Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə20/49
tarix22.06.2020
ölçüsü2,65 Mb.
#32059
1   ...   16   17   18   19   20   21   22   23   ...   49

Appersepsiya.  Qavrayış təkcə qıcıqlandırıcılardan asılı

deyil,  həm də qavrayanın özündən də asılıdır.  Qavrayan

adamın şəxsiyyətinin xüsusiyyəti,  onun qavranılan obyektə

münasibəti,  tələbatları,  maraqları,  arzu və hissləri həmişə

qavrayışda bu və ya başqa şəkildə özünü büruzə verir. 

Qavrayışın

insanın

psixi

həyatının

məzmunundan, 

şəxsiyyətinin xüsusiyyətlərindən asılılığına appersepsiya

deyilir.  Appersepsiya

hadisəsi


qavrayışın

mühüm

xüsusiyyətlərindəndir.



          Appersepsiya hər şeydən əvvəl insanın bilikləri ilə, onun

həyat təcrübəsi ilə, onun keçmiş fəaliyyəti ilə bağlı olur. 

Məsələn, biz bilmədiyimiz bir dildə olan sözü qavrayarkən onu

tanımırıq, ancaq ana dilində o qədər də səlis tələffüz edilməyən

sözü eşitdikdə onu anlayırıq.

           Qavrayış

insanın

qarşısına



qoyduğu

məqsədlə, 

fəaliyyətinin motivləri ilə və onun maraqları, şəxsiyyəti ilə də

bağlı olur.  Məsələn,  texnika ilə maraqlanmayan bir adam

müxtəlif konstruksiyaya malik olan maşınlarda ancaq zahiri

fərqləri qavrayır,  bir sıra digər çox sayda olan konstruksiya

fərqlərini qavraya bilmir.

          Appersepsiya

zamanı

insanın


emosiyaları,  onun

271

yönəlişliyi mühüm rol oynayır. Məsələn, qorxu ilə bağlı yara-

nan emosiya qavrayışa təsir edir, hətta onu dəyişdirir. «İlan vu-

ran ala çatıdan qorxar» xalq məsəlində bu çox aydın görünür. 

M.F.Axundovun «Hacı Qara»  komediyasında belə bir səhnə

var: Hacı Qaranın Arazın o tayından keçirilən qaçaq malını ata

yükləyir,  yükün də üstündə Kərəməlini əyləşdirir,  atın da

yüyənini verirlər Hacının əlinə.  Hacı Qara yolda əylis

ermənilərinə rast gəlir.  Hacı Qara əllərində oraq dayanan

ermənilərin quldur olduğunu söyləyir,  hətta atəş də açır. 

Biçinlərin quldur kimi qavranılmasına səbəb xəsis bir adamın

öz malını itirməsindən keçirdiyi qorxu hissi idi.

         Şəxsiyyətin yönəlişliyi də qavrayışa təsir edir.  Gecə

yatarkən ana otaqda,  küçədə olan səslərə heç bir reaksiya

vermədiyi halda, uşağın yatdığı tərəfdən gələn kiçik bir səsə

dərhal oyanır. Bu qavrayışla şəxsiyyətin yönəlişliyinin iştirakı, 

appersepsiya hadisəsi ilə bağlıdır. 

IV. 9.3. Qavrayışın təsnifi və növləri:

Qavrayış bir neçə nöqteyi-nəzərdən təsnif olunur.



1.  Qavrayış prosesində hansı analizatorun üstün rol

oynamasına görə;



2. Qavranılan obyektin, başqa sözlə materiyanın mövcud-

luq formasına görə;



3. Qarşıda məqsədin olub-olmamasına görə.

Birinci bölgü onunla əlaqədardır ki,  bəzən qavrayış

prosesində hansısa bir analizator daha üstün şəkildə iştirak edir. 

