Appersepsiya. Qavrayış təkcə qıcıqlandırıcılardan asılı
deyil, həm də qavrayanın özündən də asılıdır. Qavrayan
adamın şəxsiyyətinin xüsusiyyəti, onun qavranılan obyektə
münasibəti, tələbatları, maraqları, arzu və hissləri həmişə
qavrayışda bu və ya başqa şəkildə özünü büruzə verir.
Qavrayışın
insanın
psixi
həyatının
məzmunundan,
şəxsiyyətinin xüsusiyyətlərindən asılılığına appersepsiya
deyilir. Appersepsiya
hadisəsi
də
qavrayışın
mühüm
xüsusiyyətlərindəndir.
Appersepsiya hər şeydən əvvəl insanın bilikləri ilə, onun
həyat təcrübəsi ilə, onun keçmiş fəaliyyəti ilə bağlı olur.
Məsələn, biz bilmədiyimiz bir dildə olan sözü qavrayarkən onu
tanımırıq, ancaq ana dilində o qədər də səlis tələffüz edilməyən
sözü eşitdikdə onu anlayırıq.
Qavrayış
insanın
qarşısına
qoyduğu
məqsədlə,
fəaliyyətinin motivləri ilə və onun maraqları, şəxsiyyəti ilə də
bağlı olur. Məsələn, texnika ilə maraqlanmayan bir adam
müxtəlif konstruksiyaya malik olan maşınlarda ancaq zahiri
fərqləri qavrayır, bir sıra digər çox sayda olan konstruksiya
fərqlərini qavraya bilmir.
Appersepsiya
zamanı
insanın
emosiyaları, onun
271
yönəlişliyi mühüm rol oynayır. Məsələn, qorxu ilə bağlı yara-
nan emosiya qavrayışa təsir edir, hətta onu dəyişdirir. «İlan vu-
ran ala çatıdan qorxar» xalq məsəlində bu çox aydın görünür.
M.F.Axundovun «Hacı Qara» komediyasında belə bir səhnə
var: Hacı Qaranın Arazın o tayından keçirilən qaçaq malını ata
yükləyir, yükün də üstündə Kərəməlini əyləşdirir, atın da
yüyənini verirlər Hacının əlinə. Hacı Qara yolda əylis
ermənilərinə rast gəlir. Hacı Qara əllərində oraq dayanan
ermənilərin quldur olduğunu söyləyir, hətta atəş də açır.
Biçinlərin quldur kimi qavranılmasına səbəb xəsis bir adamın
öz malını itirməsindən keçirdiyi qorxu hissi idi.
Şəxsiyyətin yönəlişliyi də qavrayışa təsir edir. Gecə
yatarkən ana otaqda, küçədə olan səslərə heç bir reaksiya
vermədiyi halda, uşağın yatdığı tərəfdən gələn kiçik bir səsə
dərhal oyanır. Bu qavrayışla şəxsiyyətin yönəlişliyinin iştirakı,
appersepsiya hadisəsi ilə bağlıdır.
IV. 9.3. Qavrayışın təsnifi və növləri:
Qavrayış bir neçə nöqteyi-nəzərdən təsnif olunur.
1. Qavrayış prosesində hansı analizatorun üstün rol
oynamasına görə;
2. Qavranılan obyektin, başqa sözlə materiyanın mövcud-
luq formasına görə;
3. Qarşıda məqsədin olub-olmamasına görə.
Birinci bölgü onunla əlaqədardır ki, bəzən qavrayış
prosesində hansısa bir analizator daha üstün şəkildə iştirak edir.
Nəticədə duyğularda olduğu kimi qavrayışın görmə, eşitmə,
lamisə, kinestezik, iybilmə və dadbilmə kimi sadə növləri
əmələ gəlir. Belə bir cəhəti qeyd etmək lazımdır ki, bu növlərə
təmiz halda çox az-az rast gəlmək olur. Adətən qavrayış
prosesində müxtəlif duyğular birləşir, birlikdə iştirak edir və
mürəkkəb qavrayışı yaradır. Məsələn, şagird mətni oxuyarkən
272
onun qavrayışında görmə, eşitmə, kinestezik duyğular birlikdə
iştirak edir. Daha doğrusu qavrayışın bu növlərində duyğudan
fərqli olaraq bir deyil, bir neçə analizator iştirak edir.
