Nəzəri
308
Praktik
Genişlənməsinə
görə
Diskursiv
İntuitiv
Yeniliyinə görə
Reproduktiv
Produktiv
Şəkil
15
Təfəkkürün əsas növləri
unutmaq olmaz ki, təsəvvür və anlayışlar nəinki bir-biri ilə
bağlıdır, həmçinin bir-birindən fərqlidir, vahid təfəkkür
daxilində bir tərəfdən əyani, digər tərəfdən abstrakt – nəzəri
təfəkkürü fərqləndirirlər.
Nəzəri və obrazlı təfəkkür idrakın müxtəlif pillələri kimi
vahid prosesin müxtəlif tərəflərdir və eyni adekvat üsullarla
obyektiv reallığın dərkinə yönəlib. Mücərrəd təfəkkürün
anlayışları ümumini inikas etdirir. Lakin ümumi xüsusi və
təkcənin elementlərindən xali deyil. Təkcə obrazda əks olunur.
Obraz təfəkkürün həm aşağı, həm də yuxarı pilləsində təkcənin
inikasıdır. Əyani –obrazlı təfəkkür və nəzəri-mücərrəd təfəkkür
təkcə iki səviyyə deyil, vahid təfəkkürün iki növü və ya iki as-
pektidir, təkcə anlayış deyil, həm də obraz ən yüksək təfəkkür
səviyyəsində fəaliyyət göstərir.
Obrazın fikri zənginləşdirdiyini hər hansı metaforanın
misalında görmək olar. Hər hansı metafora ümumi fikri ifadə
edir, metaforanın anlanılması obrazlı formada onun ümumi an-
lam məzmununun aydınlaşdırılmasını tələb edir. Metaforik
ifadələri işlədərkən elə obrazları axtarıb tapmaq tələb olunur ki,
bu obraz ümumi fikri adekvat ifadə edə bilsin.
Nəzəri obrazlar ya hafizədən əldə edilir, ya da təxəy-
yüldən yaradıcılıqla yaradılır. Ədəbiyyat, incəsənət yaradıcı
əmək adamları belə obrazlı təfəkkürə malikdir.
Nəzəri anlayışlar və nəzəri obrazlı təfəkkür yanaşı
309
mövcuddur. Onlar bir-digərini qarşılıqlı tamamlayır, qarşılıqlı
əlaqədə olan varlığın müxtəlif tərəflərini aşkarlayır. Nəzəri
anlayışlar təfəkkürü mücərrəd olsa da, gerçəkliyi ümumiləşmiş,
həm də daha düzgün əks etdirir.
Əyani-obrazlı təfəkkür zamanı fikri proseslər fikirləşən
insanın ətraf aləmi qavraması ilə birbaşa bağlıdır və onsuz icra
olunmur. Fikir hissi – əyani olaraq, insanı gerçək aləmə
bağlayır. Qısamüddətli və operativ hafizədə təmsil olunan ob-
razlar təfəkkür üçün zəruridir.
Təfəkkürün bu növündən istifadə etdikdə adam qavradığı
cisim və hadisələrin, icra etmiş olduğu praktik işin surəti
əsasında fikirləşir. Təfəkkürün bu növü bağça yaşlı uşaqlarda
özünü qabarıq şəkildə göstərir.
Nəzəri obrazlı təfəkkür obrazları uzunmüddətli hafi-
zədən əldə edir, sonra dəyişdirir. Bu təfəkkür forması mək-
təbəqədər və kiçik məktəb yaşlı uşaqlara xasdır. Praktik
fəaliyyətlə məşğul olan yaşlı insanlara da bu təfəkkür növü
xasdır.
Əyani-əməli təfəkkürün xüsusiyyəti ondan ibarətdir ki,
təfəkkür prosesləri praktik dəyişdirmə fəaliyyəti xarakteri
daşıyır və insan onu real predmetlərlə icra edir. Məsələ həlli
zamanı əsas şərt müvafiq predmetlərlə uyğun iş görməkdir.
