I.1.3. Psixologiya elminin inkişaf mərhələləri
Psixologiya elmi öz inkişafında müxtəlif mərhələlərdən
keçmişdir. Bunlar aşağıdakılardan ibarətdir:
Elməqədərki I mərhələ. Qədim dövrdən başlayaraq
bizim eradan əvvəlki VII-VI əsrlərə qədərki dövrü əhatə edir.
Bu dövrdə ruh (psixika) haqqında təsəvvürlər çoxsaylı mif və
əfsanələrdə, nağıl və ilkin dini inamlarda, totemlərdə öz əksini
tapmışdır.
17
İlkin elmi təsəvvürlər (ikinci mərhələ). Bu dövr
eramızdan əvvəl VII-VI əsrlərdən başlayaraq XVIII əsrin so-
nuna qədər olan dövrü əhatə edir. Bu dövrdə psixologiya elmi
fəlsəfənin tərkibində inkişaf etmişdir. II mərhələnin başa
çatması ilə bağlı psixoloji ədəbiyyatda fikir və mövqelər fərq-
lidir. Kimi ilk psixologiya məktəbinin - assosionizmin
yaranmasıyla (XVIII əsrin sonları), kimi də fəlsəfə və təbiət
elmlərindən fərqli psixologiya terminlərinin yaranmasıyla
(XIX əsrin ortaları) II mərhələnin başa çatdığını qəbul edir.
Psixologiyanın inkişafının mərhələlərə ayrılması digər
elmlərdə olduğu kimi şərti xarakter daşıyır. Bəzən psixologiya
elminin müstəqil elm sahəsi kimi yaranmasını V.Vundtun eks-
perimental psixologiya laboratoriyasının yaranması tarixindən
götürməyi təklif edənlər də var. Bunlarla yanaşı psixologiyanın
müstəqil elm sahəsi kimi daha əvvəlki dövrlərdən meydana
çıxdığını qəbul edənlər də olmuşdur. Bu, psixologiyanın
müstəqil şəkildə predmetinin müəyyənləşməsi, humanitar və
təbiət elmləri sistemində öz yerini tutması, psixikanın daxili və
xarici təzahürlərinin eyni vaxtda öyrənilməsi ilə bağlıdır.
Psixologiyanın müstəqil mövqeyi onun bir fənn kimi
üniversitetlərdə tədris olunması ilə də əlaqələndirilir. Bu isə
XVIII əsrin sonu, XIX əsrin əvvəllərinə təsadüf edir.
Psixoloqların böyük əksəriyyəti psixologiya elminin
müstəqil elm sahəsi kimi meydana çıxmasının tarixini XIX
əsrin
ikinci
yarısından, eksperimental
psixologiyanın
yaranması tarixindən götürməyi daha düzgün hesab edirlər.
İstənilən halda qəbul etmək lazımdır ki, psixologiyanın
müstəqil elm sahəsi kimi mövcudluğu tarixi onun fəlsəfənin
tərkibində inkişafı tarixindən qat-qat azdır. Təbii ki, fəlsəfənin
tərkibində olduqda belə bu elm inkişaf etmiş, onun predmeti,
məzmunu təkmilləşmişdir.
Uzun müddət psixologiyanın predmeti ruh olmuşdur.
Lakin müxtəlif dövrlərdə ruh anlayışı müxtəlif məzmun,
mahiyyət kəsb etmişdir. «Ruhi aləm» anlayışının əmələ
18
gəlməsi ibtidai insanların animistik görüşləri ilə əlaqədardır.
İbtidai insanların təsəvvürlərində ruh bədəndən aydın surətdə
ayrılmır. Bu təsəvvürlər həyat fəaliyyəti və şüur, o cümlədən
yuxu, ölüm, ürəkkeçmə və s. hadisələrin elməqədərki, primitiv
– materialist şərhi nəticəsində əmələ gəlmişdi. Belə hadisələrin
səbəbini izah etməkdə çətinlik çəkən ibtidai insanlar onların
bilavasitə qavranılan zahiri cəhətlərini onun əsl mahiyyəti kimi
qəbul edirlər. Qədim insanlara görə insanın ruhu – onun
bənzəridir. Onun tələbatı və adətləri, mövcudluq şəraiti canlı
insanlarda olduğu kimidir.
Bununla yanaşı, hesab edilirdi ki, ruhun başlıca
funksiyası bədəni fəallaşdırmaqdır. Qədim dövrün alimləri –
psixoloqlar hesab edirdilər ki, bədən ətalətdə olan kütlədir və
onu məhz ruh hərəkətə gətirir. Ruh yalnız fəallıq üçün enerji
vermir, eyni zamanda onu istiqamətləndirir, insanın davranışını
tənzim edir.
Tədricən ruhun funksiyasına idrak da əlavə olundu.
Beləliklə, fəallığın mənbəyi kimi idrak, onun mərhələləri psix-
oloji tədqiqatların mühüm məsələlərinə çevrildi.
Orta əsrlərdə ruhun
öyrənilməsi ilə bağlı dini
nəzəriyyələr meydana çıxdı və elmi araşdırmaları sıxışdırmağa
başladı. Buna görə də formal olaraq psixologiyanın predmeti
dəyişmədi, bədənin fəallığının növləri, idrakın xüsusiyyətləri,
ilk növbədə hissi idrak tədqiq olunurdu. Tənzimedici funksiya,
iradi davranış, məntiqi təfəkkür və s. ilahi iradə, allaha inam
kimi təqdim olunmağa başlandı.
Lakin dini ideologiya real aləmə neqativ münasibət
formalaşdırmışdı, haqq-təalaya qovuşmaq istəyən insandan özü
ilə tək qalmaq tələb olunurdu. Din xadimləri hesab edirdilər ki,
mövcud olanlar artıq yaradılmışdır və əbədi olaraq dəyişməz
qalacaqdır. Yeganə radikal dəyişiklik yalnız insanın «ikinci
zühuru» zamanı baş verəcəkdir. O vaxta qədər isə heçnə
dəyişməyəcəkdir.
Lakin bu kimi təzyiqlərə baxmayaraq, artıq feodalizmin
19
daxilində mütərəqqi psixoloji təlimlər meydana çıxır. Həmin
dövrdə universitet tələbələri ilk mühazirədə professoru
qiymətləndirmək istədikdə deyirdilər: «Bizə ruhi aləm
haqqında danışın!».
Digər elm sahələri kimi, psixologiya elmi də tədricən di-
nin təzyiqlərindən, buxovundan azad olmağa başladı. Antik
dövrlərdə olduğu kimi, elm yenə də obyektiv, rasional
düşüncəyə, yanaşmaya, ağıla, inama, real faktlara istinad
etməyə başladı. Lakin bununla yanaşı, dini inamlardan hələ də
tam imtina etmək mümkün deyildi. Buna görə də
psixologiyanın predmeti dəyişdi. Onun predmeti ruh, ruhu
aləm deyil, şüur, onun məzmunu, formalaşdırılması yolları ol-
du.
Lakin bu dövr ona gətirib çıxardı ki, artıq XVIII əsrdə
faktiki olaraq idrak prosesləri psixologiyanın predmetinə çe-
vrildi. Eyni zamanda, davranış, emosional proseslər, eləcə də
şəxsiyyət, onun inkişafı hələ də psixologiyanın predmetindən
kənarda qalırdı. Tədqiqatların belə məhdud dairəsi ilk
dövrlərdə həm də əhəmiyyətli idi. Belə ki, bu vəziyyət psixolo-
giyaya dini mövqedən uzaqlaşmağa, sonra isə eksperimental
elmə çevrilməyə imkan yaratdı. Bu həm də onun müstəqil elm
sahəsinə
çevrilməsinə, tədqiqat
sahəsinin, predmetinin
fəlsəfədən fərqlənməsinə, ayrılmasına təkan verdi. Digər
tərəfdən isə belə yanaşma psixologiyanın inkişafına əngəl olur-
du. Buna görə də XIX əsrin ikinci yarısında bu məsələlərə
yenidən baxmaq zərurəti yarandı. Biologiyanın inkişafı, o
cümlədən Ç. Darvinin təkamül nəzəriyyəsi, H.Spenserin və
digər tədqiqatçıların işlərinin nəticəsində psixologiya elmi
fəlsəfədən tamamilə ayrıldı, təbiət elmlərinə yaxınlaşdı. Bu-
nunla yanaşı, öz predmetini genişləndirərək, İ.N.Seçenovun
sözləri ilə desək «şüur sahəsindən davranış sahəsinə» keçirdi.
Beləliklə idrak proseslərindən başqa, emosional proseslər və
davranış psixologiyanın predmetinə daxil oldu. Daha mühümü
isə ondan ibarətdir ki, psixologiyanın obyektiv elm sahəsi ol-
20
maq cəhdi psixikanın tədqiqində yeni metodların axtarışına
səbəb olmadı. XIX əsrin 80-cı illərinə qədər introspeksiya hələ
də aparıcı metod olaraq qalırdı.
Psixologiya elminin inkişafının III mərhələsi Alma-
niyanın Leypsiq şəhərində V.Vundtun ilk eksperimental psix-
ologiya laboratoriyasının yaratması ilə başlayır.
Eksperimental psixologiya laboratoriyasının yaranması
ilə psixologiya müstəqil, obyektiv və eksperimental elm
sahəsinə çevrildi. Lakin V.Vundt-un assosianist yanaşmanın
əsasında qurduğu psixoloji model insanın ruhu aləmi, emosian-
al haləti, şəxsiyyətin strukturu, yaradıcı fəallığı ilə bağlı yeni
faktlar verə bilmədi.
Belə vəziyyət alimləri psixikanın tədqiqi ilə bağlı yeni
metodlar axtarmağa sövq etdi. Həmin dövrdə yaranan ilk psix-
ologiya məktəbləri (strukturalizm, funksionalizm, Vyursburq
məktəbi) uzun müddət fəaliyyət göstərə bilmədi. Lakin onlar
sübut etdilər ki, psixologiyanın predmeti, metodları ilə bağlı
fərqli mövqelər, yanaşmalar mövcuddur. Beləliklə, zamanın
tələblərinə uyğun yeni axtarışlar başladı. Bu dövrü psixoloqlar
metodoloji böhran dövrü adlandırırlar.
Vahid mövqeyə gələ bilməmələri nəticəsində XX əsrin
əvvələrində psixologiyada bir neçə istiqamət meydana çıxdı.
Onların hər birinin öz predmeti və tədqiqat metodları yarandı.
Nəticədə psixologiyada psixoanaliz, biheviorizm, qeştalt psix-
ologiya, marksist psixologiya istiqamətləri və məktəbləri
yarandı.
XX əsrin II yarısında yeni psixologiya məktəbləri və
istiqamətləri: humanist psixologiya, genetik psixologiya, koq-
nitiv psixologiya meydana çıxdı. Beləliklə, demək olar ki, XX
əsrin 60-cı illərindən başlayaraq psixologiya elmi özünün yeni
inkişaf mərhələsinə daxil oldu. Bu mərhələnin xarakterik
xüsusiyyəti ondan ibarətdir ki, indi ayrılma, parçalanma yox,
ayrı-ayrı məktəblərin, tədqiqat istiqamətlərinin birləşməsi pro-
sesi gedir.
21
I.1.4. Azərbyacanda psixoloji fikrin və elmi
psixologiyanın yaranması, inkişafı
Azərbyacanda psixoloji fikrin təşəkkülü və inkişafı
Bütün dünyada olduğu kimi, Azərbaycanda da psixoloji
fikrin yaranması və inkişafını iki mərhələyə ayırmaq olar:
elməqədərki və elmi psixologiyanın təşəkkülü və inkişafı.
Əlbəttə, onların arasında kəskin sədd qoymaq, sərhəd çəkmək
də düzgün olmazdı. Onlar bir-birinin daxilində formalaşmış,
biri digərinin inkişafına zəmin yaratmışdır.
Elməqədərki psixoloji fikirlərin yaranması tarixi çox
qədimdən, eramızdan əvvəldən başlanır. O, bir tərəfdən Şərq
fəlsəfi fikrindən, digər tərəfdən xalq yaradıcılığından bəhrələn-
mişdir. O bir tərəfdən həyatın özündən, ictimai-tarixi proseslər-
dən asılı olaraq inkişaf etmiş, digər tərəfdən baş verən proseslər
psixoloji fikrə öz təsirini göstərmişdir.
Azərbaycanda psixoloji fikrin, psixologiya elminin tarix-
inin araşdırılmasını dünya psixologiya elminin inkişafı
kontekstindən ayırmamağı lazım bildik.
Professorlar Ə.S.Bayramov və Ə.Ə.Əlizadə elməqədərki
psixologiyanı eyni zamanda «güzəran psixologiyası» adlan-
dırırlar. Onlar yazırlar: «Güzəran psixologiyasına aid biliklərin
mənbəyini ictimai və şəxsi təcrübə təşkil edir. Hələ qədim za-
manlardan başlayaraq bu biliklər nəsildən-nəslə verilmiş
müxtəlif obrazlı ifadələrdə, atalar sözlərində, bayatılarda,
nağıllarda, dastanlarda və s.-də özünün əksini tapmışdır. Bizim
hər birimiz bu bilikləri ətraf adamlardan, eləcə də şifahi xalq
ədəbiyyatı vasitəsilə mənimsəyirik. İnsanın şəxsi təcrübəsində
həmin biliklər daha da dəqiqləşir, yeni məna çalarları kəsb
edir».
Onlar daha sonra yazırlar: «Güzəran psixologiyasına aid
olan biliklərdə biz hətta müasir psixologiya üçün maraqlı olan
22
müəyyən faktlara rast gəlirik. Lakin onların hamısı üçün bir
cəhət səciyyəvidir – güzəran psixologiyasında faktlar ardıcıl
şəkildə izah edilmir, sübut olunmur».
İnsanlar lap qədimlərdən qarşılıqlı münasibətlərdə olduq-
ları, ünsiyyətə girdikləri insanları öyrənməyə, anlamağa, dərk
etməyə çalışmış, bunun üçün müşahidələr aparmışlar. Tədricən
toplanan biliklər ümumiləşdirilmiş, dildən-dilə, ağızdan-ağıza
keçərək ümuminin, hamının qəbul etdiyi fikirlər olmuşdur.
Bunlar bayatılar, nağıllar, atalar sözləri, nəğmələr, laylalar,
miflər, əfsanələr və s. şəklində, lakonik dillə çatdırılmışdır.
Demək olar ki, elmi psixologiyanın tədqiq etdiyi sahələr
içərisində elə bir problem yoxdur ki, xalq yaradıcılığında da
ondan bəhs olunmasın, münasibət bildirilməsin.
Xalq yaradıcılığında xalqın düşüncə və davranış tərzi,
ayrı-ayrı dövrlərdə baş verən hadisələrə münasibəti öz əksini
bariz şəkildə tapır. Yəni hadisələrə münasibət, onun təhlili, üm-
id və istəklər bu yaradıcılığın əsasını təşkil edir.
Psixoloji fikrin yaranması və inşasının digər bir istiqa-
məti isə yazılı ədəbiyyat, filosof və yazıçıların, şairlərin yara-
dıcılığıdır. Bu mənada «Kitabi-Dədə Qorqud» dastanı, S.Şirazi,
Nizami, N.Tusi, Nəsimi, Füzuli, M.F.Axundov, Sabir, C.Məm-
mədquluzadə və digər mütəfəkkirlərin yaradıcılığı Azərbaycan
psixoloji fikrinin yaranması, inkişafı və formalaşmasında
əhəmiyyətli rol oynamışdır. Onların yaradıcılıığı bir tərəfdən
xalqın təfəkkür tərzinin inkişafına təkan vermiş, digər tərəfdən
bu əsərlərin özündə həyat reallıqları əksini tapmışdır. Yəni
Azərbaycan xalqının keçdiyi inkişaf yolunun mərhələlərini
müəyyənləşdirməkdə bu əsərlər gözəl bir mənbədir.
Professor Ə.S.Bayramov yazır: «Hər bir xalq və ya etnos
özünü düzgün dərk edib qiymətləndirmək və tərəqqiyə nail ol-
maq üçün yalnız özünün sosial-iqtisadi tarixi keçmişinə deyil,
həm də öz psixoloji keçmişinə dərindən bələd olmalıdır».
Azərbaycan xalqının islam dininin Azərbaycana gəlişinə
qədərki həyat, məişət və təfəkkür tərzi şifahi xalq ədəbiyyatın-
23
da və «Kitabi-Dədə Qorqud» dastanında çox bariz şəkildə öz
əksini tapmışdır.
Dastanda totemizmin, şamanizmin, çoxallahlığın xeyli
açıq və gizli əlamətləri vardır. Əsərdə Basatı aslan bəsləyir və
eyni zamanda Basat deyir: «Anam adın sorar olsan Qaba Ağac,
atam adın deyirsən Qocan Aslan, mənim adım sorarsan Aruz
oğlu Basat».
Dastan belə başlayır: «Xanım hey!»
Belə bir başlanğıc, «hey» nidadır, niskildir, çağırışdır. Əl
çatmayan, ötüb keçmiş, yanğı yaradan bir hissdir. Daxilin, ge-
nin, idrakın uyuşmadığı bir mühitə düşərək xiffəti, fəryadıdır.
Tarixçi Gizo yazırdı: «Elə ki, xalqların arxasında uzun və
şərəfli tarix durdu, onlar nə qədər çalışsalar da, bu keçmişdən
ayrıla bilməyəcəklər. Onlar hətta bu keçmişi məhv etməyə
çalışdıqları zaman belə onun təsiri altında olacaqlar».
Qədim türklər islamdan qabaq çoxallahlı idilər. Onlar öz
qılınclarına and içir, suyla xəbərləşir, qurd üzü mübarəkdir
deyirdilər.
Deməli, xalqın etnogeni ilə mühiti arasında uyğunluq ol-
duqda xalq inkişaf edir. Onların arasında ziddiyyət olduqda isə
mənəviyyatda, əxlaqda deformasiya baş verir. Bəzən xalqın
etnogeninə, düşüncə tərzinə yad, yabançı olanı ona doğru,
düzgün kimi təqdim edir, inandırmağa çalışırlar.
Psixoloji fikrin inkişaf mərhələlərinin müəyyənləşdiril-
məsində şifahi xalq ədəbiyyatının, klassiklərimizin yaratdıqları
əvəzsiz xəzinədir.
«Kitabi-Dədə Qorqud»da başlıca ideyalardan biri əsarət-
dən, mütilikdən, kökünə, soyuna dönük çıxmaqdan ölümün üs-
tün tutulmasıdır. Etibar, inam, sədaqət, ləyaqət aparıcı
xətlərdən birini təşkil edir. Beyrəyin nişanlısı yalnız onun
dirisinə yox, ölüsünə də sadiq qalacağını bildirir: «Erkək sinəyi
(milçəyi) üzərimə qondurmam», - deyir.
Dastanda ən çox diqqəti cəlb edən azadlıq, azad fikir,
qadın və kişi bərabərliyi, qadının uca, yüksək tutulmasıdır.
24
Qanlı Qoca oğlu Qanturalı evləndirmək istəyir və ondan nə
sayaq qız itsədiyini soruşur. Qantural deyir: «Baba, mən
yerimdən durmadan ol durmuş ola, mən qanlı kafər əlinə var-
madan ol varmış, mənə baş gətirmiş ola».
Mərdlik, məğrurluq, qeyrət eynilə qıza, qadına da xas
olub. Ərləriylə, sevgililəriylə bir meydanda döyüşən qadınlar
eyni zamanda onların qürurunu sındırmamağa, kişilərin
yanında qürrələnməməyə çalışıblar: «Öyünərsə ər öyünsün –
aslandı. Öyünməklik övrətlərə böhtandır. Öyünməklə övrət ər
olmaz», - deyiblər.
Dədə Qorqud dünyasının əxlaq qaydaları, mərdlik, ləya-
qət, şərəf, nəciblik anlayışları azərbaycanlı psixologiyasının,
xarakterinin təməlidir. Zaman-zaman dəyişən, zənginləşən,
bəziləri itib-batan, bir çox keyfiyyətləri deformasiyaya uğrayan
azərbaycanlı psixologiyasının etnogeni, nüvəsi Dədə Qorqud
dövründə təşəkkül tapmış, formalaşmışdır.
Dədə Qorqud fəlsəfəsi bəşəridir, ölməzdir, insanı saflaş-
dırandır. «Hanı dediyim bəy ərənlər? Dünya mənim deyənlər?
Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı? Gəlimli, gedimli
dünya. Son ucu ölümlü dünya».
Azərbaycanda psixoloji fikrin birinci mərhələsi eramız-
dan əvvəl başlayıb, islam dininin Azərbaycana gəlişiylə başa
çatır. Lakin ikinci dövr asanlıqla, birdən-birə yaranmadı. Neçə
əsrlər boyu paralel yaşadı. Elə bugünkü günümüzdə də bu para-
lelliyin bir çox cəhətləri davam edir, yaşayır: adət-ənənələri-
mizdə, andımızda, xarakterimizdə.
«İslamiyyətdə milli mənsubiyyət yoxdur» şüarı ilə
Azəbaycan dünyasına daxil olan islam dini millətlərin,
xalqların müxtəlifliyini, özünəməxsusluğunu, milli simasını di-
ni biliklərlə əvəz etməyə çalışdı. Bu isə təfəkkürdə, düşüncədə
inam və əqidədə yeniləşmə demək idi.
İslam dini təkcə qılıncla yox, siyasətlə, ideologiya ilə,
şüurlara təsirlə, inandırma yolu ilə yayıldı. Bu yayılma
müəyyən müddət türk dilinin sıxışdırılması, fars və ərəb dilinin
25
yayılması idi. Yalnız XV-XVI əsrlərdən başlayaraq yenidən
türk dili ədəbiyyata, mədəniyyətə qayıtmağa başladı. Xətai,
Füzuli kimi böyük şairlər yetişdi. Aşıq şeri inkişaf etdi. Bu,
xalqın təfəkkürünün, oyanışının, şüurunun yeni dövrü idi. Xalq
fars, ərəb təsirindən qurtulub, kökünə qayıtmaq istəyirdi. Bu,
yeni qayıdış idi. Artıq bu dövrdə qədim türklərdəki adət-
ənənələr, qadın sərbəstliyi, inamlar dəyişmişdi. Əgər islam dini
ərəblərə inkişaf, qadın hüququ, cəhalətdən qurtarmaq imkanı
vermişdisə, qədim türklərin bir çox sərbəstliyi, azadlığı
buxovlanmışdı.
İslam dininin Azərbaycana gəlişi ilə burada ərəb, fars,
türk və digər etnos və xalqların dünyagörüşü, mədəniyyəti,
adət-ənənələrinin sintezindən yeni mədəniyyət, yeni təfəkkür
yaranmağa başladı. Farsların ədəbiyyatı, ərəblərin fəlsəfəsi,
türklərin ictimai-siyasi, sosial-iqtisadi təfəkküründən, adət-
ənənələrindən yeni dünyagörüşü yarandı.
Şəxsiyyətin formalaşmasında orta əsrlərdən başlayaraq
tərbiyə ön plana keçdi. Şair, filosof, mütəfəkkirlərin əsərlərində
nəsihətçilik əsas yer tutdu. Mənəviyyat məsələləri önə keçdi.
Yalnız mənəviyyat, maddidən imtina çağırışları öz təsirini
göstərdi. Maddiliyin ikinci olması maddiyə maraq və tələbatı
artırdı. Lakin bu, aşkar deyil, gizli mahiyyət daşıdı. Ona görə
də deyilirdi: «Vaiz özü lüm-lüm udur batində, ancaq zahirdə
dediyi mənaya bir bax».
Bu mənada məşhur hind filosofu Vivekananda gözəl de-
yib: «Şərqin heyrətamiz ruhi nailiyyətlərini Qərbin eyni dərə-
cədə heyrətamiz maddi nailiyyətləri ilə bölüşdürmək lazımdır».
Müxtəlif dövrləri, ictimai tarixi şəraiti öyrənən əksər təd-
qiqatçılar konkret tarixi şəraitdə yaşayan insanların dünyagörü-
şü, şəxsiyyəti və mənəviyyatını tədqiq edərkən həmin dövrün
insanlarının psixologiyasının öyrənilməsini vacib şərt kimi irəli
sürmüşlər. Belə yanaşmanın səmərəliliyi bir də ondadır ki, hər
bir konkret dövr həyat tərzi, mənəvi dəyərləri baxımından bən-
zərsiz, təkrarolunmazdır. Bütün bunlar isə insana özünün
26
təsirini göstərir, ictimai-tarixi şəraitə uyğun şəxsiyyətlər
formalaşdırır.
Məlumdur ki, qədim dövrün insanlarının daxili dünyası,
xarakteri, maraqları, tələbatı orta əsrlərin və müasir dövrün
adamlarından fərqli olmuşdur.
Əlbəttə, biz bu fərqləri heç də bütləşdirmək istəmirik. Bu
fikri qəbul edirik ki, adət-ənənə, tarixi və mədəni nailiyyətlər
nəsildən-nəslə keçərək eyni millətə, xalqa, coğrafi məkana
məxsus insanlarda əsrlər boyu davam edən oxşar xarakterli,
dünyagörüşlü, uyğun psixoloji tipli şəxsiyyətlər də formalaş-
dırır.
Nizami, Xəqani, Nəsimi, Füzuli və digər mütəfəkkirlərin
yaradıcılığında həm qədim türk, həm də islam dəyərləri bir
tərəfdən qovuşmuş, vəhdətdə götürülmüş, digər tərəfdən zid-
diyət təşkil etmişdir.
Nizami şeyxdir, islamın tədqiqatçısıdır. Əsərlərini fars
dilində yazıb. Amma mənşəcə, xaraktercə türkdür. O, əsərlə-
rində 350-dən artıq türk adı işlədib. Türkə xas olan
keyfiyyətləri onun kimi dəqiq heç kim göstərə bilməyib. O,
türkçülüyün əsl təbliğatçısı olub, bütün yaxşı keyfiyətləri onun
adı ilə bağlayıb. Lakin onun özü də etiraf edir ki, bir çox hal-
larda nə qədər axtarsa da, müəyyən qənaətə gəlməkdə çətinlik
çəkib:
Nə qədər oraya at çapsam da mən,
Bir xəbər gətirmək gəlmir əlimdən.
deyir.
Professor Ə.S.Bayramov yazır: «Nəsiminin təbliğ etdiyi
fikir və mülahizələr, görüşlər isə o dövrün hakim islam dini
ideyalarının tamamilə əksinə olmuşdur. Buna görə də onun
şerlərini oxuyanlar belə ölüm təhlükəsinə məruz qalmışlar».
Orta əsrlərdə, o cümlədən 1613-cü ildə Şah Abbasın
(1587-1629) Osmanlılara qalib gəlməsindən sonra Qafqazdan
İrana xeyli əhali köçürüldü. Təbrizdən xeyli əhali İsfahana
gətirildi. Belə yerdəyişmələr, təbii ki, o dövrün adamlarının
27
dünyagörüşünə təsir edir, adət-ənənələri dəyişdirirdi.
Orta əsrləri Şərqin intibah dövrü də adlandırırlar. Bu
dövrdə Bağdadda, Dəməşqdə, Qahirədə və digər şəhərlərdə ye-
ni-yeni elm ocaqları yaradıldı. Elmin müxtəlif sahələrində
nailiyyətlər qazanıldı, görkəmli şəxsiyyətlər yetişdi.
Bu dövrdə ərəb və fars dili, adət-ənənəsi yuxarı dairələr-
də, ədəbiyyatda geniş yayılsa da, sadə xalq arasında türk dili,
türk ənənəsi qorunub saxlanılırdı. Azərbaycan xalqının psixo-
logiyası da məhz bu zəmində formalaşırdı.
XVIII əsrin sonları – XIX əsrin əvvəllərində belə mürək-
kəblik, ziddiyyət, dolaşıqlıq azmış kimi, dini, düşüncəsi, həyat
tərzi tamamilə fərqli olan ruslar Azərbaycana daxil olur. Psixo-
loji fikrin ikinci mərhələsi başa çatır, üçüncü mərhələ başlayır.
Formalaşmış bir çox keyfiyyətlər, xüsusiyyətlər dəyişir. Yeni
tip məktəblər açılır. Bir çox mütəfəkkirlər yeni mühitin
yaratdığı adamlar oldu. Formalaşmış xüsusiyyətlərlə yeni
arasındakı ziddiyyət tədricən yeninin yayılması, güclənməsi ilə
nəticələndi.
XIX əsrin sonlarına doğru Azərbaycanda maarif, mədə-
niyyət inkişaf edir, ziyalılar nəsli yetişirdi. Çar Rusiyasından
Azərbaycana sürgünlər edilir, vəzifə borcu ilə bağlı çinovniklər
gəlir, digər tərəfdən Rusiyada təhsil alanlar, qulluq edənlərin sayı
artırdı. A.Bakıxanov, M.F.Axundov, N.Vəzirov, H.Zərdabi və
başqaları elmə, mədəniyyətə, dövrə, zamana uyğun, əvvəl-
kilərdən fərqli, həm də köhnəliyi, fanatizmi tənqid edən əsərlər
yaratmaqla bərabər milli, bəşəri hisslərin formalaşması üçün
əllərindən gələni edirdilər.
M.F.Axundovun 1850-1855-ci illər arasında yazdığı
pyeslər nəinki Azərbaycanda, bütövlükdə Şərqdə yeni bir
hadisə idi. Orta əsrlərdə qəzəl janrı necə məşhur idisə, geniş
yayılmışdısa, Axundovdan sonra dram janrları da XIX əsrin
ikinci
yarısında
eləcə
geniş
yayılmışdı,
xalqın
maariflənməsində əvəzsiz rol oynamışdı.
XIX əsrin ikinci yarısında - 1875-ci ildə «Əkinçi» qəze-
28
tinin nəşrinə başlanması böyük, əhəmiyyətli hadisə idi. Bu
qəzet Azərbaycanda maarifin, mədəniyyətin, elmin inkişafında
önəmli yer tutur. Qəzetin yaradıcısı Həsən bəy Zərdabi nəinki
həmin dövrün, eləcə də sonrakı dövrlərin, bundan sonrakı
zamanın ən böyük maarifçisi, ziyalısı olaraq qalacaq.
Bu dövrdə diqqəti cəlb edən digər bir məsələ isə teatr
tamaşalarının göstərilməsi ilə bağlıdır. Oxumağı, yazmağı ba-
carmayan xalq məhz bu tamaşalar vasitəsilə öz hüquq və
azadlıqlarını başa düşür, tədricən onun uğrunda mubarizəyə
hazırlaşırdılar.
Azərbaycanda neft sənayesinin sürətli inkişafı da psix-
oloji fikrin inkişafına öz təsirini göstərirdi. Bakı Şərqlə Qərbin,
şərq mədəniyyəti ilə qərb mədəniyyətinin qovuşduğu mərkəzə
çevrilirdi. Bura həm Şərqdən, həm Rusiyadan, həm də Avropa-
dan insanlar gəlir, iş qurur, işləyir, yaşayır, şəhəri zəngin-
ləşdirirdilər.
Bir tərəfdən sənayenin tələbatını ödəyən işçilərin hazır-
lanması üçün məktəblər açılır, təhsil almaq üçün başqa ölkələrə
tələbələr göndərilir, mətbuat yaranır, digər tərəfdən qadın
hüquqları, şəxsiyyət azadlıqları tapdanırdı. Ona görə də Azər-
baycanda maarifçilik hərəkatı genişlənməyə başladı. Bir tərəfdə
xalqın inkişafını həyat tərzinin kəskin şəkildə dəyişməsində
görənlər, cəhaləti, avamlığı tənqid edənlər, digər tərəfdə isə
təkamülü, tədrici inkişafı, maariflənməni çıxış yolu kimi görən-
lər, bu yolda çalışanlar meydana gəldi.
Elə buna görə də XX əsrin əvvəllərini Azərbaycanın yeni
bir intibah dövrü hesab edirlər. Məhz bu dövrdə çoxsaylı
mətbuat orqanı, Şərqdə ilk teatr, opera sənəti yarandı. Xalqın
həyat tərzi, düşüncə və təfəkküründə, adət-ənənələrində böyük
dəyişiklik baş verdi.
XIX əsrin sonuna yaxın köhnəlik tədricən özünün süqu-
tuna yaxınlaşdı. Məişətdən tutmuş həyat və fəaliyyətin bütün
sahələrində əvvəlki davranış formaları nadanlıq hesab edilmə-
yə, tifaqlar dağılmağa, münasibətlər başqa şəkil almağa
29
başladı, adət-ənənələr dəyişdi. Hacı həsən ağalar, şeyx nəsrul-
lahlar, xudayar bəylər, məşədi ibadlar sırasından fəxrəddinlər,
kefli isgəndərlər, şamxallar ayrılmağa başladılar. İsmayıl
Şıxlının «Dəli Kür» əsərində bu dövrün bütün çalarları,
ziddiyyətləri əks olunub. Məhz bu dövrdən başlayaraq özündə
qədim türklərin qanını, mərdliyini, kişiliyini daşıyan cahandar
ağaların da məhvi başladı.
Böyük Oktyabrın qələbəsindən sonra SSRİ adlanan mə-
kanda bir sistem yarandı. «Öyünərsə, ər öyünsün, aslandı,
öyünmək qadınlara böhtandı» deyən qədim türk qadınlarını
sevillər, almazlar, həyatlar əvəz etdi. Bu, Azərbaycanda psix-
oloji fikrin dördüncü mərhələsi idi. Doğrudur, beyrəklər, qara-
ca çobanlar da balaşlarla, məmmədəlilərlə əvəz olunmuşdu.
Elə buradaca qeyd etmək istərdik ki, görkəmli dramaturq
Cəfər Cabbarlı bu dəyişikliyi dahiyanə bir şəkildə təsvir et-
mişdi. Baş verən dəyişiklikdə nəyin yaxşı, nəyin pis olduğunu
söyləmək də çətindir. Banıçiçək də, Burla xatun da, Selcan xa-
tun da azaddır, sərbəstdir. Almaz da, Həyat da, Şərəbanı da
azaddır, sərbəstdir. Lakin bu, tamamilə bir-birinə yad, fərqli
azadlıqlardır.
Beləliklə, yeni insanlar, yeni həyat, yeni düşüncə tərzi
yarandı. Yeniləşə bilməyənlər məhv oldu, həbs edildi. Elə bu
səbəbdən də 50-ci illərdən sonra həyatın bütün sahələrində öz
sözü olmayan, laqeyd insanların sayı artdı. Hətta elçi gedəndə
də, qız istəyəndə də, işə götürəndə də belə dedilər: «Üzüyola,
sakit, quzu kimidir».
Əlbəttə, sovet sistemi yalnız mənfiliklərdən ibarət deyil.
Ölkədə savadsızlıq kütləvi şəkildə ləğv edildi, savadsız insan
qalmadı. Məktəblər, xəstəxanalar, klublar, kitabxanalar açıldı.
Elm və təhsil sürətlə inkişaf etməyə başladı.
Milli Konservatoriya fəaliyyətə başladı. Q.Qarayev,
C.Hacıyev, F.Əmirov, S.Hacıbəyov, A.Məlikov, T.Quliyev və
digər dünya şöhrətli bəstəkarlarımız yetişdi. Niyazi kimi
dünyanın ən tanınmış dirijorlarından biri yaşadı, yaratdı.
30
M.Abdullayev, S.Bəhlulzadə, T.Nərimanbəyov və digər
rəssamlarımız fəaliyyət göstərdi. Kino sənəti yarandı və inkişaf
etdi. Üzeyir Hacıbəyov, Müslüm Moqamayev dünya şöhrətli
əsərləri yaratmaqda davam etdilər. Yeni şair və yazaçılar, dra-
maturqlar: S.Vurğun, S.Rüstəm, M.İbrahimov, S.Rəhimov,
İ.Əfəndiyev, S.Rəhman, R.Rza, M.Hüseyn və onlarla digərləri
yazıb yaratdılar.
Onlarla teatr fəaliyyət göstərdi. Elmlər Akademiyası
yaradıldı. Ölkə başdanbaşa elektrikləşdirildi və s.
Bütün bunlar məhz sovet hakimiyyəti illərində Azərbay-
canın, Azərbaycan xalqının böyük, tarixi uğurları idi.
XX əsrin sonlarında – 1991-ci ildə SSRİ dağıldı. Yeni
müstəqil dövlətlər yarandı. Azərbaycan xalqı da əsrlər boyu
arzuladığı, uğrunda mübarizə apardığı müstəqilliyi 1991-ci il
oktyabr ayının 18-də elan etdi. Bununla da ölkəmizin, xalqımı-
zın həyatında yeni bir mərhələ – müstəqillik, suverenlik mərhə-
ləsi başladı.
Azərbaycanda psixoloji fikrin beşinci mərhələsi də bu
illərdən başlanır. Müstəqillik sevinc və arzuların reallaşmasıdır.
Lakin bu sevinc digər tərəfdən də qəm-kədər, ümidsizlik, çaş-
qınlıqla birlikdə gəldi. Torpaqlarımızın bir hissəsini müvəqqəti
də olsa itirdik. Bir milyona yaxın qaçqın və köçkünümüz var.
Qaçqın və köçkün düşdüyümüz torpaqlarla yanaşı o yerlərin
mədəniyyət abidələrini də itirdik. O yerlərdə yaşayan insanların
özünəməxsus adət-ənənələri, həyata baxışları, həyat tərzi də de-
formasiyaya uğradı.
İdeoloji, iqtisadi sistem dəyişdi. İnsanlar həyat və düşün-
cə tərzini dəyişməli oldu. Ümumi mülkiyyəti xüsusi mülkiyyət,
ümumi bərabərliyi, sosial bərabərsizlik əvəz etdi. Varlılar və
kasıblar təbəqəsi yarandı. Bir tərəfdən keçmişimizə, soykökü-
müzə qayıdış, digər tərəfdən müasirləşmə, Qərbə inteqrasiya
etməyin zəruriliyi səsləndi.
Yeni dövrün psixologiyası yaranmağa, inkişaf etməyə
başlayıb. Onun necəliyinin qiymətləndirilməsinə isə zaman,
31
vaxt lazımdır. Keçid dövrü öz insanlarını, düşüncə və həyat
tərzini yaradır. Yəqin ki, vaxtilə Amerika Prezidentlərindən bi-
rinin – A.Linkolnun dediyi sözlər bizə də aiddir. O demişdir:
«Soruşma ki, Amerika sənin üçün nə edib, soruş ki, sən Ame-
rika üçün nə etmisən?».
Bir də yeni dövrdə hər birimizin iş və əməlində, sözündə
türk şairi Tofiq Fikrətin dediyi bu sözlər olmalıdır:
Millət yoludur, haqq yoludur tutduğumuz yol,
Ey haqq! Yaşa ey sevgili millət, yaşa, var ol!
Dostları ilə paylaş: |