Nəticədə duyğularda olduğu kimi qavrayışın görmə,  eşitmə, 

lamisə,  kinestezik,  iybilmə və dadbilmə kimi sadə növləri

əmələ gəlir. Belə bir cəhəti qeyd etmək lazımdır ki, bu növlərə

təmiz halda çox az-az rast gəlmək olur.  Adətən qavrayış

prosesində müxtəlif duyğular birləşir,  birlikdə iştirak edir və

mürəkkəb qavrayışı yaradır.  Məsələn,  şagird mətni oxuyarkən


272

onun qavrayışında görmə, eşitmə, kinestezik duyğular birlikdə

iştirak edir. Daha doğrusu qavrayışın bu növlərində duyğudan

fərqli olaraq bir deyil, bir neçə analizator iştirak edir. 

İkinci növ təsnifat isə,  qavranılan obyektin,  materiyanın  

mövcudluq formasına görə aparılır.  Bu baxımdan qavrayışın



məkan, zaman və hərəkət kimi mürəkkəb növləri mövcuddur.

Məkan qavrayışı. Məkan materiyanın mövcudluq

formasıdır. Məkanın qavranılması dedikdə cisimlərin obyektiv

məkan xüsusiyyətlərinin və münasibətlərinin formasının, 

həcminin,  relyefinin,  fəzada tutduğu yerin,  uzaqlığının

qavranılması başa düşülür.

        Məkanın qavranılmasında bələdləşmə hərəkət analizatoru

əsas rol oynayır.  Onun köməyi ilə müxtəlif analizatorlar

arasında əlaqə yaranır.  Məkan bələdləşməsinin xüsusi

mexanizmlərinə analizator fəaliyyətinin hər iki yarımkürə

arasındakı sinir əlaqələrini:  binokulyar görməni,  binaural

eşitməni,  bimanual lamisəni,  dirinik iybilməni və s.aid etmək

lazımdır.  Əşyaların məkan xassələrinin inikasında bütün qoşa

analizatorlar üçün xarakterik olan asimmetriya mühüm rol

oynayır.


       Cisimlərin məkan xüsusiyyətlərinin beynimizdə inikası

mürəkkəb prosesdir. Məkan qavrayışında başlıca olaraq görmə

analizatoru iştirak edir.  Lakin tədqiqat göstərmişdir ki,  bu

mürəkkəb prosesdə təkcə görmə deyil, bununla birlikdə lamisə, 

əzələ-hərəkət duyğuları,  bəzi hallarda eşitmə duyğuları da

iştirak edir.  Bu duyğuların birgə və qarşılıqlı fəaliyyəti, 

cisimlərin məkan xüsusiyyətlərini və münasibətlərinin tam və

dəqiq qavranılmasını təmin edir.  Məkanın qavranılmasında

həyat təcrübəsi də böyük əhəmiyyətə malikdir.

Cisimlərin həcminin qavranılması onların gözün torlu

qişasında alınan əksinin böyüklüyündən və həmin cisimlərin

müşahidəçinin gözündən nə dərəcədə uzaqda olmasından

asılıdır. Bununla bağlı olaraq uzaqda olan cisimlərin həcminin

düzgün qavranılması iki cür mexanizmin:  akkomodasiya və



273

konvergensiya vasitəsilə həyata keçirilir.  Akkomodasiya göz

büllurunun əyriliyinin dəyişməsindən asılı olaraq onun işığı

sındırma qabiliyyətinin dəyişməsindən ibarətdir.  Göz bülluru

qavranılan cismin yaxın və ya uzaqda olmasından asılı olaraq

öz əyriliyini dəyişir. Məsələn, yaxında olan cisimlərə baxdıqda

əzələ yığılması baş verir və nəticədə göz büllurunun gərilmə

dərəcəsi azaldığına görə onun forması daha qabarıq olur. 