İkinci növ təsnifat isə, qavranılan obyektin, materiyanın
mövcudluq formasına görə aparılır. Bu baxımdan qavrayışın
məkan, zaman və hərəkət kimi mürəkkəb növləri mövcuddur.
Məkan qavrayışı. Məkan materiyanın mövcudluq
formasıdır. Məkanın qavranılması dedikdə cisimlərin obyektiv
məkan xüsusiyyətlərinin və münasibətlərinin formasının,
həcminin, relyefinin, fəzada tutduğu yerin, uzaqlığının
qavranılması başa düşülür.
Məkanın qavranılmasında bələdləşmə hərəkət analizatoru
əsas rol oynayır. Onun köməyi ilə müxtəlif analizatorlar
arasında əlaqə yaranır. Məkan bələdləşməsinin xüsusi
mexanizmlərinə analizator fəaliyyətinin hər iki yarımkürə
arasındakı sinir əlaqələrini: binokulyar görməni, binaural
eşitməni, bimanual lamisəni, dirinik iybilməni və s.aid etmək
lazımdır. Əşyaların məkan xassələrinin inikasında bütün qoşa
analizatorlar üçün xarakterik olan asimmetriya mühüm rol
oynayır.
Cisimlərin məkan xüsusiyyətlərinin beynimizdə inikası
mürəkkəb prosesdir. Məkan qavrayışında başlıca olaraq görmə
analizatoru iştirak edir. Lakin tədqiqat göstərmişdir ki, bu
mürəkkəb prosesdə təkcə görmə deyil, bununla birlikdə lamisə,
əzələ-hərəkət duyğuları, bəzi hallarda eşitmə duyğuları da
iştirak edir. Bu duyğuların birgə və qarşılıqlı fəaliyyəti,
cisimlərin məkan xüsusiyyətlərini və münasibətlərinin tam və
dəqiq qavranılmasını təmin edir. Məkanın qavranılmasında
həyat təcrübəsi də böyük əhəmiyyətə malikdir.
Cisimlərin həcminin qavranılması onların gözün torlu
qişasında alınan əksinin böyüklüyündən və həmin cisimlərin
müşahidəçinin gözündən nə dərəcədə uzaqda olmasından
asılıdır. Bununla bağlı olaraq uzaqda olan cisimlərin həcminin
düzgün qavranılması iki cür mexanizmin: akkomodasiya və
273
konvergensiya vasitəsilə həyata keçirilir. Akkomodasiya göz
büllurunun əyriliyinin dəyişməsindən asılı olaraq onun işığı
sındırma qabiliyyətinin dəyişməsindən ibarətdir. Göz bülluru
qavranılan cismin yaxın və ya uzaqda olmasından asılı olaraq
öz əyriliyini dəyişir. Məsələn, yaxında olan cisimlərə baxdıqda
əzələ yığılması baş verir və nəticədə göz büllurunun gərilmə
dərəcəsi azaldığına görə onun forması daha qabarıq olur.
Qavradığımız cisim uzaqda olduqda isə əksinə hal baş verir. Bu
hal yaxında və uzaqda olan cisimlərin həcmini düzgün
qavramağa imkan yaradır. Adətən, yaş artdıqca büllur cismin
elastikliyi tədricən azalır və göz özünün akkomodasiya
qabiliyətini itirir. Nəticədə uzaqgörmə inkişaf edir. Ona görə də
göz büllurunun həmin funksiyasını (gərilmə və açılma
funksiyasını) eynəkdə qoyulan linzalarla əvəz etmək lazim
gəlir.
Akkomodasiya hadisəsi konvergensiya ilə əlaqədardır.
Konvergensiya görmə oxlarının qavranılan cismin üzərinə
düşməsindən ibarətdir. Adətən müəyyən akkomodasiya
vəziyyəti görmə oxlarının müvafiq qovuşma dərəcəsini tələb
edir və əksinə, müəyyən akkomodasiya dərəcəsi görmə oxunun
bu və ya digər kəsişməsinə uyğun gəlir. Bunlar olmadan
cisimlərin həcmini düzgün qavraya bilməzdik.
