Təfəkkür – insanın psixi, idraki fəaliyyətinin ən yüksək
pilləsi olub, gerçəkliyin onun mühüm əlaqə və münasibətlərini
keçmiş təcrübə və ümumiləşmiş nitq vasitəsi ilə əks etdirir.
Ona görə də təfəkkürü cisim və hadisələr arasındakı
qanunauyğun əlaqə və münasibətlərin ümumiləşmiş və vasitəli
inikasından ibarət olan idrak prosesi adlandırırlar.
İnsanın biliyi və keçmiş təcrübəsi hissi idrakla və hafizə
ilə qarşılıqlı əlaqəyə girərək onları dəyişdirir. L.S.Vıqotski bu
prosesi hafizə və qavrayışın intellektuallaşması prosesi
adlandırırdı. Qavrayış idraki nöqteyi-nəzərdən kateqoriya və
düşünmə xüsusiyyəti, hafizə isə sözlü – məntiqi xarakteri
daşıyır.
297
Təfəkkür prosesində insan özündə olan bilikləri praktik
təcrübə yolu ilə uyğunlaşdırır və bu insana imkan verir ki, o
mahiyyətin daha dərin qatlarına varid ola bilsin.
Təfəkkür
Xüsusiyyətləri
Təfəkkür
formaları
Fikri əməliyyatlar
gerçəkliyin
vasitəli və
ümumiləşmiş
inikası;
konkret məsələ
həlli;
nitqlə əlaqədar
olması;
geniş əhatəyə
malik olması;
- məfhum
- hökm
- əqli nəticə
- təhlil
- tərkib
- müqayisə
-
mücərrədləşdirmə
- ümumiləşdirmə
- konkretləşdirmə
Şəkil 14
Təfəkkürün psixi proses kimi ümumi xarakteristikası.
Praktik fəaliyyət gerçəkliyin dərk edilməsinin həqiqət
ölçüsü kimi çıxış edir. Təfəkkür vasitəsi ilə insan dünyanı dərk
edir, ona təsir edərək dəyişdirir. Təfəkkür insanın əmək
fəaliyyətindən doğmuşdur və məqsədə çatmaq yolunda,
müvəffəqiyyət qazanmada qarşıya çıxan maneələri aradan
qaldırmağın yollarını arayır.
Psixologiya təfəkkürü konkret subyektin real psixi
298
fəaliyyəti kimi, təfəkkürün necə inkişaf etməsini, necə
yaranmasını, onun strukturunu, digər fəaliyyət növləri ilə
qarşılıqlı əlaqələrini öyrənir. Təfəkkürün təbiətini açan
A.N.Leontyev qeyd edirdi ki, təfəkkürün quruluşu praktik
fəaliyyətin quruluşuna yaxınlığı ilə prinsipial xarakter daşıyır.
Təfəkkürün motivi tez-tez fəaliyyətin motivi ilə üst-üstə düşür.
Fikri fəaliyyət praktik fəaliyyətdən fərqli olaraq özünün spesi-
fik xüsusiyyətinə malikdir. O daxilidir, qısaldılmışdır və
avtomatlaşmışdır.
Təfəkkür insanın təlim, əmək,oyun fəaliyyətində və
tinkişafında, şəxsiyyətə çevrilməsində xüsusi rol oynayır. Peşə
fəaliyyətində əsas məzmun komponentini təfəkkür təşkil edir
və o
Bu iş tamamilə pedaqoji fəaliyyətə də aid edilir.
Müəllimin peşəkarlığı alınan biliklərin kəmiyyəti ilə deyil,
həmçinin
biliklərin pedaqoji situasiyalarda tətbiqinə və
təhlilinə yönəlib.
Təfəkkür xüsusi psixi proses kimi bir sıra spesifik xarak-
ter və əlamətlərə malikdir. İlk belə əlamət gerçəkliyin
ümumiləşmiş inikasıdır, təfəkkür real dünyanın əşya və
hadisələrinin ümumiləşmiş inikasıdır. İkinci az əhəmiyyətli
olmayan təfəkkür əlaməti real aləmin vasitəli inikasıdır.
