-
todikalar işlənmiş, tövsiyələr hazırlanmışdır.
Alman psixoloqu Q.Ebbinhauz materiala məna və emo-
sional münasibətlərdən asılı olaraq mexaniki yaddasaxlamanın
16 qanunauyğunluqlarını özündə birləşdirən vahid sistem təklif
etmişdir. Onlardan bir neçəsini nəzərdən keçirək.
1. İnsana ilk dəfə təsir göstərən xarici təzyiqi o daha
güclü və uzunmüddətli yadda saxlayır.
2. Güclü emosional reaksiya doğurmayan, lakin kifayət
qədər mürəkkəb olan informasiya hafizədə hifz olunmur.
3. Diqqətin mərkəzləşdirilməsi nə qədər güclü olarsa,
yaddasaxlama da o qədər sürətli baş verir.
4. Çoxsaylı fakt və təəssüratların əvvəli və sonu daha
yaxşı yadda saxlanılır.
5. Təkrar yaddasaxlamanın daha səmərəli yoludur.
6. Məntiqi əlaqəsi və bir-birilə sıx bağlı olan fakt və
hadisələr daha asan yadda saxlanılır. Çünki bu zaman assosia-
tiv təəssürat daha asan və sistemli olur. Burada sanki əşya və
hadisənin elementlərinin yadda saxlanması bir-biri ilə sıx
bağlanır.
285
Qarşıya
qoyulan
məqsəddən
asılı
olaraq
yaddasaxlamanın qeyri-ixtiyari və ixtiyari növlərini qeyd
edirlər. Qeyri-ixtiyari yaddasaxlama qarşıya məqsəd qoyma-
dan duyub-qavradıqlarımızın yadda saxlanmasıdır. Çox vaxt
bizə emosional təsir bağışlayan material qeyri ixtiyari olaraq
yadımızda
qalır. İxtiyari
yaddasaxlama
isə
qarşıya
qoyduğumuz məqsədlə bağlı olur. Ona görə də ixtiyari
yaddasaxlamanı xüsusi mnemik iş kimi xarakterizə edirlər.
İxtiyari yaddasaxlamanın müvəffəqiyyəti, məhsuldarlığı mne-
mik
məqsədin
xüsusiyyətindən
asılı
olur.
İxtiyari
yaddasaxlamanın məhsuldarlığı üçün mühüm şərt kimi yadda
saxlanılacaq materialın planını tutmaq, qarşıya yaddasaxlama,
uzun müddətdə yaddasaxlama məqsədi qoymaq, materialı
təsnif etmək, sistemləşdirmək, öyrəndiklərini təxəyyüldə
canlandırmaq və s. zəruridir.
Prinsipcə hər bir insanın hafizəsi, xüsusilə, qeyri-
ixtiyari yaddasaxlamanın seçiciliyi baxımından fərqlənir.
İxtiyari yaddasaxlamanın müvəffəqiyyəti isə qavranılan
informasiyanın xarakteri ilə bağlıdır. Məsələn, tanışları və ya
qohumlarında keçirilən qonaqlığın yada salınmasına diqqət
yetirək. Bəziləri (xüsusilə qadınlar) kimin və necə geyindiyini,
digərləri kimin nə və necə yediyini, üçüncülər isə (yeri
gəlmişkən çox az qismi) məclisin ümumi təsvirini və
söhbətlərin məzmununu xatırlayacaqdır.
Yaddasaxlamanın
davamlılığından
asılı
olaraq
qısamüddətli və uzunmüddətli növləri də vardır. Qısamüddətli
yaddasaxlama saniyə və dəqiqələrlə, uzunmüddətli yaddasax-
lama isə saatlarla, günlər, aylar, illərlə ölçülür.
Yaddasaxlamanın bir növü kimi süni yolla assosiasiya
yaradaraq yaddasaxlamanı da qeyd edirlər. Bu cür yaddasax-
lama mnemonik yaddasaxlama adlanır. Məsələn, 20.07
rəqəmini yaddasaxlamaq üçün 2007-ci ili yada salmaq
kifayətdir. Yaxud yeni tanış olduğumuz adamın adını həmin
adda olan yaxın adamımızın adı ilə eyni olduğuna görə yadda
286
saxlayırıq.