Zaman qavrayışı. Zaman da məkan kimi materiyanın
mövcudluq formalarından biridir. Zaman qavrayışı gerçəkliyin
hadisələrinin obyektiv müddətinin, sürətinin və ardıcıllığının
inikasından ibarətdir. Zaman qavrayışı obyektiv gerçəkliyi əks
etdirməklə insana, ətraf mühitə bələdiləşmək imkanı verir.
Zaman qavrayışında müxtəlif analizatorlar iştirak edir,
bununla belə kineztesik (hərəki) və eşitmə duyğuları əsas rol
oynayır. Hərəkət duyğuları hadisələrin müddətini, surətini,
ardıcıllığını daha dəqiq əks etdirməyi təmin edir. Bu duyğu
ritmin qavranılmasında da mühüm rol oynayır.
Ritmin qavranılması, adətən hərəkətlə müşayət olunur.
Psixoloqlardan B.M.Teplovun yazdığına görə «ritm hissi öz
274
əsasına görə hərəki təbiətə malikdir». Ritmi eşitmək mümkün
deyil. Biz ritmdən o zaman təsirlənirik ki, biz onu icra edirik.
Zaman obyektiv mövcudluqdur, lakin onun qavranılması
subyektiv xarakterdə olur. Əgər qavradığımız zaman maraqlı
hadisələrlə zəngindirsə, bizə elə gəlir ki, vaxt əslində olduğun-
dan sürətlə keçir. Əksinə, həmin vaxtda baş verən hadisələr
maraqsızdırsa biz vaxtın çox ağır, ləng keçdiyini zənn edirik.
Hadisələrə münasibətimiz keçirdiyimiz hisslər də zamanın
qavranılmasına təsir edir. Hadisələr bizdə müsbət hisslər
yaradırsa vaxt sürətlə keçir. Deməli, zaman qavrayışı çox dəqiq
olmur, ona subyektiv amillər təsir göstərir, adam vaxtı
qiymətləndirməkdə ciddi səhvlərə yol verir. Elə buna görə də
vaxtı düzgün qiymətləndirmək üçün saatdan istifadə edirik.
Hərəkət qavrayışı. Hərəkət qavrayışı həm məkan, həm
də zaman amillərindən - cismin uzaqlığından, onların
yerdəyişmə sürətindən, həm də qavrayanın özünün məkanda
hərəkətindən asılıdır. Məsələn, saatın əqrəbinin hərəkətini
bilavasitə görmək olmur. Onun əvvəlki yeri ilə hazırki yerini
müqayisə etməklə hərəkət etdiyini söyləyirik. Həddən artıq
surətli hərəkətləri də qavramaq mümkün olmur. Hərəkətin
qavranılması bir sıra analizatorların fəaliyyəti ilə bağlıdır. Belə
ki,
görmə,
hərəkət,
eşitmə
analizatorları
hərəkətin
qavranılmasında iştirak edir.
Hərəkətin qavranılmasında hərəkətin müxtəlif xassə və
xüsusiyyətləri əks olunur. Məsələn, hərəkətin səciyyəsi
(əyilmə, qalxma), forması (düzxətli, əyrixətli), istiqaməti
(aşağı, yuxarı, sola, sağa), müddəti (uzun, yoxsa qısa müddət),
sürəti (cəld, ağır və s.).
Qarşıda məqsədin olub-olmasından asılı olaraq
qavrayışın iki növü mövcuddur:
1) Qeyri ixtiyari qavrayış
2) İxtiyari qavrayış
Qarşıya xüsusi məqsəd qoymadan hər hansı bir obyektin
qavranılmasına qeyri-ixtiyari qavrayış deyilir. Öz qeyri-adiliyi,
275
yeniliyi, cazibədarlığı ilə fərqlənən bu cür obyektləri xüsusi
niyyət olmadan qavrayırıq.
Qarşıya qoyduğumuz məqsədə müvafiq olaraq bir
obyekti başqalarından ayıraraq qavradıqda baş verən inikas
prosesinə ixtiyari qavrayış deyilir. Müəllimin mühazirəsini
dinlədikdə, teatr tamaşasına baxdıqda, kitab oxuduqda biz bu
cür hərəkət edirik.
Qavrayışda illuziyalar. Hiss üzvlərimizə bilavasitə təsir
edən cisimlər bəzən olduğu kimi deyil, təhrif edilmiş şəkildə
qavranılır. Belə təhrif edilmiş, düzgün olmayan qavrayışa
illuziya deyilir. (bax: şəkil 13).