Qavradığımız cisim uzaqda olduqda isə əksinə hal baş verir. Bu

hal yaxında və uzaqda olan cisimlərin həcmini düzgün

qavramağa imkan yaradır.  Adətən,  yaş artdıqca büllur cismin

elastikliyi tədricən azalır və göz özünün akkomodasiya

qabiliyətini itirir. Nəticədə uzaqgörmə inkişaf edir. Ona görə də

göz büllurunun həmin funksiyasını (gərilmə və açılma

funksiyasını)  eynəkdə qoyulan linzalarla əvəz etmək lazim

gəlir.


Akkomodasiya hadisəsi konvergensiya ilə əlaqədardır. 

Konvergensiya görmə oxlarının qavranılan cismin üzərinə

düşməsindən ibarətdir.  Adətən müəyyən akkomodasiya

vəziyyəti görmə oxlarının müvafiq qovuşma dərəcəsini tələb

edir və əksinə, müəyyən akkomodasiya dərəcəsi görmə oxunun

bu və ya digər kəsişməsinə uyğun gəlir.  Bunlar olmadan

cisimlərin həcmini düzgün qavraya bilməzdik. 

Zaman qavrayışı. Zaman da məkan kimi materiyanın

mövcudluq formalarından biridir. Zaman qavrayışı gerçəkliyin

hadisələrinin obyektiv müddətinin,  sürətinin və ardıcıllığının

inikasından ibarətdir. Zaman qavrayışı obyektiv gerçəkliyi əks

etdirməklə insana, ətraf mühitə bələdiləşmək imkanı verir.

Zaman qavrayışında müxtəlif analizatorlar iştirak edir, 

bununla belə kineztesik (hərəki)  və eşitmə duyğuları əsas rol

oynayır.  Hərəkət duyğuları hadisələrin müddətini,  surətini, 

ardıcıllığını daha dəqiq əks etdirməyi təmin edir.  Bu duyğu

ritmin qavranılmasında da mühüm rol oynayır.

Ritmin qavranılması,  adətən hərəkətlə müşayət olunur. 

Psixoloqlardan B.M.Teplovun yazdığına görə «ritm hissi öz



274

əsasına görə hərəki təbiətə malikdir». Ritmi eşitmək mümkün

deyil. Biz ritmdən o zaman təsirlənirik ki, biz onu icra edirik.

Zaman obyektiv mövcudluqdur, lakin onun qavranılması

subyektiv xarakterdə olur.  Əgər qavradığımız zaman maraqlı

hadisələrlə zəngindirsə, bizə elə gəlir ki, vaxt əslində olduğun-

dan sürətlə keçir.  Əksinə,  həmin vaxtda baş verən hadisələr

maraqsızdırsa biz vaxtın çox ağır,  ləng keçdiyini zənn edirik. 

Hadisələrə münasibətimiz keçirdiyimiz hisslər də zamanın

qavranılmasına təsir edir.  Hadisələr bizdə müsbət hisslər

yaradırsa vaxt sürətlə keçir. Deməli, zaman qavrayışı çox dəqiq

olmur,  ona subyektiv amillər təsir göstərir,  adam vaxtı

qiymətləndirməkdə ciddi səhvlərə yol verir.  Elə buna görə də

vaxtı düzgün qiymətləndirmək üçün saatdan istifadə edirik.                                                                     



Hərəkət qavrayışı.  Hərəkət qavrayışı həm məkan,  həm

də zaman amillərindən - cismin uzaqlığından,  onların

yerdəyişmə sürətindən,  həm də qavrayanın özünün məkanda

hərəkətindən asılıdır.  Məsələn,  saatın əqrəbinin hərəkətini

bilavasitə görmək olmur.  Onun əvvəlki yeri ilə hazırki yerini

müqayisə etməklə hərəkət etdiyini söyləyirik.  Həddən artıq

surətli hərəkətləri də qavramaq mümkün olmur.  Hərəkətin

qavranılması bir sıra analizatorların fəaliyyəti ilə bağlıdır. Belə

ki, 

görmə, 


hərəkət, 

eşitmə


analizatorları

hərəkətin

qavranılmasında iştirak edir.