Yadasalma
əvvəllər
psixikada
möhkəmlənmiş
məzmunun
uzunmüddətli
hafizədən
operativ
hafizəyə
gətirilməsi nəticəsində aktuallaşdırılması, xatırlanmasından
ibarət olan hafizə prosesidir. Yadasalma da ixtiyari və qeyri-
ixtiyari olur.
Beyində hifz olunanların qısa müddətdən sonra yenidən
yada salınması xeyli çətin baş verir, əsasən, 2-4 gündən sonra
daha aydın və əhatəli yada salınır.
Yadasalmada hadisələrin hansı konteksdə baş verdiyi
mühüm əhəmiyyət kəsb edir. Məsələn, köhnə əşyalar, kitablar,
ev, uşaqlığın keçdiyi yerlər və onlarla bağlı olanlar daha güclü
təsir edir. Bu mənada Zeyqarnik effekti maraq kəsb edir. Təbii
sonluğu olmayan vəziyyətləri, tamamlanmayan hərəkətləri in-
sanlar daha yaxşı yadda saxlayır. Əgər biz yeməyi, içməyi sona
çatdıra bilmir, arzu etdiyinə çata bilməyə az qalmış, amma
çatmadıqda bu daha uzun müddət yadda saxlanılır, nəinki
asanlıqla əldə edilən. Hafizənin bu xüsusiyyəti onunla bağlıdır
ki, tamamlanmamış hərəkətlər mənfi emosiyaların mənbəyi ol-
duğundan müsbət emosiyalara nisbətən daha güclü təsirə ma-
likdir. Məhz buna görə də adamlar uğursuz sevgini, bədbəxt
hadisələri, xəstəliyi, əzablarını, həyəcanlarını daha dəqiq və
aydın yadda saxlayırlar.
Tanımaya gəldikdə o, hər hansı bir obyekti yenidən
qavrama
zamanı
yada
salmaqdan
ibarətdir.
Tanıma
olmasaydı biz cisimləri artıq bizə tanış olan kimi deyil, yeni ci-
sim kimi qavrayardıq.
Unutma. Hafizə ilə bağlı çətinliklər yadasalmadan daha
çox xatırlama ilə əlaqədardır. Müasir psixologiyanın bir çox
tədqiqatları sübut edir ki, sağlam beyində informasiyalar uzun
müddət hifz olunsa da onların çox hissəsi istifadə olunmamış
qalır. Praktiki olaraq böyük əksəriyyəti «əlçatmaz» olur, «un-
udulur», amma deyirlər ki, onlar bunu bilirdi, oxumuşdu,
eşitmişdi və s. Psixoloqlar bunu unutma adlandırırlar. Yəni
287
psixikada olan informasiyalar dəqiqliyini, aydınlığını itirir və
ya azalır. Q.Ebbinhauzun təcrübəsi bu baxımdan maraqlıdır. O,
sübut edir ki, öyrənilən materialın 40 faizi yarım saat sonra, 66
faizi bir gündən sonra, 75 faizi üç gündən sonra, 79 faizi bir
aydan sonra unudulur. Əlbəttə, burada fərdi xüsusiyyətlər,
materialın mənalılığı, əhəmiyyətliliyi də böyük rol oynayır.
Göründüyü kimi, unutmada başlıca yeri vaxt tutur. La-
kin psixika üçün paradoksal hallar da xasdır. Məsələn, yaşlı
adamlar indicə, az müddət əvvəl eşitdiklərini asanlıqla
unutduqları halda, uzaq keçmişdə baş verənləri çox da çətinlik
çəkmədən və aydın xatırlayırlar. Bu fonomen «Ribo qanunu»
adlanır. Unutmanın ikinci mühüm amili adətən mövcud infor-
masiyadan aktiv istifadə olunmasıdır. O şeylər daha tez unudu-
lur ki, ona az tələbat olur və ya ehtiyac olmur. Yaşlı adamlarda
verbal hafizə daha tez unutqanlıqla əvəz olunur. Uşaqlığın
təəssüratı, xatirələri, hərəkət vərdişləri (velosiped sürmək, gita-
ra çalmaq, üzgüçülük, futbol oynamaq və s.) hafizədə daha
davamlı, bəzən on illərlə heç də çox iradi səy göstərmədən ya-
da salınır. Belə faktlar da məlumdur ki, üç il həbsxanada
«oturmuş» adam nəinki qalstuk bağlamağı, hətta ayaqqabı
bağlamağı belə unudur.
