V.15.4. Temperamentin fizioloji əsasları
Əvvəlki bölmədə qeyd olduğu kimi, temperament haq-
qında geniş yayılmış, bütün dünya miqyasında qəbul edilən
üçüncü nəzəriyyə sinir sistemi nəzəriyyəsidir. Akademik İ.P.
Pavlov tərəfindən irəli sürülmüş bu nəzəriyyə ali sinir fəaliy-
yəti (ASF) sahəsində ən əsaslı kəşflərdən biri olmuşdur. İ.P.
374
Pavlov bu yolla temperamentin fizioloji əsasları haqqında
təlim yarada bilmişdir. Akademik İ.P.Pavlov belə bir qənaətə
gəlmişdir ki, temperamentin tipləri sinir sisteminin tiplərinə
əsasən formalaşır. Başqa sözlə sinir sistemi tipləri temperament
tiplərinin fizioloji əsasını təşkil edir. Sinir sisteminin bu tipləri
anadan gəlmə xarakter daşıyır. Ona görə də İ.P.Pavlov bu
tipləri genotiplər adlandırmışdır.
Ali sinir sisteminin bu tiplərini müəyyənləşdirmək üçün
akademik İ.P.Pavlov əsas sinir prosesləri olan oyanma və
ləngimənin üç xassəsini əsas götürmüşdür: 1)oyanma və
ləngimənin qüvvəsi; 2) oyanma və ləngimənin müvazinət
dərəcəsi; 3) oyanma və ləngimənin mütəhərrikliyi.
İtlər üzərində apardığı uzunmüddətli tədqiqatlar əsa-
sında akademik İ.P.Pavlov ali sinir fəaliyyəti tiplərinin təs-
nifatını vermişdir. O, oyanma və ləngimənin güvvəsi xassəsinə
görə itləri güvvətli və zəif olmaqla iki yeə ayırmış və burada
zəif sinir fəaliyyəti tipinin ayrıldığını qeyd etmişdir. Oyanma
və ləngimənin ikinci xassəsi olan müvazinət dərəcəsinə görə
qüvvətli xassəyə malik olan heyvanların da iki yerə ayrıldığını
göstərmişdir: cəld (diribaş) və asta tip. Nəticədə ali sinir fəa-
liyyətinin heyvanlar və insanlar üçün eyni olan aşağıdakı
tiplərinin olduğu aşkarı çıxarılmışdır: 1) zəif; 2) hövsələsiz ;
3) diribaş (cəld); 4) sakit.
Aşağıdakı şəkildə bu tuplərin necə yarandığını əyani
şəkiuldə görə bilirik.
375
Şəkil 16
Akademik İ.P.Pavlov belə bir qənaətə gəlmişdir ki,
güvvətli, müvazinətsiz xassəyə malik olan hövsələsiz (coşğun
sinir sistemi tipi xolerik temperament tipinin; qüvvətli, mü-
vazinətli; mütəhərrik xassəyə malik olan diribaş (zirək) sinir
sistemi tipi sanqvinik temperament tipinin; qüvvətli, müva-
zinətli, asta xassəyə malik olan sakit sinir sistemi tipi fleqmatik
temperament tipinin fizioloji əsasını təşkil edir.
Özünü yoxlamaq üçün sual və tapşırıqlar
1. Temperament nəyə deyilir? Onun digər psixi ha-
disələrdən fərqini dərk edin.
2. Temperament haqqında humoral nəzəriyyə nəyi
əsas götürür və onun yaradıcısı kim olmuşdur?
3. Temperament haqqında somatik nəzəriyyənin ma-
hiyyətini dərk edin.
Sinir sistemi tipləri
Müvazinətli
Müvazinətsiz S.S.T.
Qüvvətli
Zəif S.S.T.
Diribaş S.S.T.
Sakit S.S.T.
376
4. Temperament haqqında sinir sistemi nəzəriyyəsi
nəyi əsas götürür?