Vasitəli inikasın mahiyyəti odur ki, şeylərin və hadisələrin
xüsusiyyətləri
haqqında
hökm
vermək
üçün
vasitəli
informasiyanın təhlil yolu ilə əldə edilməsidir.
Təfəkkürün xarakterik xüsusiyyətlərindən biri də onun
nitqlə əlaqədə, vəhdətdə olmasıdır. İnsan daima sözlər əsasında
fikirləşir. Həm nitqin, həm də təfəkkürün əsasını ikinci siqnal
sistemi təşkil edir.
Nəhayət,
təfəkkürün
mühüm
xarakterik
xüsusiyyətlərindən biri də geniş əhatəyə malik olmasıdır.
Duyğu, qavrayış və təsəvvürlərin əhatə edə bilmədiyini
təfəkkür əhatə edə bilir.
299
IV.11.2. Dilin və nitqin təfəkkürlə əlaqəsi
Təfəkkür və dil. Dünyanı dilsiz təsəvvür etsək o
anlayışlarsız, mədəniyyətsiz olardı.İnsan onlar arasında rabitə
rolunu oynayır. Dil insanın fikirləşdiyi, qavradığı və yadda-
saxladığı şeylərə təsir edir. Müvafiq olaraq təlim insanın sözlü
(fikri) gücünü artırmaq məqsədi daşıyır. Lakin fikri proseslər
əksər hallarda sözsüz baş verir.
Dilin təfəkkürə təsiri psixologiyada çox mübahisəli
məsələdir. Dilçi B.Uorf təsdiq etmək istəyirdi ki, dil təfəkkür
üsulunu müəyyən edir. Uorfun linqvistik nisbilik nəzəriyyəsinə
görə müxtəlif dillər gerçəkliyi müxtəlif cür qavramağa gətirib
çıxarır. «Dil özü insanın əsas ideyasını formalaşdırır». Uorf
təsdiq edir ki, xopi tayfasında felin keçmiş zaman forması yox-
dur. Uorfa görə xopi tayfası asanlıqla keçmiş haqqında fikirləşə
bilməz.
Uorfun nisbilik nəzəriyyəsi bir dildə danışan və dilin fi-
krin ötürücüsü kimi başa düşən insanlar üçün yaddır. Amma iki
müxtəlif sistemli dillərdə danışan ingilis və yapon yəqin ki,
müxtəlif dillərdə fərqli fikirləşir. İki dildə danışan bir çox in-
sanlar hesab edir ki, istifadə etdikləri dildən asılı olaraq fərqli
qavrayış nümayiş etdirirlər. Dili öyrənməklə mədəniyyət
haqqında çox şey öyrənmək olur. Dili itirməklə dilə bağlı olan
təfəkkürü də itiririk.
Yeni qvineyalılar ingilis və ya fransız dillərindən istifadə
etmədən forma və rəngi bildirən şeyləri qeyd edilən dillərin
nümayəndələri kimi qavrayır. Lakin ingilis, fransız və ya forma
və rəngi bildirən sözlərin olduğu dillərin sözləri insanın nə
fikirləşdiyinə, nə haqda düşündüyünə təsir edir, ona görə söz
seçimində insan çalışır ki, sözlər şeyləri dəqiq əks etdirsin.
Dilin təfəkkürə təsir etməsi qabiliyyəti söz ehtiyatının
artırılması hesabına təhsilin əsas hissəsi üçün mühüm rol
oynayır.
300
Dilin fikri formalaşdırmaq və ya ifadə etmək vasitəsi ki-
mi qiymətləndirilməsi dilin idraki fəaliyyəti ilə bağlıdır. Dil
ünsiyyət prosesində fikrin ifadə vasitəsi kimi həm də qarşılıqlı
anlama üçün vasitədir. Dilin fikri ifadə etmək, ünsiyyəti yarat-
maq, inikas vasitəsi, ətrafda baş verən hadisələri, şeylərin
əlamət və xassələrini əks etdirmək keyfiyyəti vardır.
