Mümarisələrin nəticələri ilə tanışlığın əhəmiyyətini
göstərən diaqram
1 2 3 4 5 6 7 8 9 10 111213 14151617 1819
Mümarisələrin sayı
A qrupu
B qrupu
Şəkil 3.
25
20
15
10
5
0 1
2
3
4
5
6
7
8
9
10
Mümarisələr
Şəkil 4. Vərdişlərin yaranmasının mümarisə əyrisi:
səhvlərin miqdarının azalması (M.Ə.Həmzəyevə görə)
Vərdişlərin yaranmasının digər qanunauyğunluğu onun
tərəqqisi və tənəzzülündə özünü göstərə bilir.
Hər hansı bir vərdiş hər hansı bir fəaliyyətə nə qədər çox,
tez-tez tətbiq olunarsa və həyatda təkrar edilərsə o bir o qədər
С
ящ
ф
ля
ри
н
м
иг
да
ры
84
80
76
72
68
64
60
56
52
М
üв
яф
ф
яг
ий
йя
т
эю
ст
яр
иъ
ис
и
(%
-
77
avtomatlaşmış və möhkəm olur. Əksinə əldə edilmiş vərdişdən
uzun məddət fəaliyyətdə istifadə olunmadıqda, bu cür vərdişlər
get-gedə sönür, tənəzzülə uğrayır.
Nəhayət, vərdişlərin yaranmasının bir qanunauyğunlugu
da onların qarşılıqlı təsirində özünü göstərir.
Vərdişlərin
qarşılıqlı
təsiri:
keçirilmə
və
interferensiya. Hər bir fəaliyyət prosesində insan müxtəlif
vərdişlərə yiyələnir və həmin vərdişlər onun fəaliyyətinin
səmərəliliyini təmin edir. İnsanların yiyələndikləri bu
vərdişlərin hamısı birdən-birə, eyni vaxtda yaranıb, eyni vaxtda
da başa çatmır. İnsan ardıcıl olaraq bütün həyatı boyu müxtəlif
vərdişlərə yiyələnməli olur. Hər bir vərdiş isə insanın artıq
malik oldugu vərdişlər sistemində fəaliyyət göstərir və təşəkkül
tapır. Təcrübə göstərir ki, bu vərdişlərdən bəziləri yeni vərdişin
yaranmasına və fəaliyyət göstərməsinə kömək edir. Həmin
vərdişin təsiri altında fəaliyyətin digər cəhətlərinin icrası
asanlaşır. Bu prosesdə yeni vərdişlərin yaranmasına keçmiş
vərdişin mexanizmi bir növ köməkçi rol oynayır. Bu hal eyni
tipli və müxtəlif vərdişlərin yaranması zamanı özünü göstərə
bilir.
Lakin əvvəl yaranmış vərdişlər heç də həmişə yeni
vərdişin yaranmasını asanlaşdırmır. Əvvəl yaranmış vərdişlər
bəzən
yeni
vərdişin
yaranmasıını
çətinləşdirir, onun
formalaşmasını ləngidir. Əvvəl yaranmış vərdişlərin yeni
vərdişlərin yaranmasına bu gür müsbət və mənfi təsiri
psixologiyada vərdişlərin qarşılıqlı təsiri adlanır.
Qeyd edilənlərdən göründüyü kimi, vərdişlərin qarşılıqlı
təsirində iki hal özünü göstərir. Əvvəl yaranmış vərdişlər yeni
vərdişlərin
yaranmasına
müsbət
təsir
göstərir, onu
asanlaşdırırsa bu hal müasir psixologiyada vərdişlərin
keçirilməsi adlanır. Əksinə, əvvəl yaranmış vərdişlərin yeni
vərdişlərin yaranmasına mənfi təsir göstərməsi, onu ləngitməsi
isə interferensiya adlanır.
78
Psixoloji ədəbiyyatda keçirilməyə aşağıdakı kimi tərif
vermişlər. Bir işin yerinə yetirilməsi və ya öyrənilməsi zamanı
onun ardınca gələn işlərdə müvəffəq nəticələr əldə olunursa,
buna məsbət keçirilmə və ya proaktiv yüngülləşmə deyilir. Bu
yüngülləşmə anlayışı hər hansı bir konkret prosesi deyil, ancaq
fəaliyyətin effektivliyinin yüksəldilməsini nəzərdə tutur.