5. Sanqvinik temperament tipinin psixoloji xarakteris-
tikasını verin.
6. Xolerik temperament tipi hansı xüsusiyyətlərinə
görə fərqlənir?
7. Fleqmatik temperament tipinin psixoloji xarakte-
ristikasını verin.
8. Melanxolik temperament tipini fərqləndirən xüsu-
siyyətlər hansılardır?
9. Temperament fizioloji əsası nə ilə izah olunur?
10. Temperament tiplərini nəzərə almağın təlim-tərbiyə
prosesində rolu nədən ibarətdir?
Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular
1. Temperamentin tipləri və onların psixoloji xarak-
teristikası
2. Şagirdlərdə temperament tiplərinin təzahür xüsu-
siyyətləri.
3. Temperament və şəxsiyyət
Ədəbiyyat
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya 2-ci
nəşri. Bakı 2000, səh. 447-464
Əlizadə Ə., Şirinova Z. Nizami Gəncəvinin
psixoloji görüşləri. – Bakı, 2006, s. 123-137.
Nəcəfov M. İnsan beyninin fəaliyyəti və psixiki
proseslər. Bakı 1989
Qippenreyter Ö.B. Vvedenie v obhuö psixoloqiö.
Kurs leküiy. M., 1988, str. 234-256
Kovalev A.Q. Psixoloqiə liçnosti. M., 1970, str.
187-205
377
Nemov R.S. Psixoloqiə Kn. 1, M., 1998, str. 394-
404
Merlin V.S. Liçnostğ kak predmet psixolo-
qiçeskoqo issledovaniə. Permğ 1988, str. 234-256.
Merlin V.S. Oçerki teorii temperamenta. M., 1964
. RusalovV.M. Bioloqiçeskie osnovı individualğ-
no-psixoloqiçeskix razliçiy. M.,1979
. Rusalov V.M. O prirode temperamenta i eqo
mesto v strukture individualğnıx svoystv çeloveka.
//Voprosı psixoloqii, 1985, №11, str. 19-33
378
16-cı FƏSİL
XARAKTER
Qısa xülasə
Xarakter
haqqında
anlayış.
Xarakterin tərifi. Xarakter həyatda
qazanılmış davranış forması kimi. Xarakter
şəxsiyyətin mühüm və davamlı fərdi psixi
xüsusiyyətlərinin məcmusu kimi.
Xarakterin
quruluşu.
Xarakter
əlamətləri və onların qarşılıqlı əlaqəsi.
Xarakter əlamətləri və
şəxsiyyətin müna-
sibətləri. İnsanın başqa adamlara, özünə,
əməyə, əşyalara münasibətini ifadə
edən
xarakter əlamətləri.
Xarakter
haqqında
təlimlər
tarixindən.
Xarakter
haqqında
tədqiqatların əsas istiqamətləri. Qədim
dünyada xarakterin öyrənilməsi cəhdləri.
XIX
əsrdə
xarakter
haqqında
elmin
yaranması.
A.F.Lazurskinin
xarakter
haqqında tipologiyası. Z.Freydin və
müasir
psixoloanalitiklərin
xarakter
haqqında baxışları. R.Kettel şəxsiyyətin
əsas amilləri arasında güc və zəiflik
haqqında.
E.Frommun
irəli
sürdüyü
mazoxist, sadist, konformist, tənha tiplər.
K.Yunqun tipologiyası (ekstrovert və introvert tiplər).
Xarakterin aksentuasiyası. K.Leonqard və A.E.Liçkonun
xarakterin aksentuasiyası barədə konsepsiyaları).
379
Xarakter və şəxsiyyət. Xarakter və şəxsiyyətin əlaqəsi.
Hər bir şəxsiyyətdə xarakterin ən müxtəlif əlamətlərinin
inkişaf edə bilməsi. Şəxsiyyətin formalaşmasına yönəlmiş
cəmiyyətin fəallığının fərdi xarakterlərdə müxtəlif qaydalarla
rastlaşması. Xarakterin təzahürünün şəxsiyyətin təzahürünə
nisbətən vasitəsiz olması. A.F.Lazurski şəxsiyyət və xarakter
haqqında.
Xarakterin formalaşması.İnsan xarakterinin formalaşması
şərtləri: bioloji və sosial şərtlər. Xarakterin formalaşmasında
tərbiyə və özünütərbiyənin rolu. Xarakterin formalaşmasında
mühitin, kollektivin, nümunənin rolu.
V.16.1. Xarakter haqqında anlayış
Xarakterin tərifi. İnsanları bir-birlərindən fərqləndirən
şəxsiyyətin davamlı fərdi psixi xassələrindən biri də xarak-
terdir. Adətən, insanları bir-birlərindən fərqləndirərkən onların
xasiyyətini, xarakterini ön plana çəkirlər. Bu baxımdan
yunanca “xarakter” “möhür”, “naxış” mənasini bildirir.
Xarakter bir növ insanın yalnız özünəməxsus davranış
formasını əks etdirir. Onun ən mühüm cəhəti ondan ibarətdir
ki, xarakter şəxsiyyətin hər cür xüsusiyyətlərini deyil, mühüm
və davamlı fərdi xüsusiyyətlərinin məcmuunu özündə əks
etdirir. Digər tərəfdən xarakteri bir psixi fenomen kimi fərq-
ləndirən başlıca cəhət ondan ibarətdir ki, o həmişə fəaliyyət və
ünsiyyət prosesində, insanın onu əhatə edən gerçək aləmə və
insanlara münasibətdə təzahür edir. Xarakter həyatda qaza-
nılmış davranış formasıdır. Heç kim anadan tənbəl və ya
işgüzar, gobud və ya mehriban, qəddar və ya humanist, səliqəli
və ya pinti, təvazökar və ya xüdbin doğulmur. Bu kimi
keyfiyətləri həyat prosesində, tipik şəraitin, təlim və tərbi-
yəsinin təsiri altında əldə edir. Həmin əlamətlər həmin insanın
380
xarakterini təşkil edən tipik əlamətlər kimi formalaşır və tipik
şəraitdə dərhal özünü göstərməyə başlayır.
Bütün bunlarla yanaşı olaraq insan xarakteri onun
dünyagörüş və əqidəsilə də sıx bağlıdır. İnsanın münasibətlər
sistemini təşkil edən dünyagörüşü və əqidəsi istər-istəməz
onun xarakter əlamətlərinin formalaşmasına zəmin yaradır.
Adətən, xarakter formalaşdıqdan sonra bu və ya digər davranış
tərzini həyata keçirməyə təhrik edir.
Yuxarıda qeyd edilənlərə əsasən xarakterə belə tərif
vermək olar:
Konkret şəsiyyət üçün tipik olan fəaliyət və ünsiyyət
prosesində formalaşan və təzahür edən, tipik şəraitdə üzə
çıxan və şəxsiyyyətin bu şəraitə olan münasibəti ilə müəyyən
edilən özünəməxsus fərdi psixoloji xüsusiyyətlərinin
məcmusuna xarakter deyilir.
Psixoloqların apardıqları tədqiqatlar belə bir qənaətə gəl-
məyə imkan vermişdir ki, şəxsiyyətin münasibətləri xarakter
əlamətlərinin fərdi özünə məxsusluğunu iki cəhətdən müəy-
yənləşdirir. Birinci, insanın düşdüyü hər bir tipik şəraitdə
emosional həyəcanların fərdi özünəməxsusluğu şəxsiyyətin
münasibətlərindən asılıdır. Həyati faktlar xarakterin hər bir
xüsusiyyətinin məhz bu cür tipik şəraitdə özünü büruzə
verdiyini göstərir. İkincisi, hər bir tipik şəraitdə şəxsiyyətin
təzahür edən davranış fomasının özünəməxsus fərdi xüsusiy-
yətləri də onun münasibətindən asılıdır.
V.16.2. Xarakterin quruluşu
Xarakter əlamətlərinin qarşılıqlı əlaqəsi. Həyati
faktlardan göründüyü kimi, insan xarakteri çoxcəhətli
xüsusiyyətə
malikdir.
İnsan
xarakterində
müxtəlif
özünəməxsus əlamətləri müşahidə etmək mümkündür. Bu
əlamətlər bir-birindən ayrı, təcrid olunmuş şəkildə deyil,
vəhdət halında birləşərək xarakterin vahid strukturunu yaradır.
381
Xarakterin strukturunda olan əlamətlər bir-biri ilə
qanunauyğun şəkildə bağlıdır. Təcrübə göstərir ki, əgər insan
qorxaqdırsa o düşünməyə belə bir əsas verir ki, həmin adam
təşəbbüskarlıq, qətiyyətlilik
və
müstəqillik, əliaçıqlıq
keyfiyyətlərinə malik ola bilməz. Bununla belə xaraktercə
qorxaq olan adamda mütləq sünilik və yaltaqlıq, konformluq,
acgözlük, xəsislik, satqınlığa hazır olmaq, inamsızlıq və s.
əlamətlər özünü göstərəcəkdir. Lakin bu zaman həmin
əlamətlər arasında qorxaqlıq üstünlük təşkil edəcəkdir.
Xarakter əlamətləri içərisində bəziləri əsas, aparıcı
əlamət kimi özünü göstərəcək və bütün kompleksin
təzahürünün inkişafına istiqamət verəcəkdir. Bunlarla yanaşı
olaraq xarakterdə ikinci dərəcəli əlamətlər də mövcud olur ki,
onlar bir halda əsas əlamətlərə tabe olur, onlarla şərtlənir, digər
halda əsas əlamətlərlə uyğunlaşa bilmir.
Xarakter əlamətləri və şəxsiyyətin münasibətləri.
Xarakter əlamətləri şəxsiyyətin müxtəlif münasibətləri ilə
müəyyən edilən xassələr sisteminə malikdir. Bu münasibətlər
eyni zamanda xarakterin mühüm əlamətlərini təsnif etmək
üçün əsas rol oynayır. Bu baxımdan şəxsiyyətin münasibətlər
sistemini
və
xarakter
əlamətlərini
aşağıdakı
şəkildə
qruplaşdırmaq olar:
1. İnsanın başqa adamlara: doğma və yaxın adamlara,
təhsil və iş yoldaşlarına, tanıdığı və az tanıdığı adamlara
münasibətdə ifadə olunan xarakter əlamətləri. Bunlara
sədaqətlilik, prinsipiallıq və prinsipialsızlıq, ünsiyyətlilik və
qapalılıq, doğruçuluq və yalançılıq, mərifətlilik və kobudluq,
qayğıkeşlik və laqeydlik və s. aid etmək olar.
2. İnsanın özünün özünə münasibətini bildirən xarakter
əlamətləri. Bunlara heysiyyət, öz gücünə inam və inamsızlıq,
şöhrətpərəstlik, lovğalıq, təvazökarlıq, özü haqqında yüksək
fikirdə olmaq və s. aid etmək olar.
3. Əməyə
münasibətdə
özünü
göstərən
xarakter
əlamətləri. Bunlalara vicdanlılıq, əməksevərlik, tənbəllik,
382
təşəbbüskarlıq, işə məsuliyyətli və məsuliyyətsiz münasibət,
ciddilik və s. aid etmək olar.
4. İnsanın əşyalara münasibətini ifadə edən xarakter
əlamətləri. Bunlara səliqəlilik və ya pintilik, əşyalara qayğılı və
qayğısız münasibət və s. aid etmək olar.
V.16.3. Xarakter haqqında təlimlər tarixindən
Xarakteri tədqiq etmək cəhdləri hələ qədim zamanlardan
olmuşdur.Xarakterin təsnifatı üzrə ilk cəhd Platona məxsusdur.
O etik prinsiplər əsasında xarakterin tipologiyasını yaratmışdır.
Qədim yunan ədəbiyyatında Afina cəmiyyətində yayılmış
xarakter tipologiyasını Teofrast təsvir etmişdir. Xarakterin
tədqiqatına zahiri görünüşün onun müəyyən şəxsiyyət tipinə
məxsusluğu arasında bağlılıq haqqında elm-fizioqnomika
əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
XIX əsrin birinci yarısında xarakter haqqında elm yaran-
mağa başladı. Frenologiyanın yaradıcısı Qall insan xarak-
terinin təşəkkül tapdığı 27 elementar psixi xüsusiyyətləri
sadalayır, onların arasında artıq – törəmə instinkti, övlada
məhəbbət, bağlılıq, dostluq, dağıdıcı instinkt, mübarizəyə və
özünü müdafiəyə meyillilyi qeyd etmək olar.
XIX əsrin sonlarında xarakter problemləri üzrə ilk maraqlı
əsərlər kimi: F.Cordonun “İnsanın genealogiya və bədəni
nöqteyi-nəzərdən xarakter” və F.Polanın “Xarakterin psixolo-
giyası” kitabları meydana gəlir.
XX əsrin əvvələrində A.F.Lazurski ilk dəfə olaraq təkcə
insanın subyektiv xüsusiyyətlərini deyil, həm də onun dünya
görüşünü, “ictimai baxışlarını” nəzərə alan xarakterin psixosial
təsnifatını yaratmağı təklif etdi. Lazurski insanın ətraf mühitə
uyğunlaşma dərəcəsindən və ətraf mühitin insana hansı
dərəcədə təzyiq göstərməsindən asılı olaraq üç psixoloji səviy-
383
yə ayırd edirdi: aşağı səviyyə – kifayət qədər uyğunlaşma
qabiliyyəti olmayan insanlar; orta səviyyə - ətraf mühitdə öz
yerini tapa bilən və ondan öz məqsədləri üçün istifadə edə bilən
insanlar; ali səviyyə - yaradıcı səviyyədir. O ətraf mühiti
dəyişdirməyə çalışan insandır.
Bu üç uyğunlaşma və üstünlük səviyyələrini nəzərə alma
əsasında Lazurski xarakterin aşağıdakı təsnifatını təklif
etmişdir:
Aşağı səviyyə: 1) ağıllı tip; 2) affektiv tip (hərəkətli,
hissiyatlı, xəyalpərvər); 3) fəal tip (impulsiv, enerjili, itaətkar,
fəal, inadkar).
Orta səviyyə:1) praktik olmayan nəzəriyyəçilər,idealistlər
(alimlər, rəssamlar, dini xəyalpərəstlər); 2) praktiklər –
realistlər, alturistlər, ictimayətçilər, hökümlülər, evdarlar.
Ali səviyyə: Bu insanlara şüurluluq, ruhi duyğuların
uzlaşması, ali insani ideallar xasdır. Sonrakı tədqiqatlar xarak-
terin daha dəqiq anlaşılmasına gətirib çıxardı.
Fərdi xarakterlərin tipologiyasını təhlil edən Z.Freyd
xarakterin strukturu ideyasını əsas götürərək sübut edir ki,
“müəyyən əlamətlərdən əsas xarakterin formalaşdırılması
formulunu çıxartmaq olar, həm də nəzərə almaq lazımdır ki,
daimi əlamətlər ya dəyişilməyən ilkin impulsları, ya da onların
sublimasiyasını və ya onların yaratdığı reaktiv törəmələrini
təmsil edir”.
Erkən uşaqlığın xüsusiyyətləri, psixoseksual mərhələnin
inkişaf etməsinin spesifikası, müəyyən psixoseksual mərhə-
lənin təsbit edilməsi insanın xarakterinin xüsusiyyətlərini şərt-
ləndirir. Freyd xarakteri oral-passiv, oral-təcavüzkar, anal-
xarakterə, genital xarakterə ayırırdı.
Müasir psixoanalitiklər xüsusilə A.Louenin tipoloji
modelində xarakterin aşağıdakı tiplərini ayırırlar: aral, mazo-
xist, əsəbi, fallik-narsis, şizoid.
. A.Louen xarakter anlayışını yalnız pataloji hallarla
məhdudlaşdırmağı təklif edirdi. İnsan - əgər onun tipik
384
davranış vasitələri, yəni xarakteri yoxdursa o sağlamdır. Bu o
deməkdir ki, o real həyatda şəraitin müəyyən tələblərinə
uyğunlaşaraq özünü çox gözlənilməz aparır. Müasir amerika
psixologiyasında xarakterin iki alternativ tərifindən istifadə
olunur: “Xarakter – şəxsiyyətin əxlaqi və mənəvi baxışıdır”;
“Xarakter – şəxsiyyətin sübutlara nöqteyi-nəzəridir”.
R.Kettel şəxsiyyətin əsas amilləri arasında güc və
zəifliyi qeyd edirdi. Onun funksiyası“Ali-mən”in gücü sərt və
prinsipial hərəkət edən insanın iradəsinin gücünü, “Ali-mən”in
zəifliyi isə öz hərəkətlərində qeyri-sabit olan insanın iradəsinin
zəifliyini bildirməkdən ibarətdir.
Kettelə görə xarakter – insanın müəyyən münasibətlərdə
davranışında özünü biruzə verən, şəxsiyyətin əldə etdiyi daha
sabit zəruri xüsusiyyətlərinin fərdi uyğunluğudur. Bunlar
aşağıdakılardır:
1. Özünə münasibət (tələbkarlığın, tənqidin, özünəqiy-
mətləndirmənin dərəcəsi).
2. Başqalarına münasibət (fərdilik və ya kollektivçilik,
eqoizm və ya alturizm, qəddarlıq və ya xeyirxahlıq,
laqeydlik və ya həssaslıq, kobudluq və ya nəzakət, ya-
lançılıq və ya düzgünlük və s.).
3. Tapşırılan işə münasibət (tənbəllik və ya işgüzarlıq,
səliqəlilik və ya pintilik, təşəbbüskarlıq və ya passivlik,
səbirlilik və ya səbirsizlik, məsuliyyət və ya məs-
uliyyətsizlik, təşkilarçılıq və s.).
4. Xarakterdə iradi keyfiyyətlər də öz əksini tapır: çə-
tinlikləri, mənəvi və fiziki ağrıları dəf etməyə hazır
olmaq, sərbəstliyin, intizamın, inadkarlığın dərəcəsi.
Xarakterin ayrı-ayrı xüsusiyyətləri bir-birindən asılıdır və
bir-birləri ilə sıx bağlıdır. Xarakterin əlamətləri (xüsusiyyətləri)
dedikdə insan şəxsiyyətinin bu və ya başqa xüsusiyyətləri başa
düşülür. Bu xüsusiyyətlər insanın müxtəlif fəaliyyət növlərində
sistemli şəkildə özünü biruzə verir və bunlara görə müəyyən
şəraitdə şəxsiyyətin etdiyi hərəkətləri qiymətləndirmək olar.
385
Əlamətlərin birinci qrupuna şəxsiyyətin istiqamətini (meylini)
ifadə edən xüsusiyyətlər (sabit ehtiyaclar, maraqlar, meyllər,
ideallar, məqsədlər), ətraf mühitə münasibətlər və bu mü-
nasibətləri həyata keçirmənin fərdi-özünə məxsus vasitələrini
təmsil edən sistem daxildir. İkinci qrupa xarakterin intelektual,
iradi və emosional xüsusiyyətləri daxildir.
Xarakterin tiplərinin başqa təsnifatları da var. Məsələn,
insanın həyata, cəmiyyətə, mənəvi dəyərlərə münasibəti əsa-
sında qurulmuş xarakter tipologiyası çox məşhurdur. Onun
müəllifi bu tipologiyanı xarakterin sosial tipologiyası ad-
landıran E.Frommdur. E.Fromm adamları bir şəxsiyyət kimi
dörd tipə ayırır: mazoxist, sadist, konformist, tənha.
E.Fromun fikrincə mazoxist tipə malik olan adam uğur-
suzluqlarla qarşılaşan adamdır. Bu uğursuzluqda o yalnız özü-
nü günahkar sayır.
Sadist tip öz uğursuzluqlarının səbəbini özündə deyil,
başqa adamlarda, cəmiyyətdə görür. O, adamları və dünyanı
düşmən kimi qavrayır və onları məhv etməyə cəhd göstərir.
Daima hakimiyyətə, hökmranlığa, əzməyə, dağıtmağa can atır.
Konformist tip ümumi kütləyə qarışır, başqaları necədirsə
onlar kimi olmağa, onlardan fərqlənməməyə cəhd edir. O,
həmişə mövcüd şəraitə uyğunlaşır.
Tənha tip həmişə mübarizədən, cəmiyyətdən uzaqlaşır,
situasiyadan kənar olmağa, ondan qaçmağa çalışır.
K.Yunq tərəfindən irəli sürülmüş ekstravert və introvert
tipli xarakterlərin təsnifatı geniş yayılmışdır. Ekstravertlərə
coşqunluq, təşəbbüskarlıq, uyuşqanlıq, ünsiyyətlilik xasdır.
İntrovertlər üçün öz daxili aləmində baş verənlərdə şəxsi
maraqlarını güdməsi, ünsiyyətsiz, qapalı, özünü təhlilə meyl,
uyğunlaşmada çətinlik çəkmək xarakterikdir. Həmçinin
xarakteri konform və sərbəst, hakim və itaətkar, normativ və
anarxist tiplərə də ayırmaq olar.
Psixoloq S.Məcidovanın işləyib hazırladığı tipologiya
“69” adlanan xarakterin tipologiyası da maraq doğurur. Bu
386
tipologiyanın əsasında şəxsiyyətin özünü dərk etməsinin
səviyyələri durur. Onun tərəfindənm insanın inkişafının
təkamül mərhələlərini ifadə edən özünüdərkin 3 səviyyəsi
ayrılmışdır. Özünüdərkin birinci səviyyəsinə aid olan insanlar
aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunurlar: eqosentrizmlə,
meyarlarından birinin – “mənim – mənimki – olmayan”
münasibətlər sistemi olan ətraf aləmin fərqli qəbul edilməsilə;
hər şeyə qarşı istehlakçı, əşyavi münasibətlə; mənəviyyat üzə-
rində bütün maddi olanın hakimliyi ilə.
Özünüdərkin ikinci səviyyəsində olan insanlar onunla
xarakterizə olunurlar ki, soyuqluğun, eqosentrizmin yerinə
birliyin və cəmiyyətin müəyən hissəsi ilə tamlığın dərk edil-
məsi gəlir. Köhnə, qalıq kimi saxlanan, ətraf mühitin “mənim”
– “mənim olmayan”a ayrılmasına yeni fərqləndirmə genişlənir.
Şəxsiyyətin zamanı “mən”im mövcudluğunun real zamanından
kənara çıxaraq “biz”im mövcud olduğu zamanına daxil olur.
Özünüdərkin üçüncü səviyyəsinin əsas xarakteristikası –
fərqləndirmənin olmaması, məkan-zaman sonsuzluğu, ətraf-
aləmə qarşılıqlı münasibətlərin dərk edilməsi, onun birliyinin
qəbul edilməsi, güclü şəxsiyyətin başqaları ilə konkret
münasibətlərinin olmaması, ümumbəşəri mənəvi prinsiplərə
əməl etməkdir.
Demək olar ki, tipologiyanın bütün müəllifləri qeyd
edirlər ki, xarakter az ya çox ifadə edilə bilər. Əgər
xarakterlərin təzahürlərinin intensivliyini göstərən ox təsəvvür
etsək, onda aşağıdakı 3 zonanı qeyd etmək olar: tamamilə
“normal” xarakterlər zonası, seçilən xarakterlər zonası (onlar
aksentuasiyalı xarakterlər adını alıb), və güclü dəyişikliyə
məruz qalmış, yəni psixopatiyalı xarakterlər zonası. Birinci və
ikinci zonalar normaya uyğundur (geniş mənada), üçüncü zona
isə xarakterin patalogiyasına aiddir. Müvafiq olaraq, xarakterin
aksentuasiyasını normanın son variantları kimi nəzərdən ke-
çirirlər. Onlar da öz növbəsində aşkar və gizli aksentuasiyalara
bölünürlər. Aksentuasiyalı patoloji və normal xarakterlər ara-
387
sında fərq çox ciddidir.İkinci və üçüncü zonalara ayıran
əlamətlərin bir tərəfində ümumi psixologiyaya məxsus fərqlər
durur. Əlbəttə, əlamət çox yığcam səslənir. Buna baxmayaraq,
onu xarakterin intensivliyi məhvərində təxmini olaraq lokal-
laşdırmağa imkan verən meyarlar mövcuddur.
Bu meyarlar üçdür və onlar Qannuşkin-Kerbikovun
“psixopatiyanın meyarları” kimi məşhurdur. Xarakteri patoloji
hesab etmək, yəni psixopatiya kimi qiymətləndirmək olar.
A.E.Liçkonun fikrincə bu ilk əlamət atalar sözündə yaxşı misal
gətirilir (Necə gəlibsənsə elə də gedəcəksən). İkinci əlamət –
xarakterin ümumilik əlamətidir; psixopatlarda xarakterin eyni
bir xüsusiyyətinə hər yerdə rast gəlinir: evdə, işdə istirahət
edərkən və tanışların da, özgələrinin də arasında. Əgər insan
evdə bir cür, adamlar arasında başqa cürdürsə o psixopat deyil.
Nəhayət, üçüncü, demək olar ki, psixopatiyanın ən güclü
əlaməti – sosial uyğunsuzluqdur.
Bu əlamət ondan ibarətdir ki, insan daima həyati çətin-
liklərlə qarşılaşır.
Normal xarakterlərin son variantları kimi xarakterin ak-
sentuasiyasına gəldikdə isə, bu xarakterli insanlar üçün də bəzi
problemlər və çətinliklər xarakterikdir. Buna görə də həm
terminin özü, həm də aksentuasiyalı xarakterlərin ilk tətqi-
qatları psixiatrların əsərlərində ilk dəfə işıq üzü görüb. Hər
halda aksentuasiyalı xarakterlərin problemləri bəlkə də daha
çox ümumi psixologiyaya aiddir.
Məşhur alman psixiatrı K.Leonqardın fikrincə, 20%-50%
insanlarda xarakterin bəzi əlamətləri o qədər kəskinləşir ki,
(diqqəti cəlb edir) mübahisələrə və əsəb pozuntusuna gətirib
çıxarır. Xarakterin aksentuasiyası onun ayrı-ayrı xüsusiy-
yətlərinin, digərlərinin əksinə olaraq inkişafının şişirdilməsidir
və bunun nəticəsində də ətrafdakı adamlarla qarşılıqlı əlaqəni
çətinləşdirir.Leonqard aksentuasiyanın 12 tipini ayırır.
Xarakterin aksentuasiyasına daha çox yeniyetmə və
gənclərdə rast gəlinir (50-80%). Aksentuasiyanın tiplərini
388
xüsusi psixoloji testlərin köməyi ilə müəyyən etmək olar.
Leonqard aksentuasiyanın tiplərinin aşağıdakı təsnifatını
vermişdir.
Dostları ilə paylaş: |