Eksperimental tədqiqatlara görə orta məktəbi bitirən
şagird 80 minə qədər söz bilir, bu orta hesabla hər ilə 5000,
gündəlik isə 13 sözün mənimsənilməsi deməkdir. Sintaksisin
qanunauyğunluqlarını çətinliklə izah etmək mümkün olsa da,
uşaq dili çox asanlıqla başa düşür və insanın dilə qabiliyyəti
çoxlu suallar doğurur.
Uşaqlarda dilin inkişafı onun strukturu ilə bağlıdır.
Körpə dilə yiyələnməyib (in fautis – danışmayan deməkdir),
lakin 4 aylıq uşaq ananın dodaqlarından onun nə demək istədi-
yini seçir və səsləri tanımağa başlayır. Uşaq sifətə baxmaqla,
tələffüz edilən səsləri ayırd etməyə çalışır və səslərin tələffüzü
zamanı dodaqların vəziyyəti uşaq üçün həm də ona qarşı
davranış tərzi kimi anlanılır.
3-4 aylıq uşağın qığıltıları, müxtəlif səslərlə müşayiət
olunur və
ilk dövrlərdə o, dillə bağlı deyil. Uşağın dilə
yiyələnməsi bir neçə mərhələ keçir. Bir
sözlü mərhələ 1
yaşdan 2 yaşa qədər olan dövrdür. Cüttərkibli mərhələ isə 2
yaşdan sonra başlayır, əsasən uşaq iki sözdən ibarət cümlələr
ifadə etməyə başlayır. Universal qrammatika artıq ifadə
olunmağa başlayır.
Uşaqların dilə yiyələnməsində səs və intonasiyanın
ailədəki mərhələsi çərçivəsində baş verir. 10 aylıq uşağın
qığıltıları ana üçün artıq aydın səs rolunu oynayır. Ana dilinin
fonem səslərinə uyğun olmayan səslər yoxa çıxır, uşaq
eşitmədiyi səslərin fərqləndirmək qabiliyyətinə malik olmur.
Səsli dil fonemdüzəldən tərkibə malikdir, əl hərəkət və
formaları ilə müəyyənləşir, uşaq qığıltılarında nitq səsləri
ayrılmağa başlayır (4 aylıq), 10 aylığında ana dili səsləri və s.
301
inkişaf edir.
Dilə yiyələnmə anadangəlmə və yaratma olmaqla
aşağıdakı
mərhələlərdən
ibarətdir, irsi
amil, nitqin
anlanılmasına cavab verən mexanizmlərin quruluşuna, dil
mühiti inkişafına davranış isə ana dilini mənimsəməyə kömək
edir.
Təfəkkür və nitq. Nitq fikrin mövcudluq formasıdır.
Nitq və təfəkkür arasında vahidlik var. Lakin bu vahidlikdir,
eyniyyət deyil, çünki fikrin ilkin formaları qrammatik xarakterə
malik olduğundan nitq müvafiq sayda sözlərin köməyi ilə onu
dəqiq, düzgün, tam bütöv şəkildə ifadə edə bilmir. Ona görə də
nitqlə təfəkkür arasında bərabərlik qoymaq mümkün deyil.
Nitq o zaman nitq forması alır ki, onun dərk edilmiş
mənası olsun. Söz, əyani obrazlar kimi səslə və ya görmə, öz-
özlüyündə nitqi təşkil etmir. Nitqi yaradan hərəkətlər sistemi,
bütöv nitq prosesi söz və məna arsındakı anlam münasibətləri
ilə tənzim olunur. Nitq intellektual əməliyyatdır. Təfəkkürü
nitqlə eyniləşdirmək və onlar arasında bərabərlik işarəsi qoy-
maq olmaz, ona görə ki, nitqin nitq kimi mövcud olması onun
təfəkkürə münasibəti ilə bağlıdır.
Lakin təfəkkürü və nitqi bir-birindən ayırmaq olmaz.