Unutma eyni zamanda, psixikanın özünümüdafiə mex-
anizmidir. Unutma şüur və şüuraltı sahələri sarsıntı və pozul-
malardan qoruyur. İnsana xüsusilə kəskin təsir etmiş
hadisələrin uzun müddət həmin şiddətlə davam etməsinə təbii
ki, orqanizm davam gətirməz. Vaxt keçdikcə onun təsiri azalır,
tədricən unudulur. Ümumiyyətlə, o şeylər "unudulur" ki, psix-
oloji tarazlığı pozur, davamlı neqativ gərginlik yaradır.
Hafizə insanın daha asan pozulan qabiliyyətlərindəndir.
Onun çoxsaylı pozuntuları geniş yayılmışdır. Baxmayaraq ki,
insanların çoxu onun pozulduğunu hətta bilmirlər və yaxud da
çox sonralar bilirlər. Hafizənin pozulması insanın fərdi
xüsusiyyətləri ilə də bağlıdır. Onların təhlili hafizənin bir daha
psixoloji fonomen olduğunu təsdiq edir.
288
IV.10.3. Hafizənin növləri və tipləri
Yadda saxlanılan materialların növlərinə görə müvafiq
olaraq hafizənin aşağıdakı dörd növü müəyyənləşdirilmişdir.
Müxtəlif hərəkətlərin və onların yadda saxlanılması, hifz
olunması hərəkət hafizəsi adlanır. Maşın sürmək, musiqi
alətlərində ifa etmək, kompyuterdə yazmaq və s. Hərəki hafizə
peşə fəaliyyətini icra etmək üçün vacibdir. Sonra gerçəkliyin
cisim və hadisələrinin keçmişdə qavramış olduğumuz
surətlərinin yadda saxlanılması, hifz edilməsi və yada
salınmasından
ibarət
surət
hafizəsi
formalaşır. Surət
hafizəsində hansı analizatorun daha aktiv iştirak etməsindən
asılı olaraq onun beş növünü: görmə, eşitmə, toxunma, iy bilmə
və dadı ayırırlar. İnsan psixikası üçün görmə və eşitmə hafizəsi
daha əhəmiyyətli rol oynayır.
Praktiki olaraq hərəkət hafizəsi ilə eyni vaxtda emo-
sional hafizə formalaşır. Emosional hafizə yaranmış hisslərin,
şəxsi emosional vəziyyətin və affektlərin yada salınmasıdır.
Həyətdən qəflətən çıxan itdən qorxan şəxs uzun müddət oradan
keçərkən həmin hissləri təkrar yaşayır. Hafizənin ən yüksək, ali
növü verbal (sözlü-məntiqli və ya semantik) hafizə hesab olu-
nur. Onun köməyilə insanın intellektual bazası yaranır və fikri
fəaliyyətinin (oxumaq, yazmaq, hesablamaq və s.) böyük
əksəriyyəti həyata keçirilir.
Verbal hafizə təfəkkürün xüsusi formasının məhsulu
kimi özündə ana dilinin qrammatik qaydalarının əsasını, təhlili
və dərk olunmasını ehtiva edir. Yəni materialın mənasının yad-
da saxlanılması və yada salınması təfəkkür prosesi ilə bağlıdır.
Yaddasaxlama və yadasalmanın iradi proseslərinin
dərəcələrinə görə hafizənin qeyri-ixtiyari (bəzən özü də
istəmədən nəyisə xatırlayır) və ixtiyari hafizələrə ayırırlar.
İxtiyari hafizədə insan sanki qarşısına məqsəd qoyur. «Yada
sal». Lakin iradi səy həmişə uğurla tamamlanmır və maraqlıdır
289
ki, insan həmişə unudacağından qorxduğu şeyi unudur.
Genetik hafizənin mexanizminin bir çox sahələri hələ
də sirr olaraq qalır. İnsanın hərəkət və psixi reaksiyasının
tənzim olunmasında irsi amillərin rolu, çoxalma və
özünümühafizə instinktinin bu prosesdə yeri tamamilə elmi
həllini tapmamışdır.