Hərəkətin qavranılmasında hərəkətin müxtəlif xassə və

xüsusiyyətləri əks olunur.  Məsələn,  hərəkətin səciyyəsi

(əyilmə,  qalxma),  forması (düzxətli,  əyrixətli),  istiqaməti

(aşağı, yuxarı, sola, sağa), müddəti (uzun, yoxsa qısa müddət), 

sürəti (cəld, ağır və s.).



Qarşıda məqsədin olub-olmasından asılı olaraq

qavrayışın iki növü mövcuddur:



1) Qeyri ixtiyari qavrayış

2) İxtiyari qavrayış

Qarşıya xüsusi məqsəd qoymadan hər hansı bir obyektin

qavranılmasına qeyri-ixtiyari qavrayış deyilir. Öz qeyri-adiliyi, 


275

yeniliyi,  cazibədarlığı ilə fərqlənən bu cür obyektləri xüsusi

niyyət olmadan qavrayırıq.

Qarşıya qoyduğumuz məqsədə müvafiq olaraq bir

obyekti başqalarından ayıraraq qavradıqda baş verən inikas

prosesinə ixtiyari qavrayış deyilir.  Müəllimin mühazirəsini

dinlədikdə,  teatr tamaşasına baxdıqda,  kitab oxuduqda biz bu

cür hərəkət edirik.



Qavrayışda illuziyalar. Hiss üzvlərimizə bilavasitə təsir

edən cisimlər bəzən olduğu kimi deyil,  təhrif edilmiş şəkildə

qavranılır.  Belə təhrif edilmiş,  düzgün olmayan qavrayışa

illuziya deyilir. (bax: şəkil 13).

Şəkil 13.

           Görmə

qavrayışında

illuziya daha çox

özünü göstərir.  Şəkildə göründüyü kimi,  üfüqi düz xəttlər

fondan asılı olaraq, əyri xəttlər kimi qavranılır. İlluziyalar təkcə

görmə ilə bağlı deyil,  hərəkət,  lamisə,  ağırlıq,  temperaturun

qavranılmasında da baş verə bilir.

İnsanın psixoloji haləti ilə bağlı olaraq da qavrayış

təhrif olunur. Məsələn,  diqqətin zəifləməsi, affekt halı zamanı

illuziya hadisəsi özünü göstərir.



        Müşahidə və müşahidəçilik.  İxtiyari qavrayışın tipik

nümunəsi müşahidədir. Müşahidə hər hansı fəaliyyət sahəsində

müəyyən plan üzrə cərəyan edən davamlı və müntəzəm

qavrayışa deyilir.

Təlim işində,  elmi-tədqiqat işlərində,  bədii yaradıcılıqda

bir sözlə,  insanın fəaliyyətinin bütün sahələrində müşahidənin

böyük əhəmiyyəti vardır. Müşahidənin  müvəffəqiyyəti bir çox

cəhətdən asılıdır:



1.  Hər şeydən əvvəl müşahidənin səmərəliliyi insanın

276

qarşısında duran məqsəddən,  müşahidənin planından asılıdır. 

Müəyyən edilmişdir ki,  insan gözü gündə 100000-ə qədər

sıçrayışlı

hərəkət

edir.  Bu



sıçrayışlar

bir-biri


ilə

əlaqələndirilməmiş, məqsədsiz olur. Belə vəziyyətdə müşahidə

edən həmin qarma-qarışıq təəssüratlardan baş çıxara bilməz. 

Ona görə də müşahidənin istiqamətini göstərən, necə deyərlər, 

bir «kompas» lazımdır. Belə bir «kompas» məhz, müşahidənin

planı və qarşıya qoyulan məqsəddir.