Nitq – fikrin xarici görkəmi deyil, onu dəyişməklə fikri
dəyişmək olmaz. Nitqlə fikir
formalaşır, lakin
fikri
formalaşdıraraq, onun özü də formalaşır. Bu ideya Moskva
psixoloqları tərəfindən və müasir rus psixolinqvistləri
tərəfindən geniş işıqlandırılmışdır. Nitq fikrin xarici vasitəsidir,
söz təfəkkür proseslərinə forma kimi, onun məzmunu ilə bağlı
olan bir hadisə kimi daxil olur. Nitq formasını yaradaraq
təfəkkür özü formalaşır. Təfəkkür və nitq eyniləşdirilməyərək
eyni prosesin vahidliyinin təminatçısıdırlar. Təfəkkür nitqdə
nəinki ifadə olunur, həm də onda təkmilləşir, tamamlanır, icra
olunur.
Təfəkkürdə icra olunan obrazlar, nitq funksiyası daşıyır
və bu obrazlar təfəkkürdə anlamın məzmununun hissi əsasını
302
təşkil edir. Nitq formasını yaradan təfəkkürün özü formalaşır.
Təfəkkürdə obrazlar nitqin funksiyasını yerinə yetirirlər.
Obrazların hissi məzmunu təfəkkürdə anlamın məzmununun
daşıyıcıları kimi çıxış edir.
Nitqin strukturu təfəkkürün strukturuna uyğun gəlmir,
qrammatika nitqin strukturunu ifadə edir, məntiq isə təfəkkürün
strukturunu ifadə edir. Nitq fikirdən arxaikdir və arxaik
formaları təbiətinə uyğun olaraq saxlayır.
IV.11.3. Təfəkkür prosesləri və ya fikri əməliyyatlar
Təfəkkür proseslərinin psixoloji təbiəti. Hər hansı fikri
proses özünün hərəkət və ya fəaliyyət aktının daxili quruluşuna
görə müəyyən məsələnin həllinə yönəlib. Məsələ özündə fərdin
fəaliyyəti üçün şəraitə uyğun məqsədi ehtiva edir. Bu və ya
digər məqsədə yönələn müəyyən məsələ həllinə istiqamətlənən
fikri akt subyektin hər hansı motivlərindən çıxış edir. Fikri
proseslərin başlanğıc məqamı adətən problem situasiya ilə
bağlıdır. İnsan nəyi isə anlayanda fikirləşməyə başlayır.
Təfəkkür adətən sual, problemdə əkslik və təəccübdən başlanır.
Bu problem situasiya şəxsiyyətin fikri proseslərə cəlb edilməsi
ilə müəyyənləşir, O həmişə nəyinsə həllinə istiqamətlənib.
Bütün təfəkkür prosesləri şüurlu tənzim edilən əməliyyatlar xa-
rakteri daşıyır.
Şüurlu məqsədyönlü istiqamətlənmə fikri prosesləri
xarakterizə edir. Təfəkkür qarşısında dayanan məsələ həllinin
dərki fikri proseslərin axarını müəyyən edir. Təfəkkür şüurlu
tənzim olunan intellektual əməliyyatlar kimi icra olunur. Dü-
şünmə
prosesində
yaranan
hər
hansı
fikri
təfəkkür
uyğunlaşdırır,
müqayisə
edir
və
fikri
prosesləri
istiqamətləndirir. Beləliklə, yoxlama, tənqid, nəzarət təfəkkürü
şüurlu proses kimi xarakterizə edir. Fikrin bu şüurluluğu onun
xüsusi üstünlüyündə müəyyən olunur. Ancaq fikri proseslərdə
303
səhv mümkündür, ancaq fikirləşən insan səhv edə bilər.
Hər hansı təfəkkür hadisəsi bu və ya digər formada
anlayışlarda tamamlanır. Real fikri proseslərdə anlayışlar pro-
sesi ayrıca ifadə olunmur, anlayışlar əyani təsəvvürlər və
sözlərlə qarışaraq vahid, anlayışın forması olmaqla eşitmə və
görmə obrazları ilə birlikdə fəaliyyətdə olur (icra olunur).
Əyani elementlər fikri proseslərə daxildir:
a) şeylər və əlamətlər haqqında təsəvvür obrazları
şəklində,
b) sxemlər şəklində,
c) anlayışlar təfəkkürünü idarə edən sözlər şəklində.