Müxtəlif
növ
məlumatların
yadda
saxlanılması
qabiliyyəti insanın hansı - sol və sağ yarımkürələrinin domi-
nant olmasından asılıdır. Birinci halda verbal hafizənin
(sxemlər, məntiqi sübut, terminlər və s.), ikinci halda isə görmə
və hərəkət hafizələrinin mexanizmləri daha səmərəlidir.
Hafizə yadda saxlanan informasiyalar dinamikliyinə
görə fərqlənir və sanki psixikada müstəqil «yaşayır». O, bəzən
qeyri-ixtiyari olaraq fəallaşır, digər hallarda heç bir səbəb ol-
madan yox olur. Dinamikanın məlum olan belə silsilələri re-
minisensiya adlanır.
Yadda saxlama müddətindən asılı olaraq hafizənin
qısamüddətli
və
uzunmüddətli
növləri
də
vardır.
Qısamüddətli hafizə qısamüddətli yaddasaxlamaya əsaslanır.
Uzunmüddətli hafizəyə gəldikdə isə bu zaman öyrənilən ma-
terial uzun müddət, bəzən bütün həyat boyu beyində hifz olu-
nan və istənilən vaxt yada salına bilir.
Uzunmüddətli hafizə ilə bağlı toplanmış materiallar,
keçirilən təcrübələr göstərir ki, onun həcmi və müddəti demək
olar hüdudsuzdur. İndi baş vermiş və uzaq keçmişdə olmuş
hadisələrin hafizədə hifz olunması baxımından fərqli cəhətləri
çoxdur. Birincinin xatırlanması asan, ikincininki isə xeyli çətin
və nisbətən uzun vaxt tələb edən prosesdir.
Qısamüddətli hafizə ilə uzunmüddətli hafizənin fərqi
təxminən belədir: «Əvvəlki sözünüz necə oldu?» – qısamüd-
dətli hafizə. «Keçən həftənin bazar günü naharda nə yemişdi-
niz?» – uzunmüddətli hafizə. Yeni materialın uzunmüddətli
hafizəyə daxil olması və sonra yada salınması xeyli iradi səy
tələb edir. Psixikamızın operativ və analitik mərkəzi özünün in-
290
formasiya mərkəzinə qismən nəzarət edir. Məhz bu səbəbdən
hifz olunan informasiyaların içərisindən lazım olanını həminki
anda seçmək xeyli çətindir. Eyni zamanda, bir sıra mürəkkəb
əməliyyatlar, məsələn, qrammatik
qaydalardan
istifadə
olunması,
mətnin
oxunması
uzunmüddətli
hafizənin
nəticəsində asan və praktik olaraq avtomatlaşdırılmış şəkildə
icra olunur.
Beyində hifz olunanların qısa müddətdən sonra yenidən
yada salınması xeyli çətin baş verir, əsasən, 2-4 gündən sonra
daha aydın və əhatəli yada salınır.
Nəhayət hafizənin operativ növü də vardır. Adətən, in-
san müəyyən məsələni həll edərkən ona lazım olan məlumatları
xatırlayır və ondan istifadə edir. Əməliyyat qurtardıqdan sonra
həmin məlumat yenidən beyində hifz olunur. Bu proses opera-
tiv hafizə ilə əlaqədardır.
Hafizənin tipləri. İnsanlar öz hafizələrinin bir sıra
xüsusiyyətləri ilə bir-birlərindən fərqlənirlər. Bu cür fərdi
fərqlər hafizənin tiplərində özünü daha aydın göstərir. Adətən
psixologiyada əyani obrazlı, sözlü-mücərrəd və aralıq hafizə
tipləri qeyd olunur.
Hafizənin əyani-obrazlı tipi müxtəlif təəssüratı yadda
saxlamaqda analizatorlardan hansının daha çox məhsuldar
olmasında özünü göstərir.
Görmə tipinə malik olan adamlar ən çox gördüklərini,
eşitmə tipinə malik olan adamlar eşitdiklərini, hərəki tipə
mənsub olanlar isə bilavasitə əməliyyat apardıqları, hərəki
analizatorların iştirak etdiyi materialları daha yaxşı yadda
saxlayıb yada sala bilirlər. Həyatı faktlardan göründüyü kimi
bu tiplərə təmiz halda çox az rast gəlmək mümkündür. Həyatda
ən çox qarışıq tipə: görmə-eşitmə, görmə-hərəki, eşitmə-hərəki
tiplərə rast gəlmək mümkündür. Məhz buna görə də təlim
prosesində hafizənin tipologiyasının nəzərə alınması zəruridir.