Fəaliyyətin effektivliyi ya düzgün cavabların çoxalmasında, ya
səhvlərin azalmasında, ya da cavabların sürətlə artmasında və
ya fəaliyyətin təkmilləşməsinin digər göstəricilərində ifadə
olunur.
1
Yuxarıda qeyd etdiyimiz kimi, yeninin keçmiş təcrübəyə
uyğun şəkildə qavranılması « vərdişlərin keçirilməsi» hadisəsi
adı altında qəbul edilmişdir. Psixoloji ədəbiyyatda göstərildiyi
kimi işin formalaşdığı şəraitdən ayrılması və onun yeni şəraitə,
yeni obyektlərin üzərinə keçirilməsi uzaq nəticələr verən
mühüm hadisə kimi özünü göstərir.
Bir çox hallarda işin bu cür keçirilməsi yeni tip məsələni
səhvsiz və sınaqsız, müvəffəqiyyətlə həll etməyə imkan
yaradır. Cisim və hadisələrin mühüm əlamətlərə görə oxşarlıgı
burada mühüm əhəmiyyət kəsb edir.
Pedaqoji psixologiyada keçioilmə problemi mərkəzi
problemlərdən birini təşkil edir. Mənimsənilmiş işlərin yeni
məsələlərin üzərinə düzgün və məvəffəqiyyətlə keçirilməsinə
nail olmaq yeni fəaliyyət növünü sürətlə və minimum səhvlərlə
mənimsəmək deməkdir. İnsanda
mənimsənilmiş
işlərin
keçirilməsi halları nə qədər geniş olarsa o, bir o qədər çox
öyrənir, onun öyrənilməsinin nəticəsi bir o qədər məhsuldar
olur; insan fəaliyyəti üçün onlar bir o qədər səmərəli olur.
Məsələn, bir musiqi alətində çalmaq vərdişlərinə
yiyələnən adam digər musiqi alətində çalmağı asanlıqla
öyrənir. Eyni fikri dillərin mənimsənilməsinə də aid etmək
1
Фресс П., Пиаже Ж. Экспериментальная психология. Вып. 4, - М.
1973, с.140
79
olar.
Bu nöqteyi nəzərdən dillərin qarşılıqlı təsirində
keçirilmə hadisəsinin yerini və xüsusiyyətlərini aşkara
çıxarmaq mühüm praktik əhəmiyyət daşıyır.
Psixoloji tədqiqatlardan məlum olduğu kimi, ana dili
həmişə ikinci dil faktlarını mənimsəmək üçün əsas, ikinci dildə
hadisələrin mahiyyətini anlamaq üçün özünəməxsus açar
rolunu olnayır. Üçüncü və sonrakı dillərin mənimsənilməsində
də eyni qanunauygunluq özünü göstərir. Bu zaman əvvəl
mənimsənilmiş dillər sırasının mənimsənilməsində də müsbət
təsirini göstərir.
Məhz
buna
görə
də, həmin
sahədə
aparılmış
tədqiqatlardan göründüyü kimi ikinci və sonrakı dillər əvvəl
mənimsənilmiş dillərin sistemi bazasında, başqa sözlə həmin
dillər üzrə bilik, bacarıq və vərdişlərin aydın və ya gizli
fonunda mənimsənilir. Öyrənilən dillə əvvəl mənimsənilmiş
dillər bir-biri ilə sıx kontaktda olur və bu zaman müsbət
keçirilmə hadisəsi, yaxud dilçilərin qeyd etdiyi kimi, əvvəl
mənimsənilmiş dillər (o cümlədən ana dili) üzrə bacarıq və
vərdişlərin öyrənilən sonrakı dildə oxşar hallarda transpozisiya
hadisəsi baş verir.
Bacarıq və vərdişlərin keçirilməsi hadisəsi « bacarıqların
keçirilməsinin, daha doğrusu, koordinasiyanın keçirilməsinin
ümumi
qanunauygunluqlarına
əsaslanır.
Bu
zaman
korreksiyanın dərk olunması və avtomatlaşması bacarıqda
düzəlişlər aparılması, bacarıgı yenidən yaratmaga nisbətən
sərfəlidir.
Məhz buna görə də ikinci dilin öyrənilməsi zamanı
keçirilmənin bu xüsusiyyəti nəzərə alınır. Əks halda keçirilmə
yanlış xarakter daşıyır, dilin mənimsənilməsi qüsurlu olur.