İnsan təkcə mücərrəd anlayışlarla deyil, həmçinin obraz-
larla fikirləşir. Real fikri proseslər adətən söz, obraz
formalarında hansısa şəkildə mücərrəd anlayışlara qarışır.
Obraz predmetin obrazı kimi semantik məzmuna malik-
dir. İnsanın qavradığı və ya təsəvvür edilən obrazlar adətən
sözlərlə ifadə olunmuş şəkildə məna ilə əlaqəli olur. Söz pred-
meti mənalandırır. Obrazlı, əyani nə isə qavranılırsa, predmet
dərk edilir və onun vasitəsi ilə qavranılır. Bu semantik məzmun
söz-anlayışın və obrazın ümumi əvəzedicisi rolu oynayır. Se-
mantik ümumilik real fikri proseslərin zəruri həlqəsidir, çünki
sonrakı səviyyədə bu məqam sözə və ya işarəyə çevrilir.
Təfəkkürə «fikirləş» və ya «fikirləşmə» əmrini vermək
absurddur.
Obraz fikri proseslərə qoşularaq, onda semantik
funksiyanı yerinə yetirərək intellektuallaşır. Obrazın fikri
proseslərdə yerinə yetirdiyi funksiya, ümumiləşmiş məna hissi
daşıyıcısı rolu oynamaqla fikri proseslərin hissi məzmunu
dəyişidirir, ön planda şeyin, hadisənin mənası ilə əlaqəli olan
əlamətlər aktivləşir, köməkçi, ikinci dərəcəli, təsadüfi
sıxışdırılaraq arxa plana keçirilir. Obraz təfəkkürdən kənarda
qalmır, o semantik intellektual məzmunla zənginləşir.
Konkret əyani obraz, sxem, söz təfəkkürdə əhəmiyyətli
rol oynayır. İnsan heç də həmişə genişləndirilmiş sözlü forma-
304
larla fikirləşmir, fikri bəzən sözü qabaqlayır. Əyani obrazlar,
sxemlər təfəkkürün hissi-əyani komponentlərini tükətmir. Söz
anlayışlar təfəkkür üçün əsas əhəmiyyət kəsb edir.
Anlayışlar təfəkkürü – sözlü təfəkkürdür. Söz fikrin
mövcudluq formasıdır, onun vasitəsiz ötürülmə imkanıdır. Fi-
kir ancaq o zaman son formasını ala bilir ki, niyyət nitq
simvollarında kodlaşır. Fikrin nitqdə kodlaşması ümumi idraki
forması olmasını L.S.Vıqotski belə ifadə etmişdir: «fikir sözdə
doğulur». Ona görə nitq təkcə ünsiyyət vasitəsi deyil, həm də
təfəkkürün
silahıdır. Söz
–
fikrin
forması –
təkcə
mücərrədləşmiş məna deyil, həm də əyani hissi təsəvvürdür.
Fikri proseslərin əsas əməliyyatları. Fikri proseslər
problem situasiyanın mövcudluğundan asılı olaraq başlayır və
hansısa problemin həllinə istiqamətləniyaları subyektin
təsəvvürlərində
qeyri-adekvat, təsadüfi
və
qeyri-əsas
əlamətlərlə verilib.
Daha adekvat dərk etmə təfəkkür qarşısında duran
məsələ həlli üçün, idrak prosesləri çoxlu əməliyyatlardan
istifadə edir.
Belə
əməliyyatlara
təhlil,
tərkib,
müqayisə,
mücərrədləşdirmə, ümumiləşdirmə, konkretləşdirməni aid edi-
lir. Bütün bu əməliyyatlar təfəkkürün əsas əməliyyatlarının
müxtəlif tərəflərinin vasitəli mahiyyət əlaqələrinin və
münasibətlərinin açılmasına yönəlib.
. Fikri proseslərin və ya fikri əməliyyatların motivlərinin
– təhlil və tərkib (analiz və sintez) vasitəsi ilə bu əlamətləri
aydınlaşdırmaq mümkündür.
Təhlil – əşyanın, hadisənin fikrən hissələrə, anlara,
tərəflərə bölünməsidir. Tərkib təhlil vasitəsi ilə ayrılmış,
parçalanmış tamı bərpa edir, mahiyyəti az və ya çox dərəcədə
təhlil vasitəsi ilə açılmış əlaqələri birləşdirir.
Təhlil problemi hissələrə bölür, tərkib yeni əsasda onu
həll etmək üçün birləşdirir. Təhlil və tərkib əməliyyatlarının
köməyi ilə fikir əşya haqqında yayğın təsəvvürlərdən anlayışa
305
doğru gedir. Təhlil vasitəsi ilə əsas elementlər aşkarlanır, tərkib
vasitəsilə tamın mahiyyət əlaqələri açılır.
Təhlil və tərkib digər təfəkkür əməliyyatları kimi,
əvvəlcə əşyavi, hərəkət planında əmələ gəlir. Təhlil və tərkib
bir-biri ilə sıx əlaqədardır. Təhlil vasitəsi ilə ayrılmış əlamətlər
tərkibin köməyi ilə fikirdə bütövləşir.
Bəzi insanlar təhlilə meylli olmaları – dəqiqlik və
aydınlığı, digərləri isə tərkibin genişliyi ilə seçilir. Təhlil və
tərkib təfəkkürün bütün tərəflərini ifadə edə bilmədiyindən,
digər münasibətlər mücərrədləşmə və ümumiləşmə ilə
aşkarlanır.
Müqayisə – şeyləri, hadisələri, onların xüsusiyyətlərini
qarşılaşdıraraq onların fərqini və oxşarlığını açır, müəyyən
edir. Onların digər fərqli şeylərdən oxşar əlamətləri müəyyən
edərək müqayisə oxşar əlamətlərin təsnifatını həyata keçirir.
Müqayisə idrakın formasıdır, şeylər əvvəlcə müqayisə yolu ilə
dərk olunur. Bu, həm də idrakın elementar formasıdır. Oxşar və
fərqlər əqli idrakın əsas kateqoriyalarıdır və əvvəlcə xarici
münasibətlər kimi çıxış edir. Müqayisə oxşarda fərqi, fərqdə
oxşarı tapmağa yönəlib. Daha dərin mahiyyət əlamətlərini,
qanunauyğunluqları və daxili əlaqələrin açılmasını tələb edir.
Müqayisə zamanı düzgün nəticəyə gəlmək üçün ona bir sıra
tələblər verilir. Hər şeydən əvvəl, müqayisəni eynicinsli
obyektlər üzərində aparmaq lazımdır. Məsələn, tələbə ilə
fincanı müqayisə etmək olmaz. Digər tərəfdən müqayisə
zamanı müqayisə olunan obyektlərin hamısında eyni əlamət
götürülməlidir. Məsələn, iki tələbədən birinin intizamını, o bi-
rinin isə təlim müvəffəqiyyətini götürüb müqayisə etmək ol-
maz.
Mücərrədləşmə – cisim və hadisələrdə mövcud olan hər
hansı bir tərəfin, əlamətin, xassənin fikrən nəzərdən
keçirilməsindən
ibarət
olan
təfəkkür
prosesidir.
Mücərrədləşdirmə, digər fikri əməliyyatlar kimi, əvvəlcə
hərəkət planında doğulur. Mücərrədə gedən yol konkret
306
əşyalara olan münasibətlərdən keçir, fikir konkretdən
ayrılmayaraq, daim və zəruri olaraq ona qayıdır. Konkretə,
şeyə, hadisəyə, qayıdış fikrin mücərrəd yolundan keçir. Bu hal
həmişə idrakın zənginləşməsi ilə başa çatır. Konkretdən arala-
nan fikri proses və ona abstrakt vasitəsi ilə qayıdan, idrak
konkret olanı fikrən yenidən qurur və məzmunu zənginləşdirir.
Mücərrədləşmə konkretdən keçir və konkret mücərrəd vasitəsi
ilə dərk olunur, idrak prosesləri ikiqat fikri hərəkətlər vasitəsi
ilə baş verir.