Təlim fəaliyyəti elə təşkil edilməlidir ki, ayrı-ayrı tiplərə
mənsub olan şagirdlərin hamısının mənimsəməsi üçün səmərəli
291
şərait yaranmış olsun.
IV.10.4. Hafizə pozuntuları
Hafizənin fərdi parametrləri çox geniş diapazonda
fərqlidir. Elə bu səbəbdən də «normal hafizə» anlayışı qeyri-
müəyyəndir. Məsələn, bir də görürsən ki, yadasalma adi hallar-
da olduğundan xeyli canlı, aydın, konkretdir və ən xırda detal-
lar belə yada salınır. Bu vəziyyət hafizənin qiperfunksiyası
adlanır. O, adətən güclü təsir, kəskin həyəcanlanma və bəzən
də gipnoz halında, narkotik maddə qəbul etdikdə təzahür edir.
Emosional
tarazlığın
pozulması,
inamsızlıq
hissi,
həyəcanlanma hafizənin qiperfunksiyasını istiqamətləndirir və
yadasalmaya təhrik edir. İnsan xoşagəlməz və biabırçı
hərəkətləri demək olar ki, unutmaqda gücsüzdür. Belə
yadasalmanı beyindən çıxarmaq praktik olaraq mümkün deyil.
O, təkrar-təkrar xatırlanır, peşimançılıq və təəssüf hissi (vicdan
hafizəsi) yaradır.
Daha tez-tez rastlaşılan hal hafizə funksiyasının
zəifləməsi ilə əlaqədardır. Mövcud informasiyanın yada
salınması qabiliyyəti nisbətən itir. Onun ilkin təzahürü həminki
anda lazım olan materialın (tarix, ad, termin və s.) yada
salınmasının nisbətən zəifləməsi – reproduktiv seçiciliyin
azalmasında özünü göstərir. Hafizənin zəifləməsinin sonrakı
mərhələsi onun daha da güclənərək amneziyaya keçməsidir.
Onun səbəbləri sərxoşluq, zədələr, huşsuzluq, yaşlanma,
şəxsiyyətin neqativ yönümdə dəyişməsi və bəzi xəstəliklər ola
bilər.
Amneziya
zamanı
əvvəlcə
informasiyanın
yada
salınması, sonra isə hafizənin informasiya ehtiyatı toplamaq
qabiliyyəti itir. İlk növbədə yaxın zamanlarda öyrənilənlər un-
udulur. Başqa sözlə, yeni məlumat və yeni assosiasiyalar, daha
sonra isə həyatın son illərində baş verənlər unudulur. Uşaq və
292
gənclik illərində baş verənlər isə hafizədə daha uzun müddət
qorunur və xatırlanır. Mürəkkəb fikri əməliyyatlar, kompleks
qiymətləndirmə, yeriş və s. ilə əlaqədar hafizə daha tez pozu-
lur.
Təhrif olunmuş hafizə, səhv yadasalma (konfibulya-
siya), yalnız bir istiqamətli yadasalma hafizə aldanmaları
adlanır. Onlar adətən güclü istək, meyl və ödənilməmiş tələbat
zamanı meydana çıxır. Məsələn, uşaq ona verilən konfeti tez
yeyir və sonra tam səmimi olaraq bildirir ki, o konfet yeməyib.
Onu inandırmaq (bir çox hallarda böyükləri də) praktiki olaraq
mümkün olmur. Hafizə asanlıqla ehtirasın, inam və meylin qu-
luna çevrilir. Məhz buna görə keçmişin qərəzsiz, obyektiv
xatırlanmasına az-az rast gəlinir. Hafizə aldanmaları əsasən
özününkü və özgəninkini, həqiqətdə olanlarla eşitdikləri,
oxuduqlarını fərqləndirmək qabiliyyətini itirdikdə baş verir.
Belə yadasalmaların dəfələrlə təkrarı nəticəsində tamamilə per-
sonifikasiya (özününküləşdirmə) yaranır. Yəni insan tədricən
və təbii olaraq başqasının fikrini özününküləşdirir. Halbuki,
vaxtilə özü onları inkar edirdi. Bu bir daha göstərir ki, hafizə
təxəyyüllə, fantaziya ilə sıx əlaqədardır və psixoloji reallıq
adlanır.
Özünü yoxlamaq üçün sual və tapşırıqlar
1.Hafizə nəyə deyilir?
2.Hafizənin insanın həyat və fəaliyyətində rolu nədən
ibarətdir?
3.Hafizə haqqında hansı nəzəriyyələr mövcud
olmuşdur? Onları şərh edin.
4.Hafizənin hansı prosesləri vardır?
5.Yaddasaxlama və onun növlərini şərh edin.
6.Yadasalma və tanıma nədir? Onların fərqli
xüsusiyyətlərini qeyd edin.
7.Unutma prosesini şərh edin.
293
8.Hafizənin növləri hansılardır? Onları şərh edin.
9.Hafizənin tipləri barədə danışın.
10.Hafizədə nə kimi pozuntular özünü göstərir?
Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular
1. Hafizə hissi idrak prosesi kimi.
2. Hafizənin prosesləri.
3. Hafizənin əsas nəzəriyyələri.
4. Hafizənin tipologiyası.
Ədəbiyyat
Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji
problemləri. – Bakı, 2004
Əlizadə Ə.Ə. İdrak prosesləri və hisslər. Psixoloji
məsələlər. – Bakı, 2006,səh. 33-81
Məmmədov A.U. Məktəblilərdə hafizənin
xüsusiyyətləri. – Bakı, 1974.
Həmzəyev M.Ə. Pedaqoji psixologiya. – Bakı, 1991.
Zinçenko P.İ. Neproizvolğnoe zapominanie. – M.,
1961
Luriə A.R. Vnimanie i pamətğ. – M., 1975, s. 42-103.
Rubinşteyn S.L. Osnovı obhey psixoloqii. V 2 t. – t.1.
– M., 1989, s.300-344
Smirnov A.A. Problema psixoloqii paməti. – M., 1966.
Xrestomatiə po obhey psixoloqii. Psixoloqiə paməti. –
M., 1979.
294
1 1 - c i F Ə S İ L
T Ə F Ə K K Ü R
Qısa xülasə
Təfəkkür haqqında anlayış. Təfəkkürün təbiəti. Təfəkkür və
hissi idrak. Təfəkkürün ümumi xarakteristikası: təfəkkürün ümu-
miləşmiş və vasitəli idrak prosesi olması, geniş əhatəyə malik
olması, nitqlə əlaqədar olması.
Dilin və nitqin təfəkkürlə əlaqədar olması.
Fikri proseslər. Fikri proseslərin psixoloji təbiəti. Fikri
proseslərin əsas əməliyyatları. Təhlil, tərkib, müqayisə, ümu-
miləşdirmə, mücərrədləşdirmə fikri əməliyyat kimi.
Təfəkkürün formaları. Məfhumlar cisim və hadisələri mü-
hüm əlamətlərinə görə əks etdirməkdən ibarət təfəkkür forması kimi.
Hökmlər fikri proseslərin baş verdiyi əsas forma kimi. Əqli nəticə və
onun növləri: induktiv, deduktiv əqli nəticə, analogiya.
Təfəkkürün növləri. Formasına, xarakterinə, genişliyinə və
yeniliyinə görə təfəkkürün növləri.
Təfəkkürün fərdi xüsusiyyətləri. Təfəkkürün müstəqilliyi,
tənqidiliyi, çevikliyi, dərinliyi.
IV. 11.1. Təfəkkür haqqında anlayış
Təfəkkürün təbiəti. Real aləmin dərk edilməsi duyğu və
qavrayışla başlasa da, onlarla bitmir və idrak prosesləri
təfəkkür prosesi ilə davam edir. Duyğu və qavrayışdan alınan
məlumatlar hissi idrakın səviyyələri kimi təfəkkürün dərketmə
sərhədlərinin genişləndirilməsində həm prosessual, həm də in-
formasiya dayaqları rolunu oynayır. Təfəkkür proseslərinin
gücündə idrak prosesi həm dərinləşir, həm də genişlənir.