2.  Müşahidənin müvəffəqiyyətli olması üçün ona

qabaqcadan hazırlaşmaq, keçmiş təcrübə, müşahidəçinin biliyi

böyük əhəmiyyət daşıyır.  İnsan nə qədər geniş biliyə,  zəngin

təcrübəyə malik olarsa,  onun qavrayışı da bir o qədər zəngin

olar.

3. Nəhayət, müşahidə səbr və təmkin tələb edir. Hər hansı

bir obyekti müntəzəm olaraq,  dəfələrlə həm də,  müxtəlif

cəhətdən müşahidə etmədən düzgün nəticəyə gəlmək olmaz.

İnsanın sistematik,  uzun müddət həm də planlı şəkildə

qavrama qabiliyyəti müşahidəçilik adlanır.  Müşahidəçilik

qabiliyyəti olan insan predmetlərə,  hadisələrə sadəcə olaraq

baxmır.  O,  cisim və hadisələrdən mühüm olan,  yeni olan

cəhətləri görməyi bacarır.  Müşahidəçi adam cisimlərdə oxşar

olan, fərqli olan cəhətləri görür.

Müşahidəçilik

şəxsiyyətin

ən

mühüm, 



qiymətli

keyfiyyətidir.  Bu xüsusiyyət ona ətraf aləmdə baş verən

hadisələri düzgün qavrama və onlarla düzgün münasibətdə

olmaq imkanı verir.

Akademik İ.P.Pavlov müşahidəçiliyi elmi idrakın mühüm

şərti hesab edirdi.  O,  özünün yaratdığı bioloji stansiyanın

fasadında bu sözləri yazmışdı:  «Müşahidəçilik,  müşahidəçilik

və yenə də müşahidəçilik».

K.D.Uşinski

müşahidəçiliyin



əhəmiyyətini

qiymətləndirərək yazırdı:  «Əgər təlim uşaqlarda əqli inkişafa

nail olmaq istəyirsə,  o uşaqlarda müşahidəçilik qabiliyyətini

inkişaf etdirən çalışmalara üstünlük verməlidir».



277

Bütün bunlar göstərir ki,  yetişməkdə olan gənclərdə

müşahidəçilik

qabiliyyətini

inkişaf

etdirmək


məktəbin

qarşısında duran vacib məsələdir.

          Özünü yoxlamaq üçün sual və tapşırıqlar

1. Qavrayış nəyə deyilir?

2. Qavrayışın duyğularla oxşarlığı və fərqi nədən

ibarətdir?



3. Qavrayışın əsas xüsusiyyətləri hansılardır?

4. Qavrayışın əşyaviliyi dedikdə nəyi başa düşürsünüz?

5. Qavrayışın tamlığı və sabitliyini xarakterizə edin.

6. Qavrayışın mənalılığı və seçiciliyindən danışın.

7. Appersepsiya nədir?

8. Analizatorlardan asılı olaraq qavrayışın hansı növləri

vardır? Onları şərh edin.



9. Qarşıya qoyulan məqsəddən asılı olaraq qavrayışın

hansı növləri vardır?



10.   Müşahidə və müşahidəçilikdən danışın.

11.    Məkan qavrayışını şərh edin.

12.    Zaman qavrayışını şərh edin.

13.    Hərəkət qavrayışını şərh edin.

14.    Qavrayışda illüziyalar nədir və necə baş verir?

Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular

1Qavrayışın ümumi xarakteristikası

2.  Qavrayışın əsas xüsusiyyətləri.

3.  Qavrayışın hissi idrak prosesi kimi.

4.  Uşaqlarda qavrayışın inkişafı.

Ədəbiyyat


278

Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. 2-ci nəşri. 

– Bakı, 2002, səh 257-260; 269-279.



Qədirov Ə.Ə. Yaş psixologiyası. – Bakı 2002

Rzayev

B.İ.