Psixoloqların apardıqları müşahidələr göstərmişdir ki, dili
öyrənənlər keçirilməni düzgün prinsiplər üzrə aparmadıqda ya
səhv ümumiləşdirməyə, ya da interferensiya hadisəsinə rast
gəlirlər. Bu isə mənimsəmənin səmərəliliyini aşağı salır.
80
Psixoloqların apardıqları müşahidələr göstərmişdir ki,
kontaktda olan dillərdə qrammatik, struktur və dil faktları nə
qədər çox oxşar olarsa, keçirilmə hadisəsi də bir o qədər çox
özünü göstərmə imkanına malik olur.
Psixoloji tədqiqatlar göstərmişdir ki, keçirilmənin
səmərəliliyi
statistik
deyil, dinamik
xarakter
daşıyır.
Keçirilmənin səmərəliliyi bir-birinə təsir edən hadisələrin
zaman intervalından asılıdır. Məhz buna görə də sonrakı dilə
təsir edən əvvəlki dil üzrə bilik, bacarıq və vərdişlərin əldə
edildiyi vaxt, onların mənimsəmə səviyyəsi həlledici rol
oynayır. Təcrübə göstərir ki, əvvəl mənimsənilmiş dil üzrə,
onun əlamət və prinsipləri üzrə bilik, bacarıq və vərdişlər nə
qədər çox möhkəmlənərsə, onların yenicə öyrənilən dilə təsiri
bir o qədər çox olur. Nəticədə bu və ya digər oxşar hallara
müvafiq olaraq əvvəl mənimsənilmiş dilin həm əlamətləri, həm
də prinsipləri öyrənilən dilə də şamil edilməyə başlayır.
Psixoloqlar sübut edirlər ki, dil keçirmələri ən çox
sonradan yaranan və reseptiv ikidillilik və ya çoxdillilik
şəraitində özünü göstərir. Burada daha çox əvvəlki dilin,
xüsusilə ana dilinin sonrakı dilin mənimsənilməsinə müsbət
təsiri, keçirilməsi halları baş verir.
Psixoloji tədqiqatlar (M.Həmzəyev) göstərmişdir ki,
dillərarası keçirilmə hadisəsi iki səviyyədə baş verə bilir: a)
generalizasiya səviyyəsində keçirilmə; b) fərqləndirmə
səviyyəsində keçirilmə.
1
Bu
səviyyələrin
ümumi
mahiyyəti
aşagıdakından
ibarətdir. Adətən, keçirilmə oxşarlıq əlamətlərinə görə,
aparıldıgına görə buradakı ümumiləşdirmənin rolu şübhəsizdir.
Lakin ümumiləşdirmə həmişə tələb olunan səviyyədə vaş
vermir.
Psixoloji tədqiqatlar artıq sübut etmişdir ki, bəzən
1
Щямзяйев М.Я. Шаэирдлярин дüзэüн йазы вярдишляриня
йийялянмя хüсусиййятляри. – Бакы, 1984.
81
aparılan ümumiləşdirmələr oxşar mühüm əlamətlərinə görə
deyil, ikinci dərəcəli, formal əlamətlərə görə aparılır. Bu cür
ümumiləşdirmələr çox vaxt yanlış xarakter daşıyır. Bu cür
ümumiləşdirmələr
psixoloji
ədəbiyyatda
generalizasiya
hadisəsi adlandırılmışdır.
Təcrübə göstərir ki, generalizasiya hadisəsi çox vaxt
müşahidə etdiyimiz cisim və hadisələrin, mənimsədiyimiz
faktların, məfhum və qaydaların xüsusiyyətlərilə bağlı olur. Bu
xüsusiyyətlər isə həmişə səmərəli mənimsəmə imkanı yaratmır,
bəzən səhv ümumiləşdirmələrin meydana gəlməsinə şərait
yaradır. Professor P.A.Şevaryov bu şəraiti belə xarakterizə
edir: adətən, müəyyən hadisənin daimi xüsusiyyətləri iki qrupa
(A və B qruplarına) ayrılır. Lakin bəzən elə hadisələrə də rast
gəlirik ki, onlarda daimi A xüsusiyyəti oldugu halda, B
xüsusiyyəti mövcud deyildir. Həmin hadisə yalnız müəyyən
mərhələdə həm A, həm də B xüsusiyyətlərinə malik olur. Ona
görə də şagirddə bu cür hadisələr üzrə yalnız A
xüsusiyyətlərini dərk etməyə aid assosiasiya yaranır.
Hadisədə həm A həm də B xüsusiyyətləri olduqda şagird
yalnız birinci xüsusiyyətə əsaslansa da bu cür assossasiyanın
səhv olduğu meydana çıxmır. Lakin şagirdin yalnız A
xüsusiyyətinə malik olan, ancaq B xüsusiyyəti olmayan
hadisələr rast gəldikdə də eyni yolla hərəkət etməsi, yalnız A
xüsusiyytinə əsaslanması səhvə gətirib çıxarır. Deməli burada
A xüsusiyyətinə əsaslanılır, B xüsusiyyətinin mövcud
olunmasına fikir verilmir. Nəticədə səhvə yol verilmiş olur.
Eyni hadisə ikinci və üçüncü dilin mənimsənilməsi
prosesində də özünü göstərir. İkinci və üçüncü dili öyrənən
adam həmin dil faktlarının əvvəlki dilə oxşar bir əlamətinə
istinad etdiyi (A əlamətinə) və burada ikinci əlamətin olub
olmadığına
(B
əlaməti) fikir
vermədiyi
üçün
səhv
ümumiləşdirmə aparılır ki, bu da çox vaxt səhvlərlə nəticələnir.
Eyni hal təkcə iki dilin əlamətlərinin deyil prinsiplərinin
keçirilməsi səviyyəsində də özünü göstərir. Bəzən öyrənən
82
adamlar ana dilində prinsipin yalnız bir cəhətini , həm də
formal cəhətini fərqinə varmadan öyrəndiyi dilin faktlarına da
şamil edir ki, bu da bəzən istənilən nəticəni vermir.
Ona görə də keçirilmənin həmin səviyyəsi hələ əsl
müsbət keçirilmə hesab oluna bilməz. Bəs ikinci və sonrakı
dilin öyrənilməsi zamanı keçirilmə hadisəsinin generalizasiya
səviyyəsi nə vaxt özünü göstərir, onun özünəməxsus başqa
hansı xüsusiyyətləri vardır?
Psixoloji tədqiqatlar göstərmişdir ki. İkinci dilin
mənimsənilməsi zamanı baş verən keçirilmə hadisəsinin
generalizasiya səviyyəsi ən çox həmin dilin öyrənilməsinin ilk
mərhələlərində təzahür edir. Əvvəl qeyd etdiyimiz kimi çox
vaxt ikinci dili mükəmməl şəkildə ali məktəbdə mənimsəməyə
başlayan tələbə bu halla qarşılaşır. Bu zaman ana dilinin həm
formaca həm məzmunca, denotatlar səviyyəsində oxşar
cəhətləri ikinci dilə keçirilir. Nəticədə həm forma, həm də
məzmun generalizasiyası baş verir.
Forma oxşarlığının keçirilməsi birinci növbədə oxşar
qrammatik quruluşu, dil faktlarının bu və ya digər anlayışa aid
edilməsinin müəyyənləşdirilməsi şəklində özünü göstərir. Həm
də bəzən ana dilində də o qədər səmərə verməyən, lakin
möhkəmlənmiş priyomların ikinci dilin öyrənilməsində də
tətbiqi müşahidə olunur. Məsələn, üzərində tədqiqat aparılan
tələbə ana dilindi hər hansı bir sözü müəyyən qrammatik
kateqoriyaya aid etmək üçün qrammatik sualdan (formal
qrammatik) istifadə etdiyi kimi, ikinci dildə də həmin əlamətə
istinad edir. Yaxud ana dilinin tələffüz xüsusiyyətlərini, onun
intonasiya və vurgusunu olduğu kimi öyrəndiyi dildə tətbiq
edir.
Müşahidələr göstərir ki, generalizasiya səviyyəsində
keçirilmə təkcə formaca oxşarlığa görə baş vermir. Bəzən
leksik, qrammatik materialların məzmun və mənaca oxşarlığı
da səhv ümumiləşdirməyə səbəb olur. Ona görə də öyrənilən
dildə məzmun və mənaca ana dilinə oxşar olan cəhətlər özünə
83
yer etməyə, başqa sözlə öyrənilən dilə keçirilməyə başlayır.
Nəticədə bu cür oxşarlıq ikinci dərəcəli əlamətlər üzrə olduqda
çox vaxt ikinci dilə yiyələnmədə səhvlər özünü göstərməyə
başlayır.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, generalizasiya
səviyyəsində
keçirilmə
ikinci
və
sonrakı
dilin
mənimsənilməsinə həm müsbət, həm də mənfi təsir göstərə
bilir. Bu zaman keçirilmənin müsbət cəhəti ondan ibarətdir ki,
ikinci dili öyrənən adam artıq onda mövcud olan bilik və
bacarıqlar sisteminə istinad edir, ona görə də həmin dili
mənimsəmə imkanları xeyli artmış olur. Bununla yanaşı,
doğrudan da oxşar, lakin qanunauyğunluğu dərk edilməyən
hallar sonrakı dilin mənimsənilməsini asanlaşdırır.
Generalizasiya səviyyəsində keçirilmənin mənfi cəhətinə
gəldikdə, bu əvvəlki dildən zahirən oxşar halları kor-koranə
öyrənilən sonrakı dilə aid etməklə nəticələnir. Nəticədə sonrakı
dildə aradan qaldırılması zəruri olan qüsurlar özünü
göstərməyə başlayır.
Diqqəti cəlb edən faktlardan biri də ondan ibarətdir ki, iki
dillilik şəraitində dil faktları arasındakı fərq nə qədər az olarsa,
onlar bir o qədər çox qarışdırılır və generalizasiya hadisəsinin
təzahürünə səbəb olur. Nəticədə keçirilmə də həmin səviyyədə
baş verir. Məhz buna görə də keçirilmənin həmin səviyyəsində
ikinci dili öyrənən adam keçilən dil faktlarının mühüm oxşar
əlamətləri üzrə deyil, ikinci dərəcəli, formal əlamətləri üzrə
hərəkət edir. Bu zaman forma və ya məzmunca oxşarlıq onun
əsas kriteriyası olur. Başqa sözlə demiş olsaq, bu cür oxşarlıq
onun ana dili faktlarını öyrəndiyi dilin üzərinə keçirilməsi üçün
«istinad faktına» çevrilir. Keçirilmənin həmin səviyyəsində çox
vaxt
yeni
dili
öyrənən
adam
bu
cür
keçirilmənin
qanunauyğunluğunu dərk edə bilmir. Ona görə də əvvəlki dildə
və ikinci dildə oxşar hesab etdiyi faktları fərqləndirməkdə
çətinlik
çəkir. Keçirilmə
bir
növ
dərkedilməmiş
və
fərqləndirilməmiş xarakter daşıyır.
84
Psixoloji tədqiqatlar göstərmişdir ki, fərqləndirmə
səviyyəsində keçirilməyə gəldikdə, bu əvvəlki səviyyədən bir
çox cəhətlərinə görə fərqlənir. Əvvəla, bu cür keçirilmə dili
nisbətən sonra, öyrənən adamın faktları mühüm əlamətlərinə
görə fərqləndirməyə başladığı dövrdə özünü göstərir. Məhz
buna görə də həmin səviyyədə keçirilmə hadisəsi daha məntiqi
və dərk edilmiş olur. Bu zaman istər əlamətlərin, istərsə də
prinsiplərin keçirilməsi məntiqi xarakter daşıyır. Keçirilmədə
onlar faktların mühüm əlamətlərinə istinad etdiklərinə görə bu
cür keçirilmə həmişə müsbət xarakter daşıyır, insanın yeni
fəaliyyət sahəsində düzgün bilik, bacarıq və vərdişlərə
yiyələnməsini asanlaşdırır.
Vərdişlərin qarşılıqlı təsirində interferensiya hadisəsi.
Psixoloji tədqiqatlar artıq çoxdan sübut etmişdir ki, insan hər
hansı bir yeni vərdişə yiyələnərkən istər-istəməz belə bir
qanunauygunluqla qarşılaşır: yeni məsələ ilə rastlaşan insan
fəaliyyət zamanı artıq onda yaranmış, formalaşmış olan
priyomlardan istifadə etməyə çalışır. Bu zaman insan artıq
əvvəllər oxşar məsələlərin həllində tətbiq etdiyi priyomları yeni
məsələnin
həlli
prosesinə
keçirir. Burada
fəaliyyət
priyomlarının keçirilməsinin məvəffəqiyyəti öz həlli üsulları
nöqteyi-nəzərindən həmin məsələlərin oxşarlığının nə qədər
düzgün qiymətləndirilməsindən asılıdır. Məhz buna görə də
həmin işlərin məqsədləri və obyektləri insan tərəfindən oxşar
kimi qavranıldıqda, lakin həmin işlərin icra, nəzarət və mərkəzi
tənzimolunma
üsulları
fərqləndikdə
vərdişlərin
mənfi
keçirilməsi və ya interferensiya hadisəsi baş verir.
Burada vərdişlərin mənfi qarşılıqlı təsiri onda ifadə
olunur ki, əvvəl yaranmış vərdişlər yeni vərdişin yaranmasını
çətinləşdirir və ya onun səmərəliliyini aşağı salır. Məsələn, kiril
əlifbası ilə yazı vərdişlərinə yiyələnmiş adam birdən birə latın
əlifbası ilə (latın qrafiki) yazmağa başladıqda ciddi çətinliklə
qarşılaşır.
Bu cür ləngimənin və ya interferensiyanın baş verməsinin
85
əsas səbəbi əvvəl yaranmış vərdişin fəaliyyətə başlamasını
təhrik edən assosiasiyadan irəli gəlir. Bu o deməkdir ki, əgər A
qıcıqlandırıcı və B reaksiyası arasında möhkəm şərti refleks-
assosiasiya yaranmış olarsa, onda həmin A qıcıqlandırıcı ilə
yeni B hərəki reaksiyası arasında assosiasiyanın yaranması
çətinləşəcəkdir. Bu zaman assosiativ ləngimə və ya
interferensiya özünü göstərəcəkdir.
Psixoloji ədəbiyyatlarda interferensiyanın başqa növünün
də mövcud olduğu göstərilir. Psixoloqlar belə hesab edirlər ki,
yeni vərdiş bu və ya digər şəkildə yarana və möhkəmlənə bilər.
Lakin, hər halda, həmin yeni vərdişin tətbiqi lazım gəldikdə
onun tətbiqinin ya ləngiməsi baş verə bilər, ya da yeni vərdişin
əvəzinə əvvəl yaranmış, indiki halda lazım olmayan vərdiş
özünü göstərə bilər. Bu zaman bir növ interferensiya
reproduktiv ləngimə şəklində özünü göstərir.
İnterferensiya hadisəsinə pedaqoji təcrübədə, şagird və
tələbələrin fəaliyyətində tez-tez rast gəlmək olur. Bu baxımdan
dillərin mənimsənilməsində, yazı
və oxu
vərdişlərinə
yiyələnmə prosesində interferensiya hadisəsinə tez-tez özünü
göstərir.
Aparılmış tədqiqatlar şagirdlərin düzgün yazı vərdişlərinə
yiyələnməsi zamanı reproduktiv ləngimənin təsirinə məruz
qaldıqlarını göstərmişdir. Belə ki, hər hansı bir orfoqrafik
qaydaya aid şagirdlərdə yaranmış vərdiş digərinə mənfi təsir
göstərir. Şagird əvvəlki vərdişin təsiri altında səhvə yol verir.
Məsələn, o, sözləri ayrılıqda yazmaq vərdişinə yiyələnir.
Həmin söz başqa bir sözlə birləşərək mürəkkəb söz əmələ
gətirdikdə və bitişik yazılmalı olduqda çox vaxt şagird əvvəlki
vərdişin təsiri altında hərəkət edir. Deməli, bu zaman əvvəl
öyrəndiyimiz biliklər yada salınır, reproduksiya olunur.
Adətən, reproduktiv ləngimə aşağıdakı iki halda baş verir:
a) A-ya aid təsəvvür (və ya iş) həm B-yə aid təsəvvürlə
(işlə), həm də V-yə aid təsəvvürlə (işlə) əlaqədar olduqda; b)
A-nı yerinə yetirərkən şagirddə onlarla baglı olan təsəvvürləri
86
(iş) reproduksiya etməyə ustanovka mövcud olduqda. Hər iki
hal ayrı-ayrı orfoqrafik qaydaların mənimsənilməsi zamanı bu
və ya digər şəkildə özünü göstərir. Məhz buna görə şagirdlər
yazıda səhvə yol verirlər. Lakin bu hal təkcə vərdişin qarşılıqlı
təsiri kimi deyil, hafizənin qanunauyğunluğu kimi də özünü
göstərir. Çox vaxt şagirdlərin indi keçdikləri qayda əvvəl
keçdiklərinə və əksinə, əvvəl keçdikləri qayda hal-hazırda
keçdiklərinə ləngidici təsir göstərir. Adətən, bu hal ən çox
mənimsəmənin ilk mərhələsində özünü göstərir. Bu cür hal
psixologiyada retroaktiv və proaktiv ləngimə kimi qeyd
olunur. Bəzən belə hal müəllimləri təəccübləndirir. Şagird
öyrəndiyi qaydanı çox gözəl izah edir, qaydanı yazıya tətbiq
etməyi də bacarır. Lakin bundan sonra yeni bir qayda keçərkən
buna aid yenicə yaranan müvəqqəti əlaqələrin təsiri altında
əvvəlkinə aid səhvlərə yol verməyə başlayır. Bu cür halda
retroaktiv ləngimə özünü göstərir.
Aparılmış psixoloji tədqiqatlar göstərmişdir ki, dillərin
mənimsənilməsi zamanı təkcə bir dilin daxilində deyil
(dildaxili interferensiya) dillərin qarşılıqlı təsiri nəticəsində
onların arasında da interferensiya hadisəsi baş verə bilir ki,
buna dillərarası interferensiya adlandırırlar.
Dillərarası interferensiya hadisəsi bütün dil aspektlərində
özünü göstərməklə fonetik, leksik və qrammatik xarakter
daşıyır. Dillərarası interferensiyanın nəzəri
cəlb
edən
formalarından
biri
fonetik
interferensiyadır. Bu
cür
interferensiya baş verdikdə sonrakı dilin tələffüzündə əvvəl
mənimsənilmiş dilin təsirindən irəli gələn uyğunsuzluqlar, qü-
surlar özünü göstərir.
Məlum olduğu kimi, dillərarası fonetik interferensiya
kontaktda
olan
dillərin
səs
və
intonasiya
fərqinin
gözlənilməməsi nəticəsində baş verir. Belə ki, çoxdillilik
ünsiyyət şəraitində interferensiyaya ən çox nitq səsləri məruz
qalır. Lakin ana dili ilə öyrənilən ikinci dilin prosedik sistemini
tutuşdurduqda
məlum
olur
ki, ana
dilinin
prosedik
87
xüsusiyyətləri xarici dillərin tələffüz normalarına ciddi təsir
göstərir və nəticədə bir sıra interferensiya tipli səhvlər ortaya
çıxır. Azərbaycan dilinin prosedik xüsusiyyətlərindən irəli
gələn interferensiya tipli səhvləri əsasən aşağıdakı şəkildə
qruplaşdırmaq olar:
1. söz
vurğusunun
təbiətindən, lokallığından
və
dərəcəsindən irəli gələn səhvlər:
a) söz daxilində vurğusuz mövqedə saitlərin kompressiya
dərəcəsinin azalması;
b) barabərsəviyyəli və ikinci dərəcəli vurğunun
zəifləməsi, yaxud tamamilə düşməsi;
v) sözlərin sonunun nisbətən qüvvətli tələffüz edilməsi
meyli.
2. Cümlə vurğusunun təbiətindən və distribusiyasından
irəli gələn səhvlər:
a) köməkçi nitq hissələrində saitlərin kompressiya
dərəcəsinin azalması qüvvətli tələffüz edilməsı;
b) ritmik qrupların sonunda əvvəlkinə nisbətən tələffüzün
dəyişməsi;
v) Azərbaycan dilinə məxsus zəif aksentuasiyaya uygun
nitqin ucalığının azalması;
q) xarici nitqə məxsus aydın, dəqiq, vurğulu-vurğusuz
ritm tipi, ahəstə uzadılmış heca ritm tipi ilə əvəz edilməsi.
3. Azərbaycan dilinin zəif aksentuasiyası nitqin tipinə,
nüvə tonları, şkalaların tonal səviyyəsinə və istiqamətinə ciddi
təsir edir və s.
Çoxdillilik
şəraitində
təmasda
olan
dillərin
mənimsənilməsində
fonetik
interferensiya
ilə
yanaşı
qrammatik
interferensiya da özünü
göstərir. Fonetik
interferensiyada olduğu kimi, burada da əvvəl mənimsənilmiş
dil, onun qrammatik quruluşu barədə yaranmış vərdişlər
sonrakı dilin qrammatikasını mənimsəməyə mənfi təsir
göstərir. Belə ki, əvvəlki dilin sonrakı dilə xas olmayan
cəhətlərinin burada əks olunması baş verir.
88
Qrammatik interferensiya özünü o zaman daha qabarıq
şəkildə göstərir ki, öyrənilən dildə ifadə edilməli olan
qrammatik məna ana dilində olmasın və yaxud başqa şəkildə
ifadə edilmiş olsun.
Qrammatik interferensiya ən çox ikinci və sonrakı dilləri
öyrənənlərin cümlələri ana dili normalarına uyğun qurmağa
cəhd göstərdikləri zaman təzahür edir. Bu zaman iki dil
sisteminin qarşılıqlı təsiri ilə bağlı tipik səhvlər meydana gəlir
(köməkçi fellərin buraxılması, ön şəkilçilərin buraxılması və ya
əvəz olunması, cümlədə sözlərin sırasını pozmaq və s.)
Dillərin qarşılıqlı təsirində daha qabarıq şəkildə leksik
interferensiya özünü göstərir.
Faktlardan aydın olur ki, dilin leksik səviyyəsində özünü
göstərən dillərarası interferensiya ikinci dili öyrənən adamın
şüurunda iki dilin uyğun gəlməyən leksik mənalarını
eyniləşdirmək nəticəsində baş verə bilir. Ona görə də artıq belə
bir fakt mübahisə doğurmur ki, ikinci dilin öyrənilməsi zamanı
ana dilinin leksik-semantik, qrammatik sistemi ciddi şəkildə
nəzərə alınmalıdır.
Mənanın eyniləşdirilməsindən irəli gələn interferensiya
hadisəsinin
xüsusiyyətlərini
aşkara
çıxarmaq
bir
çox
tədqiqatçıların diqqətini cəlb etmişdir. Bunlardan psixoloji
aspektdə aparılan işə N.V.İmedadzenin tədqiqatını aid etmək
olar.
N.V.İmedadze orta məktəbin yuxarı sinif şagirdləri
üzərində apardığı tədqiqat işlərinin birində məhz «mənanı
eyniləşdirmənin» leksik interferensiya üçün əsas olduğunu
aydınlaşdırmışdır.
N.V.İmedadze «mənanı eyniləşdirmənin» iki formada
getdiyini aşkara çıxarmışdır.
Birinci halda ana dilindəki çoxmənalı sözlərin təsir
altında ikinci dildə səhvlər meydana gəlir. Şagirdlərə belə gəlir
ki, əgər ana dilində eyni sözlə müxtəlif mənaları ifadə etmək
mümkündürsə , deməli öyrənilən dildə də həmin yolla getmək
89
olar. Bununla əlaqədar baş verən səhvləri N.İmedadze nitq
səviyyəsində leksik interferensiya hadisəsinə aid etmişdir.
Müəllifin fikrincə bu cür interferensiyanın qarşısını almaq üçün
qavrayış zamanı ana dilindəki çoxmənalı sözlərin müxtəlif
mənalarını fərqləndirməyi təmin etmək lazımdır. Ona görə də
burada ana dili ilə ikinci dildə qarışdırılan sözlərin
müqayisəsini verməyə və ana dilinə istinad etməyi zəruri hesab
etmişdir.
N.İmedadze
müəyyənləşdirmişdir
ki, ikinci
dilin
semantik quruluşunun ana dili quruluşu ilə əvəz edilməsi
zamanı özünü göstərən ikinci tip çətinlik o zaman meydana
gəlir ki, öyrənilən ikinci dildə ana dilinə nisbətən hadisələri
ifadə edən simvollar daha çox olsun. Müəllif bu cür çətinliyi
daha mürəkkəb çətinlik hesab edir və onu dekotatlar
səviyyəsində leksik interferensiya adlandırır. İkinci dilin
mənimsənilməsi zamanı bununla əlaqədar səhvlər daha çox
yayılmış olur. Buradakı çətinlik ikinci dildə bir neçə korrelyatı
olan ana dili sözünün dekotatları dəqiq, fərqləndirilmiş şəkildə
qavramamaqdan irəli gəlir. Bu zaman ana dilinə və onun deko-
tatlar sisteminə istinad etmək imkanı aradan çıxır. Ona görə də
müəllif belə bir fikrə gəlir ki, dekotatlar səviyyəsində leksik
interferensiyanı aradan qaldırmaq üçün gerçəkliyi gerçək
münasibətləri yeni yolla əks etdirməyin mənimsənilməsinə
diqqət yetirmək lazımdır.
Dostları ilə paylaş: |