Şəkil 13.
Görmə
qavrayışında
illuziya daha çox
özünü göstərir. Şəkildə göründüyü kimi, üfüqi düz xəttlər
fondan asılı olaraq, əyri xəttlər kimi qavranılır. İlluziyalar təkcə
görmə ilə bağlı deyil, hərəkət, lamisə, ağırlıq, temperaturun
qavranılmasında da baş verə bilir.
İnsanın psixoloji haləti ilə bağlı olaraq da qavrayış
təhrif olunur. Məsələn, diqqətin zəifləməsi, affekt halı zamanı
illuziya hadisəsi özünü göstərir.
Müşahidə və müşahidəçilik. İxtiyari qavrayışın tipik
nümunəsi müşahidədir. Müşahidə hər hansı fəaliyyət sahəsində
müəyyən plan üzrə cərəyan edən davamlı və müntəzəm
qavrayışa deyilir.
Təlim işində, elmi-tədqiqat işlərində, bədii yaradıcılıqda
bir sözlə, insanın fəaliyyətinin bütün sahələrində müşahidənin
böyük əhəmiyyəti vardır. Müşahidənin müvəffəqiyyəti bir çox
cəhətdən asılıdır:
1. Hər şeydən əvvəl müşahidənin səmərəliliyi insanın
276
qarşısında duran məqsəddən, müşahidənin planından asılıdır.
Müəyyən edilmişdir ki, insan gözü gündə 100000-ə qədər
sıçrayışlı
hərəkət
edir. Bu
sıçrayışlar
bir-biri
ilə
əlaqələndirilməmiş, məqsədsiz olur. Belə vəziyyətdə müşahidə
edən həmin qarma-qarışıq təəssüratlardan baş çıxara bilməz.
Ona görə də müşahidənin istiqamətini göstərən, necə deyərlər,
bir «kompas» lazımdır. Belə bir «kompas» məhz, müşahidənin
planı və qarşıya qoyulan məqsəddir.
2. Müşahidənin müvəffəqiyyətli olması üçün ona
qabaqcadan hazırlaşmaq, keçmiş təcrübə, müşahidəçinin biliyi
böyük əhəmiyyət daşıyır. İnsan nə qədər geniş biliyə, zəngin
təcrübəyə malik olarsa, onun qavrayışı da bir o qədər zəngin
olar.
3. Nəhayət, müşahidə səbr və təmkin tələb edir. Hər hansı
bir obyekti müntəzəm olaraq, dəfələrlə həm də, müxtəlif
cəhətdən müşahidə etmədən düzgün nəticəyə gəlmək olmaz.
İnsanın sistematik, uzun müddət həm də planlı şəkildə
qavrama qabiliyyəti müşahidəçilik adlanır. Müşahidəçilik
qabiliyyəti olan insan predmetlərə, hadisələrə sadəcə olaraq
baxmır. O, cisim və hadisələrdən mühüm olan, yeni olan
cəhətləri görməyi bacarır. Müşahidəçi adam cisimlərdə oxşar
olan, fərqli olan cəhətləri görür.
Müşahidəçilik
şəxsiyyətin
ən
mühüm,
qiymətli
keyfiyyətidir. Bu xüsusiyyət ona ətraf aləmdə baş verən
hadisələri düzgün qavrama və onlarla düzgün münasibətdə
olmaq imkanı verir.
Akademik İ.P.Pavlov müşahidəçiliyi elmi idrakın mühüm
şərti hesab edirdi. O, özünün yaratdığı bioloji stansiyanın
fasadında bu sözləri yazmışdı: «Müşahidəçilik, müşahidəçilik
və yenə də müşahidəçilik».
K.D.Uşinski
də
müşahidəçiliyin
əhəmiyyətini
qiymətləndirərək yazırdı: «Əgər təlim uşaqlarda əqli inkişafa
nail olmaq istəyirsə, o uşaqlarda müşahidəçilik qabiliyyətini
inkişaf etdirən çalışmalara üstünlük verməlidir».
277
Bütün bunlar göstərir ki, yetişməkdə olan gənclərdə
müşahidəçilik
qabiliyyətini
inkişaf
etdirmək
məktəbin
qarşısında duran vacib məsələdir.
Özünü yoxlamaq üçün sual və tapşırıqlar
1. Qavrayış nəyə deyilir?
2. Qavrayışın duyğularla oxşarlığı və fərqi nədən
ibarətdir?
3. Qavrayışın əsas xüsusiyyətləri hansılardır?
4. Qavrayışın əşyaviliyi dedikdə nəyi başa düşürsünüz?
5. Qavrayışın tamlığı və sabitliyini xarakterizə edin.
6. Qavrayışın mənalılığı və seçiciliyindən danışın.
7. Appersepsiya nədir?
8. Analizatorlardan asılı olaraq qavrayışın hansı növləri
vardır? Onları şərh edin.
9. Qarşıya qoyulan məqsəddən asılı olaraq qavrayışın
hansı növləri vardır?
10. Müşahidə və müşahidəçilikdən danışın.
11. Məkan qavrayışını şərh edin.
12. Zaman qavrayışını şərh edin.
13. Hərəkət qavrayışını şərh edin.
14. Qavrayışda illüziyalar nədir və necə baş verir?
Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular
1. Qavrayışın ümumi xarakteristikası
2. Qavrayışın əsas xüsusiyyətləri.
3. Qavrayışın hissi idrak prosesi kimi.
4. Uşaqlarda qavrayışın inkişafı.
Ədəbiyyat
278
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. 2-ci nəşri.
– Bakı, 2002, səh 257-260; 269-279.
Qədirov Ə.Ə. Yaş psixologiyası. – Bakı 2002
Rzayev
B.İ.
Məktəblilərdə
idrak
proseslərinin
fəallaşdırılması. – Bakı, 2000
Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın
əsasları. – Bakı, 2003
Luriə A. R. Ohuheniə i vospriətie. – M., 1975, s.43-
110
Xrestomatiə po ohuheniö i vospriətiö. – M., 1975
Loqvinenko A. D. Psixoloqiə vospriətiə. – M., 1987
Loqvinenko A. D. Çuvstvennıe osnovı vospriətie
pronstrastvo. M., 1985. s. 21-34
Vekker A. M. Psixiçeskie proüessı. T. I. , L. – 1974,
s. 196-278.
Qleytman Q. Fridlund A., Raysberq D. Osnovı psix-
oloqii. – S. Peterburq, 2001, s.252-294
279
10-cu FƏSİL
HAFİZƏ
Qısa xülasə
Hafizə haqqında anlayış. İnsanın duyub qavradıqlarının iz
salmadan getməməsi, beyində hifz olunması. Hafizə keçmiş
təcrübənin beyində nəqşləndirilməsi, yadda saxlanması, yada sa-
lınması və tanınmasından ibarət idrak prosesi kimi. Hafizənin insan
həyatında əhəmiyyəti. Hafizə haqqında nəzəriyyələr: psixoloji, fizi-
oloji, biokimyəvi. Hafizə mərkəzi.
Hafizənin prosesləri: yaddasaxlama, yadasalma, tanıma,
unutma. Yaddasaxlama və onun növləri: məntiqi və mexaniki, qeyri-
ixtiyari və ixtiyari, qısa müddətli və uzun müddətli, mnemonik yad-
dasaxlama. Yadasalma və tanıma. Unutma və onun xüsusiyyətləri;
unutma tempi. Reminisensiya hadisəsi.
Hafizənin növləri və tipləri: Yadda saxlanılan materialın
növlərindən asılı olaraq hərəkət, surət, emosional və sözlü məntiqi
hafizə. Qısa müddətli, uzun müddətli və operativ hafizə.
Hafizənin tipləri: görmə tipi, eşitmə tipi, hərəki tip, qarışıq
tip. Onların təlim prosesində nəzərə alınmasının əhəmiyyəti.
Hafizə pozuntuları.
280
IV.10.1. Hafizə haqqında anlayış
İnsanın duyub və qavradıqlarının, psixikasında baş
verənlərin hamısı izsiz ötüşmür, müəyyən mənada orada hifz
olunur. Bəziləri isə ömürlük qalır. Keçmişdə baş verənlərin
psixikada "izi", işarələri, kodu, sürəti qalır. Bizlərdən hər biri-
miz təsdiq edə bilərik ki, təkrarən duyduğumuz və
qavradıqlarımızı tanıyır və onu əvvəllərdə məhz o şəkildə
yaşadığımızı söyləyərik.
Psixikanın mühüm universal xüsusiyyətlərindən biri də
informasiyanın fasiləsiz olaraq toplanması qabiliyyətidir. Bu
proses psixi fəaliyyətin bütün dövr və sahələrini əhatə etməklə
bir çox hallarda avtomatlaşır, hətta az qala qeyri-şüuri
mahiyyət kəsb edir. Nümunə olaraq psixologiyada iki mötəbər
tarixi fakt kimi göstərilən hadisəni vermək istərdik.
Tamamilə savadsız qadın xəstələnir və həyəcanlı,
yüksək tonla mənasını özünun də başa düşmədiyi yunan və
latın dillərində danışmağa başlayır. Məlum olur ki, uşaqlıqda o,
keşişin yanında qulluqçu işləmişdir. Keşiş adətən antik
klassiklərin əsərlərindən pafosla parçalar oxuyarmış. Qadın isə
qeyri-ixtiyari olaraq onları yadda saxlamış, lakin xəstələnənə
qədər bunu heç özü də bilməmişdir.
Aptekdə gipnoz edilmiş şəxs dərmanların üzərindəki
yüzlərlə yazını, dərman adlarını əzbərdən söyləmişdir. Halbuki
onun tibblə heç vaxt bağlılığı olmamışdır.
Hafizə bütün canlılarda vardır. Hətta, bitkilərin də
yaddaşının olması ilə bağlı elmi fikirlər söylənilir. Geniş
mənada, hafizəni canlı orqanizmin informasiyanı təsbit edən
anadangəlmə və həyatda qazanılan mexanizm kimi də
xarakterizə etmək olar.
Hafizə keçmiş təcrübənin beyində nəqşləndirilməsi,
yadda saxlanması sayəsində sonralar onun tanınma və yada
salınmasından ibarət mürəkkəb psixi fəaliyyətdir.
Hafizənin insan həyatında və fəaliyyətində əhəmiyyəti
281
olduqca böyükdür. Əgər hafizə olmasaydı hər şey insana
həmişə yeni görünərdi. Hafizə olmasaydı insan «əbədi olaraq
yeni doğulmuş uşaq vəziyyətində qalardı» (İ.Seçenov). Bütün
psixi proseslərin ən mühüm xarakteristikası olan hafizə insan
şəxsiyyətinin vahidliyini və tamlığını təmin edir.
Hafizə və onun mexanizmləri ta qədim zamanlardan
mütəfəkkirlərin diqqətini cəlb edən bir problem olmuşdur. Bu
baxımdan hafizənin psixoloji, fizioloji, biokimyəvi və s.
nəzəriyyələri
meydana
çıxmışdır. Hafizənin
psixoloji
nəzəriyyəsində hələ vaxtilə Aristotelin irəli sürdüyü assosiasiya
anlayışı xüsusilə diqqəti cəlb edir. Bu anlayış bütün psixi
törəmələrdə məcburi prinsip kimi irəli sürülmüşdür. Bu
prinsipə görə əgər müəyyən psixi törəmələr şüurda eyni vaxtda
və ya bir-birinin ardınca meydana gəlirsə, onların arasında as-
sosiativ əlaqə yaranır və bu əlaqələrin hər hansı bir ünsürü
yenidən canlandıqda şüurda mütləq onun bütün ünsürlərinin
təsəvvürünü yaradır. Assosionistlər obyektlərin məkan-zaman
yaxınlığından, oxşarlığından və fərqindən asılı olaraq üç asso-
siasiya tipini ayırmışlar: qonşuluq üzrə, oxşarlıq üzrə, əkslik
üzrə. Bunların yaddasaxlama və yadasalmada əsas rol
oynadığını göstərmişlər.
Hafizə haqqında fizioloji nəzəriyyənin əsasını akademik
İ.P.Pavlov qoymuşdur. Bu İ.P.Pavlovun ali sinir fəaliyyətinin
qanunauyğunluqları haqqında təliminin əsas müddəaları ilə sıx
bağlıdır. Başqa sözlə, fizioloji nəzəriyyə hafizənin fizioloji
əsasını beyin qabığında müvəqqəti əlaqələrin yaranması,
möhkəmlənməsi və canlanması ilə bağlayır.
Hafizə haqqında biokimyəvi nəzəriyyə tərəfdarları belə
hesab edirlər ki, beyində müəyyən üzvlərin möhkəmlənməsi,
hifz edilməsi və yada salınması proseslərinin mexanizmləri
əsasında
xarici
qıcıqlandırıcıların
təsiri
altında
sinir
hüceyrələrində baş verən spesifik kimyəvi dəyişmələr durur.
Hafizə mərkəzi harada yerləşir? Son illərdə aparılan
psixolo;i tədqiqatlar təsdiq edir ki, yadasalma və xatırlama
282
emosiya və motivasiya ilə sıx bağlıdır. Məlum olur ki,
informasiyanın möhkəmləndirilməsində psixikanın affektiv və
motivasiya fəallığını təmin edən qabıqaltı sahə əhəmiyyətli rol
oynayır. Bütövlükdə beynin psixi funksiyasının lokalizasiyası
hələ də tamamilə öyrənilməmişdir. Hələ də informasiyaların
beyində necə kodlaşdırılması, deyək ki, görmə reseptorlarının
məlumatlarının necə və beynin hansı sahəsində qorunduğunu
tamamilə öyrənmək mümkün olmamışdır.
Beyində psixi funksiyanın necə lokallaşdırılması
haqqında ilkin məlumatlar beyin travmaları almış xəstələri mü-
şahidə etməklə toplanmışdır. Müəyyənləşdirilmişdir ki, beynin
arxa nahiyəsinin zədələnməsi görmənin, alın nahiyəsinin
zədələnməsi emosiyanın, sol yarımkürənin zədələnməsi nitqin
pozulmasına səbəb olur.
Lakin son zamanlara qədər çoxluğun təəccübünə səbəb
olan fakt ondan ibarət idi ki, yalnız heyvanlarda deyil, həm də
insanlarda da beynin böyük bir sahəsinin zədələnməsinə bax-
mayaraq, hafizə pozulmur.
Qəbul edilən yeganə qanunauyğunluq ondan ibarət idi
ki, beynin daha çox zədələnməsi ilə hafizənin pozulması
arasında asılılıq mövcuddur. Bu kütlənin təsiri qanunu
adlanır. Yəni beyin toxumalarının pozulması nisbəti ilə
hafizənin pozulması nisbəti düz mütənasibdir. Hətta, beynin
cərrahiyyə yolu ilə 20 faizi götürüldükdə belə, hafizə itmir. Elə
bu səbəbdən də hafizə mərkəzinin lokalizasiyasının olmasına
şübhə yarandı. Bəzi psixoloqlar isə hesab edirdilər ki, hafizə
orqanı bütövlükdə beyindir.
Son vaxtlar baş verən iki elmi yenilik psixikanın infor-
masiya mərkəzinin dəqiq öyrənilməsinə ümidləri artırmışdır.
Birinci, müəyyənləşdirilmişdir ki, beynin bir sıra sahələrinə
təsir göstərilməsi nəticəsində şüurda mürəkkəb zəncirvari ya-
dasalma baş verir. Yəni insan çoxdan unutduqlarını xatırlayır.
Cərrahiyyə əməliyyatından sonra unutduqlarını asanlıqla yada
sala bilir. İkinci, müəyyənləşdirilmişdir ki, hafizə mərkəzi və
283
ya
hər
halda
məlumatların
qısamüddətli
hafizədən
uzunmüddətli hafizəyə ötürülməsini tənzim edən sahəsinin
fəaliyyəti yeni informasiya daxil olanadək mümkün olmur. Bu
mərkəz «qippokamp» adlanır və beynin gicgah sahəsində
yerləşir. Qippokampın iki tərəfli götürülməsindən sonra
xəstələr cərrahiyyə əməliyyatına qədər baş verənləri yada salır,
lakin əməliyyatdan sonra baş verənləri isə yada sala bilmirlər.
Əvvəllər toplanmış informasiyaların harada qorunduğu sualı
hələ də öyrənilməmiş qalır.
Hafizə probleminin yekun həlli uzun illər boyu psix-
ologiya və fiziologiyanın mübahisə obyekti olmuşdur. Onun
həlli beyində informasiya daşıyıcısı olan fiziki təbiətinin (mo-
lekullar, zülallar və s.) öyrənilməsi nəticəsində mümkün
olacaqdır.
Dostları ilə paylaş: |