295
Təfəkkür duyğu və qavrayışın köməyi ilə əldə edilmiş
biliklərin ayrı-ayrı hissələrini müqayisə edir, qarşılaşdırır,
fərqləndirir, münasibətləri ayırd edir, yeni bilikləri kəşf edir və
hissi idrakdan verilən şeylərin əlamətlərini mücərrədləşdirir,
qarşılıqlı əlaqələri aydınlaşdırır və gerçəkliyin mahiyyətinə va-
raraq onu dərk edir. Təfəkkür reallığı onun münasibət və
əlaqələrində onun çoxobrazlı vasitəli tərəfləri ilə birlikdə əks
etdirir.
Təfəkkürün əsas məqsədi cisim və hadisələr arasından
münasibət və əlaqələrin açılmasına yönəlib. Varlığın dərin-
liklərinin kəşfi, onun dərki təfəkkürün xüsusi yolunu müəyyən
edir. Təfəkkür təkcə münasibət və əlaqələri deyil, həmçinin
əlamət və mahiyyəti də əks etdirir. Qavrayışda verilən
gerçəkliyin cisim və əlamətlərinin qarşılıqlı münasibətləri,
birləşmələri, əlaqələrindən çıxış edərək təfəkkür reallığı dərk
etdirir. Qavrayış vasitəsi ilə təfəkkür proseslərinə ötürülən ci-
sim və hadisələrin, onların əlamətlərinin bəzilərinin təkcə,
digərlərinin mühüm olmayan əlamətləri, onların xarici
əlamətləri birləşsələr də əlaqəli deyillər. Təfəkkür prosesləri
zamanı hadisələrin mahiyyəti, xarakteri, əlamətləri arasında
əlaqələrin yaranması nəzərdə tutulur.
Mühüm və ikinci dərəcəli əlamətlər, təsadüfi və zəruri
əlaqələr, sadə təsadüfi və real oxşarlıqlar qavrayışda
üzvlənməmiş, ayrılmamış şəkildə olur. Təfəkkürün məqsədi
ondan ibarətdir ki, mühüm, əsas, zəruri əlaqələri, ikinci
dərəcəli, formal əlaqələrdən, təsadüfi uyğunluqlarını situasiya-
lara görə ayırsın.
Zəruri olanı, mahiyyət əlaqələrini, təsadüfdən zərurətə
keçidi ayıran təfəkkür prosesləri təkcədən ümumiyə keçir.
Təsadüfi, xüsusi hallara əsaslanan, zaman və məkanla hüdud-
lanan hadisələr təkcə xarakter daşıyır. Lakin mahiyyətcə əlaqəli
296
olan çoxlu dəyişmələrdə zəruri olan elementlərin köməyi ilə
təfəkkür əlaqələri açır və ona görə də ümumiləşdirir. Hissi
idrak səviyyəsində şeylərin mahiyyətini müəyyən etmək, onun
daxili quruluşunu dərk etmək mümkün deyil. Elementar
hissəcikləri görmə qavrayışı ilə müəyyən etmək çətindir. İnsan
beynində, təbii və sosial dünyanın hadisələri bilvasitə inikas
üçün əlçatmazdır.
Hissi
idrakın
sərhədlərini
keçmək
üçün
insan
təfəkkürünə müraciət olunur. Təfəkkür dərk etmə səviyyəsinin
keyfiyyətcə yeni və daha yüksək mərhələsidir. Təfəkkürdə
belə hadisələr üçün işarələrdən, nitqdən istifadə edirlər. Söz
mücərrədləşdirmə alətidir və şeylərin mahiyyətini müəyyən
etməyə imkan verir. Söz şeylərin əsas əlamətlərinin
ümumiləşmiş inikası üçün vasitədir.
Hər hansı təfəkkür ümumiləşdirmədə icra olunur.
Təfəkkür – fikrin hərəkətidir ki, əlaqələrin açılmasına xidmət
edir, təkcədən ümumiyə, ümumidən təkcəyə və oradan da
xüsusiyə doğru gedir. Təfəkkür əlaqə, münasibətlərin vasitəli
kəşfinə əsaslanır və real aləmin ümumiləşmiş dərkidir.
Dostları ilə paylaş: |