Məktəblilərdə

idrak

proseslərinin



fəallaşdırılması. – Bakı, 2000

Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın

əsasları. – Bakı, 2003



Luriə A. R.  Ohuheniə i vospriətie. – M., 1975, s.43-

110


Xrestomatiə po ohuheniö i vospriətiö. – M., 1975

Loqvinenko   A. D.   Psixoloqiə vospriətiə. – M., 1987

Loqvinenko A.  D. Çuvstvennıe osnovı vospriətie

pronstrastvo. M., 1985. s. 21-34



Vekker A. M.   Psixiçeskie proüessı. T. I. , L. – 1974, 

s. 196-278.



Qleytman Q. Fridlund A.,  Raysberq D.  Osnovı psix-

oloqii. – S. Peterburq, 2001, s.252-294



279

10-cu FƏSİL

HAFİZƏ

Qısa xülasə

Hafizə haqqında anlayış. İnsanın duyub qavradıqlarının iz

salmadan getməməsi,  beyində hifz olunması.  Hafizə keçmiş

təcrübənin    beyində nəqşləndirilməsi,  yadda saxlanması,  yada    sa-

lınması və tanınmasından ibarət idrak prosesi kimi. Hafizənin insan

həyatında əhəmiyyəti.  Hafizə haqqında nəzəriyyələr:  psixoloji,  fizi-

oloji, biokimyəvi. Hafizə mərkəzi.



Hafizənin prosesləri:  yaddasaxlama,  yadasalma,  tanıma, 

unutma.  Yaddasaxlama və onun növləri: məntiqi və mexaniki, qeyri-

ixtiyari və ixtiyari, qısa müddətli və uzun müddətli, mnemonik yad-

dasaxlama.  Yadasalma və tanıma.  Unutma və onun xüsusiyyətləri; 

unutma tempi. Reminisensiya hadisəsi.

Hafizənin növləri və tipləri:  Yadda saxlanılan materialın

növlərindən asılı olaraq hərəkət,  surət,  emosional və sözlü məntiqi

hafizə. Qısa müddətli, uzun müddətli və operativ hafizə.

Hafizənin tipləri: görmə tipi, eşitmə tipi, hərəki tip, qarışıq

tip. Onların təlim prosesində nəzərə alınmasının əhəmiyyəti.



Hafizə pozuntuları.

280

IV.10.1. Hafizə haqqında anlayış

İnsanın duyub və qavradıqlarının, psixikasında baş

verənlərin hamısı izsiz ötüşmür,  müəyyən mənada orada hifz

olunur.  Bəziləri isə ömürlük qalır.  Keçmişdə baş verənlərin

psixikada "izi", işarələri, kodu, sürəti qalır. Bizlərdən hər biri-

miz təsdiq edə bilərik ki,  təkrarən duyduğumuz və

qavradıqlarımızı tanıyır və onu əvvəllərdə məhz o şəkildə

yaşadığımızı söyləyərik.

Psixikanın mühüm universal xüsusiyyətlərindən biri də

informasiyanın fasiləsiz olaraq toplanması qabiliyyətidir.  Bu

proses psixi fəaliyyətin bütün dövr və sahələrini əhatə etməklə

bir çox hallarda avtomatlaşır,  hətta az qala qeyri-şüuri

mahiyyət kəsb edir. Nümunə olaraq psixologiyada iki mötəbər

tarixi fakt kimi göstərilən hadisəni vermək istərdik.

Tamamilə savadsız qadın xəstələnir və həyəcanlı, 

yüksək tonla mənasını özünun də başa düşmədiyi yunan və

latın dillərində danışmağa başlayır. Məlum olur ki, uşaqlıqda o, 

keşişin yanında qulluqçu işləmişdir.  Keşiş adətən antik

klassiklərin əsərlərindən pafosla parçalar oxuyarmış. Qadın isə

qeyri-ixtiyari olaraq onları yadda saxlamış,  lakin xəstələnənə

qədər bunu heç özü də bilməmişdir. 