Adətən bu cür təfəkkür konkret praktik fəaliyyətdən kənara
çıxa bilmir, həmin fəaliyyətin icrası prosesində baş verir. Ona
görə də bu cür təfəkkürü eyni zamanda praktik təfəkkür də
adlandırırlar. Bəşəriyyətin tarixi inkişafı prosesində birinci
növbədə əyani-əməli (praktik) təfəkkür özünü göstərir. Üç
yaşına qədərki uşaqlarda da təfəkkür əsasən əyani əməli xarak-
ter daşıyır. Bu təfəkkür növü istehsal proseslərində çalışan
adamlara da məxsusdur və nəticəsi konkret məhsulun
hazırlanmasından ibarətdir.,
Mücərrəd (məntiqi) təfəkkür təfəkkürün ən yüksək
inkişaf etmiş növüdür. Adətən məktəb yaşı dövründə praktik
təcrübə əsasında, ilk dəfə sadə şəkildə olsa da, mücərrəd
310
təfəkkür yaranır və inkişaf edir. Mücərrəd təfəkkür mücərrəd
məfhumlara istinad
edən təfəkkür olmaqla, mücərrəd
məfhumlar, hökmlər əsasında baş verir.
Qeyd etmək lazımdır ki, adını saydığımız təfəkkür
növləri eyni anda baş verir və inkişafın səviyyələri kimi özünü
biruzə verir.
Nəzəri və praktik təfəkkürün fərqi ondan ibarətdir ki, on-
lar praktika ilə müxtəlif cürə bağlıdır. Praktik təfəkkürün işi
xüsusi konkret məsələ həllinə yönəlir, nəzəri təfəkkür isə
ümumi qanunauyğunluqların həllinə istiqamətlənir.
IV.11.5. Təfəkkürün formaları
Təfəkkürün üç forması vardır: məfhumlar, hökmlər,
əqli nəticə.
Məfhum (anlayış) – cisim və hadisələrin mühüm, əsas
əlamətlərə görə əks etdirilməsindən ibarət təfəkkür formasıdır.
Məsələn, «mübtəda» məfhumuna cümlədə kimin və ya nəyin
haqqında danışıldığını bildirmək əsas əlamət kimi daxildir.
Məhz həmin əlamət mübtədanı digər cümlə üzvlərindən
fərqləndirir.
Məfhumlar xüsusi, ümumi, konkret və mücərrəd ola bi-
lir. Xüsusi məfhumlar tək, xüsusi bir cismə və ya hadisəyə aid
olur.
Məsələn, «Günəş», «Bakı» məfhumları
xüsusi
məfhumlardır. Bu cür məfhumların altında biz yalnız bir əşyanı
və ya hadisəni başa düşürük.
Ümumi məfhumlar bir qrup cisim və ya hadisəyə xas
olan mühüm əlaməti əks etdirir. Məsələn, «tələbə» məfhumu
ümumi məfhumdur. Həmin məfhum altında gələcəyin
mütəxəssisi kimi hazırlanan insanları başa düşürük.
Konkret məfhumlar bilavasitə qavranıla bilən, arxasında
əşya təsəvvür olunan məfhumlardır. Məsələn, «ev», «ağac»
məfhumları konkret məfhumlardır. Mücərrəd məfhumlar isə
311
bilavasitə qavranıla bilməyən və arxasında əşya təsəvvür
olunmayan məfhumlardır, məsələn «sevinc», xoşbəxtlik» və s.
Məfhumlar çoxlu qarşılıqlı keçidlərlə təsəvvürlərlə
bağlıdır və eyni zamanda ondan əhəmiyyətli dərəcədə fərqlənir.
Onlar psixoloji ədəbiyyatlarda eyniləşdirilsələr də, gerçəkliyi
inikas etdirmək xüsusiyyətlərinə görə biri digərindən fərqlənir.
Təsəvvürlər
obrazlı – əyanidir, bilvasitə verilmiş
informasiyaları qavrayışda inikas etdirir. Real təfəkkür
proseslərində təsəvvür və anlayışlar bəzi vahidliklə verilir.
Əyani – obraz təsəvvürlər təfəkkür proseslərində daha çox
sxematikləşir və ümumiləşir. Bu sxematikləşmə təsəvvür
əlamətlərinin
birləşməsinə
uyğun
gəlmir.
Təsəvvür
obrazlarında predmetin əyani əlamətləri ön planda özünü
göstərir. Buna baxmayaraq anlayış və təsəvvürlər qarşılıqlı
əlaqəlidir və biri digərinə keçir.
Təsəvvürlərin məzmun obrazlarının zəruri olaraq
dəyişmələri fikri proseslərə qoşularaq, sxematikləşmiş və daha
çox ümumiləşmiş tam bir pilləvari iyerarxiya yaradır və
anlayışlara keçir. Təsəvvürlərin özlərinin anlayışa keçmək
meyillidir. Belə ki, təkcədə ümumi, hadisədə mahiyyət, obraz-
da – anlayış əks olunur.
Digər tərəfdən anlayışlar təfəkkürünün insan şüurundakı
axarı
həmişə
təsəvvürlərlə
bağlıdır, amma
anlayışlar
təfəkkürünün axarı təsəvvürlərə müvafiq gəlmir, çünki belə
təfəkkür ona aid olan təsəvvürlərlə əlaqədardır. Təsəvvürlər
təfəkkür proseslərində həddən artıq parçalanmış, fraqmentar
halda daxil edilir. Təsəvvürlər, əyani obrazlar adətən, təkcə,
anlayış isə ümumi ifadə olunur. Məfhum (anlayış) və
təsəvvürlər gerçəkliyin müxtəlif qarşılıqlı əlaqələri olan
tərəflərini inikas etdirir.
Məfhum və təsəvvürlər çətinliklər zamanı xüsusilə aşkar
bir yerdə iştirak edir. Çətinliklə üzləşən insan fikirləşərkən tez-
tez təsəvvürlərə müraciət edir, fikri əşyalarla birləşdirir, fikri
müşayət edən əyani material fikri proseslərə cəlb edilir.
312
Əyanilik prinsipi təlim prosesində sadəcə didaktik priyom
deyil, o, həm də fikri proseslərin təbiətinin psixoloji əsasıdır.
Məfhumlar (anlayışlar) keyfiyyətcə təsəvvürlərdən fərqlidir,
təsəvvürlər obrazlarla fərdi şüurda yaranır, anlayışlar sözlərlə
vasitəli yaranır və tarixi inkişafın məhsuludur.
Hökmlər - fikri proseslərin baş verdiyi əsas akt və ya
formadır. Fikirləşmək hər şeydən əvvəl hökm verməkdir. Hər
hansı fikri proses hökmlərdə ifadə olunur. Hökmlər insanın
gerçək
dünyanı
onun
xüsusiyyətlərində,
əlaqə
və
münasibətlərində
inikas
etdirən
dərk
etmənin
xüsusi
formasıdır.
Hökmlərdə cisimlər, hadisələr arasında
müəyyən
əlaqənin olduğu, eləcə də cismin, hadisənin
müəyyən
keyfiyyətə malik olduğu təsdiq və inkar edilə bilər. Bu
baxımdan hökmlər iqraıi və inkarı olmaqla iki yerə bölünür.
Məsələn, «Bu kitab maraqlıdır» dedikdə kitabda maraqlılıq
keyfiyyətinin olduğunu təsdiq edirik. «Bu tələbə çalışqan
deyil» dedikdə isə tələbədə çalışqanlıq əlamətinin olmadığını
göstəririk. Ona görə də birinci hökm iqrarı, ikinci hökm isə
inkarı hökmdür.
Hökmlər ümumi, xüsusi və fərdi də ola bilirlər. Ümumi
hökmlərdə eyni sinfə, qrupa aid olan bütün cisim və
hadisələrdə müəyyən bir cəhət ya təsdiq, ya da inkar olunur.
Xüsusi hökmlərdə isə iqrari və ya inkar bütün cisim və
hadisələrə deyil, onlardan bəzilərinə aid edilir. Fərdi
hökmlərdə isə iqrar və ya inkar yalnız bir cisim və ya hadisəyə
aid olur.
Bütün bunlarla yanaşı hömlərin şərti, təqsimi, zərurət və
s. növləri də vardır.
Psixoloji planda hökmlər – subyektin hərəkətidir, müəy-
yən məqsəd və motivlə bağlıdır, insanı nəyisə düşünməyə və
hansı qərarı isə qəbul etməyə təhrik edir. Hökmlər fikri
fəaliyyətin
nəticəsidir,
fikirləşən
insanın
müəyyən
münasibətlərinin
fikrin
predmetinə
olan
münasibətidir.
313
Hökmlər hərəki xarakter daşıyır, özündə sosial aspekti ehtiva
edir.
Hökmlərin sosial aspekti onun strukturunu şərtləndirir,
onun az və ya çox dərəcədə mürəkkəbliyi digər fikirlərə
münasibəti ilə şərtlənib.