Ümumiləşdirmə fikri proseslərin daha mürəkkəb
əməliyyatlarındandır.
Ümumiləşmə hərəkət planında doğulur, fərd eyni
ümumiləşdirmə hərəkəti ilə bir neçə müxtəlif oyadıcılara cavab
verir, onları müxtəlif situasiyalarda ümumilik xüsusiyyətləri
əsasında yaradır. Müxtəlif situasiyalarda eyni hərəkət müxtəlif
hərəkətlərin vasitəsi ilə tez-tez icra oluna bilər və bütün hallar-
da eyni, ümumi hərəkət sxemlərini saxlayır. Ümumiləşdirmə
mücərrədləşmiş mahiyyət xarakterli əlamətləri ona aid olan
predmetlər sinfi və hadisələrlə birləşdirir. Anlayış fikri
ümumiləşmə formalarından biridir.
Konkretləşdirmə – ümumiləşməyə əks istiqamətli
hərəkətdir. Konkretləşdirmə anlayışların müəyyənləşməsində
tək-tək şeylərin və hadisələrin müəyyən sinfə aidliyini göstərir.
Konkretləşdirmə ümumi vəziyyətə və ya hər hansı anlayışa
müvafiq olan tək haqqında təsəvvürdür. Konkret təsəvvürlərdə
hadisə və predmetlərin müxtəlif əlamətlərindən azaltmalar baş
vermir, əksinə bu predmetlər özünün çoxobrazlılığı ilə əlamət
və xüsusiyyətləri ilə, bir əlamət digəri ilə əlaqədə konkret ifadə
edilir. Ümumi anlayışları konkretləşdirərək biz onu daha yaxşı
başa düşürük. «Stol» anlayışını konkretləşdirərək biz onu «yazı
masası», «yemək masası», «iş stolu» kimi ifadə edirik.
307
IV.11.4. Təfəkkürün əsas növləri
Təfəkkürün növləri idraki əhəmiyyətinə görə biri-
digərindən fərqlənir. Hafizədən mahiyyətə ümumiləşdirmə
səviyyəsinə
görə
müxtəlif
səviyyəli
fikirlərin
fərqləndirilməsinə görə təfəkkür, praktik anlayışlar təfəkkürü,
obrazlı təfəkkür, praktik – əyani obrazlı, əyani əməli ola bilir.
Nəzəri təfəkkür, öz predmetinin qanunauyğunluqlarını
açan yüksək təfəkkür növüdür. İnsan məsələ həlli zamanı
anlayışlara müraciət edir, hərəkətləri əqlində yerinə yetirir,
birbaşa təcrübəyə müraciət etmir. O məsələnin həllini əvvəldən
axıra hazır biliklərin hesabına fikrən yerinə yetirir. Bu hazır
bilik formaları anlayışlar, hökmlər, əqli nəticələrdir. Nəzəri
anlayışlar təfəkkürü elmi nəzəri tədqiqatlar üçün xarakterikdir.
Əyani təfəkkür və nəzəri təfəkkür çoxobrazlı üsullarla biri
digərinə keçir. Onlar arasında fərq nisbidir.
Nəzəri obrazlı təfəkkür – anlayışlar təfəkküründən
obrazların istifadəsi ilə fərqlənir. Hər hansı təfəkkür az və çox
dərəcədə əyani – hissi obrazlarla qarışır. Anlayışlar və obraz-
təsəvvürlər
bu
təfəkkür
növündə
ayrılmazdır. İnsan
təsəvvürlərsiz ancaq anlayışlarla hissi əyanilikdən uzaq
fikirləşə bilməz, o, həmçinin təkcə hissi-əyani obrazlarla,
anlayışlarsız fikirləşə bilməz. Ona görə də əyani və anlayışlar
təfəkkürünü xarici əksliklər kimi qəbul etmək olmaz. Lakin
Təfəkkürün növləri
Formasına görə
əyani əməli
əyani-obrazlı
mücərrəd-məntiqi
Xarakterinə görə
Dostları ilə paylaş: |