Aptekdə gipnoz edilmiş şəxs dərmanların üzərindəki

yüzlərlə yazını, dərman adlarını əzbərdən söyləmişdir. Halbuki

onun tibblə heç vaxt bağlılığı olmamışdır.

Hafizə bütün canlılarda vardır.  Hətta,  bitkilərin də

yaddaşının olması ilə bağlı elmi fikirlər söylənilir.  Geniş

mənada,  hafizəni canlı orqanizmin informasiyanı təsbit edən

anadangəlmə və həyatda qazanılan mexanizm kimi də

xarakterizə etmək olar.

Hafizə keçmiş təcrübənin beyində nəqşləndirilməsi, 

yadda saxlanması sayəsində sonralar onun tanınma və yada

salınmasından ibarət mürəkkəb psixi fəaliyyətdir.

Hafizənin insan həyatında və fəaliyyətində əhəmiyyəti



281

olduqca böyükdür.  Əgər hafizə olmasaydı hər şey insana

həmişə yeni görünərdi.  Hafizə olmasaydı insan «əbədi olaraq

yeni doğulmuş uşaq vəziyyətində qalardı»  (İ.Seçenov).  Bütün

psixi proseslərin ən mühüm xarakteristikası olan hafizə insan

şəxsiyyətinin vahidliyini və tamlığını təmin edir. 

Hafizə və onun mexanizmləri ta qədim zamanlardan

mütəfəkkirlərin diqqətini cəlb edən bir problem olmuşdur. Bu

baxımdan hafizənin psixoloji,  fizioloji,  biokimyəvi və s. 

nəzəriyyələri

meydana

çıxmışdır.  Hafizənin



psixoloji

nəzəriyyəsində hələ vaxtilə Aristotelin irəli sürdüyü assosiasiya

anlayışı xüsusilə diqqəti cəlb edir.  Bu anlayış bütün psixi

törəmələrdə məcburi prinsip kimi irəli sürülmüşdür.  Bu

prinsipə görə əgər müəyyən psixi törəmələr şüurda eyni vaxtda

və ya bir-birinin ardınca meydana gəlirsə, onların arasında as-

sosiativ əlaqə yaranır və bu əlaqələrin hər hansı bir ünsürü

yenidən canlandıqda şüurda mütləq onun bütün ünsürlərinin

təsəvvürünü yaradır.  Assosionistlər obyektlərin məkan-zaman

yaxınlığından, oxşarlığından və fərqindən asılı olaraq üç asso-

siasiya tipini ayırmışlar:  qonşuluq üzrə,  oxşarlıq üzrə,  əkslik

üzrə.  Bunların yaddasaxlama və yadasalmada əsas rol

oynadığını göstərmişlər. 

Hafizə haqqında fizioloji nəzəriyyənin əsasını akademik

İ.P.Pavlov qoymuşdur.  Bu İ.P.Pavlovun ali sinir fəaliyyətinin

qanunauyğunluqları haqqında təliminin əsas müddəaları ilə sıx

bağlıdır.  Başqa sözlə,  fizioloji nəzəriyyə hafizənin fizioloji

əsasını beyin qabığında müvəqqəti əlaqələrin yaranması, 

möhkəmlənməsi və canlanması ilə bağlayır.

Hafizə haqqında biokimyəvi nəzəriyyə tərəfdarları belə

hesab edirlər ki,  beyində müəyyən üzvlərin möhkəmlənməsi, 

hifz edilməsi və yada salınması proseslərinin mexanizmləri

əsasında

xarici


qıcıqlandırıcıların

təsiri


altında

sinir


hüceyrələrində baş verən spesifik kimyəvi dəyişmələr durur.