Hökmlər ilk dəfə olaraq hərəkətdə formalaşır. Hər hansı
hərəkət seçici xarakter daşıdığından, o nəyi isə təsdiq, inkar
etdiyindən praktik əhəmiyyət daşıyır. Subyektin obyektə və
digər adamlara münasibətlərini ifadə etdiyindən hökmlər
emosionallıqla zəngindir. Hökmlərdə şəxsiyyət aşkar olunur, o,
həmçinin iradi aktı ifadə edir.
Hökmlərdə digər insanlara qarşı olan münasibət real
aləmə idraki münasibət əsasında müəyyənləşir. Hökmlərdə eh-
tiva olunmuş vəziyyət obyektiv olaraq həqiqətdir və ya
yalandır, bu isə obyektiv gerçəkliyi inikas etdirməsindən
asılıdır.
Hər hansı hökmlər həqiqətə istiqamətlənib, lakin hər
hansı hökm özlüyündə şərtsiz həqiqət deyil. Mühakimə hökm
üzərində fikri işdir və həqiqətin yoxlanılmasına istiqamətlənib.
Hökmlər mühakimənin həm çıxış, həm də son nöqtəsidir. Bu
və ya digər halda hökmlər və həqiqətin təntənəsi üçün biliklər
sisteminə qoşularaq ayrıca olmaqdan qurtulur. Mühakimələr
əqli nəticə forması olaraq çıxış etdiyi hökmlər sistemini açır.
Əqli nəticə
- vahid məqsədə tabe olan, bir sıra
əməliyyatları özündə ehtiva edən az və ya çox dərəcədə
mürəkkəb fikri fəaliyyətə deyilir. Əqli nəticə prosesində
təfəkkürdə vasitəli hərəkətlər xüsusi rol oynayır. Əqli nəticədə
və ya yekun hökmlərdə əldə olan biliklər əsasında yeni
biliklərə yiyələnmək olur, biliyə bilik vasitəsi ilə yiyələnilir,
bilavasitə təcrübənin hesabına yeni biliklər mənimsənilir, ob-
yektiv bilik prosesin son nəticəsi kimi meydana çıxır. Əqli
nəticənin əsas qiyməti bundadır. Fikri akt kimi əqli nəticə üçün
aşağıdakılar əhəmiyyət kəsb edir. Assosiativ prosesdən əqli
nəticənin fərqi ondadır ki, nəticəyə aid etdiyimiz münasibət
314
predmetin obyektiv məzmununu açır. Predmetin obyektivliyi
hökmlərlə təfəkkürə daxil edilir və bu məlumatlar bizə
qavrayışdan verilə bilər.
Əqli nəticə prosesində psixoloji planda 3 əsas halı
fərqləndirmək lazımdır. Birincisi, çıxış halı əyani təsəvvür olu-
nur və ya yeni münasibətlər əyani təsəvvürlərdə açılır. A-nın
B-dən böyük olması obrazlar şəklində təsəvvür olunur. İkincisi,
eyni münasibətləri əyaniliyə müraciət etmədən ancaq
anlayışların köməyi ilə ifadə etmək olar. Bu halda nəticə for-
mal əməliyyat deyil, bu əqli nəticənin qurulduğu xüsusiyyət və
münasibətlərin məzmununun əhəmiyyətli tərəfləridir, konkret
məzmunla müəyyənləşən qanunauyğunluqlardır. Üçüncüsü,
müvafiq
əlaqələr, aşağı
–
yuxarı, böyük
–
kiçik
möhkəmlənərək informasiya dayaqlarından nəticəyə icra oluna
bilir
və
əsasən
bu
hal
assosiativ
olaraq
nitqin
avtomatlaşmasına tabe olur.
Əyani sxemlər əqli nəticə proseslərində əhəmiyyətli rol
oynayır. Sadə əqli nəticə proseslərində şeylərin faktiki
vəziyyəti ilə bağlı sxematik təsəvvürlər əmələ gəlir, ondan isə
öz növbəsində nəticənin yeni məzmunu yaranır.
Əqlinəticə bir və ya bir neçə hökmə əsasən yeni hökmün
çıxarılmasından ibarət təfəkkür formasıdır. Məsələn, «ikinci
kursun bütün tələbələri təşəkkür aldılar» və «Təranə də ikinci
kurs tələbəsidir» hökmlərinə əsasən «Təranə də təşəkkür
almışdır» hökmünü çıxarırıq.
Əqlinəticənin üç əsas növü qeyd olunur: induktiv, de-
duktiv əqlinəticə və analogiya (təşbeh).
İnduktiv əqlinəticə xüsusi hallardan, misallardan
(hökmlərdən) ümumi nəticə çıxarmaqdan ibarətdir. Məsələn,
dəmirin, misin, poladın, gümüşün və s.istidən genişləndiyini və
onların metal olduğunu müəyyənləşdirmək əsasında «Bütün
metallar istidən genişlənir» hökmünü çıxarırıq.
Deduktiv əqlinəticə isə ümumi hallardan, misallardan
(hökmlərdən) xüsusi nəticə çıxarmaqdan ibarətdir. Məsələn,
315
«Bütün xüsusi isimlər yazıda böyük hərflə başlayır». «Bakı»
xüsusi isimdir» hökmlərinə əsasən «Deməli, Bakı böyük hərflə
yazılır» nəticəsini çıxarırıq.
Analogiyaya gəldikdə bu zaman ayrı-ayrı hallardan
bənzətmə üzrə nəticə çıxarılır.
IV.11.6. Təfəkkürün fərdi xüsusiyyətləri
Adamların hamısında təfəkkür eyni şəkildə inkişaf etmir.
Təfəkkürün prosesləri, formaları və növləri ayrı-ayrı adamlarda
müxtəlif nisbətdə təzahür edir. Bunlarla yanaşı olaraq
adamlar ağlın keyfiyyətləri nə görə bir-birlərindən daha çox
fərqlənirlər. Buraya ağlın dərinliyi, çevikliyi, müstəqilliyi,
tənqidiliyi və s. Aid etmək olar.
Ağlın dərinliyi cisim larda. və hadisələr arasındakı və
onların daxilindəki Ən əsas, başlıca əlamətləri tapmaq
bacarığından ibarətdir. Dərin ağla malik olan Adam zəruri
sualları qoymaqla hadisənin mahiyyətini aça bilir, cisim və
hadisələri dərindən və hərtərəfli öyrənir. Bu cür adamlar əsas
cəhətləri ikinci dərəcəli cəhətlərdən ayıra bilirlər. Lakin ağıl
dayaz olduqda belə adam öyrəndiyi faktlarda Ən zəruri, əsas
cəhəti aşkara çıxara bilmir, formal, zahiri cəhətlərə istinad
etdiyinə görə onun fikirlərində dərinlik olmur.
Ağlın çevikliyi də insan üçün zəruri olan müsbət
keyfiyyətlərdəndir. Bu keyfiyyət xüsusilə insandan Ani bir
vaxtda qərar qəbul etmək lazım gəldikdə tələb olunur. Ona
görə də həmin keyfiyyətə malik olan adam düşdüyü vəziy-
yətdən baş çıxarmağı, dərhal qərar qəbul etməyi bacarır. Ağlın
çevikliyi və dərinliyi birləşdikdə insanda ağlın itiliyi keyfiy-
yətinin meydana gəlməsinə səbəb olur.
Ağlın müstəqilliyi yeni sual və problemləri irəli sürə
bilmək, onu müstəqil olaraq öz gücü ilə həyata keçirməyi ba-
carmaqdan ibarətdir. Təfəkkürün yaradıcılıq xüsusiyyəti məhz
316
bu cür müstəqillikdə öz əksini tapır. Həmin keyfiyyətə malik
olan adamlar başqalarından asılı olmur, onların öz düşüncə, fi-
kir tərzləri mövcud olur.
Ağlın tənqidiliyi keyfiyyətinə gəldikdə bu insanın öz
idrak obyektlərinə tənqidi yanaşmaq bacarığında ifadə olunur.
Ağlın tənqidiliyi keyfiyyətinə malik olan adamlar duyub
qavradıqları cisim və hadisələr arasındakı yğunsuzluğu asan-
lıqla görə bilir və bununla əlaqədar olaraq öz fikirlərini
əsaslandıra bilirlər.
Özünü yoxlamaq üçün sual və tapşırıqlar
1.Təfəkkür nəyə deyilir?
2.Təfəkkürlə hissi idrak arasında əlaqəni şərh edin.
3.Hissi idrakla məntiqi idrak arasındakı fərqlər nədədir?
4.Təfəkkürün ümumi xarakteristikasını şərh edin.
5.Fikri proseslər hansılardır? Onları şərh edin.
6.Təfəkkürün formaları hansılardır? Onlar haqqında ayrı-
ayrılıqda danışın.
7.Təfəkkürün növlərini şərh edin.
8.Ağlın keyfiyyətləri dedikdə nəyi başa düşürsünüz?
Onları ayrı-ayrılıqda şərh edin.
Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular
1. Təfəkkür və məsələ həlli.
2. Yaradıcı təfəkkürün psixologiyası.
3. Ağlın keyfiyyətləri və onların inkişafı vasitələri.
4. Təfəkkür proseslərinin qarşılıqlı əlaqəsi.
5. Dil və təfəkkürün qarşılıqlı əlaqəsi.
Ədəbiyyat
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya, 2-ci nəşri –
Bakı, 2002 səh.326-357
317
Bayramov Ə.S. Şagirdlərdə əqli keyfiyyətlərin inkişaf
xüsusiyyətləri. – Bakı, 1987
Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji
problemləri. – Bakı, 2004 səh 37-90
Qədirov Ə.Ə. Uşaqlarda idrak proseslərinin inkişafı. –
Bakı, 1970
Vozrastnıe i individualğnıe osobennosti obaznoqo
mışleniə. – M, 1989
Qalğperin P.Ə. , Kotin N.R. K psixoloqii tvorçeskoqo
mışleniə// Voprosı psixoloqii. – 1982. - №5,
s.80-84
Qleytman Q. , Fridlund A., Raysberq D. Osnovı
psixoloqii. – Sankt-Peterburq, 2001. s.349-
399; 449-458
Luriə A.R. Əzık i mışleniə. – M., 1979
Mayers D. Psixoloqiə. – Minsk. 2001. s. 28-67; 412-
449
İssledovaniə reçevoqo mışleniə v psixolinqvistike. –
M., 1976
Slobin D., Qrin Dj. Psixolinqvistika. – M., 1976
Xomski Noam. Dil və təfəkkür. – Bakı, 2006
Davıdov V.V. Vidı obobheniə v obuçenii. – M., 1972
Tixomirov O.K. Psixoloqiə mışleniə. – M., 1984. s.6-
33; 87-100; 107-210
Xrestomatiə po obhey psixoloqii. Psixoloqiə mışleniə. /
Pod red. Ö.B.Qippenreyter, V.V.Petuxov. –
M.1981
Rubinşteyn S.L. Osnovı obhey psixoloqii. T.1. – M.,
1989, s.360-400
Rubinşteyn S.L. O mışlenii i putə eqo issledovanii. –
M., 19
318
12-ci FƏSİL
TƏXƏYYÜL VƏ YARADICILIQ
Q ı s a x ü l a s ə
Təxəyyül haqqında anlayış. Təxəyyül ali psixi funksiya kimi.
Təxəyyül və digər psixi proseslər. Təxəyyülün fizioloji əsasları.
İnsanın həyat və fəaliyyətində təxəyyülün əhəmiyyəti. Autotreninqdə
və psixoterapiyada təxəyyüldən istifadə olunması.
Təxəyyülün növləri. Passiv və fəal təxəyyül; xülya, röya,
bərpaedici və yaradıcı təxəyyül, onların başlıca xüsusiyyətləri.
Xəyal.
Təxəyyül surətlərinin yaradılması prosesi. Təxəyyül
surətlərinin yaradılmasının təhlil və tərkib xarakteri. Təxəyyül
surətlərinin yaradılmasında istifadə olunan tərkib üsulları: aqqlyuti-
nasiya, hiperbolizasiya, nəzərə çarpdırılma.
Təxəyyül və oyun. Uşaqlarda təxəyyülün inkişafında oyunun
rolu. Oyun zamanı uşaq təxəyyülünün yaradıcı funksiyasının yeri.
Oyun prosesində uşaq fantaziyasının xüsusiyyətləri.
Təxəyyül və yaradıcılıq. Təxəyyül və yaradıcılığın qarşılıqlı
əlaqəsi. Ədəbi – bədii yaradıcılıqda təxəyyülün yeri.
IV. 12.1. Təxəyyül haqqında anlayış
İnsan nəinki duyğu üzvlərinə bilavasitə təsir edən cisim
və hadisələri qavrayaraq, yaxud keçmişdə qavradıqlarını yada
salaraq onların surətlərini beyində yaradır, həm də heç zaman
bilavasitə qavramadığı, hətta heç mövcud olması mümkün ol-
mayan cisimlərin, hadisələrin surətlərini də beyində yarada bi-
lir. İnsanın psixikası ilə bağlı olan bu proses təxəyyül, yaxud
fantaziya adlanır.
Təxəyyül insanın qavrayışı və hafizəsi ilə bağlı
319
təsəvvürlərin yenidən işlənməsi, yeni qaydada birləşdirilməsi
əsasında yeni surətlərin yaradılmasından ibarət olan psixi
prosesə deyilir.
Təxəyyül ali psixi funksiyalardan biri kimi diqqəti cəlb
edir. İnsan təlim və əmək fəaliyyətində təkcə öz yaddaşına
əsaslanmır. O, öz fəaliyyətinə yaradıcı şəkildə yanaşır,
yaddaşında olan təsəvvürləri dəyişdirir, yeni qaydada
birləşdirir, yeni surətlər yaradır və fəaliyyət göstərir. Yeninin
yaradılması ilk əvvəl ideal şəkildə, fikirdə həyata keçirilir və
sonra maddi, əməli şəkildə reallaşdırılır. İnsanın öz
təsəvvürlərinin
ideal
şəkildə
fikirdə
birləşdirilməsi,
dəyişdirilməsi və bu əsasda yeni surətlərin yaradılması
təxəyyül prosesidir.
Təxəyyül bir sıra özünəməxsus xüsusiyyətləri ilə digər
psixi proseslərdən fərqlənir. Bildiyimiz kimi duyğu, qavrayış,
hafizə, hətta təfəkkür kimi psixi proseslərin elementləri hey-
vanlarda da bu və ya başqa şəkildə özünü göstərir. Təxəyyül
isə bir psixi proses kimi ancaq insana məxsusdur.
Təxəyyülün köməyi ilə insan nəyi isə yaradır, özünün
fəaliyyətini planlaşdırır və onu idarə edir. Demək olar ki,
bəşəriyyətin yaratdığı maddi və mənəvi dəyərlər insan
təxəyyülünün məhsuludur. Təxəyyül insanı hal-hazırdakı
vəziyyətdən kənara çıxarır, ona keçmişi daha əyani şəkildə
görməyə kömək edir, onu gələcəyə aparır. İnsan öz təxəyyül
fəaliyyətinin vasitəsilə ayrı - ayrı orqanlarının fəaliyyətinə
təsir edə bilir. Bunu autotreninq təcrübələrində aydın şəkildə
görmək mümkündür. Təxəyyül fəaliyyətindən istifadə edərək
xəstəliyin müalicəsinə təsir göstərmək, başqa sözlə, psixotera-
piyada təxəyyül obrazlarının yaradılmasından geniş istifadə
edilir.
Təxəyyül bir psixi proses kimi qavrayış, hafizə və
təfəkkür prosesləri arasında aralıq mövqe tutur.
Təxəyyül fəaliyyəti zamanı bizim yaratdığımız surətlər,
hətta onlar fantastik mahiyyətə malik olduqda belə, onun ayrı-
320
ayrı elementləri həyatdan, keçmiş qavrayışlarımızdan, yaddaşı-
mızdan götürülmüş olur.
Təxəyyülün təfəkkürlə əlaqəsi onda ifadə edilir ki,
təxəyyül də varlığın özünəməxsus şəkildə inikasıdır. Lakin
təfəkkür bir psixi proses kimi varlığı, aləmi anlayışlarla
əməliyyat aparmaq vasitəsi ilə əks etdirirsə, təxəyyül varlığı
konkret obrazlı formada əks etdirir. Biz bu cəhəti alimin və
yazıçının fəaliyyətində aydın şəkildə görə bilərik. Alim də,
yazıçı da varlığı əks etdirir, lakin biri məntiqi dəlillərlə, sübut-
larla, digəri isə təxəyyülün köməyi ilə, yaratdığı obrazlarla.
Təxəyyül bir psixi proses kimi, təbii ki, müəyyən fizioloji
proseslərlə, beyinin fəaliyyəti ilə bağlıdır. Burada ilk növbədə
insan beyninin analitik-sintetik fəaliyyəti mühüm əhəmiyyət
daşıyır.
Belə ki, insan öz praktik, əməli fəaliyyətində varlığın ci-
sim və hadisələrini tərkib elementlərinə ayırır.
Məhz bu elementlər sonradan başqa bir, yeni qaydada
birləşdirilir, yeni surətlər yaradılır. Varlıq, aləm bu surətlərdə
əks etdirilir.
Təxəyyül
surətlərinin
yaranmasının
fizioloji
mexanizmində əvvəllər beyində yaranmış müvəqqəti sinir
rabitələrinin yenidən, yeni qaydada birləşməsi və canlanması
dayanır.
Əlbəttə yeni birləşmələrin, assosiasiyaların yaranması
üçün mövcud, əvvəlki rabitələrin dissosiasiyası zəruridir.
Nəzərə alsaq ki, təxəyyül ali psixi funksiyadır, demək,
təxəyyülün fizioloji mexanizmində baş beyin yarımkürələri
qabağında gedən proseslər dayanmalıdır. Lakin psixoloqlardan
R.S.Nemovun dediyi kimi, baş-beyin qabığının təxəyyüllə
bağlı olan fəaliyyəti lazımi dərəcədə öyrənilməmişdir. Son za-
manlarda təxəyyül fəaliyyətinin beynin aşağı şöbəsinin
fəaliyyəti ilə bağlılığı barədə fərziyələr irəli sürülmüşdür. Bu
sahədə aparılan tədqiqatlar da bu fərziyyənin doğruluğunu
321
sübut edir. Belə ki, beynin aşağı şöbəsində yerləşən hipotali-
mik- limbik sistemdə zədələnmə əmələ gəldikdə psixikada xa-
rakterik pozğunluqlar özünü göstərir. Bu pozğunluqlar onda
ifadə edilir ki, xəstə özünün davranışını planlaşdıra bilmir.
Nəzərə alsaq ki, insanın öz davranışını planlaşdırması və onu
idarə etməsi təxəyyül fəaliyyəti ilə bağlıdır, onda hipotalamik-
limbik sistemin təxəyyül fəaliyyətində oynadığı rol aydın olur.
Təxəyyül fenomen xüsusiyyətlərə malik psixi prosesdir.
Burada qeyri-adi olan odur ki, təxəyyül obrazları beyində
gedən fizioloji proseslərin nəticəsində yaranırsa da, bu obrazlar
yarandıqdan sonra orqanizmdə gedən digər fizioloji proseslərə
təsir edə bilir.
Bu fikri təsdiq etmək üçün psixoloji ədəbiyyatda belə
misallardan istifadə edilir. Məşhur yazıçı Floberin özünün
yazdığı kimi o, «Xanım Bavari» romanının qəhrəmanı Bava-
rinin zəhəri içməsi səhnəsini təsvir edərkən ağzında zəhər
tamı duyğusu əmələ gəlib. Yaxud, deyilənə görə, Volter hər ili
Varfolomey gecəsinin il dönümündə xəstələnirmiş. Dini fana-
tizmin qurbanı olmuş minlərlə günahsız adamın öldürüldüyü
həmin gün haqqında düşüncələr, bununla bağlı onda yaranan
təxəyyül obrazları onun bədənində titrəmənin əmələ gəlməsinə,
daha sonra, temperaturun qalxmasına, nəbzinin döyüntülərinin
çoxalmasına səbəb olarmış.
Bəzən, həkimin ehtiyatsızlıqla xəstəyə dediyi sözün
nəticəsində xəstə təxəyyülündə özünü ağır xəstəliyə tutulmuş
insanın obrazı kimi canlandırır ki, bu da bu xəstəliklə bağlı
simptomların həqiqətən həmin xəstədə təzahür etməsinə səbəb
ola bilir.
Nəhayət, təxəyyül obrazlarının fizioloji proseslərə təsiri
ilə bağlı ideomotor aktlar haqqında da danışmaq olar.
Volf Messinqin, Tofiq Dadaşovun məlum təcrübələrini
yadımıza salaq. Onlar gizlədilmiş cismi tapa bilirlər. Ona görə
tapa bilmirlər ki, həmin cismi gizlədən adam təxəyyülündə öz
işinin obrazını yaradır. Təxəyyül obrazları da öz növbəsində
322
həmin şəxsin ayrı-ayrı üzvlərinə, onların fəaliyyətinə təsir edir
və hərəkət aktları törədir. Bunlara idiomotor aktlar deyilir.
Fövqəladə dərəcədə həssaslığa malik olan ekstrasens idiomotor
aktların çox incə siqnallarını tutur və nəticədə gizlədilmiş cismi
tapa bilir.
Təxəyyüldən psixoterapiyada da geniş istifadə olunur və
müəyyən psixoloji gərginliyin aradan qaldırılmasına imkan
verir.
Təxəyyül çox mürəkkəb psixi prosesdir. Heç şübhəsiz ki,
onun fizioloji əsası ilə bağlı hələ öyrənilməmiş xeyli məsələlər
mövcuddur.
Dostları ilə paylaş: |