         Hafizə mərkəzi harada yerləşir?  Son illərdə aparılan

psixolo;i tədqiqatlar təsdiq edir ki,  yadasalma və xatırlama



282

emosiya və motivasiya ilə sıx bağlıdır.  Məlum olur ki, 

informasiyanın möhkəmləndirilməsində psixikanın affektiv və

motivasiya fəallığını təmin edən qabıqaltı sahə əhəmiyyətli rol

oynayır.  Bütövlükdə beynin psixi funksiyasının lokalizasiyası

hələ də tamamilə öyrənilməmişdir.  Hələ də informasiyaların

beyində necə kodlaşdırılması,  deyək ki,  görmə reseptorlarının

məlumatlarının necə və beynin hansı sahəsində qorunduğunu

tamamilə öyrənmək mümkün olmamışdır. 

Beyində psixi funksiyanın necə lokallaşdırılması

haqqında ilkin məlumatlar beyin travmaları almış xəstələri mü-

şahidə etməklə toplanmışdır. Müəyyənləşdirilmişdir ki, beynin

arxa nahiyəsinin zədələnməsi görmənin,  alın nahiyəsinin

zədələnməsi emosiyanın,  sol yarımkürənin zədələnməsi nitqin

pozulmasına səbəb olur. 

Lakin son zamanlara qədər çoxluğun təəccübünə səbəb

olan fakt ondan ibarət idi ki, yalnız heyvanlarda deyil, həm də

insanlarda da beynin böyük bir sahəsinin zədələnməsinə bax-

mayaraq, hafizə pozulmur. 

Qəbul edilən yeganə qanunauyğunluq ondan ibarət idi

ki,  beynin daha çox zədələnməsi ilə hafizənin pozulması

arasında asılılıq mövcuddur.  Bu kütlənin təsiri qanunu

adlanır.  Yəni beyin toxumalarının pozulması nisbəti ilə

hafizənin pozulması nisbəti düz mütənasibdir.  Hətta,  beynin

cərrahiyyə yolu ilə 20 faizi götürüldükdə belə, hafizə itmir. Elə

bu səbəbdən də hafizə mərkəzinin lokalizasiyasının olmasına

şübhə yarandı.  Bəzi psixoloqlar isə hesab edirdilər ki,  hafizə

orqanı bütövlükdə beyindir. 

Son vaxtlar baş verən iki elmi yenilik psixikanın infor-

masiya mərkəzinin dəqiq öyrənilməsinə ümidləri artırmışdır. 

Birinci,  müəyyənləşdirilmişdir ki,  beynin bir sıra sahələrinə

təsir göstərilməsi nəticəsində şüurda mürəkkəb zəncirvari ya-

dasalma baş verir.  Yəni insan çoxdan unutduqlarını xatırlayır. 

Cərrahiyyə əməliyyatından sonra unutduqlarını asanlıqla yada

sala bilir.  İkinci,  müəyyənləşdirilmişdir ki,  hafizə mərkəzi və


283

ya

hər



halda

məlumatların

qısamüddətli

hafizədən

uzunmüddətli hafizəyə ötürülməsini tənzim edən sahəsinin

fəaliyyəti yeni informasiya daxil olanadək mümkün olmur. Bu

mərkəz «qippokamp»  adlanır və beynin gicgah sahəsində

yerləşir.  Qippokampın iki tərəfli götürülməsindən sonra

xəstələr cərrahiyyə əməliyyatına qədər baş verənləri yada salır, 

lakin əməliyyatdan sonra baş verənləri isə yada sala bilmirlər. 

Əvvəllər toplanmış informasiyaların harada qorunduğu sualı

hələ də öyrənilməmiş qalır. 

Hafizə probleminin yekun həlli uzun illər boyu psix-

ologiya və fiziologiyanın mübahisə obyekti olmuşdur.  Onun

həlli beyində informasiya daşıyıcısı olan fiziki təbiətinin (mo-

lekullar,  zülallar və s.)  öyrənilməsi nəticəsində mümkün

olacaqdır. 


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin